Bağlayıcılar
Bağlayıcı — sözləri, cümlələri, mətinləri, abzasları bir-birinə bağlayan, onlar arasında qramatik əlaqə yaradan köməkçi nitq hissəsi. Bağlayıcılar sintaktik funksiyasına görə 2 yerə bölünür: Tabelilik bağlayıcısı və tabesizlik bağlayıcısı. Tabesizlik bağlayıcıları həmcins üzvləri və mürəkkəb tabesiz cümlələrin tərkib hissələrini bir-birinə bağlayır, tabelilik bağlayıcılar isə yalnız tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birinə bağlayır.
== Tabesizlik bağlayıcıları ==
Tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və həmcins sözləri bir-birinə bağlayır.
Mənaca növləri
Birləşdirmə bağlayıcıları: və, ilə,(-la²). Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Və həm tabesiz cümləni, həm də həmcins sözləridə bir-birinə bağlayır. Məsələn: O gəldi və yemək hazırladı.(tabesiz cümlə). O qələm və dəftər aldı.(həmcins sözləri bağladı), lakin ilə isə yalnız həmcins sözləri bir-birinə bağlayır. Məsələn:O qələm ilə dəftər aldı.