* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Üzü ağ, sifəti ağ. Ağbəniz uşaq. Ağbəniz qız. – Ağbəniz … oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi. Mir Cəlal. 2. Arıq, zəif, solğun sifətli.
Azərbaycan dilinin izahlı lüğəti / ağbəniz2 bənizi ağ olan, ağ üzlü, ağ sifətli, bəyaz simalı.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / ağbəniz1 AĞBƏNİZ(Lİ) Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adamlar istəyirdi (N.Nərimanov); Abbas uzun boylu, nazik bədən, ağbənizli.. bir uşaq idi (S.S.Axundov); AĞSİFƏT(Lİ) Yanında təzə kostyum geyinmiş, qıvrımsaçlı, ağsifətli, dolğun bir gənc dururdu (M.Hüseyn); AĞÜZLÜ Olya hündürboylu, uzunsaçlı, ağüzlü, xumargözlü və dolu bədənli bir qız idi (Q.İlkin).
Azərbaycan dilinin sinonimlər lüğəti / ağbəniz1 AĞBƏNİZ – QARABƏNİZ Ağbəniz... oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi (Mir Cəlal); Qarabəniz kişiyə bir az artıq diqqət yetirdi (C.Əmirov). AĞBƏNİZ – QARABUĞDAYI Qız qarabuğdayı; oğlan isə ağbəniz (İ.Tapdıq). AĞBƏNİZ – QARAYANIZ Yoluna ağbəniz, şümşadboylu gəlin çıxsa, qorxma get, işin avand olar, qarayanız arıqələngə qarı çıxsa, vay halına, getmə, qayıt geri (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / ağbəniz1 sif. blanc (blanche)(adj) de visage ; au visage blanc ; pâle ; blême ; livide
Azərbaycanca-fransızca lüğət / ağbəniz1 прил. 1. лацу ччин квай, лацу якӀарин, ччин лацу; ağbəniz qız ччин лацу руш; 2. ччинин рангар атӀай, яхун, зайиф.
Azərbaycanca-ləzgicə lüğəti / ağbəniz