ağrısı sözü azərbaycan dilində

ağrısı

Yazılış

  • ağrısı • 99.3598%
  • Ağrısı • 0.5122%
  • AĞRISI • 0.1280%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baş ağrısı
Baş ağrısı və ya başağrısı — Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xarakter alması hallarında həkimə müraciət etmək vacibdir. == Baş ağrısının formaları == Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincli baş ağrılarına tipik nümunə kimi Miqreni misal göstərmək olar.
Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA. == Epidemiologiya == Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir.
Gərginlik baş ağrısı
Gərginlik baş ağrısı(GBA) — geniş yayılmış birincili baş ağrısı formasıdır. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA miqrenlə müqayisədə mülayimdir. == Ümumi məlumat == Adi hallarda GBA zamanı BA aşağıdakı xüsusiyyətlərə malikdir: ikitərəfli lokalizasiya sıxıcı və ya təzyiqedici xarakter ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər ürəkbulanma və ya qusma yoxdur adi fiziki gərginlik zamanı artmır perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış həssaslıqla müşahidə oluna bilərGBA-nın səbəbləri tam aydın deyil, lakin onun əmələ gəlməsinə gətirən amillər müəyyən edilmişdir. Onların sırasına aşağıdakılar aiddir: emosional (həyəcan, depressiya, ailədə və həyatda stress və münaqişə vəziyyətləri) əmək və asudə vaxt rejiminin pozulması (işdə və ya təhsildə monoton əmək və ya artıq iş yükü, dincəlmə müddətinin yetərliolmaması) cinsi problemlər yuxunun pozulması havanın dəyişməsi gicgah-çənə oynağının disfunksiyası ənsə-alın və ənsəaltı əzələlərin spastik yığılması, əzələ gərginliyinə anadangəlmə meyililikGərginlik baş ağrısı diaqnozu nevroloji müayinələrin nəticələrinin normal olması ilə yanaşı əmək qabiliyyətinin itirilməsinə gətirməyən ikitərəfli baş ağrısı olan xəstələrə qoyulmalıdır. === Əsas məqamlar === Gərginlik tipli baş ağrısı baş ağrılarının ən çox rast gəlinən səbəbidir. Lakin, bu patologiyanın əsasında duran mexanizm hələ də dəqiq məlum deyil. Gərginlik tipli baş ağrısına həm əzələ gərginliyi, həm də emosional stress səbəbindən baş verən baş ağrıları daxildir. Əzələlərin palpasiyasında qeyd edilən tapıntılar baş ağrısının yaranması ilə uzlaşmır. Mürəkkəb hallarda gərginlik tipli baş ağrısı miqrenlə yanaşı gedə bilər.
Klaster baş ağrısı
Klaster baş ağrısı — birincili baş ağrı forması olub ,xüsusiyyətlərinə orbital, supraorbital, gicgah nahiyələrində və ya onların bir neçəsində cəmləşən intensiv, yalnız birtərəfli baş ağrıları aiddir. KBA-nın ən səciyyəvi əlamətlərinə aşağıdakılar aiddir: həddindən artıq dözülməz olması gündüz və gecə ərzində dəfələrlə təkrarlanması üz nahiyəsində aydın vegetativ əlamətlərlə təzahür etməsi xəstəliyin özünəməxsus formada getməsi ağrı tutmalarının dalbadal və ya “dəstə” şəklində baş verməsi.Ağrı olan tərəfdə tutmalar bir və ya bir neçə əlamətlərlə müşayiət olunur: konyuktivanın qızarması, göz yaşının axması, burunun tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, mioz, ptoz, göz qapaqlarının şişkinliyi. Hər bir tutma gözlənilmədən başlayır və tamamlanır, 15 dəqiqədən 3 saata qədər çəkir, günaşırı bir dəfədən gün ərzində səkkiz dəfəyə qədər təkrarlana bilər. Xəstə tutmalar zamanı həyəcanlı olur. Xəstələrin 80-90%-də KBA-nın epizodik formaları müşahidə olunur və bu zaman bir neçə həftədən bir neçə aya (adətən 6 ay) qədər davam edən xəstəliyin kəskinləşməsi dövrləri uzun müddətli remissiyalarla müşahidə olunur, xəstələrin 10-20%-də isə daha nadir hallarda baş verən Xronik forma müşahidə olunur. Bu zaman il ərzində remissiya müşahidə olunmur və ya remissiyanın müddəti 1 aydan az olur.
