bəd sözü azərbaycan dilində

bəd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bəd • 93.2015%
  • Bəd • 6.0569%
  • BƏD • 0.7417%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəd-xassəli şişlər
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Bəd xassəli şiş
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. == Risk faktorları == Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
== Məzmun == Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. == Film haqqında == Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
== Məzmun == Şücaətli jurnalistlərdən bəhs edən filmin ikinci hissəsində Çingiz Mustafayev başda olmaqla ekstremal vəziyyətə düşən qorxmaz reportyorlardan danışılır. Filmdə belə vəziyyətdən çıxan jurnalistlər keçirdikləri hiss və həyəcanlarını bölüşürlər. == Film haqqında == Film Çingiz Mustafayevin xatirəsinə həsr olunmuşdur.
Güzgü (bədii film, 1990)
== Məzmun == Kədərli komediya janrında çəkilmiş film toyla bağlı adət-ənənələrimizdən bəhs edir. == Festivallar və mükafatlar == 1) 2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Film qalib gəldiyi üçün rejissor Mehriban Ələkbərzadəyə pul Mükafatı verilmişdir. == Film haqqında == Film rejissor Mehriban Ələkbərzadənin kinoda ilk işidir. Film yazıçı İsi Məlikzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Mehriban Ələkbərova kimi) Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim üzrə rəssam: Nizami Bəydəmirov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Nazim Məmmədov Montaj edən: Nelli Mahmudova Operator assistenti: Kamal Məlikov Qrim edən: Gülnarə Qasmova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bədii rəhbər: Eldar Quliyev Redaktor: Eldəniz Quliyev Filmin direktoru: Davud Zöhrabov Mətni oxuyan: Arif Quliyev (titrlərdə yoxdur) === Rollarda === Ramiz Əzizbəyli — Nəsir Etibar Baxşıyev — Əlibala Fatma Mahmudova — Sara Lalə Bağırova — növbətçi qadın Fikrət Məmmədov — musiqiçi Dadaş Kazımov — kəndli Muxtar Avşarov — Muxtar Nazir Əliyev — müştəri === Filmi səsləndirən === Hacı İsmayılov — Nəsir (Ramiz Əzizbəyli) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Gəmiqaya Tarix-Bədii Qoruğu
Gəmiqaya Tarix-Bədii Qoruğu — dünyada dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşən nadir qoruqlardan və muzeylərdən biri. == Haqqında == Naxçıvandakı Gəmiqaya təbiət və tarix muzeyi isə turistlər üçün iki cəhətdən maraqlı ola bilər. İlk növbədə, xaricilər üçün maraqlıdır ki, bu ərazi ümumdünya tufanından sonra insanlığı bəladan qurtaran Nuhun gəmisinin torpağa toxunduğu ilk nöqtədir. Bu ərazidə yaradılmış muzey həm də dünyada dəniz səviyyəsindən çox yüksək nöqtədə yerləşən muzeylərdən biridir. == Yaradılma tarixi == Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalamış, abidə ətraflı tədqiq olunmuş, Gəmiqaya Tarix-Bədii Qoruğu yaradılmışdır. 2013-cü ildə isə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir. 2 yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda açılış zamanı 184 eksponat olmuşdur. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik tarixinə aid elmi simpoziumların materialları toplanmışdır.
Hacı Bədəl körpüsü
Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü. ХIХ əsrdə Dəmirçilər kənd sakini, mötəbər insan, şer yazmaqda fitri istedad sahibi оlan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla) əhəng və yumurta sarısından istifadə оlunmuşdur. Bu körpü 15 kəndin Qubadlı rayоnunun mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi. Bu tariхi abidə də 31 avqust 1993-cü ilə qədər оlduğu kimi qalırdı.
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. == Film haqqında == Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Leyla Bədirbəyli
Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Maya Bədəlbəyli
Maya Bədəlbəyli (azərb. Maya Rəhim qızı Bədəlbəyli‎; 1952-ci il Bakı şəhəri) — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru. == Həyatı == Maya Bədəlbəyli 1952-ci ildə Bakı şəhərində anadan olub. O, Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. == Fəaliyyəti == Maya Bədəlbəyli universiteti bitirdikdən sonra Bakı Məişət Kondisioneri zavodunun nəzdindəki Texniki-peşə məktəbində rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə çalışıb. O, 1979-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanunlarının nəşrinin hazırlanması üzrə redaksiya heyətinin redaktoru vəzifəsinə qəbul olunub. 1982-ci ildən etibarən isə Azərbaycan Mədəniyyət Nazirliyində Mədəni-Maarif şöbəsinin baş müfəttişi vəzifəsində çalışıb. Bu dövrdə o, əhalinin xalq sənətinin inkişafında mədəniyyət müəssisələrinə praktiki yardım göstərmək məqsədilə Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşdur. Daha sonra Mədəniyyət Nazirliyində Sosiologiya Tədqiqat Qrupunun yaradıldığı vaxtdan qrupa Maya Bədəlbəyli rəhbərlik edib. Maya Bədəlbəyli Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin və Heydər Əliyev Fondununun tədbirlərində fəal iştirak edərək Rusiya xalqları arasında Azərbaycan mədəniyyətini təbliğ edir.
