ağız sözü azərbaycan dilində

ağız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağız • 90.5923%
  • Ağız • 9.1754%
  • AĞIZ • 0.2323%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağız
Ağız İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur.Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir.Altda: Ağız döşəməsi olur. Ağız döşəməsi, dilin ekstrinsik əzələləri, submandibular və sublingual tüpürcək bezlərini ehtiva edər. Mandibula nın corpusu isə ağız döşəməsini ətraflar.
Ağız amöbü
Ağız amöbü (лат. Entamoeba gingivalis) —ibtidailər (Protozoa) yarımaləminin nümayəndəsidir. Entamoeba gingivalis- Ağız amöbü 1849-cu ildə rus alimi Qros tərəfindən kəşf edilmişdir. Bu, insanda tapılan ilk parazit amöb hesab edilir. Bu parazitə tez-tez çürümüş dişdə və dişin üzərini örtən yumşaq örtükdə təsadüf edilir. Öz quruluşuna görə ağız amöbü dizenteriya amöbünə oxşayır. Bakteriya və leykositlərlə qidalanır. Bəzi alimlər onu xəstəlik törətməyən bir növ kimi qiymətləndirir. Lakin digər tədqiqatçıların fikrincə, ağız amöbü eritrositləri udmaq xüsusiyyətinə malikdir. Bu parazitdə sistanın olmasını əksər tədqiqatçılar inkar edir və onun patogenliyi haqqında müxtəlif fikirlər söyləyirlər.
Ağız boşluğu
Ağız boşluğu (lat. Cavum oris yun. stoma iki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi — lat. vestibulum oris ön və yan tərəfdən dodqlar və yanaqlar vasitəsilə və daldan dişlər və alveol çıxıntıları ilə əhatə olunmuşdur. Xüsusi ağız boşluğu — lat. cavum oris proporium yuxarı tərəfdən sərt və yumuşaq damaqla, ön və yan tərəflərdən dişlər və alveol çıxıntıları ilə və aşağı tərəfdən ağız dibi ya diafraqması — lat. diaphragma oris (mm. mylohyoidei) ilə əhatə olunmuşdur. Ağız qapalı olduqda bu boşluq yarıq şəklində qalır.
Ağız güneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Ağız qopuzu
Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda unudulub. == Söz açımı == Qədimdə “qopuz” sözü bütün növlərdən olan çalğı alətlərimizin ümumi adına deyilib: “telli (simli) qopuz”, “yaylı (kamanlı) qopuz”, “vurmalı (zərblə səsləndirilən) qopuz” “qolça qopuz” və “ağız qopuzu” deyimlərinə ədəbi və tarixi mənbələrdə tez-tez rast gəlirik. Adından bəlli olduğu kimi, alət ağızda səsləndiyindən “ağız qopuzu” adlanıb. == Tarixçə == Əlihüseyn Dağlının yazdığına görə, ağız qopuzu VI əsrlərdə qırğız türkləri tərəfindən icad edilmişdir. Bu fakt başqa türk mənbələrində də təsdiqini tapır.1990-cı ildə Yaponiyada, Tokionun yaxınlığında yerləşən Omiya şəhərində arxeoloji qazıntılar zamanı 2 ədəd mukkur (ağız qopuzunabənzər) adlanan çalğı aləti aşkar edilmişdir. Mütəxəssislər bu alətlərin təxminən minillik tarixi olduğunu müəyyənləşdirmişlər. Xomus (ağız qopuzu) alətinin tanınmış tədqiqatçısı İvan Yeqoroviç Alekseyev bu tapıntını Sibirin şimal-şərq xalqlarından biri olan nivxilərin xozon (kanqa, vıçranqa) alətinə bənzədir.
Ağız bucağının xorası
Ağız bucağının xorası – ağız bucağının selikli qişasının və dərisinin infeksion xəstəliyi. Ağız bucağının xorası orqanizmdə B2 vitamininin çatışmazlığından, diş əti xəstəliyindən, ağız suyunun güclü ifrazından, turş, yaxud acı qida yedikdə, ağız boşluğuna pis qulluq etdikdə baş verir. Xəstəliyi kokklar, yaxud mikroskopik göbələklər törədir. Vərdiş nəticəsində dodağını yalayan uşaqlar, yeniyetmələr və ağızda protez gəzdirən yaşlılar bu xəstəliyə daha çox tutulurlar. Ağız bucağının xorasında əvvəlcə ağız bucağının selikli qişası və dərisi qızarır, sulanır, yerində sonradan sarı qartmaqla örtülən ağrılı çatlar əmələ gəlir. Xəstəlik göbələk mənşəli olduqda ağız boşluğunun selikli qişasına da keçə bilər. === Profilaktikası: === Düzgün qidalanma, qida rasionunda qidaların vitaminlərlə zəngin olması, ağız bucağı qıcıqlandıqda acı, kəskin turş maddələr və sitrus meyvələrin istifadə edilməməsi. Müalicəsi həkimin məsləhəti ilə aparılır. Xəstəlik çox vaxt xroniki olur, lakin aparılan ardıcıl düzgün müalicə nəticəsində Ağız bucağının xorası sağalır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Həşəratda ağız orqanlarının quruluş tipləri
Həşəratda ağız orqanlarının quruluş tipləri— Qidanın müxtəlifliyindən asılı olaraq, həşratda ağız orqanları müxtəlifdəyişikliyə uğramışdır. Bununla yanaşı onlar nə qədər dəyişsələr də və bir-birindən fərqlənsələr də ayrı-ayrı hissələrin quruluşuna və yerləşməsinə görə bir-birinə oxşardırlar. ağız orqanları üst dodaqdan, 3 cüt ağız ətraflarından və dilbənzər çıxıntıdan ibarətdir. Ağız ətraflarında bir cüt çənələr (mandibula) bir cüt alt çənələr (maksilla) və birdə buğumlu alt dodaq aiddir. Təkamül prosesində qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız orqanları inkişaf etmişdir:gəmrici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı. == Gəmirici tipli ağız orqanları == Gəmirici tipli ağız orqanları bərk qida ilə qidalanmağa uyğunlaşan həşəratada inkişaf etmişdir. Bu tip ağız orqanları buğumlanmamış üst çənələrdən, bir cüt buğumlu alt çənələrdən, xaricdən cüt olmayan alt dodaqdan ibarətdir. Ağızın üst hissəsində isə üst dodaq yerləşmişdir. Gəmirici ağız orqanlarında üst çənələr buğumsuz olmaqla yanaşı möhkəmdir, qidanın qoparılmasına və xırdalanmasına xidmət edir. Bu tip ağızlarda üst çənələr yaxşı inkişaf etmişdir.
Ağızdan alov çıxarma
Ağızdan alov çıxarma - alov üzərində tez alışan maddə tökməklə yaranan şou xarakterli hərəkət. Alov adətən düz istiqamətdə və ya qol boyu çıxarılır. Ağızdan alov çıxarma sənətinin Hindistanda yarandığı ehtimal olunur.
Ağızgüneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Ağızçənəlilər
Ağızçənəlilər (lat. Gnathostomata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan infratipi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.50 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 •• 1.18
2004 0.34
2005 ••• 2.02
2006 •••• 2.93
2007 •• 1.48
2008 •• 1.46
2009 ••••••••• 7.20
2010 •••••••••• 8.53
2011 •••••• 5.32
2012 ••••• 4.13
2013 •••••••••••• 10.36
2014 ••••••••• 7.38
2015 •••• 2.89
2016 ••• 2.26
2017 •• 1.63
2018 ••• 1.95
2019 •••••• 5.01
2020 •••••••••••••••••••• 17.90

