ağb sözü azərbaycan dilində

ağb

Yazılış

  • ağb • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amasiya (Ağbaba)
Amasiya — Amasiya rayonununda kənd və eyniadlı rayonun mərkəzi.
Avtandil Ağbaba
Avtandil Ağbaba (26 sentyabr 1955) — şair, publisist, folklorşünas. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Həyatı == Avtandil Ağbaba 1955-ci il sentyabrın 26-da Qərbi Azərbaycanın Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Təpəköy məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universtetinin filologiya fakültəsinə daxil olmuşdur(1973). Ordu sıralarında xidmət etmişdir(1974-1976). Sonra ADU-nin filologiya fakültəsində təhsilini qiyabi davam etdirmişdir. Eyni zamanda doğma Balıqlı kəndində klub müdiri, sonra Oksüz kənd səkkizillik məktəbində müəllim, tədris hissə müdiri, yenidən Balıqlı kənd səkkizillik məktəbində müəllim işləmişdir(1976-1988). Məlum səbəblərə görə doğma yurdundan qaçqın düşmüşdür. Sumqayıtda 11 saylı otra məktəbdə müəllim(1989-1999), 25 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini(1999), "Ulu Göyçə" qəzetinin xüsusi müxbiri olmuşdur(1993).
Ağbaşlar
Ağbaşlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Etnotoponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. == Əhalisi == === Şəhidləri === Quluyev Hüseyn Həbib oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Ağbaşlar kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə Cavanşir Abdullayev adına Ağbaşlar kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Ağbaşlar kənd tibb məntəqəsi yerləşir.
Ağbaşlı
Ağbaşlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Ağbel ağacdələn
Ağbel ağacdələn (lat. Dendrocopos leucotos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin əlvan ağacdələn cinsinə aid heyvan növü. Böyüklüyü 24-26 sm-dir. Erkəklərinin başında qırmızı, dişilərində isə qara tac vardır. D. l. leucotos növü Mərkəzi və Şimali Avropa, D. l. lilfordii növü Balkan və Türkiyə forması olaraq tanınır. Nadir bir quş olub meşələrlə bol cansız odunlara ehtiyac duyarlar. Şimali Avropa ölkələrində sayları azalmışdır. Çoxalma dövründə çürümüş ağac gövdələrində 7-30 sm dərinliyində yuva açır.
Ağbiji
Ağbiji (Əfx abx. Аӷбажь < аӷба — "gəmi" və ажь — "üzüm"), Abxurdzeni — Abxaziyadan olan gürcü aborigen qırmızı üzüm şərabı üzüm çeşididir . Hekayəyə görə, bu sort gəmi ilə Abxaziyaya gətirilib, sonra Qudauta yaxınlığındakı Kulanurxva kəndinə yayılıb. == Təsvir == Yetkin yarpaq orta ölçülü və yuvarlaq formadadır. Üç loblu, zəif çentikli, demək olar ki, bütövdür. Yarpağın aşağı tərəfi tez-tez pullu tüklərlə örtülmüşdür. Çiçək biseksualdır. Salxımlar orta ölçülü, konusvari, nadir hallarda silindrik, qanadlı, çətirşəkilli və ya orta çətirvari olur. Taxıl orta ölçülü və yuvarlaqdır. Tünd mavi, qaraya keçid, lakin mumlu qar dənəciyi səbəbiylə mavimsi bir rəngə sahib olacaq.
Ağbil
Ağbil — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Ağbil oyk., mür. Quba r-nunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XVI əsrə aid Ağbil türbələri bu kəndin ərazisindədir. Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin türbələr Şeyxlər üçün tikilmişdir. XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşmış Ağbil kəndi bir müddət Ağbil Zeyid adlandırılmışdır. Oykonim ağ (kiçik) və bil (qəd.
