bürü sözü azərbaycan dilində

bürü

Yazılış

  • bürü • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bürünc
Bürünc — mis və sinkin ərintisindən alınan metal. Mis əsaslı ikiqat və ya çoxkomponentli ərintidir, burada əsas ərinti komponenti sinkdir (50%-ə qədər), bəzən qalay (sinkdən daha az, əks halda ənənəvi qalay bürünc), nikel, qurğuşun, qurğuşun, dəmir və digər elementlər əlavə olunur. Bürüncdə mövcud olan bəzi digər elementlər, qalay, qurğuşun, nikel, manqan, dəmir, alüminium, arsen, stibium və fosfordur. Tərkibində manqan olan bəzi bürünclərə tunc da deyilir. Əslində tunc (və ya bronz) mis-qalay ərintisidir. Mis-sink ərintiləri orijinal metallardan daha çox sərtliyə malikdir. Onlar cihazların, maşın hissələrinin və ev əşyalarının istehsalı üçün istifadə olunur. == Xüsusiyyətləri və növləri == Bürünc istehsalında istifadə edilən sinkin 50%-dən çoxu tullantılardan əldə edilir. Texniki bürünc adətən 48-50%-ə qədər sink təşkil edir. Sink tərkibinə görə Alfa bürünc və alfa+beta bürünc ilə fərqlənir.
Bürünc "Neftçi" (1966)
Bürünc "Neftçi" (film, 1966)
Bürünc atlı
Bürünc atlı (poema) — Aleksandr Puşkinin poeması. Bürünc atlı (heykəl) — I Pyotrun Sankt-Peterburqun Senat meydanında XVIII əsrdə ucaldılmış heykəli.
Bürünc atlı (heykəl)
Bürünc atlı (rus. Ме́дный вса́дник) — I Pyotrun Sankt-Peterburqda yerləşən atlı heykəlidir. Heykəl İmperatriça II Yekaterinanın sifarişi ilə fransız heykətəraş Etyen Moris Falkone tərəfindən hazırlanmışdır. Heykəlin adı A.S.Puşkin tərəfindən 1883-cü ildə yazılmış və rus ədəbiyyatının ən geniş yayılmış poemalarından biri olan "Bürünc atlı" poemasından gəlmişdir. Hazırda "Azadlıq heykəli" Nyu-Yorkun simvolu olduğu kimi, "Bürünc atlı" heykəli də Sankt-Peterburqun simvoludur (hər iki heykəl fransız mənşəli heykəltaraşlar tərəfindən hazırlanmışdır). Heykəlin pyedastalı insan tərəfindən tərpədilmiş ən böyük daş olan "Şimşək daşı"dır. == Tarixi == I Pyotrun atlı heykəlinin modeli heykəltaraş Etyen Falkone tərəfindən 1768–1770-ci illərdə hazırlanmışdı. Heykəlin başı heykəltaraşın tələbəsi Mari Ann Kollo tərəfindən işlənmişdir. İlanı Falkonenin ağlına Fyodor Qordeyev salmışdı. Heykəlin tökülməsi Petroviç Vasili Yekimovun rəhbərliyi altında həyata keçirilmiş və 1778-ci ildə tamamlanmışdı.
Bürünc atlı (poema)
Tunc atlı (rus. Ме́дный вса́дник) — Aleksandr Puşkinin poeması. A. Puşkinin 1833-cü ildə yazdığı "Tunc atlı" poemasında Puşkin 1824-cü ildə Peterburqda baş verən daşqını və Pyotrun tunc heykəlini təsvir edir. Bu illərdə Puşkin tez-tez Pyotru və Pyotr dövrünü xatırlaması təsadüfi deyil. Pyotrdan çox bəhs etməklə şair onu sonrakı rus çarlarına qarşı qoyur və mövcud ictimai quruluşa, Nikolay irticalarına qarşı nifrətini ifadə edirdi. "Tunc atlı" poeması çoşqun bir vətənpərvərlik hissi ilə yazılmış əsərdir. Xüsusilə Peterburq poemada böyük məhəbbətlə təsvir edilib.
Bürünc medal
Bürünc medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. Hər hansı yarış müsabiqəsində yarış iştirakçıları arasında üçüncü yeri tutan iştirakçıya bürünc medalı təqdim edilir. Ənənəvi olaraq birinci və ikinci yeri tutan qaliblər müvafiq olaraq qızıl və gümüş medallarla mükafatlandırılır. == Tarix == Belə fərqli bir rozetin anlayışı ilk növbədə orta əsrlərdə hərbi işdə döyüşçülərin fərqləndirilməsi zamanı yaranmışdı, lakin vaxt keçdikcə qeyri-döyüş əvəzi bürünc medalı kimi adlandırıldı. Orta əsrlərdə bürünc medalı "Şöhrət sahəsinə layiq" və "Hərbi şücaət" adı kimi təqdim edilirdi. Bir sıra turnirlərdə, boks, cüdo, taekvondo və güləş kimi bəzi idman növlərində iki bürünc medal qazanmaq mümkündür. Birinci bürünc medalının sahibi açıqlandıqdan sonra hər yarım finalistə artıq bir bürünc medalının sahibi olmaq üçün yenidən şans verilir. == Olimpiya oyunları == Qədim Olimpiya Oyunlarının müsabiqələrində əsas Olimpiya mükafatı medal yox idi. 1896-cı ildə mükafatlandırma qaydası təsis edildi və yerindən asli olmayaraq yalnız, gümüş medal təqdim olunurdu. 1904-cü ildə isə Olimpiya Oyunlarında keçirilən yarış müsabiqəsinin təşkilatçıları tərəfindən ilk üç yerin qalibinə qızıl, gümüş və bürünc medalları təşkil olundu.
