babaz sözü azərbaycan dilində

babaz

Yazılış

  • babaz • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baba Babazadə
Baba Babazadə (geoloq) — geologiya-minerologiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı Baba Babazadə (ədəbiyyatşünas) — ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Baba Babazadə (geoloq)
Baba-zadə Baba Qurbanqulu oğlu (25 aprel 1911, Bakı – 18 avqust 1962, Bakı) — geoloq-neftçi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1959), geologiya-minerologiya elmləri doktoru (1962), Sosialist Əməyi Qəhrəmanı (1944) == Həyatı == Baba Baba-zadə 25 aprel 1911-ci ildə Bakının Ramana kəndində anadan olub. O, 1923–1929-cu illərdə N.Nərimanov adına Sənaye Texnikumunu, 1934-cü ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Geoloji-kəşfiyyat fakültəsində təhsil alan Baba-zadə mühəndis-geoloq ixtisasına yiyələnib.Baba Baba-zadə 1949-cu ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1962-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. O, 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.Baba Baba-zadə həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs demişdir. Onun "Buzovna-Maştağa neft yatağı və Abşeronun dərində yatan perspektiv strukturlarının axtarışı" adlı monoqrafiyası 1952-ci ildə Sankt-Peterburq şəhərində çap olunmuşdur.Alimin geoloji-kəşfiyyat və yataqların səmərəli işlənməsi üzrə 80-dən artıq elmi əsəri işıq üzü görmüşdür. Eyni zamanda monoqrafiyalar, kitablar, ayrı-ayrı məqalələr şəklində böyük elmi irs qoymuşdur. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru hazırlanmışdır. Baba Babazadənin adı YUNESKO-nun "Dünya alimlərinin elmi irsi" siyahısına daxil edilmişdir. == Əmək fəaliyyəti == Baba Baba-zadə əmək fəaliyyətinə "Əzizbəyovneft" Neft-Mədən İdarəsində "Qala" neft yatağının tədqiqilə başlayıb. Belə ki, 1936-cı ildə onun rəhbərliyi ilə qazılmış quyunun dərin qatlarından "Qala lay dəstəsi" açılmışdır.
Baba Babazadə (ədəbiyyatşünas)
Babazadə Baba Hüseynəli oğlu — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor == Həyatı == Baba Babazadə 1955-ci il martın 17-də Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU ) davam etdirmişdir. 1984-87-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur. 1988-ci ildə "XX əsrin satirik nəsrində tipikləşdirmə" mövzusunda dissertasiya müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. "Bədii ədəbiyyatda tipiklik" (1992) adlı ilk kitabı ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuş və kütləvi tirajla nəşr edilmişdir. Dövri mətbuatda Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair məqalələri dərc olunmuşdur. "XX əsrin Azərbaycan ədəbiyyatında bədii tip problemi" mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. 1995-ci ildə BDU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının dosenti seçilmişdir. Baba H.Babazadə dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında çıxış etmiş,18 kitabın və 150-yə qədər respublika və xarici mətbuatda dərc olunmuş elmi məqalələrin müəllifi olmuşdur. Həmçinin B.Babazadə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasında bakalavr və magistratura pillələrində ixtisas fənnləri üzrə mühazirə oxumaq və məşğələlər aparmaqla yanaşı,eləcə də magistr dissertasiyaları və buraxılış işlərinə rəhbərlik etmişdir.
Babazanlı
Muğan Babazanlı abidələri
Babazanlı (qəsəbə)
Babazanlı — Azərbaycan Respublikasının Salyan rayonunun ərazisində yaşayış massivi.
Babazanlı palçıq vulkanı
Babazanlı palçıq vulkanı - Salyan rayonu ərazisində, Kürün sol sahilində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Duzdağ gölündən şimaldadır.