Ağbil bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağbil türbələri
Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri. Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1533), o cümlədən türbədə dəfn edilən şəxsin adı — Şah-Murad — göstərilmişdir. == Səkkizbucaqlı türbə == Dövrümüzə çatmış türbələrdən birincisi xaricdən səkkizguşəli formaya malikdir. Bu türbə, bir tərəfdən tarix-memarlıq abidələri ilə kasıb olan dövrə — XVI əsrə aid olması baxımından, digər tərəfdən isə, şimal və cənub türbələrinin xüsusiyyətlərini birləşdirən tipoloji xarakteristikasına görə böyük maraq kəsb edir.Türbənin kərpicdən hörülmüş divarları daş kürsülük üzərində ucaldılmış, divar və təməl hissənin hörgüsü eyni ölçüdə aparılmışdır. Buna görə də, kürsülük və tikilinin əsas həcmi halnız hörgü materialının fakturası ilə fərqlənir. Kürsülüyün yalnız faktura xarakteristikası baxımından fərqləndirilməsinə, Cənubi Azərbaycanın bəzi kərpic türbələrində də rast gəlinir.Türbənin özünəməxsus xüsusiyyətlərindən biri də xaricdən səkküzguşəli formada olmasına baxmayaraq, daxildən tikilinin 2.8x2.8 metr ölçülü kvadrat həcmə malik olmasıdır. Kvadratın cənub tərəfində türbəyə giriş yerləşdirilmişdir. Digər üç tərəfdə isə 76x50 sm ölçülü kiçik nişlər inşa edilmişdir.
Ağbil türbəsi
Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri. Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1533), o cümlədən türbədə dəfn edilən şəxsin adı — Şah-Murad — göstərilmişdir. == Səkkizbucaqlı türbə == Dövrümüzə çatmış türbələrdən birincisi xaricdən səkkizguşəli formaya malikdir. Bu türbə, bir tərəfdən tarix-memarlıq abidələri ilə kasıb olan dövrə — XVI əsrə aid olması baxımından, digər tərəfdən isə, şimal və cənub türbələrinin xüsusiyyətlərini birləşdirən tipoloji xarakteristikasına görə böyük maraq kəsb edir.Türbənin kərpicdən hörülmüş divarları daş kürsülük üzərində ucaldılmış, divar və təməl hissənin hörgüsü eyni ölçüdə aparılmışdır. Buna görə də, kürsülük və tikilinin əsas həcmi halnız hörgü materialının fakturası ilə fərqlənir. Kürsülüyün yalnız faktura xarakteristikası baxımından fərqləndirilməsinə, Cənubi Azərbaycanın bəzi kərpic türbələrində də rast gəlinir.Türbənin özünəməxsus xüsusiyyətlərindən biri də xaricdən səkküzguşəli formada olmasına baxmayaraq, daxildən tikilinin 2.8x2.8 metr ölçülü kvadrat həcmə malik olmasıdır. Kvadratın cənub tərəfində türbəyə giriş yerləşdirilmişdir. Digər üç tərəfdə isə 76x50 sm ölçülü kiçik nişlər inşa edilmişdir.
Ağbiraz (Əhər)
Ağbiraz — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Çahardangə kəndistanında, Horand qəsəbəsindən 16 km şimalda, Əhər-Kəleybar avtomobil yolunun 30 kilometrliyindədir.
Ağbiz
Ağbiz — Azərbaycan Respublikasının Zəngilan rayonunun İsgəndərbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd Ağbiz dağının yamacındadır. Kənd əvvəllər Sofulu tayfasına məxsus olan eyniadlı qışlaq yerində salınmışdır. Ərazi öz adını Ağbiz dağının adından almışdır. VII əsrə aid mənbələrdə Albaniya ərazisində Aqbid adlı yaşayış məskəni yad olunur. 1933-cü ildə Zəngilan rayonu ərazisində iki Ağbis kənd adı qeydə alınmışdır.
Ağbiz dağı
Ağbiz — Zəngilan rayonu ərazisində dağ. Oronim ağ (burada dağ süxurlarının rəngini bildirir) və biz/bis/pis (dik, yüksəklik; şiş, çıxıntı; yuva, oyuq) komponentlərindən düzəlib, "ağ dağ" mənasını bildirir.