ağız sözünün leksik mənası və izahı

  • 2 is. 1. İnsan və heyvanların üzlərinin alt tərəfində, alt və üst çənələri arasında yerləşən, yeyib-içməyə və səs çıxarmağa məxsus üzv. Ağzını yaxalamaq. Ağzı ilə nəfəs almaq. Ağzı acı dadmaq. Dişsiz ağız. Ağız boşluğu. □ Ağız suyu – insan və heyvanın ağız boşluğunda xüsusi vəzilərin ifraz etdiyi maye. 2. Qabların və s. şeylərin açıq tərəfi. Qazanın ağzı. – [Piri kişi:] Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb ağzını büz. S.S.Axundov. Limon yeşiyi pəncərəyə qoyulmuşdu, hələ ağzı mıxlanmamışdı. Mir Cəlal. // Quyunun, vulkanın və s.-nin açıq tərəfi. Bütün fəhlələr köməkləşib, qapağı quyunun ağzına basa bildilər. M.Hüseyn. 3. Odlu silahların lüləsinin ön tərəfindəki deşik, güllə çıxan tərəfi. Tüfəngin ağzı. Topların ağzı düşmən istehkamına çevrildi. 4. Kəsici alətlərin iti tərəfi; bəzi alət və ləvazimatın iş görən tərəfi. Bıçağın ağzı. Baltanın ağzı. – [Süleyman bəy:] Niyə vermirəm? Buyur, ancaq gözlə [xəncərin] ağzı daşa dəyməsin. Ə.Haqverdiyev. □ Ağzını qaytarmaq – kəsərin ağzını bərk bir şeyə vuraraq kütləşdirmək. 5. Bir yerin giriləcək və ya keçiləcək tərəfi: girəcək, qapı. …İtlər hürə-hürə mağaranın ağzını aldılar, ancaq cürət edib içəri girə bilmədilər. S.S.Axundov. Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb yükün altına soxuldu. A.Şaiq. Bu anda kabinetin qapısı ağzında Tahirlə Cəmil göründü. M.Hüseyn. // Bir yerin və ya şeyin bilavasitə qabağı, önü, yaxınlığı. Öküz arabası qapımızın ağzında durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi. A.Şaiq. Qapı ağzında cavan və əyri bitmiş bir söyüd ağacı var idi. Mir Cəlal. 6. Bir şeyin bilavasitə kənarı, yanı, qırağı. Yolun ağzı. 7. Çayın dənizə tökülən yeri. 8. Qabaq, yaxınlıq, ərəfə mənasında (çox vaxt ismə qoşularaq, yiyəlik birləşməsi şəklində işlənir). [Hacı Qara:] Bəs sövdə eləməyəcəksiniz? Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi? M.F.Axundzadə. [Qurban:] Bayram ağzı yenə göndərəcəyəm, özüm də yazın axır ayında gələcəyəm. A.Şaiq. Yazağzı əkilən göyərtilər də baxımsızlıqdan qurumuşdu. S.Rəhimov. 9. Saylarla – dəfə, yol. Papirosunu yandırıb bir ağız sorandan sonra başını yuxarı qaldırdı. Mir Cəlal. // Yenə saylarla oxumaq haqqında. Mənzərə çox xoşuma gəldi. Bir gün iki ağız şikəstə oxudum. H.Sarabski. ◊ Ağız açmaq – 1) müraciət etmək, xahiş etmək (bir iş üçün); yalvarmaq. [Məşədi Məmməd] yaxşı bilirdi ki, Səməd əbəs yerə bir adama ağız açmaz. B.Talıblı. [Mina xala] düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı… İ.Şıxlı; 2) ölüyə ağlamaq, ölünü oxşayıb ağlamaq, ağı demək. Ağız bir eləmək – sözü bir etmək, sözləşmək. Ağız burmaq – 1) narazılıq izhar etmək, küsmək; 2) imtina etmək. Ağız büzmək – bax ağzını büz(üşdür)mək. [İmran] bir-iki dəfə arxasınca ağız büzüb gileylənənlər olduğunu da görmüşdü. İ.Şıxlı. Ağız deyəni qulaq eşitməmək – çox səs-küy, qarışıqlıq haqqında. Hərənin boş başından boş və axmaq bir mühakimə çıxardı. Ağız deyəni qulaq eşitməzdi. H.Sarabski. Ağız sözü – etibarsız, inanılmayan, ağızdan eşidilən xəbər, söz. Bəzi əskidən əski olan əqrəbasından; İstəməyir eşitsin hər ağız sözü, məncə. M.Müşfiq. Ağız-ağıza vermək – 1) bir yerdə oxumaq, bağırışmaq. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdu. Tar çalındıqca onlar da ağız-ağıza verib oxuşurdular. Ə.Haqverdiyev. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hambalların birçəkləmə davası, baqqalların ağız-ağıza verib qatığa müştəri axtarmaqları – heç biri onun [Səmədin] zahir və batinində səbəbi-təğyir ola bilmirdi. Çəmənzəminli. Qurbağalar ağızağıza verib vaqqıldaşırdı. Mir Cəlal; 2) baş qoşmaq, mübahisə etmək (bu mənada bəzən “ağız-ağıza verib danışmaq” şəklində işlənir). [Mirzə Turab:] …Mən belə mollalarla ağız-ağıza verib danışmaq istəməyirəm. B.Talıblı. Məcid Tarverdi ilə ağız-ağıza vermək istəməyib məsələni udub ötüşdürdü. S.Rəhimov. Ağızdan bilmək – əzbər bilmək. Ağızdan boş – 1) sözünün kəsəri, qüvvəti olmayan, sözü keçməyən, zabitəsiz; 2) söz saxlamayan, sirr saxlaya bilməyən. Ağızdan çıxmaq – deyilmək, söylənilmək. Ağızdan çıxmamış cavabı məlum; Ölçülübiçili sualınız yox… M.Araz. Ağızdan diri (iti) – dilavər, dilli, dilli-dilavər. Ağızdan gələni (çıxanı) demək – söymək, söyüb biabır etmək. Ağızdan olmaq – çox danışmaqdan, deməkdən yorulmaq, ağzı yorulmaq. Ağızdan-ağıza keçmək (söylənmək, deyilmək, dolaşmaq) – yayılmaq, birbirinə keçmək. Bu qisim ağızdan-ağıza söylənən … ədəbiyyat