Molla Bədəl
Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini anlayış bildirən molla sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Keçmişdə Rəhimabad və Rəfiabad da adlanmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində 335 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Murad Bədirov
Mürsəl Bədirov
Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931, Mahaçqala – 26 fevral 2003, Bakı) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR Xalq artisti (1979). == Həyatı == Mürsəl Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda anadan olub. O, orta təhsilini Dağıstanda alıb. 1951-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollarda oynayıb. 1956-cı ildə təhsilini başa vuran Mürsəl Bədirov Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Mürsəl Bədirov teatrda işlədiyi illərdə bir çox tamaşalarda fərqli obrazları canlandırıb. O, Jorj Bizenin "Karmen" (Eskamilo və Morales, Dankayro), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" və "ÇioÇio-San" (Sezar Anjelotti, Şarples), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey Sokolov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər) operalarında ifa edib. Mürsəl Bədirov həmçinin azərbaycanlı bəstəkarların da yaradıcılığına müraciət etmişdir. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa edib.
Məhəmməd Bədi
Məhəmməd Bədi (ərəb. محمد بديع‎; 7 avqust 1943, Əl-Məhəllə əl-Kübra, Misir krallığı[d]) — Misirli siyasətçi. == Həyatı == Məhəmməd Bədi 7 avqust 1943-cü ildə Misirdə anadan olub.Qahirə universitetini bitirib.1965-ci ildə “Müsəlman qardaşlar” hərəkatının üzvü olduğu üçün həbs edilib. “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Bədi 2014-cü ildə avqustun 20-nə keçən Misirin paytaxtı Qahirədə həbs olunub. Məhəmməd Bədi iyulun 24-dən axtarışda idi.
Məhərrəm Bədirzadə
Məhərrəm Əlisəftər oğlu Bədirzadə — Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi (2006). == Həyatı == Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən sonra həmin ildə də də Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. 1971-ci ildə Azərbaycan Televiziyasına işə qəbul olunub. Məhərrəm Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Sevdiyi peşəsini tələbələrə şövqlə, can yanğısı ilə öyrədir. 8 aprel 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. == Filmoqrafiya == Mənim günahım (film, 1985) "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var...
Nadir Bədəlov
Nadir Bədəlov (4 avqust 1956, Buzovna) — Ssenari müəllifi. Kino redaktoru. Aparıcı. == Həyatı == Nadir Bədəlov "Salnamə" kinostudiyasının redaktoru, sənətşünas, ssenaristdir.
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. == Həyatı == Namaz Bədəlov 20 may 1932-ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959-cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961-ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964-cü ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Nağda bədii tikmə növü
Nağda bədii tikmə növü — 20 əsrin əvvələrinədək Naxçıvan və Ordubad şəhərlərində geniş yayılmışdı. == İstifadəsi == İstər motivləri, istərsə də kompozisiya quruluşu cəhətdən sadə olub, qadın geyimləri, balış üzü, habelə müxtəlif xırda məişət əşyası üzərində bəzədilirdi. Narıncı şal parça üzərində (85x50 sm) ornamental kompozisiyaya malik balış üzü dörd tərəfdən stilizə olunmuş güllərlə haşiyələnir. Ara sahədə - mərkəzdə mürəkkəb bitki motivlərindən ibarət dairə, bucaqlarda isə uzunsov formada gül təsvirli balışüzünü gö¬zəlləşdirir. Tikmə məmulatının üzərini boşluqdan qurtarmaq və motivi zənginləşdirmək məqsədilə balış üzünün künclərindəki iri yarpaqşəkilli ləçəklərin içərisi güllərlə doldurulur. Dekorativ məmulat üçün stilizə olunmuş nəbati ornamentlərin bacarıqla tətbiqi səciyyəvidir. “Nağda”tikmə üsuluna bəzən pilək, muncuq da tətbiq olunurdu. Sənətkarlıqla işlənmiş bu tikmə növünün ən yaxşı nümunələri Azərbaycan Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.
Ness gölü bədheybəti
Ness Gölü bədheybəti (ing. Loch Ness Monster) və ya Nessi (ing. Nessie) — Şotlandiyanın Ness gölündə yaşadığı iddia edilən əfsanəvi heyvandır. Uzun adı Loch Ness Monster (Ness Gölü bədheybəti) sayılır. İlk dəfə 1933-cü ildə dünyada xəbər olsa da ,tarixi 6-cı əsrə gedib çıxır. Onun mövcudluğunu iddia edənlər onu Plesiosauria cinsinə aid edirlər .Ancaq elm adamları Nessienin həqiqətən var olduğuna inanmır. == Tarixdə == === Müqəddəs Kolumba(6-cı əsr) === 7-ci əsrdə Adomnan tərəfindən yazılmış "Müqəddəs Kolumbanın həyatı" əsərində bildirilir ki ,Ness çayında bir adam "su yırtıcısı" tərəfindən öldürülür . === 1933-cü ildə Nessieni görənlər === 22 iyul 1933-cü ildə George Spicer və onun arvadı yoldan keçən böyük bədənə sahib olan bir varlıq görürlər . 1933-cü ilin avqustunda gecə vaxtı Arthur Grant suiti və plesiosaurın hibridi olan və uzun boynu olan heyvan görür və o, iddia edir ki,Nessie də Arthuru gördükdən sonra gölə qayıdır . == Şəkillər və videolar == === "Cərrahın şəkli" (1934) === 1934-cu ilə aid olan bu şəkildə Nessienin başı ve boynu görwnwr.
