Dyatlov aşırımının sirri (film, 2013)
Film 1959-cu ildə Rusiya Federasiyası ərasində Ural dağlarının bir hissəsində yerləşən Dyatlov keçidi (Şeytan aşırımı) kimi tanınan ərazidə baş vermiş hadisə və bu hadisənin sirli tərəfinin rejissor fantaziyasına uyğunlaşdırılmış şəkildə lentə alınmışdır.
== Realda baş vermiş hadisə ==
Yuri Yudin ve Ural Politexnik Universitetindən 9 tələbə, 28 yanvar 1959-cu ildə 2 həftə çəkəcək bir səfərə çıxdılar. Səyahət Uralın şimalında yerləşən Vizhay adlanan yerə qədər baş tutmalı idi. Qrupa rəhbərliyi təcrübəli dağçı olan İqor Dyatlov edirdi. Qrupdakı üzvlərin hamısı təcrübəli insanlar idi. Qrup üzvlərindən biri olan Yudin səfərin əvvəlində xəstələnir və geri qayıtmağa məcbur olur. Qrupda 2-si qadın olmaqla 7 kişi var idi. Tələbələr 2 fevral tarixində Otorteni dağını keçərək, Holat Syahl təpəsinə çatdılar. Qrupdan geriyə qalan şəkilləri və gündəlik qeydləri araşdıran tədqiqatçıların fikrincə onlar saat 5-də çadırlarını qurdular. Qrup üzvlərinin düşərgə üçün bu ərazini niyə seçdikləri məlum deyil.