Babazeynal Babazadə
Babazeynal Maqsud oğlu Babazadə (1 iyul 2001, Aşağı Amburdərə, Lerik rayonu – 7 oktyabr 2020) - İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babazeynal Babazadə 1 iyul 2001-ci ildə Lerik rayonunun Aşağı Amburdərə kəndində anadan olmuşdur. == Hərbi xidməti == Babazeynal Babazadə 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Babazeynal Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babazeynal Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Babazənən
Muğan Babazanlı abidələri
Babazənən (bulaq)
Babazənən – Azərbaycan Respublikasının Salyan rayonunun Babazənən dağının ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Salyan şəhərinin şimal-şərqində yerləşir. Cənub-şərqi Şirvan düzündə, eyniadlı dağda, Babazənən dağında yerləşdiyi üçün adını da həmin dağdan almışdır. Bəzi mənbələrdə Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim"baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır. Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir. Bulaqdan dəri xəstəliklərinin ən yaxşı dərmanı olan rodonlu su axır.
Babazənən yüksəkliyi
Babazənən yüksəkliyi — Azərbaycan Respublikasının Salyan rayonu ərazisində Salyan şəhərinin şimal-şərqində Duzdağ gölünün şimalında yerləşir. Cənub-şərqi Şirvan düzündəki yüksəklik Babazanan və Babazanlı olaraq da adlanır. Hündürlüyü 41,2 metrdir. 2008-ci ildə Babazənən dağında kütləvi məzarlıq aşkarlanıb. Məzarlıq ərazidə heyvan otaran çobanlar tərəfindən tapılıb. Dağın yamacında yaranmış yarğana baxarkən çobanlar orada çoxlu sayda insan sümüklərinin olduğunu görüblər. Aşkar edilmiş kütləvi məzarlığın 1918-ci ildə ermənilərin rayonda törətdikləri soyqırım zamanı yarandığı güman edilir. Tarixi faktlarda da göstərilir ki, 1918-ci ildə ermənilər bu ərazilərdə qırğınlar törədiblər. Əhali sağ qalmaq üçün Babazənən dağında gizlənsə də, ermənilər onları tapıb qətlə yetiriblər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya İnstitutunda Babazənən dağında aşkar edilmiş sümük qalıqlarına vizual baxış keçirilib.
Elşən Babazadə
Babazadə Elşən Sahib oğlu — azərbaycanlı şəhid == Həyatı == 4 aprel 1996-cı ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olub. == Hərbi xidməti == Həqiqi hərdi xidmətini Bakida dənizçi kimi yerinə yetirib. Vətən sevgisi , torpaqlarımızın azad olunması istəyi onu 2020-ci ildən müddətdən artıq hərbi xidmətə gətirdi. Qısa zamanda kiçik gizir rütbəsini aldı. Sərhəd xidmətinin çevik alayında qulluq edirdi. 44 günlük vətən müharibəsini başa vuran qalib hərbçi Cəbrayıl, Füzuli istiqamətindəki şiddətli döyüşlərdə şücaətlər göstərib və həmin rayonlarda xidmətini davam etdirirdi. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənilərin sərhəddə törətdiyi təxribatın qarşısını almaq üçün aparılan döyüşlərdə qəhrəmancasina şəhid olan Elşən Babazadə doğulduğu Mıxlıqovaq kəndində dəfn olunub."Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Fikrət Babazadə
Fikrət Babazadə - texnika elmləri doktoru, professor == Həyatı == Babazadə Fikrət Ələkbər oğlu Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. O, respublikanın neft mədənlərində əmək fəaliyyətinə başlamışdır. 1966-1992-ci illərdə AzETNÇİ-nun "Quruda neft yataqlarının işlənilməsinin layihə edilməsi", "Neft və qazın yığılması və hazırlanması", "Kür çökəkliyi yataqlarının işlənilməsi" laboratoriyalarının rəhbəri olmuşdur. 1968-ci ildə "Aşağıdebitli neft quyularının əvəzləyici liftlərlə rasional istismarı məsələləri" mövzusunda namizədlik, 1992-ci ildə isə "Quyuların istismarının texnoloji əsaslarının təkmilləşdirilməsi və neft yataqlarının daha gec dövrdə işlənilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == Babazadə F.Ə. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Babazadə F.Ə. 80-dən artıq elmi məqalə müəllifidir. İxtiralara görə 10 müəlliflik şəhadətnaməsi alıb. "Nümunəvi əmək zərbəçisi" fəxri adına layiq görülüb və medal ilə təltif edilib.
