ağasəli sözü azərbaycan dilində

ağasəli

Yazılış

  • ağasəli • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağasəlim Abdullayev
Ağasəlim Sahib oğlu Abdullayev (15 oktyabr 1950, Nardaran, Bakı, Azərbaycan SSR) — Azərbaycanın mahir tar ifaçısı, Azərbaycanın Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2019). == Həyatı == Abdullayev Ağasəlim Sahib oğlu 15 oktyabr 1950-ci ildə anadan olub.Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir. Azərbaycan muğamlarını ən klassik, ən düzgün yol ilə ifa edən tarzən hesab olunur. Süleyman Ələsgərovun "Daimi hərəkət" əsərinin tarda ilk ifaçısıdır. Mahir tarzən Ağasəlim Abdullayev həm də mahir pedaqoqdur. Azərbaycan mədəniyyətini, musiqisini dünyanın dörd bir yanında təmsil edən, ən çox tanınan tarzənlər - Sahib Paşazadə, Şəhriyar İmanov, Bəhruz Zeynal və bir çox tarzənlər onun tələbələridir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına musiqi kolleci və Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirir. == Mükafatları == 2007-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Ailəsi == A.Abdullayevin 1959-cü il təvəllüdlü həyat yoldaşı Brilyant Abdullayeva, oğlu Vüqar Abdullayev, nəvəsi 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev, gəlini 1984-cü il təvəllüdlü Səadət Abdullayevadır.
Ağasəlim Atakişiyev
Ağasəlim İbrahim oğlu Atakişiyev (1903, Bakı – 1970, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (1950–1953). == Həyatı == Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyas — Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləmişdir. A. Atakişiyev bu illər ərzində məsul tapşırıqları yerinə yetirmiş, sosializm dövlətinin düşmənlərinə qarşı mübarizə etmişdir. A. Atakişiyev 1931-ci ildə ÜİK(b)P sıralarına daxil olmuşdur.A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə Azərbaycan SSR xalq daxili işlər komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində böyük təşkilatçılıq işi görmüşdür.1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR xalq dövlət təhlükəsizliyi komissarının birinci müavini olmuşdur. Sonra o, N. Ordusunun hərbi şura üzvü təyin edilmişdir. 1945-ci ildə ona general-mayor rütbəsi verilmişdir.Ağasəlim Atakişiyev SSRİ ikinci çağırış Ali Sovetinə deputat seçilmişdir.
Ağasəlim Bağırov
Ağasəlim Yaqub oğlu Bağırov (1940) — Azərbaycan dövlət xadimi, Azərbaycanın ticarət naziri (1989–1992), Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1992), iqtisad elmləri namizədi. == Həyatı == Ağasəlim Yaqub oğlu Bağırov 1940-cı ildə anadan olmuşdur. İxtisasca əmtəəşünasdır.Əmək fəaliyyətinə "Qızıl Şərq" mətbəəsində başlamış, Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı-mühəndis vəzifəsində işləmişdir. Sonra 13 il ərzində ərzində Azərbaycan SSR Ticarət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, "Azərittifaq"ın universal topdansatış bazasının direktoru, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə müdiri olmuşdur.Ağasəlim Bağırov 1985-ci ildə Azərbaycan İstehlak Kooperasiyasının XVI qurultayında "Azərittifaq"ın idarə heyəti sədrinin müavini seçilmişdir. 1988-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsinin ticarət və ictimai iaşə şöbəsinin rəisi vəzifəsində işləmiş, 1989-cu ilin aprel ayında Azərbaycan SSR ticarət naziri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin aprel ayınadək işləmiş, həmin ilin aprel–iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur.
Ağasəlim Mircavadov
Ağasəlim Mircavadov (11 aprel 1947 və ya 22 oktyabr 1947, Bakı) – Azərbaycanın futbol mütəxəssisi == Həyatı == Ağasəlim Seyidəhməd oğlu Mircavadov 1947-ci ildə Bakıda anadan olub. Futbol oynamağa 12 yaşında başlayıb. Neftçi Bakı klubunun heyətində çıxış edib. 1973-cü ildən məşqçilik edir. 1982-ci ildə dövrün ən böyük məşqçilik məktəblərindən sayılan Moskva Ali Məşqçilik Məktəbini bitirib. Sovet dönəmində bir neçə dəfə Neftçi Bakı komandasının sükanı arxasında dayanıb. 1988-ci ildə "Azərbaycanın əməkdar məşqçisi" fəxri adına layiq görülüb. 1991–1996-cı illər aralığında Ağdamın Qarabağ klubuna rəhbərlik edib. 1993–1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində də çalışıb. Ağasəlim Mircavadov "Şəmkir"lə iki dəfə, Qarabağ, Neftçi, Xəzər-Lənkəran klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib.
