* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Daha ağır etmək, vəznini, çəkisini artırmaq. Yükü ağırlaşdırmaq. 2. Yavaşıtmaq, sürətini azaltmaq, ləngitmək. İşin gedişini ağırlaşdırmaq. Sürəti ağırlaşdırmaq. 3. məc. Daha da çətinləşdirmək, daha da zorlaşdırmaq, mürəkkəbləşdirmək. İşi ağırlaşdırmaq. Vəzifəni ağırlaşdırmaq. // Oxunmasını, başa düşülməsini daha da çətinləşdirmək. Üslubu ağırlaşdırmaq. Uzun cümlələr ifadəni daha da ağırlaşdırmışdır. // Daha da pisləşdirmək, xarablaşdırmaq, gərginləşdirmək. Vəziyyəti ağırlaşdırmaq. – [Toğrul bəy] qardaşı Davudun Arslan xatun adlı qızını Qaim Biəmrullaha verib, özü isə Qaim Biəmrullahın qızı Seyidə ilə evlənməklə başqa ölkələrlə birlikdə Azərbaycanın siyasi və ictimai vəziyyətini ağırlaşdırdı. M.S.Ordubadi. 4. Daha da gücləndirmək, şiddətləndirmək, ciddiləşdirmək, artırmaq, daha da təsirli etmək. Düşmənin səhvi onun tələfatını daha da ağırlaşdırdı. Cəzasını ağırlaşdırmaq. – Uca səslə ağı deyən gəlinlər Səlminazın kədərini daha da ağırlaşdırdılar. M.Hüseyn. 5. Kəsifləşdirmək, qəlizləşdirmək, tənəffüsü çətinləşdirmək, dözülməz bir hala salmaq. Otağın havasını ağırlaşdırmaq. Tozanaq havanı daha da ağırlaşdırdı. 6. Həzmi çətinləşdirmək, zorlaşdırmaq. Mədəni ağırlaşdırmaq. 7. məc. Korlamaq, xarab etmək, iyləndirməyə başlamaq.
Azərbaycan dilinin izahlı lüğəti / ağırlaşdırmaq1 AĞIRLAŞDIRMAQ (vəziyyət haqqında); ÇƏTİNLƏŞDİRMƏK, GƏRGİNLƏŞDİRMƏK (məc.), MÜRƏKKƏBLƏŞDİRMƏK
Azərbaycan dilinin sinonimlər lüğəti / ağırlaşdırmaq1 1. отягощать, отягчать, отягчить, отяготить, обременять, обременить, сделать более трудным, серьезным, осложнить; 2. сделать более тяжелым;
Azərbaycanca-rusca lüğət / ağırlaşdırmaq2 глаг. nəyi 1. утяжелять, утяжелить что: 1) делать, сделать тяжелее, увеличивая вес. Yükü ağırlaşdırmaq утяжелить груз, çəkisini ağırlaşdırmaq утяжелить вес 2) делать, сделать более трудным, тягостным. Məsələni ağırlaşdırmaq утяжелить вопрос, yolu ağırlaşdırmaq утяжелить путь, dərdi ağırlaşdırmaq утяжелить горе 2. обострять, обострить. Vəziyyəti ağırlaşdırmaq обострить положение 3. усложнять, усложнить 4. ухудшать, ухудшить
Azərbaycanca-rusca lüğət / ağırlaşdırmaq1 f. to burden (d.); to aggravate (d.); Quraqlıq vəziyyəti ağırlaşdırdı The lack of rain aggravated the situation
Azərbaycanca-ingiliscə lüğət / ağırlaşdırmaq1 f. surcharger vt ; alourdir vt ; rendre qch lourd, -e ; compliquer vt ; vergiləri ~ écraser d’impôts
Azərbaycanca-fransızca lüğət / ağırlaşdırmaq1 гл. 1. залан авун, заланарун (мес. ппар, гьава); 2. явашарун (мес. йигинвал); 3. пер. амадайни четинарун; амадайни писарун.
Azərbaycanca-ləzgicə lüğəti / ağırlaşdırmaq