Leyla Babazadə
Leyla Abbasəli qızı Babazadə — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR xalq ictimai təminat komissarı (1938–1942), SSRİ Ali Sovetinin 1-ci çağırış deputatı. == Həyatı == Leyla Abbasəli qızı Babazadə 1905-ci ildə hazırkı Gəncədə yoxsul kustar ailəsində anadan olmuşdur. 1923-cü ildə, 18 yaşı olarkən ərini itirdikdən sonra o, Bakıya gəlmiş, qardaşı Ələkbərin təsiri ilə 1925-ci ildə Əli Bayramov adına Qadın Klubunun savad kursuna daxil olmuşdur. Bir qədər sonra klubun nəzdindəki fabrik-zavod şagirdliyi məktəbinə daxil olaraq iki il sonra buranı bitirmiş, tikiş fabrikinin işçisi olmuşdur.1930-cu ildə Leyla Babazadə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir. Bundan sonra o, altı aylıq həmkarlar kursunu bitərərək Azərbaycan tikiş sənayesi trestinin fabrik-zavod şagirdliyi məktəbində təlimatçı işləmiş, Xızı rayonunda qadınlar arasında kütləvi təlim-tərbiyə işlərinə rəhbərlik etməyə göndərilmişdir. O, burada Azərbaycan Kommunist Partiyası Xızı Rayon Komitəsinin qadınlar sektorunun müdiri vəzifəsində çalışmışdır. Xızı rayonundan Bakıya qayıdaraq Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbində oxumuş, Volodarski adına tikiş fabrikində həmkarlar işinə rəhbərlik etmiş, istehsalatda təlimatçı köməkçisi işləmişdir.1937-ci ilin oktyabr ayında tikiş sənayesi işçiləri ittifaqının Azərbaycan konfederasiyası Leyla Babazadəni Azərbaycan Tikişçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri seçmişdir. SSRİ-nin cənub rayonları tikişçiləri ittifaqlarının Xarkovdakı qurultayında Leyla Babazadə ittifaqın mərkəzi komitəsinin heyətinə seçilmişdir.Leyla Babazadə Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsi bürosunun və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. 1937-ci il dekabrın 12-də SSRİ Ali Sovetinin 1-ci çağırış deputatı seçilmişdir. Leyla Babazadə 1938-ci ildə Azərbaycan SSR xalq təminat komissarı təyin edilmiş, 1942-ci ilin yanvar ayınadək bu vəzifədə işləmişdir.
Mirşəmsi Babazadə
Mirşəmsi Elşad oğlu Babazadə (20 fevral 1996; Mamırlı, Tərtər, Azərbaycan — 30 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirşəmsi Babazadə 1996-cı il, yanvarın 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. == Hərbi xidmətləri == 2014-cü ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. Daha sonra 2019-cu ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mirşəmsi Babazadə Madagizin azad edilməsində savaşıb. 5 oktyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirşəmsi Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirşəmsi Babazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Muğan Babazanlı
Muğan Babazanlı abidələri — Azərbaycanın Salyan rayonu ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Bu yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar zamanı aşkarlanıb. Dörd hektara yaxın ərazini əhatə edən yaşayış məskəni Salyan rayonunun Çuxanlı və Şorkənd kəndləri ərazisində Babazənən adlı dağın ərazisində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb. İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu tapıntının unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir tapılıb. Bunların arasında həm uşaq, həm də böyüklərə aid qəbirlər var. İnstitutun professoru, arxeoloq Arif Məmmədov bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən küp qəbirlərdən birinin üzərində şamanizmlə bağlı təsvirlər verilib. apılan saxsı qabların üzərindəki işarələr sənətkarlar arasında ixtisaslaşmanın mövcudluğunu və burada məskunlaşmanın qədimliyini təsdiq edir.
Muğan Babazanlı abidələri
Muğan Babazanlı abidələri — Azərbaycanın Salyan rayonu ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Bu yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar zamanı aşkarlanıb. Dörd hektara yaxın ərazini əhatə edən yaşayış məskəni Salyan rayonunun Çuxanlı və Şorkənd kəndləri ərazisində Babazənən adlı dağın ərazisində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb. İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu tapıntının unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir tapılıb. Bunların arasında həm uşaq, həm də böyüklərə aid qəbirlər var. İnstitutun professoru, arxeoloq Arif Məmmədov bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən küp qəbirlərdən birinin üzərində şamanizmlə bağlı təsvirlər verilib. apılan saxsı qabların üzərindəki işarələr sənətkarlar arasında ixtisaslaşmanın mövcudluğunu və burada məskunlaşmanın qədimliyini təsdiq edir.