hər bir [xalqın] hal və şəninə və övzai-məişətinə müxtəs olub, onun dünya üzrə nə növ yaşamasına şəhadət verir. F.Köçərli. Nadir Bakıya varid olduqda alay komissarı təyin olunmuşdu və həmin bu xəbər də ağızdan-ağıza keçib … gəlib kəndə çatmışdı. B.Talıblı. Qəmərin gözəlliyi ağızdanağıza dolaşdı, sorğu-suallar başlandı. Çəmənzəminli. Ağızlara düşmək – dillərə düşmək, dillərdə sözü söylənmək (mənfi mənada). Başqasının ağzı ilə oturubdurmaq – öz fikri olmamaq, başqasının sözü ilə hərəkət etmək. Ağzı açılmaq – 1) danlamağa başlamaq; // söyməyə başlamaq; 2) kütləvi halda gəlməyə, axışıb gəlməyə, yeriməyə başlamaq. Sürünün ağzı açıldı. Qoşunun ağzı açıldı. – Get-gedə qaçqınların ağzı açılmağa başladı, camaat əkini buraxıb, canlarını qurtarmaq üçün dağ yuxarı qaçırdı. Çəmənzəminli. Zəvvarların ağzı açıldı: qoyun qurbanı gətirən kim, pul gətirən kim, yağlı çörək gətirən, qoğal gətirən, fəsəli gətirən, pirə halva nəzir deyən və başqa nəzir gətirən kim… Ə.Haqverdiyev. Ağzı aparmaq – ağzına gələni danışmaq, həddhüdudunu aşmaq, danışığını bilməmək, nalayiq danışmaq. Ağzı ayrıla (açıla) qalmaq – heyrətdə qalmaq, çox təəccüb etmək. Ceyran pis vəziyyətdə idi. Onun yanşaq ağzı açıla qalmışdı. Mir Cəlal. Belə bir dəfn mərasimini görən adamların ağızları açıla qalmışdı. P.Makulu. Ağzı bir yerə yığmaq – razılaşdırmaq, birləşdirmək, həmrəy etmək. [Cahan:] …Gərək kənd arvadlarının ağızlarını bir yerə yığasınız. Ə.Haqverdiyev. Ağzı deyil! – bacarmaz, cürət edə bilməz, hünəri deyil. [Teymur ağa:] Onun ağzı deyil mənim mirzəmi qovdura. M.F.Axundzadə. Ağzı dəymək – tovlamaq, aldatmaq, dilə tutmaq. [Ağamərdan:] Bəli, indi məlum oldu ki, o, haramzadənin, o bidinin ağzı sizə dəyibdir. M.F.Axundzadə. Ağzı günə buraxmaq – başlı-başına buraxmaq. Daha mirzə yazıq nə qayıracaq idi? O qaça bilməz, dəftərxananı ağzı günə buraxıb bir yana gedə bilməz. S.Rəhimov. Ağzı günə qalmaq – yiyəsiz qalmaq, sahibsiz qalmaq, başlıbaşına qalmaq, boş qalmaq, istifadəsiz qalmaq. Ağzı ilə quş tutmaq – çox cəld, çox zirək, hər şeyi çox tez başa düşən adam haqqında deyilir. Ağzı köpüklənmək məc. – hiddətlənmək, coşmaq, qəzəblənmək, hirslənmək. Şişman adam coşdu, daşdı, ağzı köpüklənərək: – Bu sözün sənə neçəyə mal olacağını bilmirsən, – dedi. A.Şaiq. Hikmət İsfahani o qədər acıqlanmışdı ki, daha nə dediyini, nə danışdığını bilmirdi, ağzı köpüklənir, dodaqları titrəyirdi. M.İbrahimov. Ağzı nədi(r) – “nə ixtiyarı var, nə cürətlə” mənasında işlənən təhdid ifadəsidir. [Kosaoğlu:] Uşağın ağzı nədir atasını sevməsin, ə! Mənim yanımda cınqırlarını çəkmirlər! İ.Şıxlı. Ağzı soyumaq – ölmək. Ağzı sulanmaq – tamaha düşmək, həsrətində olduğu şeyi görüb tamahsılanmaq. Başqası pul sanayanda onun ağzı sulanır; Başlayır hürməyə, nəfsi, təməi qurcalanır. M.Ə.Sabir. Ağzı süd qoxumaq – bax ağzından süd iyi gəlmək. Ağzın süd qoxuyur, körpəsən hələ; Mən xalqın dərdini bilən şairəm. S.Rüstəm. Ağzı sürüşmək – çaşmaq, səhv etmək. Ağzı yanmaq – təşəbbüsü pis nəticələnmək, xeyir görməmək, zərər çəkmək, peşman olmaq. Ağzına ağız (dil) vermək – sözünü qüvvətləndirmək, təhrik etmək, coşdurmaq. A kişi, buna baş qoşma, ağzına ağız verib özündən çıxartma. S.Rəhimov. Ağzına almaq – 1) söyləməyi layiq bilmək, demək, danışmaq. [Nuruoğlu:] Belə sözləri ağzına alıb danışma. M.Hüseyn; 2) qavramaq, əhatə etmək, qaplamaq. Alov hər yeri ağzına almışdı. Gecə elə işıq idi ki, iynə saplamaq olardı. Çəmənzəminli. Ağzına baxmaq – öz fikri olmayıb başqasının iradəsinə tabe olmaq. Ağzına çullu dovşan yerləşmir (sığmır) – həddindən artıq lovğa, təşəxxüslü, özünü öyən, gopçu adam haqqında. Ağzına gələni demək – bərk danlamaq, töhmətləndirmək, biabır etmək, söyüb danlamaq, söymək. Molla bacı … həyətə çıxdı və üzünü qonşuya tutub ağzına gələni dedi. Çəmənzəminli. Ağzına götürmək – qışqırmaq, bağırmaq mənasında. Salmanovanın səsi dəhlizi ağzına götürdü. Ə.Əbülhəsən. Ağzına qurd düşmək – heç kəs tərəfindən dindirilməmək, danışdırılmamaq, sayılmamaq. Ağzına su almaq (götürmək) – susmaq, dinməmək, danışmamaq, susub durmaq, söhbətdə, danışıqda iştirak etməmək, sükut etmək. Qoy desin, a Mürsəl kişi, niyə ağzına su alıb dillənmirsən? M.Hüseyn. Qaranlıq çökəndə uca çinar ağacları dilə gələr, küçələr isə ağzına su alardı. Mir Cəlal. Ağzında dili yox – məzlum, həlim, yazıq, aciz adam haqqında. Ağzından çıxmaq – istəmədən, qeyriixtiyari bir söz demək, söyləmək. Ağzından düşməmək – daim təkrar etmək, dilindən düşməmək, dilinin əzbəri olmaq. [Kərim baba] nəşəsin pozmaz, tütək çalar, sümsü qayırar, hələ mahnısı ağzından heç düşməzdi. A.