Ağcaya sözü azərbaycan dilində

Ağcaya

Yazılış

  • Ağcaya • 84.6154%
  • ağcaya • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağcayazı
Ağcayazı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Aşağı Ağcayazı — Azərbaycanın Ağdaş rayonunda kənd. Yuxarı Ağcayazı — Azərbaycanın Ağdaş rayonunda kənd.Ağcayazı — Laçın rayonu ərazisində düz. Ağcayazı — Laçın rayonu ərazisində dağ.
Ağcayazı (Laçın)
Ağcayazı — Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Oykonim ağca (ağımtıl; quru; şumlanmamış bozumtul torpaq) və yazı (çöl, düz, düzənlik, səhra) sözlərindən düzəlib, "ağımtıl, bozumtul düzən, çöl" deməkdir. Ağdaş rayonu ərazisində Aşağı və Yuxarı Ağcayazı adlı iki kənd var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən təxminən 43 km. şimal qərbdə yerləşir. == Əhalisi == Əhalisi 124 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Aşağı Ağcayazı
Aşağı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağcayazı kəndi mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kənd XIX əsrin ortalarında Ağçayazı (indiki Yuxarı Ağçayazı) kəndindən çıxmış ərəbəbdülkərim tayfasına mənsub olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Birinci komponent ərazidəki eyniadlı iki yaşayış məntəqəsini fərqləndirmək məqsədilə işlənir. Oykonim "Aşağıda yerləşən Ağçayazı kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Yuxarı Ağcayazı
Yuxarı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Ağdaşda iki eyniadlı kənd olduğu üçün birinci komponent həmin yaşayış məntəqələrini fərqləndirmək məqəsdi ilə işlədilir. Toponim türk mənşəli "ağca" — rəng, "yazı" isə — çöl, düz, düzənlik mənasını ifadə edir. == Tarixi == Kənd 1712-ci ildə yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 27 km aralı, Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 641 nəfərdir === Tanınmış şəxsləri === Heydərov Arif Nəzər oğlu - Azərbaycan SSR daxili işlər naziri === Şəhidləri === Kərimov Xaləddin Telman oğlu (1968-1992) Kərimov Tərlan Ağabala oğlu (1972-1992) Əhmədov Faiz Mahmud oğlu (1956-1993) Səlimzadə Ramil Raqif oğlu == İqtisadiyyatı == Kəndin ərazisi 717 ha, kənddəki təsərrüfatların sayı 200-dür. Əhali əsasən əkinçilik, maldarlıq və meyvə-tərəvəzçiliklə məşğul olur. == Mədəniyyəti == Kənddə klub və kitabxana mövcuddur.
Yuxarı Ağcayazı bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2010 ••••••••••••••••• 0.18
2013 ••••••••••••• 0.15

Oxşar sözlər

#ağcaya nədir? #ağcaya sözünün mənası #ağcaya nə deməkdir? #ağcaya sözünün izahı #ağcaya sözünün yazılışı #ağcaya necə yazılır? #ağcaya sözünün düzgün yazılışı #ağcaya leksik mənası #ağcaya sözünün sinonimi #ağcaya sözünün yaxın mənalı sözlər #ağcaya sözünün əks mənası #ağcaya sözünün etimologiyası #ağcaya sözünün orfoqrafiyası #ağcaya rusca #ağcaya inglisça #ağcaya fransızca #ağcaya sözünün istifadəsi #sözlük