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.
Qızıla bürünmüş dövr
Qızıla bürünmüş dövr (ing. Gilded Age) — vətəndaş müharibəsindən və Cənubun yenidən qurulmasından sonra ABŞ-də sürətli iqtisadi inkişaf və əhalinin yüksək artımı dövrü. Birləşmiş Ştatlar tarixində Qızıla bürünmüş dövr təxminən 1870-ci ildən 1900-cü ilə qədər uzanan bir dövrdür. Xüsusilə Şimali və Qərbi ABŞ-da sürətli iqtisadi artım dövrü idi. Amerikada maaşlar Avropadakından, xüsusən də ixtisaslı işçilər üçün maaşlardan çox artdıqca, sənayeləşmə getdikcə artan ixtisassız işçi qüvvəsini tələb etdikcə, bu dövrdə milyonlarla avropalı immiqrant axını baş verdi. Sənayeləşmənin sürətlə genişlənməsi 1860-1890-cı illər arasında real əmək haqqının 60% artmasına səbəb oldu və daim artan işçi qüvvəsinin yaranmasına gətirib çıxardı. Bir sənaye işçisinə düşən orta illik əmək haqqı (kişilər, qadınlar və uşaqlar da daxil olmaqla) 1880-ci ildəki 380 dollardan 1890-cı ildə 564 dollara yüksələrək 48% artdı. Qızıla bürünmüş dövr həm də yoxsulluq və sosial bərabərsizlik dövrü idi, çünki milyonlarla mühacir – çoxu yoxsul bölgələrdən Birləşmiş Ştatlara axışdı və sərvətin yüksək konsentrasiyası daha nəzərə çarpan oldu. Dəmir yolları fabrik sistemi, mədənçıxarma və maliyyənin əhəmiyyəti artan əsas inkişaf sənayesi idi. Avropadan və şərq əyalətlərindən immiqrasiya Qərbin əkinçilik, təsərrüfat və mədənçilik əsasında sürətli böyüməsinə səbəb oldu.
Bürünc diabet
Hemoxromotoz (ing. haemochromatosis), bürünc diabet (ing. bronze diabetes), siderofiliya (ing. iron-storage disease) – Anadangəlmə olub, dəmirin toxumalara artıq toplanması, hepatomeqaliya, artropatiya (II və III əl darağı falanqa oynaqlarının zədələnməsi), qəhvəyi rəngli dəri, hipoqonodizm, şəkərli diabet, durğunluq ürək çatışmazlığı ilə xarakterizə olunur. Yatrogen səbəbdən 2-cili hemoxromatoz yarana bilər.
Bürünc qarğa
Bürünc qarğa (lat. Corvus crassirostris) — 60–70 sm uzunluğa çatan sərçəkimilər dəstənin ən böyük nümayəndəsidir.
Bürünc çaydan
Bürünc çaydan (ing. The Brass Teapot) — rejissor Ramah Moslinin çəkdiyi ABŞ filmidir. Filmin ssenarisi Tim Meysi tərəfindən yazılmış və bu film Moslinin 2007-ci ildə çəkdiyi eyniadlı qısametrajlı triller filmi əsasında hazırlanmışdır. Filmin premyerası 8 sentyabr 2012-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin təqdimatı 2013-cü il aprel ayının 5-də, Rusiyada isə həmin ilin 4 aprelində baş tutmuşdur. Filmin hekayəsi Üzüklərin hökmdarı əsərinin süjet xəttinin müasir formada yenidən təsviridir.
Bürünlu
Bürünlü — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd. Kənd Oxcu çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Zəngəzur silsiləsində Xüstüb dağının tirələrindən birinin sərt döngəli çıxıntısında yerləşdiyi üçün belə adlanır. Kəndi dərzili tayfasına mənsub ailələr salmışlar. Yerli əhali tərəfindən Burundu kimi tələffüz edilir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Bürünlü
Bürünlü — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd. Kənd Oxcu çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Zəngəzur silsiləsində Xüstüb dağının tirələrindən birinin sərt döngəli çıxıntısında yerləşdiyi üçün belə adlanır. Kəndi dərzili tayfasına mənsub ailələr salmışlar. Yerli əhali tərəfindən Burundu kimi tələffüz edilir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

"bürü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bürü nədir? #bürü sözünün mənası #bürü nə deməkdir? #bürü sözünün izahı #bürü sözünün yazılışı #bürü necə yazılır? #bürü sözünün düzgün yazılışı #bürü leksik mənası #bürü sözünün sinonimi #bürü sözünün yaxın mənalı sözlər #bürü sözünün əks mənası #bürü sözünün etimologiyası #bürü sözünün orfoqrafiyası #bürü rusca #bürü inglisça #bürü fransızca #bürü sözünün istifadəsi #sözlük