Ağboyun qaqar
Ağboyun qaqar (lat. Gavia pacifica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Ağboğaz bülbül
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Ağboğaz qaratoyuq
Ağboğaz qaratoyuq (lat. Turdus albocinctus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Ağboğaz samur
Ağbucaq nekropolu
Ağbucaq nekropolu — Şərur rayonunun Axura kəndində konusvari təpənin üzərində arxeoloji abidə. Qəbirlər daş qutu tiplidir. Onlar müxtəlif istiqamətə yönəlmişdir. Qəbirlər yanlarda yastı sal daşlarla qurulmuşdur. Onların üzəri eyni tipli daşlarla qapadılmışdır. Nekropol kənd təsərrüfatı işləri görülərkən tamamilə dağıdılmışdır. Qəbir avadanlığından yalnız bir neçə çəhrayı rəngli keramika parçası qalmışdır. Onlar son antik dövr üçün xarakterikdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, nekropolda həmçinin küp qəbirlərdə dəfnetmə adəti də olmuşdur. Tədqiqat zamanı nekropolun şərq tərəfində buradakı iri küplərdən birinin ağzının parçası tapılmışdır.
Ağbucaq yaşayış yeri
Ağbucaq, Şərur rayonunun Axura kəndindən qərbdə yerləşən arxeoloji abidə. Ахurа kəndinin qərbində yеrləşir. Yаşаyış yеri çох dа hündür оlmаyаn təpənin üzərini və оnun ətrаfını əhаtə еdir. Yаşаyış yеrinin bir qismi hаzırdа əkin sаhəsinə çеvrilmişdir. Bu ərаzidə Sоn Аntik dövrə аid çəhrаyı rəngli kеrаmikа pаrçаlаrınа rаstlаnır. Hаzırdа yаşаyış yеrində tikinti qаlıqlаrınа rаstlаnmır, lаkin аbidənin bəzi yеrlərində оlаn dördkünc fоrmаlı çаlаlаr vахtilə burаdа yаşаyış binаlаrının оlduğunu təsdiq еdir. Kеrаmikа məmulаtınа əsаsən yаşаyış yеrini е.ə. 4- b.е.3 əsrinə аid еtmək оlаr.
Ağbulaq
Yaşayış məntəqələri ərazidəki bulaqların adı ilə adlandırılmışdır. Əfqanıstanda Aqbulaq adlı 2 kənd, Qazaxıstanda Akbulak, Ermənistanda Ağbulax, Türkiyədə Ağbulaq, Orenburq vilayətində Akbulak, Qırğızıstanda Ak-Bulak və s. adlı obyektlərin mövcudluğu bu toponimin umumtürk onomastikasında geniş yayıldığını göstərir. İran toponimiyasındakı Ağkəhriz (Mərkəzi İran), Ağçeşmə (Xorasan) oykonimləri də Ağbulaq oykoniminin sinonimləridir. Azərbaycan kəndləriAğbulaq (Xocavənd)Ağbulaq (Edilli, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Gavahın, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd.Ağbulaq (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Ağbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Ağbulaq (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Ağbulaq (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd.
Ağbulaq-Ağacanxan (Ərdəbil)
Ağbulaq-Ağacanxan (fars. اقبلاغ اقاجان خان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 7 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 3 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,802 nəfər yaşayır (384 ailə).
Aşağı Ağbaş
Aşağı Ağbaş — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Çatmadağın ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli ağbaş etnonimi əsasında əmələ gəlmişdir. «Aşağı» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Arevşat qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci illərdə İranın Salmas və Xoy bölgələrindən köçürülüb yerləşdirilmişdir.
Aşağı Ağbulaq (Marağa)
Aşağı Ağbulaq (fars. ‎‎‎اغبلاغ سفلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (28 ailə).
Baytar (Ağbaba)
Baytar, Hovtun — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir. Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir.
Başköy (Ağbaba)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1830 - cu ilə kimi qarapapaqlar yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

"ağb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağb nədir? #ağb sözünün mənası #ağb nə deməkdir? #ağb sözünün izahı #ağb sözünün yazılışı #ağb necə yazılır? #ağb sözünün düzgün yazılışı #ağb leksik mənası #ağb sözünün sinonimi #ağb sözünün yaxın mənalı sözlər #ağb sözünün əks mənası #ağb sözünün etimologiyası #ağb sözünün orfoqrafiyası #ağb rusca #ağb inglisça #ağb fransızca #ağb sözünün istifadəsi #sözlük