ağlar sözü azərbaycan dilində

ağlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağlar • 76.0000%
  • Ağlar • 22.6667%
  • AĞLAR • 1.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağlar söyüd
Ağlar söyüd (yaxud Babil söyüdü və ya sallaq söyüd) (lat. Salix babylonica) — Söyüd fəsiləsindən bitki cinsi. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Ağlar-Güləyən (1988)
Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər. == Məzmun == Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.
Ağlar-güləyən (film, 1988)

Ağlar və qaralar (balet)
Ağlar və Qaralar — Xəyyam Mirzəzadə tərəfindən 1984-cü ildə fortepiano üçün 12 prelüd silsiləsi əsasında bəstələnmiş balet. Premyera 7 iyun 2000-ci ildə olub. Baletmeyster Pulumb Agilliu, rəssam Tahir Tahirov, dirijor Cavanşir Cəfərov. == Məzmun == == Qaynaq == Bir ömrün fəsilləri.
Analar yanar ağlar (film, 1990)
Analar yanar ağlar televiziya tamaşası 1990-cı ildə Azərbaycan televiziyasında istehsal edilmişdir.
Ağlarot
Ağlarotu (lat. Lythrum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Çoxillik ot bitkisidir. Uzunsov, qarşı-qarşıya düzülmüş yarpaqları var. Çiçəkləri qırmızı, uzun sünbülvaridir. Meyvəsi qutucuqdan ibarətdir, açıq-qəhvəyi rəngli toxumları isə uzunsov-yumurta şəklindədir. İyun-iyul aylarında çiçəkləyir. == Azərbaycanda yayılması == Azərbaycanda 6 növü yayılıb. == İstifadəsi == Tibdə dərman məqsədilə bir növündən istifadə edilir. Bitki çiçək açan dövrdə toplanır, açıq havada qurudulur.
Ağlarotu

Söyüdyarpaq ağlarot
Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin ağlarotu cinsinə aid bitki növü. == Təbii yayılması == Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir. == Botaniki təsviri == Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır.
Söyüdyarpaq ağlarotu

Ağlarotukimilər
Ağlarotukimilər (lat. Lythraceae) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == Ammanniaceae Horan. Blattiaceae Engl. Duabangaceae Takht. Lagerstroemiaceae J.Agardh Lawsoniaceae J.Agardh Punicaceae Bercht. & J.Presl, nom. cons. Salicariaceae Juss., nom. illeg.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.39 dəfə / 1 mln.
2003 ••••••••••• 0.79
2004 ••••• 0.34
2007 •••••• 0.42
2008 •••• 0.24
2009 ••• 0.16
2010 •••••••••••••••••• 1.36
2011 •••• 0.26
2012 ••• 0.17
2013 •••• 0.29
2014 •••••••••••••••••••• 1.54
2016 ••••• 0.35
2017 ••• 0.16
2020 •••••• 0.40

ağlar sözünün leksik mənası və izahı

  • 1 sif. Ağlayan, gözüyaşlı, gözü yaşla dolu. Kişi ağlar gözilə qıldı fəğan; Söylədi oğlu: – Ağlama, babacan! M.Ə.Sabir. Seyid ağlar gözü ilə başladı: – Mən Kirmanşahda ikən gecə röyada cəddimi gördüm. Ə.Haqverdiyev. Ağlar gözümdə qanə dönər əşki-həsrətim. H.Cavid. // məc. Qüssəli, ələmli, kədərli, fəlakətli, müsibətli. ◊ Ağlar günə düşmək – bax ağlar (günə) qalmaq. Ağlar (günə) qalmaq – yiyəsiz qalmaq, xaraba qalmaq, bədbəxt olmaq, müsibətə düşmək. Ağlar (günə) qoymaq – bədbəxt etmək, dərdə salmaq, müsibətə salmaq. Nə sövdadır yenə düşüb başına; Oğul, gedib, ağlar qoyma sən bizi. “Aşıq Qərib”.

    Azərbaycan dilinin izahlı lüğəti / ağlar

ağlar sözünün sinonimləri (yaxın mənalı sözlər)

ağlar sözünün antonimləri (əks mənalı sözlər)

ağlar sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AĞLAR I is. Ağ irqə mənsub olanlar, qaraların əksi. Qılıncdan keçirdi bizi bu ağlar; Lalə tək qızardı Amazon çayı (S.Vurğun). AĞLAR II is. tar. Əksinqilabçılar. Qırmızılar ağlara qalib gəldi.

    Azərbaycan dilinin omonimlər lüğəti / ağlar

ağlar sözünün rus dilinə tərcüməsi

  • 1 1. плачевный; 2. плачущий; 3. белые;

    Azərbaycanca-rusca lüğət / ağlar
  • 2 прил. 1. плачущий. Ağlar uşaqlar плачущие дети 2. плачевный, трагический. Ağlar vəziyyət трагическое положение ◊ ağlar günə qalmaq, ağlar günə düşmək оказаться в плачевном, горестном положении

    Azərbaycanca-rusca lüğət / ağlar

ağlar sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. the white; 2. (ağqvardiyaçılar) White (Guards) II. s.: ağlar vəziyyətdə olmaq to be* in a sad / difficult state, to be* in a sorry plight; ağlar günə qalmaq to be* under a terrible condition / state, to become* miserable / very unhappy; ağlar günə qoymaq to lead* smb. to trouble / misfortune, to make* smb. unhappy / miserable

    Azərbaycanca-ingiliscə lüğət / ağlar

ağlar sözünün fransız dilinə tərcüməsi

  • 1 I is. blancs m pl II sif. 1) lamentable adj ; déplorable adj ; 2) adj pleur//eur, -euse (gözüyaşdı): ◊ ~ (günə) qalmaq trouver (se) dans une situation pitoyable ; ~ günə qoymaq mettre dans un état déplorable (piteux)

    Azərbaycanca-fransızca lüğət / ağlar

ağlar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. шел алай, нагъв алай, шехьзавай, накъвадивди ацӀанвай (вилер); // пер. гъамлу, дерт авай; ** ağlar günə düşmək кил. ağlar (günə) qalmaq; ağlar (günə) qalmaq шехьдай къа гьатун, сагьибсуз амукьун, харапӀа хьун, бедбахт хьун, сед хьун, мусибат хьун; ağlar (günə) qoymaq шехьдай къа ттун, бедбахт авун, дерт гун.

    Azərbaycanca-ləzgicə lüğəti / ağlar

"ağlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağlar nədir? #ağlar sözünün mənası #ağlar nə deməkdir? #ağlar sözünün izahı #ağlar sözünün yazılışı #ağlar necə yazılır? #ağlar sözünün düzgün yazılışı #ağlar leksik mənası #ağlar sözünün sinonimi #ağlar sözünün yaxın mənalı sözlər #ağlar sözünün əks mənası #ağlar sözünün etimologiyası #ağlar sözünün orfoqrafiyası #ağlar rusca #ağlar inglisça #ağlar fransızca #ağlar sözünün istifadəsi #sözlük