* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fars. bər və ər. qərar] 1. köhn. Yerləşmiş, yerləşmə, qərar tapma, dayanma. …Kərim xan adlı deyir ki: aləm dörd rüknün üstündə bərqərardır… M.F.Axundzadə. 2. Əvvəlki halında qalma, sabit olma. [Bəhram:] …Pəri ilə yavuqlaşım, sonra yenə əvvəlki halımda bərqəraram. C.Cabbarlı. [Anketov:] Filankəs öz vəzifəsində bərqərardır. Mir Cəlal. 3. Sabit, davamlı, daimi. Qanun öz hökmündə bərqərardır. – Hər kəs elm oxur, bəxtiyar olur; Millət elm ilə bərqərar olur. M.Ə.Sabir. O bizimçün daimidir, bərqərar; Gah incidər könlümüzü, gah açar. A.Səhhət. □ Bərqərar etmək – sabitləşdirmək, möhkəmləndirmək, bərpa etmək. Silahların ümumi azaldılması haqqında məclisin qəbul etdiyi qərar eyni zamanda sülhsevər xalqların möhkəm sülh və beynəlxalq təhlükəsizliyi bərqərar etmək əzminin ifadəsidir. (Qəzetlərdən). Bərqərar olmaq – 1) sabitləşmək, qüvvəyə minmək, həyata keçmək. …Bir sözlə, saxtalıqlar üstdə bərqərar olan bir dünya yaratdılar. B.Vahabzadə; 2) bir yerdə qərar tutmaq, dayanmaq. Əntərzadə gəlib N. kəndində, şairlər demişkən, “bərqərar” oldu. Mir Cəlal. Hər dəfə irəli keçmək, istəyən adam bu qilü qalın qabağında tab gətirməyərək qayıdır və öz yerində bərqərar olurdu. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / bərqərar2 f. və ə. möhkəm, daimi, davamlı, dəyişməyən, sabit.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bərqərar1 прил. 1. утверждённый, установленный 2. твёрдый, стойкий, непоколебимый, твёрдоустановленный, строгий, обязательный для исполнения, непререкаемый предписанием; bərqərar etmək: 1. укреплять, укрепить, устанавливать, установить. Avropada möhkəm sülh bərqərar etmək установить прочный мир в Европе; 2. утверждать, утвердить; bərqərar olmaq: 1. укрепляться, укрепиться, устанавливаться, установиться; утверждаться, утвердиться. Şəhərdə yeni hakimiyyət bərqərar oldu в городе установилась новая власть; 2. остановиться, остаться, засесть где-л
Azərbaycanca-rusca lüğət / bərqərar1 s.: ~ olmaq to be* established: Yeni hakimiyyət bərqərar oldu A new power was established; ~ etmək to establish (d.); dövləti ~ etmək to establish the state
Azərbaycanca-ingiliscə lüğət / bərqərar1 sif. ~ olmaq être affirmé, -e ; être soutenu, -e ; affermir (s’) ; établir (s’)
Azərbaycanca-fransızca lüğət / bərqərar1 [fars. bər və ər. qərar] 1. куьгьн. алукьун, чка кьун, акъвазун; // алай, чка кьур; 2. авай гьалда амукьун, дегиш тахьун; 3. кӀеви, дегиш тежер, мидайим (мес. къанун); bərqərar etmək кӀеви авун, гьамиша сад хьиз амукьдайвал авун, мягькемарун; bərqərar olmaq а) кӀеви хьун, мягькем хьун, гьамиша сад хьиз амукьдайвал хьун; б) са чкадал алаз хьун, акъвазун.
Azərbaycanca-ləzgicə lüğəti / bərqərar