Süd dişinin ağrısı (film, 1987)
== Məzmun == Balaca Kərimin (Pərviz Hüseynov) anası (Xalidə Quliyeva) doğuş zamanı vəfat etmişdir. Kərimə həyat verən anasının fotoşəkli onun üçün səcdəgaha çevrilir. Oğlan evdə anasının adı ilə bağlı hər şeyi əzizləyir. Ona görə də böyük qardaşı Səlimin (Fuad Dadaşov) anasından qalma boyunbağını sevgilisinə (Rəna Tanrıverdiyeva) bağışlamasını, atasının (Əlican Əzizov) gənc müəllimə (Larisa Xələfova) ilə yaxınlıq etməsini heç cür qəbul edə bilmir. Anasına məxsus köhnə şkafın atası tərəfindən yandırılması Kərimi bərk sarsıdır. Filmdə ana həsrəti ilə qovrulan, valideyn qayğısından ayrı düşmüş iki qardaşın — 7 yaşlı Kərimlə 15 yaşlı Səlimin taleyi fonunda uşaqlarla böyüklərin qarşılıqlı əlaqəsindən bəhs edilir. == Film haqqında == Filmdə kütləvi səhnələrdə Xaçmaz rayonundakı 6 saylı orta məktəbin şagirdləri iştirak etmişlər. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Rövşən Quruluşçu rejissor: Hüseyn Mehdiyev Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Rövşən Həsənov Operator: Rafiq Quliyev, Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi) Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: Firuzə İsmayılova Dekor rəssamı: T.Mirzəyev Montaj edən: Rahidə Quliyeva (R.Quliyeva kimi) Montaj üzrə assistent: Ş.Əliyeva Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov Rejissor assistenti: Y.Əhmədov, Ə.Əhmədov Rəssam assistenti: X.Əminağayeva İnzibatçı: M.İsmayılov, İ.İsgəndərov, R.Hüseynov Redaktor : Eldəniz Quliyev, Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Filmin direktoru: Azər Quliyev Bədii rəhbər: Rasim Ocaqov === Rollarda === Pərviz Hüseynov — Kərim Fuad Dadaşov — Səlim Əlican Əzizov — Kərimin atası Larisa Xələfova — Çimnaz müəllimə Rəna Tanrıverdiyeva — Sona Ədalət Əbubəkirov — Səttar Xalidə Quliyeva — Kərimin anası Nuriyyə Əhmədova — tibb bacısı Adil İsmayılov — rentgenoloq Əhməd Əhmədov — müəllim === Filmi səsləndirənlər === Əminə Yusifqızı — Çimnaz (Larisa Xələfova) (titrlərdə yoxdur) Pərviz Bağırov — Səlim (Fuad Dadaşov) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Kərimin atası (Əlican Əzizov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Kərimin anası (Xalidə Quliyeva) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.68 dəfə / 1 mln.
2002 •••••••••••••••• 13.70
2003 •••••••••••••••••••• 17.72
2004 •••••••••• 8.76
2005 •••••••• 6.75
2006 •••••• 4.50
2007 ••••••• 5.92
2008 ••••••• 6.09
2009 ••••• 4.32
2010 •••••• 5.08
2011 •••••• 5.06
2012 ••••••• 5.33
2013 ••••••• 5.83
2014 ••••••• 6.18
2015 ••••• 3.57
2016 ••••• 3.99
2017 •••• 3.25
2018 •••• 3.30
2019 ••••••••••• 9.74
2020 •••••••• 6.37

"ağrısı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağrısı nədir? #ağrısı sözünün mənası #ağrısı nə deməkdir? #ağrısı sözünün izahı #ağrısı sözünün yazılışı #ağrısı necə yazılır? #ağrısı sözünün düzgün yazılışı #ağrısı leksik mənası #ağrısı sözünün sinonimi #ağrısı sözünün yaxın mənalı sözlər #ağrısı sözünün əks mənası #ağrısı sözünün etimologiyası #ağrısı sözünün orfoqrafiyası #ağrısı rusca #ağrısı inglisça #ağrısı fransızca #ağrısı sözünün istifadəsi #sözlük