Ağarza sözü azərbaycan dilində

Ağarza

Yazılış

  • Ağarza • 98.6239%
  • AĞARZA • 1.3761%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağarza Qafarov
Ağarza Nurməmməd oğlu Qafarov (23 yanvar 1920, Bakı – 5 may 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1963–1968). == Həyatı == Ağarza Qafarov 1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1939–1944-cü illərdə Sovet Ordusunda xidmət edən Ağarza Qafarov Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944–1949-cu illərdə rəhbər komsomol işində, 1949–1954-cü illərdə Azərbaycan SSR Ehtiyat Əmək Qüvvələri İdarəsi rəisinin müavini, Kinolaşdırma İdarəsinin rəisi işləmişdir. 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1959–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) işlər müdiri olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR ticarət naziri, 1968-ci ilin iyunundan isə Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır. Ağarza Qafarov 1955–1957-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi bürosunun üzvü, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1960–1963-cü illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1964-cü ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur. 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Кафаров Агарза Нурмамедович" (rus).
Ağarza Quliyev
Ağarza Səməndər oğlu Quliyev (26 dekabr 1898, Lənkəran, Lənkəran qəzası – 15 sentyabr 1976, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). == Həyatı == Ağarza Səməndər oğlu Quliyev 26 dekabr 1898-ci ildə Lənkəranda anadan olub. 1924–cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kino emalatxanasını bitirib. 1936-cı ildə Lətifə Həsənova ilə ailə qurub. Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə Bakıda vəfat edib. == Fəaliyyəti == 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərini çəkmiş, bir neçə filmdə aktyor kimi də çəkilmişdir. Eyni zamanda dublyaj sahəsində də əməyi olan rejissor bir çox filmlərin dilimizə tərcümə edilməsi üzərində işləmişdir. == Mükafatları == Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı — 1960 == Filmoqrafiya == Aktyor kimi Bayquş (film, 1924) (tammetrajlı bədii film) (rol: Əli) Balıqçılar (film, 1927) (qısametrajlı bədii film)(rol: balıqçı) Gilan qızı (film, 1928) (tammetrajlı bədii film) (rol: Əli) İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film) (rol: Məmməd) Qızıl kol (film, 1930) (tammetrajlı bədii film) Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film) (rol: Şərif) Тринадцать (On Üç) (film, 1936) (tammetrajlı bədii film) (rol: Quliyev) Bir məhəllədən iki nəfər (film, 1957) (tammetrajlı bədii film) Sən niyə susursan? (film, 1966) (tammetrajlı bədii film) (rol: kənd müəllimi) Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film) (rol: Rəhim baba) Sevil (film, 1970) (tammetrajlı bədii film) (rol: Babakişi) Rejissor assistenti kimi Bismillah (film, 1925) (tammetrajlı bədii film) Qızıl kol (film, 1930) (tammetrajlı bədii film) 26 komissar (film, 1932) (tammetrajlı bədii film) Rejissor köməkçisi kimi Hacı Qara (film, 1929) (tammetrajlı bədii film) Rejissor kimi Direktiv bant (film, 1932) (qısametrajlı bədii film) Azərbaycan diviziyasının düşərgələrində (film, 1932) (qısametrajlı sənədli film) Dostlar (film, 1934) (qısametrajlı bədii film) Almaz (film, 1936) (tammetrajlı bədii film) Yeni horizont (film, 1940) (tammetrajlı bədii film) Vətən oğlu (film, 1941) (qısametrajlı bədii film) Bəxtiyar (film, 1942) (qısametrajlı bədii film) Qara daşlar (film, 1956) (tammetrajlı bədii film) Səhər (film, 1960) (tammetrajlı bədii film) Ulduz (film, 1964) (tammetrajlı bədii film) Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film) Ssenari müəllifi kimi Ulduz (film, 1964) (tammetrajlı bədii film) Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film) == İstinadlar == == Mənbə == Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
Ağarza Quliyev. Kino tarixində imzası olan... (film, 2013)
Ağarza Quliyev. Kino tarixində imzası olan... qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan kinosu tarixində əvəzsiz rolu olan, öz dəst-xətti, öz imzası olan rejissor Ağarza Quliyevin kino sənətindən bəhs edir. Filmdə rejissorun çəkdiyi filmlərdən fraqmentlər əks etdirilir. == Məzmun == Film Azərbaycan kinosu tarixində əvəzsiz rolu olan, öz dəst-xətti, öz imzası olan rejissor Ağarza Quliyevin kino sənətindən bəhs edir. Ağarza Quliyev 1927–ci ildə Kinofabrikanın nəzdində kinoemalatxanasını bitirib. 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərini çəkmiş, bir neçə filmdə aktyor kimi də çəkilmişdir.
Murad Ağarzayev
Murad Ağarzayev (d. 16 oktyabr 1998; Sumqayıt, Azərbaycan) — Azərbaycanlı idman gimnastı. Murad Ağarzayev birinci ciddi uğurunu 2015-ci ildə qazandı. Həmin ildə Ağarzayev, Azərbaycan Çempionatında qüvvəsini sınadı və yarışların qızıl medalına yiyələndi. Olimpiya Çempionu Yevgeniy Podqornıy adına Beynalxalq Turnir, Novosibirsk, Rusiya-3-cü yer (parallel qollar, gimnastika atı) Azərbaycan Çempionatı, Bakı, Azərbaycan-1-ci yer (çoxnövçülük) Beynəlxalq Turnir, Budapeşt, Macarıstan-2-ci yer (sərbəst hərərkətlər), 3-cü yer (dayaqlı tullanma) 4-cü İslam Həmrəyliyi Oyunları, Bakı, Azərbaycan-1-ci yer (sərbəst hərəkətlər), 2-ci yer (komanda hesabı) "Challenge" seriyasına aid Dünya Kuboku, Mersin, Türkiyə-1-ci yer (dayaqlı tullanma) Azerbaijani gymnast Murad Agarzayev happy with his performance at World Cup in Bakuwww.Azernews.az Report informs, Murad Agharzayev became a winner of gold medal.

"ağarza" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağarza nədir? #ağarza sözünün mənası #ağarza nə deməkdir? #ağarza sözünün izahı #ağarza sözünün yazılışı #ağarza necə yazılır? #ağarza sözünün düzgün yazılışı #ağarza leksik mənası #ağarza sözünün sinonimi #ağarza sözünün yaxın mənalı sözlər #ağarza sözünün əks mənası #ağarza sözünün etimologiyası #ağarza sözünün orfoqrafiyası #ağarza rusca #ağarza inglisça #ağarza fransızca #ağarza sözünün istifadəsi #sözlük