ağciyərlər sözü azərbaycan dilində

ağciyərlər

Yazılış

  • ağciyərlər • 85.0000%
  • Ağciyərlər • 15.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağciyərlər (insan)
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) — tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan həyat üçün təhlükə yaradan tam müalicə olumayan ağciyər xəstəliyi. AXOX-un açıqlanması aşağıdakı kimidir: ağciyərlərin – yəni, proses ağciyərlərdə baş verir xronik – yəni proses uzun müddətli və tam sağalmayandır obstruktiv – hava keçiriciliyinin qismən pozulması – hava yollarının daralması xəstəlik – funksiyaların pozulması deməkdir == Əsas faktlar == 2012-ci ildə ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) dünyada 3 milyondan çox insan vəfat etmişdir ki, bu da həmin ildə bütün dünyada olan ölüm hallarının 6 %-ni təşkil edir. AXOX-dan ölüm hallarının 90%-i zəif və orta inkişaf etmiş ölkələrin payına düşür, çünki bu ölkələrdə AXOX–a qarşı effektiv profilaktika və mübarizə tədbirləri ya çox zəif aparılır, ya da heç aparılmır. AXOX–un əsas səbəbi tütün tüstüsüdür (tütünçəkmə və ya onun tüstüsü ilə nəfəs alma nəticəsində yaranır). Hal–hazırda inkişaf etmiş ölkələrdə qadınlar arasında tütünçəkmənin və zəif inkişaf etmiş ölkələrdə qapalı yerlərdə çirklənmiş hava ilə nəfəs alma riskinin (yeməklərin hazırlanmasında və istilik məqsədilə qatı yanacaqdan istifadənin nəticəsində) artması hesabına kişi və qadınların bu xəstəliyə tutulma göstəricisi demək olar ki, eynidir. == Səbəblər və risk faktorları == AXOX bir sıra səbəblər üzündən baş verə bilər, lakin siqaret çəkmə bu səbəblərin arasında ən tez-tez rast gəlinənidir. AXOX-un yaranmasına, həmçinin ətraf mühit faktorları səbəb ola bilər. Məsələn, iş yerində müəyyən tozların, kimyəvi maddələrin təsirinə məruz qalma, havanın çirklənməsi xəstəliyin yaranmasında rol oynaya bilər. Bu xəstəlik bütün siqaret çəkən şəxslərdə yaranmır və eyni zamanda elə hallar olur ki, xəstəlik siqaret çəkməyən insanlarda da baş verir. Bu vəziyyətlərin səbəbləri hələ də aydınlaşdırılmamışdır.

"ağciyərlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağciyərlər nədir? #ağciyərlər sözünün mənası #ağciyərlər nə deməkdir? #ağciyərlər sözünün izahı #ağciyərlər sözünün yazılışı #ağciyərlər necə yazılır? #ağciyərlər sözünün düzgün yazılışı #ağciyərlər leksik mənası #ağciyərlər sözünün sinonimi #ağciyərlər sözünün yaxın mənalı sözlər #ağciyərlər sözünün əks mənası #ağciyərlər sözünün etimologiyası #ağciyərlər sözünün orfoqrafiyası #ağciyərlər rusca #ağciyərlər inglisça #ağciyərlər fransızca #ağciyərlər sözünün istifadəsi #sözlük