ağlabatan sözü azərbaycan dilində

ağlabatan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağlabatan • 97.7055%
  • Ağlabatan • 2.1033%
  • AĞLABATAN • 0.1912%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağlabatan müddət
Ağlabatan müddət — mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddətidir. Prosessual hüquqda ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Bu, ABŞ hüquq terminidir və uzun illər mübahisə predmeti olmuşdur. Müvafiq ifadə adətən hər hansı hərəkətin yerinə yetirilməsi və ya ödəmələrin edilməsi ilə bağlıdır, lakin bir çox məhkəmə işlərində problemlərə səbəb olmuşdur, çünki qeyri-müəyyən bir müddəti əhatə edir. Vahid Kommersiya Məcəlləsinin 2-206(2)-ci maddəsi tələb edir ki, əgər hər hansı müddət müəyyən edilməyibsə, ofertanın (təklif) qəbulu "ağlabatan müddət" ərzində edilməlidir: Tələb olunan icranın xüsusi formada qəbulu tələb olunduğu hallarda, ağlabatan müddət ərzində oferentə aksept haqqında bildiriş göndərilmədikdə oferent təklifi qəbul edilməzdən əvvəl gecikmiş hesab edə bilər. Avropa İttifaqı hüququ Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasında aşağıdakılara istinad edir: Yaxşı idarəçilik hüququ: Hər kəs öz işlərinin İttifaqın institutları, orqanları, idarələri və qurumları tərəfindən qərəzsiz, ədalətli və ağlabatan müddətdə baxılması hüququna malikdir (Maddə 41). Səmərəli hüquqi müdafiə vasitələri və ədalətli məhkəmə araşdırması hüququ: Hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir (Maddə 47). Beləliklə, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə hərtərəfli və obyektiv baxılmasıdır. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması işin xarakterini və mürəkkəbliyini nəzərə alaraq vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır.

ağlabatan sözünün leksik mənası və izahı

  • 1 sif. Ağıl qəbul edə bilən, inanıla bilən, mümkün ola bilən; məqsədəuyğun. Ağlabatan söz. Ağlabatan təklif. – [Hikmət İsfahani:] …Sənin sözün ağlabatan sözdür. M.İbrahimov. Gəldiyev ağlabatan söz danışırdı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / ağlabatan

ağlabatan sözünün sinonimləri (yaxın mənalı sözlər)

ağlabatan sözünün rus dilinə tərcüməsi

  • 1 1. допустимый; вероятный; приемлимый; 2. разумный, толковый;

    Azərbaycanca-rusca lüğət / ağlabatan
  • 2 прил. 1. разумный, оправдываемый здравым смыслом. Ağlabatan təklif разумное предложение 2. приемлемый, не вызывающий возражений. Ağlabatan iş приемлемая работа, ağlabatan plan приемлемый план

    Azərbaycanca-rusca lüğət / ağlabatan

ağlabatan sözünün inglis dilinə tərcüməsi

ağlabatan sözünün fransız dilinə tərcüməsi

ağlabatan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. акьулдивай кьатӀуз (кьабулиз) жедай (хьтин), гъавурда (кьиле) гьатдай (хьтин), чӀалахъ жедай (хьтин), хьунухь мумкин тир, макьсаддив кьур (мес. гаф, теклиф).

    Azərbaycanca-ləzgicə lüğəti / ağlabatan

"ağlabatan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağlabatan nədir? #ağlabatan sözünün mənası #ağlabatan nə deməkdir? #ağlabatan sözünün izahı #ağlabatan sözünün yazılışı #ağlabatan necə yazılır? #ağlabatan sözünün düzgün yazılışı #ağlabatan leksik mənası #ağlabatan sözünün sinonimi #ağlabatan sözünün yaxın mənalı sözlər #ağlabatan sözünün əks mənası #ağlabatan sözünün etimologiyası #ağlabatan sözünün orfoqrafiyası #ağlabatan rusca #ağlabatan inglisça #ağlabatan fransızca #ağlabatan sözünün istifadəsi #sözlük