Nicad Bədəlov
Nicad Mehman oğlu Bədəlov (12 dekabr 1989, Çaylı, Qazax rayonu) — Azərbaycan Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Nicad Bədəlov 1989-cu il dekabrın 12-də Qazax rayonunun Çaylı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Nicad Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Niyazi Bədəlov
Niyazi Mustafa oğlu Bədəlov (10 iyul 1909, Nuxa – 2 noyabr 1997) — Azərbaycan sənədli filmlər rejissoru. == Həyatı == Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə Moskvada dünyaca Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almış və ilk azərbaycanlı məzunlarından biri olmuşdur. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub. == Fəaliyyəti == 1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlir və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradır. Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olur.
Nəcməddin Bədirov
Nərminə Səmədova (bədii gimnast)
Nərminə Səmədova (10 iyun 2004, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Karyerasının birinci uğurlarına Nərminə Səmədova 2014-cü ildə Qazaxıstanda "ZHULDYZ-CUP" və 2015-ci ildə Macarıstanda "Kupa Tavaszi" beynəlxalq turnirlərində ümumi olaraq beş medala sahib olmaqla imza atdı. Daha sonra Nərminə Səmədova 2016-cı ildə Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. Həmin il Nərminə Səmədova həm də Polşada "Baltic" Cup, Estoniyada isə "Miss Valentine" beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu. 2018-ci ildə Nərminə Səmədova İspaniyanın Qvadalaxara şəhərində gənclər arasında Avropa Çempionatında halqa ilə proqramı beşinci pillədə başa vurdu. Həmin il Polşada "Irina Cup" və Azərbaycanda "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medallara sahib olan Nərminə Səmədova 2019-cu ildə Rusiyada baş tutan gənclər arasında Dünya Çempionatında lentlə proqramı beşinci pillədə başa vurdu. Nərminə Səmədova həm də həmin il bir sıra beynəlxalq turnirlərdə medallara sahib oldu. Nərminə Səmədova Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İyulun 8-də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçiləri tərəfindən 15 gün sonra baş tutacaq XXII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq heyəti açıqlandı və heyətə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova daxil edildi. Olimpiadadan əvvəl Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup İsrailin Təl-Əviv şəhərində baş tutan FIG Qran-Pri turnirində mübarizə apardı.
Ontario bədii qalereyası
Ontario İncəsənət Qalereyası (ing. Art Gallery of Ontario) – Torontoda muzey, 45 min kv. metrlik sərgi sahəsi ilə Şimali Amerikada ən iri bədii muzeylərdən biridir. Muzeydə kolleksiyalar üç bölməyə ayrılır: Kanada incəsənəti, Avropa incəsənəti və Henri Murun heykəltəraşlıq əsərləri. == Tarixi == Ontario bədii qalereyasının əsası 1900-cü ildə Toronto bədii muzeyi adı ilə yaranmışdır. 1919-cu ildə muzeyin adı dəyişdirilərək Toronto bədii qalereyası adlandırılmışdır. 1966-cı iədən muzey indiki adını almışdır. == Kolleksiyası == Muzeydə hazırda 68 mindən çox eksponat nümayiş etdirilir. Avropa incəsənəti bölməsində Rembrantın, Kiçik Piter Breyqelin, Tintorettonun, Frans Xalsın, Van Qoqun, Klod Monenin, Pol Qoqenin, Edqar Deqanın, Renuarın və Pikassonun da əsərlər də vardır.
Oqtay Bədəlov
Qaramanoğlu Bədrəddin İbrahim bəy
Qaramanoğlu Bədrəddin İbrahim bəy (d. 1297 - ö. 1344) — Qaramanoğulları bəyliyinin bəyi. Atası Qaramanoğlu Mahmud bəydir. Atasının 1312-ci ildə vəfatının ardından qardaşı Musa bəy taxta çıxdı. Ancaq çox keçmədən İbrahim bəy qardaşına qarşı ayaqlandı və 1318-ci ildə Məmlüklərin dəstəyiylə bəyliyi ələ keçirdi. Qardaşıyla uzun müddət taxt mübarizəsi aparsa da, 1332-ci ildə mülayim təbiətli digər qardaşı Xəlil bəyin lehinə taxtdan çəkildi. Ancaq Xəlil bəy 8 illik qısa səltənətinin ardından vəfat etmiş, nəticədə İbrahim bəy yenidən bəyliyi ələ almışdır. Ölüm tarixi dəqiq bilinməsə də, 1343-cü ildə Kilikya-Erməni çarlığına hücum etdiyi, bu səfərin ardından vəfat etdiyi ehtimal olunur. == Mənbə == Prof.
Qasım bəy Bədəlbəyov
Qasım bəy Əhməd bəy oğlu Bədəlbəyov (1856-?)—xeyriyyəçi. == Həyatı == Qasım bəy Əhməd bəy oğlu 1856-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Sarıhacılı obasında anadan olmuşdu. Xeyriyyəçi bir şəxsiyyət idi. == Ailəsi == Qasım bəy Fatma xanım Kərbəlayı Şirin bəy qızı ilə ailə qurmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Bədəl bəyin uruğu:Bədəlbəyovlar, "Soy" dərgisi, Bakı, 2012.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu
Şablon:Diər məna Qobustan Dövlət Tarixi-Bədii Qoruğu — Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km (yol ilə 65 km) məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qobustan adının minimal Jegkeheen və anlamı barədə müxtəlif tedqiqatçılar ferqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir.
Qışlaq-i Bədeyr (Biləsuvar)
Qışlaq-i Bədeyr (fars. قشلاق بدير‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (6 ailə).