Şaiq. Ağzından qaçırmaq – istəmədən və özü bilmədən demək, söyləmək, açmaq. Ağzından qan qoxusu (iyi) gəlir – xata törətmək istəyən, dava axtaran, xatakar adam haqqında. Ağzından süd iyi gəlmək – çox gənc və təcrübəsiz adam haqqında. [Ağabəyim:] Eh, qızım, – dedi, – bilmirəm səni necə başa salım, … sənin ağzından hələ süd iyi gəlir. Çəmənzəminli. Ağzından vurmaq – qabaqcadan rədd etmək, qaytarmaq, sözünü ağzında kəsmək, danışmağa qoymamaq, ruhdan salmaq. Ağzını açdırmaq – söylətmək, deyinməsinə, ləyaqətsiz, pis sözlər söyləməsinə səbəb olmaq (adətən pis adam haqqında). [Kor kişi:] Axmağın qızı, axmaq, … ağzımı açdırma. S.Hüseyn. Ağzını açıb gözünü yummaq – ağzına gələni danışmaq. Ağzını açmaq – danışmağa başlamaq. Sonra oğlu ağzını açıb atasının məzəmmətinin qabağında söylədi… Ə.Haqverdiyev. [Həpir:] Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür; mənim doğma atam ayağımdan çəkir. Mir Cəlal. Ağzını Allah yoluna açmaq – 1) dilənmək, dilənçilik etmək; 2) ağzına gələni danışmaq. Ağzını ara(la)maq – birisinin ürəyini, fikrini, rəyini, sirrini, məqsədini bilməyə təşəbbüs etmək. Sərdar Rəşid bununla mənim ağzımı aramaq istəyirdi… M.S.Ordubadi. Ağzını bağlamaq – susdurmaq, danışmağa qoymamaq. [Qənbərqulu:] Ağa, başına dönüm, bu necə ola bilər? Birdən-birə elin ağzını bağlamaq olmaz ki… B.Talıblı. Ağzını bədə açmaq – pis danışmaq, pis niyyətlə danışmaq, yaxşılığa danışmamaq. Ağzını büz(üşdür)mək məc. – narazılıq ifadə etmək, bəyənməmək, məmnuniyyətsizliyini üzünün ifadəsi ilə anlatmaq. Ağzını dağıtmaq – artıq-əskik danışmaq, ağzına gələni danışmaq, danışığını bilməmək. Ağzını əymək – 1) təqlidini çıxarmaq, yamsılamaq. Kosanın qılçaları bir-birinə dolaşa-dolaşa dönüb çıxdı. Sübhanverdizadə onun arxasınca ağzını əyəəyə söyləndi. S.Rəhimov; 2) bax ağzını büz(üşdür)mək. Ağzını əzmək – döymək. Ağzını göyə açmaq – veyillənmək, avaraavara gəzmək, heç bir işlə məşğul olmamaq. Ağzını xeyrə açmaq – yaxşı söz danışmaq, xeyirli söz danışmaq, uğur diləmək. Ağzını ovmaq – döymək, cəzalandırmaq. Ağzını qaytarmaq məc. – lazımi cavab vermək, rədd və qəti etiraz etmək. Səmayə bu çıxışı ilə Möhlətovun ağzını elə qaytardı ki, daha sədrin deməyə sözü qalmadı. Mir Cəlal. Ağzını saxlamaq – danışmamaq, cavab verməmək, söz qaytarmamaq, pis söz söyləməkdən çəkinmək. Ağzını sulandırmaq – bax ağzının suyunu axıtmaq. “Toxam” – desə də, bu iy onun [Əlyarovun] iştahasını qıdıqlayır, yavaş-yavaş ağzını sulandırırdı. M.Hüseyn. Ağzını sürümək – müəyyən fikir söyləməkdən çəkinmək. Ağzını təmiz saxlamaq – pis söz söyləməkdən çəkinmək, danışarkən ehtiyatlı olmaq, ədəbli danışmaq, tərbiyəli olmaq. Ağzını tutmaq – sükuta, dinməməyə məcbur etmək, danışmağa qoymamaq, susdurmaq. [Safo:] Selin qabağını almaq çətin olduğu kimi, elin ağzını da tutmaq mümkün deyildir. S.Rəhimov. Ağzını yoxlamaq – bax ağzını ara(la)maq. [Əhməd:] Sabah özün elçi get, qızın anasının ağzını yoxla, gör nə deyirlər. A.Şaiq. Ağzını yormaq – faydasız və boş yerə söylənib durmaq. Ağzını yummaq – qorxutmaqla, hədələməklə, yaxud pul verməklə və ya başqa bir vasitə ilə susdurmaq, sükuta, danışmamağa məcbur etmək. Ağzının sözünü bilmək – danışarkən pis sözlər işlətməkdən çəkinmək, danışığını bilmək. [Xanpərvər bəyim:] İtil buradan, vələdüzina! Sən heç ağzının sözünü bilmirsən! N.Vəzirov. Ağzının suyunu axıtmaq – tamaha salmaq, bərk tamahsılandırmaq, həsrətdə qoymaq. Qönçənin gözəlliyi həm bəyin, həm də bəy balalarının ağızlarının suyunu axıdırdı. S.Rəhimov. [Salatın ürəyində:] Qoy ağzının suyu axsın, qoy qardaşımın dalınca sürünsün, boyuna qurban olduğumun boyuna vurulsun, – deyə xəyalından keçirdi. İ.Şıxlı. Bir ağızdan – hamı birlikdə, hamı bir yerdə, hamı birdən, xorla. Bir ağızdan oxumaq. – Atabəy qəsrinin ətrafına yığılan minlərcə Toğrul tərəfdarları bir ağızdan “Yaşasın mələkə!” – deyə qışqırırdılar. M.S.Ordubadi. Canı ağzına gəlmək – bax can. Gözlərini ağzına dikmək – bax göz. Sözü ağzında qalmaq – fikrini deyib qurtarmağa macal tapmamaq, sözü yarımçıq qalmaq. Onlara [Səriyyə və uşaqlarına] fikir verən yox idi. Sözləri ağızlarında qalırdı. M.İbrahimov. Sözü ağzından tökülmək – səhih, aydın danışa bilməmək, sözü çeynəyə-çeynəyə danışmaq. ağız-ağız bax ağızbaağız 2-ci mənada. Şöhrətini ağız-ağız, oymaq-oymaq eşitdik biz. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / ağız

