ağcaqanad sözü azərbaycan dilində

ağcaqanad

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağcaqanad • 86.5079%
  • Ağcaqanad • 12.6984%
  • AĞCAQANAD • 0.7937%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağcaqanad
Ağcaqanadlar (lat. Culicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Ağcaqanadlar tropiklərdən Arktikaya qədər (əksər rütubətli yerlərdə) bütün iqlim şəraitində yaşayırlar. Təxminən 3500 növü aşkar olunmuşdur. Azərbaycanda 6 cinsə mənsub 24 növü məlumdur. Bədəni uzunsov (3–10 mm), başı kiçik, ayaqları nazik və uzundur. Ağız orqanı xortum şəklində, sancıb-soran tiplidir. Bığları 15 buğumludur. Qanadları ensiz və 10 damarlıdır. Yumurtalarını suya qoyur.
Adi ağcaqanad
Adi ağcaqanad (lat. Culex pipiens) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinin əsl ağcaqanad cinsinə aid heyvan növü.
Əsl ağcaqanad
Əsl ağcaqanad (lat. Culex) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinə aid heyvan cinsi.
Ağcaqanadlar
Ağcaqanadlar (lat. Culicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Ağcaqanadlar tropiklərdən Arktikaya qədər (əksər rütubətli yerlərdə) bütün iqlim şəraitində yaşayırlar. Təxminən 3500 növü aşkar olunmuşdur. Azərbaycanda 6 cinsə mənsub 24 növü məlumdur. Bədəni uzunsov (3–10 mm), başı kiçik, ayaqları nazik və uzundur. Ağız orqanı xortum şəklində, sancıb-soran tiplidir. Bığları 15 buğumludur. Qanadları ensiz və 10 damarlıdır. Yumurtalarını suya qoyur.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Tumurcuq çəhrayı ağcaqanadı
Tumurcuq çəhrayı ağcaqanadı (lat. Dasyneura ignorata) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. Yetkin dişi fərdləri qonur-qara kürəkciyə və nəhayətindən nazilən yoğun çəhrayı rəngli qarıncığa malikdir. Gözləri başın əsas hissəsini tutur. Bığcığı təsbehvarı olub, 14 buğumludur. Qanadları şəffafdır və seyrək qara tükcüklərlə örtülmüşdür. Uzunluğu 1,5–2 mm-dir. Yumurtası siqar formasındadır, şəffaf və parlaqdır, çəhrayıdır. Uzunluğu 0,3 mm, eni isə 0,88 mm-dir. Axırıncı yaşda olan sürfələr moruq, yaxud çəhrayı rəngində olur.
Yonca çiçək ağcaqanadı
Yonca çiçək ağcaqanadı (lat. Contarinia medicaginis) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. Yetkin ağcaqanad 2 mm böyüklükdə olub, uzun qırmızımtıl bədənə malikdir. Qarıncığında tutqun rəngli köndələn zolaqlar vardır. Xortumu qısadır. Duyğu orqanları 4 buğumludur. Bığcıqlar uzundur. Qnadları bədənə nisbətən iridir. Pəncələri beş buğumludur. Dişilərin yumurta qoyanları uzun olub ucları şişdir.

ağcaqanad sözünün leksik mənası və izahı

  • 1 is. Bəzi növləri qızdırma (malyariya) xəstəliyi törədən milçəyəoxşar sancan cücü; ditdili, hünü, mığmığa. Ağcaqanadla mübarizə. – İsti adamı taqətdən salır, ağcaqanadlar yaşamağa və işləməyə imkan vermirdi. Ə.Sadıq.

    Azərbaycan dilinin izahlı lüğəti / ağcaqanad

ağcaqanad sözünün etimologiyası

ağcaqanad sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ditdili — hünü — mığmığa

    Azərbaycan dilinin sinonimlər lüğəti / ağcaqanad
  • 2 AĞCAQANAD [Mərdan:] Bürkü cəhənnəmə, ağcaqanad göz yummağa qoymurdu ki... (X.Hasilova); DİTDİLİ (dial.) Qərvənd çox ditdili və milçək olan yerdir (Ə.Haqverdiyev); HÜNÜ Ancaq hünü, milçəklərin vız-vızı; Bu sükutu pozur... (A.Səhhət); MIĞMIĞA (məh.) Nə etin incidər, sənin insan; Nə derin mığmığa, sinəkdən qaç (M.Ə.Möcüz).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ağcaqanad

ağcaqanad sözünün rus dilinə tərcüməsi

ağcaqanad sözünün inglis dilinə tərcüməsi

ağcaqanad sözünün fransız dilinə tərcüməsi

ağcaqanad sözünün ləzgi dilinə tərcüməsi

ağcaqanad sözünün türk dilinə tərcüməsi

"ağcaqanad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağcaqanad nədir? #ağcaqanad sözünün mənası #ağcaqanad nə deməkdir? #ağcaqanad sözünün izahı #ağcaqanad sözünün yazılışı #ağcaqanad necə yazılır? #ağcaqanad sözünün düzgün yazılışı #ağcaqanad leksik mənası #ağcaqanad sözünün sinonimi #ağcaqanad sözünün yaxın mənalı sözlər #ağcaqanad sözünün əks mənası #ağcaqanad sözünün etimologiyası #ağcaqanad sözünün orfoqrafiyası #ağcaqanad rusca #ağcaqanad inglisça #ağcaqanad fransızca #ağcaqanad sözünün istifadəsi #sözlük