* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Ağlayan kimi olmaq, gözləri yaşla dolmaq, doluxsunmaq. Kiçikbəyim ağlamsınaraq başmağı onun [Məmməd bəyin] əlindən alıb, hasarın üstündə oturdu. Çəmənzəminli. // Yalandan ağlamaq, özünü ağlayan kimi göstərmək. Mən Mahrunun gözlərinə diqqətlə baxırdım, onun gözləri ağlamsıyırmış kimi idi. M.S.Ordubadi. Səlimnaz arvad ağlamsınan bir tərzdə köksünü ötürdü. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / ağlamsımaq1 глаг. 1. расплакаться, прослезиться 2. притворяться плачущим
Azərbaycanca-rusca lüğət / ağlamsımaq