ağız sözünün etimologiyası

  • 1 Qədim mənası “deşik”, “boşluq” demək olub. Bu söz tarixi baxımdan qazmaq, qazan sözləri ilə qohum ola bilər. Ağız boşluğu müəyyən mənada qazılmış yeri, çökəkliyi (qazanı) xatırladır. Sözün bir mənası da rus dilindəki “проход” kəlmə­si­nin mənasına uyğun gəlir. Ruslardakı рот və рыть sözləri də kökdaşdır. 

    Azərbaycan dilinin etimologiya lüğəti / ağız

ağız sözünün sinonimləri (yaxın mənalı sözlər)

ağız sözünün rus dilinə tərcüməsi

  • 1 1. рот, уста; пасть, зев; 2. отверстие, верхние края посуды; 3. лезвие, острая сторона холодного оружия; 4. дуло огнестрельного дружия; жерло; 5. молозиво; 6. устье (реки);

    Azərbaycanca-rusca lüğət / ağız
  • 2 1 I сущ. 1. рот. Ağız boşluğu полость рта, ağız quruluğu сухость рта 2. поэт., устар. уста. Onun ağzında в её устах 3. пасть. Canavarın ağzı пасть волка, balığın ağzı пасть рыбы 4. горлышко (посуды). Butulkanın ağzı горлышко бутылки 5. рыльце. Çiçəyin ağzı рыльце цветка 6. отверстие, горловина, жерло, дуло. Vulkanın ağzı жерло вулкана, körüyün ağzı горловина кузнечного меха, quyunun ağzı отверстие скважины, topun ağzı жерло пушки, tüfəngin ağzı дуло винтовки 7. край. Uçurumun ağzında на краю пропасти 8. устье. Çayın ağzı устье реки, arxın ağzı устье арыка (канала) 9. лезвие. Xəncərin ağzı лезвие кинжала, baltanın ağzı лезвие топора 10. преддверие, канун. Bayram ağzı (в) канун праздника II прил. ротовой. Ağız həzmi ротовое пищеварение, ağız infeksiyası ротовая инфекция; в сочет. с числит. Bir ağız oxudu спел один раз, İki ağız çağırdım два раза окликнул; qapının ağzı порог, yolun ağzında на дороге ◊ ağzını ayırmaq разинуть рот; ağzını ayırıb qulaq asmaq слушать, разинув рот; ağzını açmaq раскрыть рот, ağız açmaq kimə просить кого, обратиться с просьбой к кому; ağzını açdırmaq вынуждать, вынудить на резкость, вызывать, вызвать на неприятный разговор; ağzını açma! ни звука! не пикни!; ağzını aramaq kimin выяснять отношения; предварительно узнавать мнение чьё; ağzını açmamaq ни в зуб ногой; ağzını açmağa qoymamaq наступать на горло, не давать, не дать слово сказать, закрывать, закрыть рот кому; затыкать, заткнуть рот; ağzına almamaq: 1. не иметь привычки говорить о чём-л.; не сквернословить; 2. не иметь привычки есть или пить что-л.; ağıza alınası deyil в рот не возьмёшь; ağzını açıb gözünü yummaq говорить не думая, говорить всё, что приходит на язык, не считаться ни с чем; ağız-ağıza vermək: 1. одно и то же говорить (о разных людях), всем вместе говорить об одном; 2. выть, вопить; ağzını bir yerə yığmaq объединять, объединить, привести к согласию; ağzını bərkə salmaq kimin завести в тупик, поставить в затруднительное положение; ağzını boş buraxmaq давать, дать волю языку; ağzını burmaq крутить носом, выражать недовольство; ağzını büzmək делать кислую мину, кривить, скривить рот; ağzına baxmaq kimin смотреть в рот кому, находиться под чьим-л. влиянием; ağzına baxıb danışmaq kimin говорить в унисон с кем; ağzı qatıq kəsməmək не уметь говорить; ağzı başqa havanı çalmaq петь другие песни, высказывать что-л. новое, другое; bir ağızdan danışmaq всем говорить одно и то же; hər ağızdan bir avaz gəlir кто во что горазд, каждый твердит своё; ağzına bir şey atmaq kimin по губам помазать; ağzından vurmaq kimin давать, дать отпор кому; ağzının qaytanı olmamaq легко выдавать секреты, быть слабым на язык; ağzı ilə quş tutmaq быть чересчур ловким, на ходу подмётки рвать; ağzı qızışmaq закусить удила; ağzından qaçırmaq проговориться; ağzından qan iyi gəlmək жаждать крови; ağzını dağıtmaq позволять, позволить себе грубости в разговоре; ağız deyəni qulaq eşitmir harada где шум, гам, суматоха; ağzını divara dirəmək kimin ставить, поставить в тупик, прижать к стен(к)е; ağzından düşməmək kimin быть на устах у кого; не сходить с языка кого; ağıza (ağızlara) düşmək стать притчей во языцех; ağzına düşmək попадать, попасть на язык кому; ağzını əymək кривить рот, выражать недовольство; ağız əymək передразнивать, подражать, гримасничать; ağzı isti yerdədir: 1. у кого не горит, над кем не каплет; 2. кому море по колено; ağzı yanmaq обжечься на чём, обжечь себе пальцы; ağzını yığışdıra bilməmək распускать, распустить язык; ağzını yoxlamaq kimin выведать замыслы, узнавать, узнать тайну; ağzını yummaq kimin зажимать, зажать рот кому, не дать слова сказать кому; ağzını yumdurmaq затыкать, заткнуть рот кому; ağzıyanmış qəhrəman рыцарь печального образа; ağzı yanıb qayıtmaq вернуться несолоно хлебавши, ağzına yiyəlik etmək уметь сдерживать себя в выражениях; ağzına gələni demək говорить всё, что приходит на язык, молоть вздор, бросать слова на ветер, болтать языком; ağzına gəlmək чуть не проговориться, не