bəd sözünün leksik mənası və izahı

  • 1 [fars.] Bəzi sözlərin əvvəlinə gətirildikdə mənfi mənada mürəkkəb sifət düzəldilir; məs.: bədrəng, bədsifət, bədheybət və s.

    Azərbaycan dilinin izahlı lüğəti / bəd
  • 2 sif. [fars.] 1. Pis, xarab, yaman. Bəd xasiyyət. Bəd iş. – Oğul bəd övlad olsa; Öldürər dərd atanı. (Bayatı). Şairəm, çünki vəzifəm budur əşar yazım; …Gördüyüm nikü bədi eyləyim izhar, yazım. M.Ə.Sabir. Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə. [Bəşir:] Məsləhətin bəd deyil, ağlıma yatır. S.S.Axundov. □ Bəd gəlmək, bəd gətirmək – pis gətirmək, nəhs gətirmək, baş tutmamaq; uğursuzluğa uğramaq. İşi bəd gətirmək. – [Romanov hökumətinin istibdadı] elə bərk idi ki, dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində yenə qəzetəyə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. C.Məmmədquluzadə. Bəd nəzər – mövhumata inananların təsəvvürüncə, guya baxdığı adama və şeyə gözündəki mövhumi qüvvə ilə xətər yetirən pis göz. [Rüstəm:] Anan da evdə səndən yana bəd nəzərdən qorxur. S.Rəhimov. Bəd olmaz – pis olmaz, eybi yoxdur, yaxşı olar, ziyan etməz. [Odabaşı:] [Hacının] da halını görmək bəd olmaz. Ə.Haqverdiyev. [Koxa:] Üstündən bir çay olsa, heç bəd olmaz. S.Rəhimov. Bədinə danışmaq – pisliyinə danışmaq, qeybət etmək. // Çirkin, yaraşıqsız, yöndəmsiz. Oranqutanq çox bəd görünüşlü heyvandır. 2. Hirsli, sərt, qapağan, tutağan. Bu it çox bəd itdir. ◊ Bəd ayaqda – təhlükəli, xətərli vaxtda, qorxulu dəqiqədə, iş çətinə düşəndə. Baxdı, gördü Aslandır. Zənn eləmə itirdi; Bəd ayaqda tez özünü bu cəbhələr aslanı. M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / bəd
  • 3 BƏD f. pis, yaman. BƏ’D ə. sonra. BƏD’ ə. 1) yenilik, yeni adət, yeni qayda, dəb; 2) başlama, əsasını qoyma; 3) təşəbbüs.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəd

