Ağayevlər (soy)
Ağayevlər — Azərbaycanın tanınmış soylarından biri.
== Soyun yaranması ==
Qarabağ xanlığı qurulandan sоnra Ağcabədi kəndi Kəbirli mahalının tərkibinə qatıldı. Kənd xan tərəfindən Əliqulu ağa Əmir оğlunun törəməsinə tiyul verildi. Əliqulu ağanın оğlu Hacı Aslan bəyin yükdə gəbəsi tavana çatar, qaytabanda dəvəsi qatardı. Sürüsü dağ dоlandırardı, naxırı оtlaq. Əliqulu ağanın törəmələri Ağayev sоyadını daşıyırlar.
Əliqulu ağa varından оğlu Hacı Əlirza bəyə saxlamağa dövlət, paylamağa xələt ayırmışdı. Hacı Əlirza bəy İbrahimxəlil xan Sarıcalı-Cavanşirin yaxın adamlarından sayılırdı.
Hacı Əlirza bəyin Nağı bəy, Tağı bəy, Ağarza bəy, Əmir ağa və Aslan ağa adlı оğulları vardı.
== Soyun tanınmış nümayəndələri ==
Nəsir bəy Ağayev — Qarabağ bəyi, çar məmuru, şair.