выболтать; yediyi ağzına gəlmək тошнить, рвать кого; ağzına kimi по горло, до краёв, ağzı günə qoymaq оставить, бросить на произвол судьбы; ağzı günə qalmaq остаться без присмотра; ağıza gətirməmək не сметь пикнуть, не сметь рта раскрыть; ağızdan-ağıza keçmək передаваться из уст в уста; ağzını göyə açmaq звёзды считать, плевать в потолок; ağzından kirə istəmək говорить с неохотой; ağız ləzzətilə yemək есть с наслаждением; ağzını mumlamaq держать язык за зубами, упорно молчать; ağzı nədir как смеет, какое имеет право; ağzını pozmaq nəyin внести беспорядок во что, куда; sözü ağzından tökülmək невразумительно, несвязно говорить; ağzının suyunu yığışdıra bilməmək распускать слюни; ağzına söz atmaq kimin подучить, подговорить кого; ağzına su almaq набрать в рот воды; ağzına söz vermək kimin давать, дать пищу для разговоров; sözünü ağzında qoymaq не давать, не дать рта раскрыть; sözü ağzında bişirib çıxarmaq взвешивать слова; kimin ağzından süd iyi gəlir у кого молоко на губах (ещё) не обсохло; ağzının sarısı getməmiş желторотый (цыплёнок); ağzını saxlamaq сдерживать, сдержать себя, не проболтаться; ağzını saxlamaq nəyin приостанавливать течение, противостоять течению; ağzının suyu axır слюнки текут, глаза разгорелись; sözü ağzında qalmaq не договорить, не закончить фразу, замолчать на полуслове; ağzının(-zın) sözünü bil(-in) легче на поворотах, не забывайтесь; ağzının sözünü bilməmək позволять себе грубые выражения; ağzını təmiz saxlamaq быть сдержанным на язык; elə bil ağzına tüpürüb kim kimin кто на кого похож, говорит в унисон кому, поёт ту же песню; ağzının üstündən vurmaq kimin давать, дать пощёчину к ому; ağzını tutmaq kimin зажимать рот, не давать говорить кому; ağzını xeyirliyə açmaq говорить, сказать приятное, сообщать, сообщить добрую весть; ağzı çatmır nəyə, kimə руки не доходят до чего; ağzı hara düşdü getmək идти куда глаза глядят; ağzı hər şeydən çıxmaq остаться ни с чем, остаться с носом, остаться при пиковом интересе; ağzından çıxmaq: 1. вырваться из уст, неожиданно для себя выболтать; 2. упустить что-то; ağzından çıxar-çıxmaz с полуслова; ağzına çullu dovşan sığmamaq говорить с апломбом, наобещать с три короба 2 сущ. см. ağızbulaması

    Azərbaycanca-rusca lüğət / ağız

ağız sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. mouth; opening; 2. (bıçağın, xəncərin və s. ağzı) blade; 3. (odlu silahın ağzı) muzzle; 4. (çayın ağzı) outfall, mouth; ağızdan nəfəs almaq to breathe through the mouth; ağız büzmək 1) (narazılıq əlaməti olaraq) to make* a mouth; 2) (kal meyvədən) to draw* the mouth; ağız açmaq to ask (for); to beg (for); ağız yummaq (sirr saxlamaq) to keep* one’s mouth shut; bir kəsin ağzını yummaq (susmağa məcbur etmək) to stop someone’s mouth; bir kəsin ağzından söz almaq (yəni birinin demək istədiyini ondan əvvəl demək) to take* the words out of someone’s mouth; bir kəsin ağzını sulandırmaq to make* smb.’s mouth water; Ağzım sulanır My mouth waters; bir ağızdan with one mouth; ağızdan ağıza from mouth to mouth; ağız-ağıza mouth to mouth; ağız- ağıza vermək to speak* / to sing* together, to sing* in chorus, to speak* in chorus; ağızdan qaçırmaq to let* the cat out of the bag idiom.; d.d. to blab (out); ağzı ağzına dəymək d.d. to have* a talk over (d.), to discuss (d.); ağzı qızışmaq to wander in one’s speech, to let* one’s tongue run away with one idiom., Ağzın qızışmasın! Don’t let your tongue run away with you! Ağzın nədir! (hədə) How dare you! ağzı açıla qalmaq to open wide one’s mouth; to be*greatly charmed; f. ağzını əzmək to beat* black and blue; ağız ləzzəti ilə yemək to eat* with great pleasure; ağzına yiyəlik etmək to be* self-controlled, to hold* one’s tongue; ağzına gələni demək to say* what comes into one’s head / mind; ağzına su almaq to hold one’s tongue, to be* silent; to say nothing; ağzından süd iyi gəlmək ≅ to be* a raw youth, (danlaq) to be* young puppy, ağzını açmaq 1) (butulkanın) to open (d.); (çəlləyin) to tap (d.); 2) to begin* to speak (indignantly); ağzını əymək to imitate ironically; ağzını saxlamaq 1) to hold* one’s tongue, not to speak; 2) to stop a stream of mass; ağzı qızışmaq to get* carried away by a conversation (with), to forget* the time in conversation (with); ağzı dolu danışmaq to mouth; to speak* heartily; ağzına baxmaq to act on smb.’s will / wish; ağzına gələni danışmaq to say* what one wants / thinks, ağzına söz atmaq to prompt (d.+to inf.), to put* up (d. to), to egg on (d.+to inf.); Ağzını yum! Shut your mouth, Bottle up your mouth! Shut up! qapının ağzı threshold, doorstep; qapının ağzında on the threshold; ağzını saxlamaq not to blab (out), not to burst out a secret