bəd sözünün sinonimləri (yaxın mənalı sözlər)

bəd sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BƏD – ŞAD Şad xəbəri tez çatdırmağa heç vaxt tələsmir, bəd xəbəri tez deməyə ürəyi atlanır (F.Kərimov). BƏD – YAXŞI Məsləhətin bəd deyil, ağlıma yatır (S.S.Axundov); Özünü deyin, harda yaxşı qan aldırmaq olur? (Ü.Hacıbəyov).

    Azərbaycan dilinin antonimlər lüğəti / bəd

bəd sözünün rus dilinə tərcüməsi

  • 1 плохой, дурной

    Azərbaycanca-rusca lüğət / bəd
  • 2 первая часть сложных прилагательных, выражающая отрицательную оценку: bədbəxt несчастный, bədxassəli злокачественный

    Azərbaycanca-rusca lüğət / bəd
  • 3 прил. 1. плохой, скверный, дурной. Bəd övlad плохой сын, bəd əməl дурной поступок, bəd iş плохая работа, bəd xəbərlər дурные вести, bəd xasiyyət скверный характер, bəd nəzər дурной глаз 2. злой. Bəd it злая собака ◊ bəd gəlmək, bəd gətirmək терпеть, потерпеть неудачу, испытать невезение; сложиться неудачно, bəd deyil не плохой (о чём-л.); bəd olmaz будет неплохо; не будет вреда; bəd ayaqda на худой конец, в худшем случае, в трудную (тяжёлую) минуту; bədinə getmək kimin говорить, действовать против кого

    Azərbaycanca-rusca lüğət / bəd

bəd sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. bad, nasty, evil; ~ əməl bad action; evil deeds; ~ adam evil man*; ~ əlamət evil sign; ~ fikirlər evil thought; ◊ ~ ayaqda if the worst comes to the worst, at (the) worst II. z. ~inə danışmaq to speak* against (smb.), to speak* contrarily; ~inə getmək to be* against, to speak* contrarily; Bəd olmaz All right, okey, O.K.

    Azərbaycanca-ingiliscə lüğət / bəd

bəd sözünün fransız dilinə tərcüməsi

  • 1 1) sif. mauvais, -e, vilain, -e ; ~ əməl mauvaise action f ; ~ adam un méchant (vilain) homme ; ~ əlamət un mauvais signe ; ~ fikirlər de mauvaises pensées f pl ◊ ~ ayaqda au pis aller ; au moment difficile ; 2) zərf. ~inə danışmaq parler contre qn ; ~inə getmək agir contre qn

    Azərbaycanca-fransızca lüğət / bəd

bəd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. 1. бед, пис, яман, чӀуру; bəd xasiyyət бед къилих; bəd iş бед кар; // bəd gəlmək, bəd gətirmək бед атун, няс атун, няс гъун, кьил такьун, кьиле тефин (са кар); bəd nəzər дин. бед назар (пис вил, акьадай вил); 2. гзаф туьнт, кьадай, терс (мес. кицӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / bəd

"bəd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəd nədir? #bəd sözünün mənası #bəd nə deməkdir? #bəd sözünün izahı #bəd sözünün yazılışı #bəd necə yazılır? #bəd sözünün düzgün yazılışı #bəd leksik mənası #bəd sözünün sinonimi #bəd sözünün yaxın mənalı sözlər #bəd sözünün əks mənası #bəd sözünün etimologiyası #bəd sözünün orfoqrafiyası #bəd rusca #bəd inglisça #bəd fransızca #bəd sözünün istifadəsi #sözlük