Ağasəlim Çildağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Ağasəlim Çıldağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Ağasəlim Əfəndiyev
Ağasəlim Əfəndiyev — Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. == Yaradıcılığı == Агасалим Эфендиев. Батальный жанр в азербайджанской миниатюрной живописи XIII-XVI веков. Баку, 2009. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Первый памятник азербайджанской миниатюры. Журнал "İRS", № 4(46), 2010. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Миниатюры рукописи "Манафи аль-Хайаван" –первый образец тебризского стиля. Журнал "İRS", № 5(47), 2010.
Ağasəlim Ələsgərov
Ağasəlim Kərim oğlu Ələsgərov — Azərbaycan iqtisad elmi məktəblərinin yaradıcılarından biri, fəlsəfə və elmlər dokoru, görkəmli iqtisadçı alim. == Həyatı == Ağasəlim Ələsgərov Kərim oğlu 1928-ci il mayın 22-də Bakıda fəhlə ailəsində doğulmuşdur. O, Məşədi Adıgözəlin nəvəsi olmuşdur. A.Ələsgərovun ailəsi əslən Sabunçu rayon Balaxanı qəsəbəsindəndir. A.Ələsgərov 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirərək, kənd təsərrüfatının iqtisadiyyatı ixtisasına yiyələnmişdir. A.Ələsgərov 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirərək, kənd təsərrüfatının iqtisadiyyatı ixtisasına yiyələnmişdir. İlk əmək fəaliyyətinə Bakı Şəhər Xalq Deputatları Sovetinin plan komissiyasında iqtisadçı kimi başlamışdır. Sonralar həmin komissiyada baş iqtisadçı, mənzil – kommunal və əsaslı tikinti şöbələrinin müdiri vəzifələrində çalışmış, 1953-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Moskva Dövlət Universiteti nəzdində yaradılmış siyası iqtisad, fəlsəfə, marksizm-leninizm müəllimləri hazırlayan xüsusi kursa oxumağa göndərilmişdir. Bununla da 1954-cü ildən etibarən A.Ələsgərov ali məktəblərdə siyasi iqtisad fənnindən dərs demək hüququ qazanmışdır. O, Bakıya qayıtdıqdan sonra bir müddət Azərbaycan Sənaye İnstitutunda siyası iqtisad kafedrasında müəllimlik etmiş, sonra isə SSRİ EAİqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.
Ağasəlim
Ağasəlim — kişi adı.
Ağasəlim Şükürov
Ağasəlim Səmədağa oğlu Şükürov (9 sentyabr 1963, Əli-Bayramlı – 24 mart 2023, Bakı) — Sovet İttifaqının hərbi tərcüməçisi və Azərbaycan Respublikasının diplomatı. == Həyatının erkən dönəmi və təhsili == Ağasəlim Səmədağa oğlu Şükürov 9 sentyabr 1963-cü il tarixində Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1971–1981-ci illərdə Bakı şəhəri 49 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1981–1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bitirmişdir. == Diplomat kimi fəaliyyəti == === Sovet İttifaqında === 1988–1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə İraq Respublikasında hərbi tərcüməçi vəzifəsində çalışmışdır. === Azərbaycan Respublikasında === 1993–1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı İdarəsində 3-cü katib və 2-ci katib vəzifələrində çalışmışdır. 1997–2000-ci illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 2-ci katib, 2000–2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri, 2002–2006-cı illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 1-ci katib vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri vəzifəsin təyin edilmiş, bundan sonra 2008–2010-cu illərdə Azərbaycan Respublikasının Liviyadakı Səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə Azərbaycan Respublikasının Liviyadakı, 2015–2022-ci illərdə Azərbaycan Respublikasının Livan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Şükürov Azərbaycanı 30-dan çox dövlətdə müxtəlif diplomatik missiyalarda təmsil etmişdir. O, xarici ölkələri səfərlər zamanı Heydər Əliyevi müşayiət etmiş və bir sıra ikitərəfli görüşlərdə iştirak edərək ərəb dili üzrə tərcüməçilik etmişdir.

ağasəli sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bax: Ağa və Səlim.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ağasəli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağasəli nədir? #ağasəli sözünün mənası #ağasəli nə deməkdir? #ağasəli sözünün izahı #ağasəli sözünün yazılışı #ağasəli necə yazılır? #ağasəli sözünün düzgün yazılışı #ağasəli leksik mənası #ağasəli sözünün sinonimi #ağasəli sözünün yaxın mənalı sözlər #ağasəli sözünün əks mənası #ağasəli sözünün etimologiyası #ağasəli sözünün orfoqrafiyası #ağasəli rusca #ağasəli inglisça #ağasəli fransızca #ağasəli sözünün istifadəsi #sözlük