    Azərbaycanca-ingiliscə lüğət / ağız

ağız sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) bouche f (adam, tüfəng, top, quyu, vulkan, çay və s haqq.) ; 2) gueule f (heyvanlarda) ; 3) lame f (xəncərin, soyuq silahın ağzı) ; ~ boşluğu 1) cavité f buccale ; 2) adj buccal, -e ; topun ağzı bouche f du canon, bouche à feu ; bunu onun ağzından eşitmişəm j’ai entendu cela de sa bouche ◊ ~ açmaq demander vt ; solliciter vt ; adresser une demande ; ~ büzmək faire la grimace ; faire grise mine ; manifester le mycontentement ◊ ~ dolusu danışmaq parler avec autority, parler d’une maniire convaincante (probante), parler avec persuation ; ~ əymək contrefaire vt ; signer vt (imiter vt) en faisant des grimaces ; faire la grimace ; ~ ləzzəti ilə yemək manger vt en savourant ; manger vt avec plaisir (avec dylice) ; ~a düşmək devenir vi (k) l’objet de la conversation ; ktre soumis, -e a la critique publique ; ktre la fable du quartier ; ~ ağıza face a face ; bout a bout ; ~ ağıza vermək 1) parler vt (chanter vt) en choeur ; 2) entamer une discussion ; quereller (se) ; ychanger des insultes ; dire des insultes ; ağızdan-ağıza düşmək passer de bouche en bouche ; rypandre (se) d’une version quelconque ; ~dan iti olmaq avoir une langue affilye ; ~dan qaçırmaq laisser ychapper un secret ; ~dan su gəlmə (tib.) sialorrye f ; siglisme m ; ağzı açıla qalmaq rester vi (k) bouche-bye (de stupyfaction) ; ağzı açıla qalmış bouche-bée ; ağzı açılmaq commencer à s’accumuler ; commencer d’arriver ; venir vi (ê) en masse ; arriver vi (ê) une foule de monde ; ağzı qızışmaq oublier (s’) à causer avec qn ; ağzı dolu danışmaq parler avec animation, parler d’un air excité ◊ ağzı ilə quş tutmaq être roublard (débrouillard, leste, agile) ; ağzı köpüklənmək (dan.) baver vt ; ağzına baxmaq agir au gré de qn, agir selon la volonté de qn ; trouver (se) sous la volonté de qn ◊ ağzından od püskürmək jeter feu et flamme ; fulminer vi ; ağzından süd iyi gələn béjaune m ; frais émoulu m ; ağzını yummaq (məc.) emmuseler vt ; ağzına yanaşdırmaq (nəfəsli musiqi alətini) emboucher vt ; ağzına yiyələnmək être discret, -e (réservé, -e) dans ses expressions ; abstenir (s’) dans l’emploi de gros mots et expressions ; ağzına gələni danışmaq mettre (se) en tête de. . . ; gəlmək prononcer vt ; articuler vt ; proférer vt ; ağzına söz atmaq souffler vt ; suggérer vt ; dicter vt ; ağzına su almaq ne pas ouvrir la bouche ; ne rien dire ; taire (se) ; ağzınacan dolu bondé,-e ; comble ; ağzından süd iyi gəlmək être encore enfant ; être blanc-bec (béjaune) ; ağzını ayırmaq ouvrir la bouche toute grande ; rester vi (ê) bouche-bée ; ağzını açdırmaq éveiller vt (provoquer vt) à un entretien désagréable ; ağzını açıb baxmaq faire le badaud ; Ağzını açma! N’ose pas souffler mot! Tais-toi! ; ağzını açıb gözünü yummaq dire des absurdités ; conter des histoires ; dire des galimatias (des sottises) ; ağzını dağıtmaq casser la gueule ; ağzını yummaq (məc.) bâillonner vt ; ağzını saxlamaq 1) abstenir (s’) de parler ; ne pas souffler mot ; 2) arrêter le cours de qch ; ağzının suyu axan baveu//x, -se ; ağzına qədər doldurmaq combler vt ; zal ağzına qədər doludur la salle est bondée

    Azərbaycanca-fransızca lüğət / ağız

ağız sözünün ləzgi dilinə tərcüməsi

  • 2 сущ. 1. сив; 2. сивин; ağız boşluğu сивин къен; ağız suyu сивин яд, гъер; ** ağız açmaq а) сив ахъаюн, хагьишун, минетун (са кар патал); б) кьейидахъ шехьун, лугьунар авун; ağız bir eləmək гаф-чӀал сад авун; ağız burmaq а) кlуф дакlурун, наразивал къалурун, хъелун; б) пер. кӀан тахьун; ağız-ağıza vermək а) ван-ванце ттун, ван-ванце ттуна санал лугьун, гьараюн; б) кьил кьун, гафар элуькьарун, гьуьжетун; ağızdan bilmək хуралай чир хьун, яд хьиз чир хьун; ağızdan boş а) гафуниз кесер авачир, гаф ише тефидай; б) сив гъуьргъуь, сивик рак квачир, гаф (сир) хуьз тежер; ağızdan çıxmaq сивяй акъатун, лугьун; ağızdan diri (iti) сивик звер квай, мецел пайгар; ağızdan gələni (çıxanı) demək сивел атайди (сивяй акъатайди) лугьун, экъуьгъун, экъуьгъна беябурун; ağızdan-ağıza keçmək (söylənmək, deyilmək, dolaşmaq) сивяй-сивиз фин, сиверай-сивериз фин, сада-садаз лугьун, чукӀун (мес. хабар); ağızlara düşmək сивера гьатун, сиве-сара гьатун (пис манада); ağzı açılmaq а) сив ахъа хьун, экъуьгъиз (ахмуриз) авалун; б) кьил ахъа хьун, кӀватӀал гьалда (санал) къвез авалун (мес. суьруь); ağzı ayrıla (açıla) qalmaq сив ахъаз (ахъа хьана) амукьун, пагь атӀана амукьун; ağzı deyil! (адан) сив туш! гьунар туш!, (адавай) алакьдач; ağzı ilə quş tutmaq гаф сиве амаз кьун (гзаф зиринг, гьар са затӀ фад гъавурда гьатдай касдин гьакъинда); ağzı köpüklənmək пер. сивел каф акьалтун, сивел каф алаз хьун, гзаф хъел атун; ağzı nədi(r) сив вуч я, вуч ихтияр ава манада; ağzı soyumaq кьин; ağzı sulanmaq сивелай (цӀаран) яд фин, сивел яд атун, темягьда гьатун, темягь фин; ağzı süd qoxumaq кил. ağzından süd iyi gəlmək; ağzı sürüşmək мез цӀуьдгъуьнун, рахадамаз алатун, акахьун; ağzına ağız (dil) vermək сиве мез ттун, гафуниз къуват гун, худугун; ağzına almaq а) сивел гъин, лугьун, рахун; б) сиве кьун, кьун, кьуд патахъ чукӀун; ağzına baxmaq сивиз килигун, вичин фикир авачиз масада лагьайвал авун; ağzına çullu dovşan yerləşmir (sığmır) сивив чӀиб акагдач (вичи-вич ялдай, дамах гвай, лавгъа, туп ядай касдин гьакъинда); ağzına gələni demək сивел атайди лугьун, тади гун, туьгьметун, беябур авун, экъуьгъун; ağzına su almaq (götürmək) сиве яд кьун, рахун тавун, кисун; ağzında dili yox сиве мез авачир, кӀел хьтин, хъуьтуьл, ажуз, язух касдин гьакъинда; ağzından çıxmaq сивяй акъатун, жувалай аслу тушиз са гаф лугьун; ağzından düşməmək сивяй ават тавун, мецяй ават тавун, гьамиша тикрар авун, мецел алаз хьун; ağzından qaçırmaq сивяй акъудун, жувакай хабар авачиз лугьун; ağzından qan qoxusu (iyi) gəlir сивикай ивидин ни къвезва, къал акъудиз (дяве ийиз) кӀандай, хаталу касдин гьакъинда; ağzından süd iyi gəlmək сивихъай некӀедин ни атун (сивел некӀедин гел аламукьун), гзаф жегьил, тежрибасуз касдин гьакъинда; ağzını açdırmaq сив ахъайиз тун, пис гафар лугьуниз себеб хьун (пис касдин гьакъинда); ağzını açmaq сив ахъаюн, рахаз авалун; ağzını Allah yoluna açmaq а) сив Аллагьдин рекье ахъаюн, къекъверагвал авун, тӀалабиз гьатун, це лугьун; б) сивел атайвал рахун; ağzını ara(la)maq сив (мез) акун, садан фикир, макьсад чирун патал алахъун; ağzını bağlamaq сив кьун, сив кӀевун, рахаз тагун, кисарун; ağzını bədə açmaq сив пис патахъ ахъаюн, пис рахун, пис ниятдалди рахун, хъсанвилихъ рахун тавун; ağzını büz(üşdür) mək сив агажун, наразивал къалурун, бегенмиш тахьун (наразивал ччинин мимикайралди къалурун); ağzını əymək а) сив патахъарун, садан чӀалар ахъаюн; б) кил. ağzını büz(üşdür) mək; ağzını xeyrə açmaq сив хийирдиз ахъаюн, хъсан (хийир авай) гафар рахун; ağzını ovmaq сивиз гъуд гун, гатун, жаза гун; ağzını qaytarmaq пер. сив элкъуьрун, лазим тир жаваб гун, ред авун; ağzını saxlamaq сив хуьн, рахун тавун, жаваб тагун, пис гаф лугьуникай къакъасун; ağzını sulandırmaq кил. ağzının suyunu axıtmaq; ağzını təmiz saxlamaq сив михьиз хуьн, пис гаф лугьуникай къакъасун, рахадамаз игьтиятлу хьун, эдебдалди рахун; ağzını tutmaq сив кьун, рахаз тагун, кисарун; ağzını yoxlamaq кил. ağzını ara(la)maq; ağzını yormaq сив галудун (буш гафаралди); ağzını yummaq сив кӀевун, куьчӀуьрарна ва я пул гана кисарун; ağzının sözünü bilmək сивяй акъуддай гаф чир хьун, рахаз чир хьун, рахадамаз пис гафар лугьуникай къакъасун; ağzının suyunu axıtmaq сивелай (цӀаран) яд ракъурун, темягьдиз гъун; bir ağızdan са сивяй, вирида санал, хордалди; sözü ağzında qalmaq гаф сиве амукьун, фикир лагьана куьтягьиз мажал тахьун, гаф зуракӀ амукьун; sözü ağzından tökülmək михьиз рахаз тахьун, гафар жакьваз-жакьваз лугьун.

    Azərbaycanca-ləzgicə lüğəti / ağız

ağız sözünün türk dilinə tərcüməsi

ağız sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Uc, kənar, başlanğıc. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dastanlarının leksikası

Bir ağız: bir qədər, bir doyumluq. (“Koroğlu” dastanının lüğəti) Ataların yaxşı bir məsəli var, “acdın çobana, yoruldun sarbana”. Görüm bundan bir ağız yemək ala bilərəmmi? (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağdam, Qax, Şəki, Zaqatala, Zərdab) 1. qaramalın doğandan sonra ilk südü (Şəki, Zaqatala). – Ağızdan yaxşı maxara oluy (Zaqatala) 2. yeni doğan qaramalın ilk südündən bişirilən yemək (pendir kimi olur) (Ağdaş, Qax, Şəki, Zərdab). – Bi qazan ağız bişirmişdim, hamısını payladım (Şəki)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ağız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağız nədir? #ağız sözünün mənası #ağız nə deməkdir? #ağız sözünün izahı #ağız sözünün yazılışı #ağız necə yazılır? #ağız sözünün düzgün yazılışı #ağız leksik mənası #ağız sözünün sinonimi #ağız sözünün yaxın mənalı sözlər #ağız sözünün əks mənası #ağız sözünün etimologiyası #ağız sözünün orfoqrafiyası #ağız rusca #ağız inglisça #ağız fransızca #ağız sözünün istifadəsi #sözlük