Məhəmməd Babazadə
Məhəmməd Cavanşir oğlu Babazadə (5 may 1995; Astara rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəmməd Babazadə 1995-ci il mayın 5-də Astara rayonunun Marzəsə kəndində anadan olub. == Hərbi xidməti == Məhəmməd Babazadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhəmməd Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Babazadə sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Marzəsə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Oqtay Babazadə
Oqtay Ələkbər oğlu Babazadə — Azərbaycan televiziya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent. == Həyatı == Oqtay Ələkbər oğlu Babazadə 1941-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə ADU-nu, 1979-cu ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya institutunu bitirmişdir. 1959-cu ildən Dövlət Teleradio Verlişləri Şirkətində çalışır, ali dərəcəli rejissordur. Onun rejissorluq filmotekasina 150-dən çox bədii, musiqili, sənədli filimlər daxildir. O.Babazadənin çəkdiyi filmlər dəfələrlə müxtəlf beynəlxalq kino-video festivallarinda mükafatlara, diplom və prizlərə layiq görülmüşdür. "Hakim " (Tofiq Bəhrəmov), "Hücumçu həmişə irəlidədir" (Ələkbər Məmmədov), "Leyla və onun dostları", "Rənglərin ahəng i" (Toğrul Nərimanbəyov), "Uzaq və yaxın Lütvü Zadə " , "Alban abidələri" , "Alim" (Rafiq Əliyev) və s. filmlərin ekran həyatı bu mənada çox uğurlu olmuşdur. Azərbaycan Kinematoqrafiya İttifaqının və Respublika Jurnalistlər Birliyinin üzvüdür.O.Babazadə gənc kadrların hazırlanmasında da səmərəli iş aparır – BDU və Mədəniyyət və İncəsənət Universitetlərin dosentidir. O.Babazadə "Respublikanın əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, Lütvü Zadə adina Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.
Vasif Babazadə
Vasif Məmməd Ağa oğlu Babazadə (2 sentyabr 1938, Bakı) — geologiya-minerologiya elmləri doktoru (1975), BDU-nun professoru (1977), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), əməkdar elm xadimi (2000), "Şöhrət" ordenli (2009), "Şərəf" ordenli (2018). == Qısa biblioqrafik məkumat == 1938-ci il sentyabrın 02-də Bakı şəhərində anadan olub. 1945–1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində oxuyub. 1955–1960-cı illər – Azərbaycan Dövlət Universitetinin (hazırda – BDU) geologiya- coğrafiya fakültəsində oxumuş və mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 1959–1961-ci illər SSRİ Geologiya Nazirliyi 1 saylı Geoloji-Kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji Ekspedisiyası (Şimali Qafqaz) 1961-ci ildən – BDU-da çalışır. == Təltif və mükafatları == Təbii resurslardan səmərəli istifadə etmə sahəsində əsərlər silsiləsinə görə Dövlət mükafatı laureatı (1978). Əməkdar elm xadimi (2000), Bakı Dövlət Universitetinin "İlin alimi" (2007). "Şöhrət" ordeni (2009), AMEA-nın akademik Musa Əliyev adına adlı mükafatı (2017). Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatı (Tbilisi, 2018). "Şərəf" ordeni (2018).
Xaqani Babazadə
Xaqani Anar oğlu Babazadə (13 fevral 2001, Kijəbə, Astara rayonu – 10 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Babazadə 2001-ci il fevralın 13-də Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xaqani Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Babazadə oktyabrın 10-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Kijəbə qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yolçu Babazadə
Yolçu Bəhruz oğlu Babazadə (20 yanvar 2002; Qozlubulaq, Şəki rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yolçu Babazadə 20 yanvar 2002-ci ildə Şəki rayonunun Qozlubulaq kəndində Bəhruz Babayevin və Xatirə Babayevanın ailəsində anadan olmuşdur. 2008-ci ildə Şəki rayon Qozlubulaq kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-cu ildə məktəbin 11-ci sinfini bitirmişdir. Subay idi. == Hərbi xidməti == Yolçu Babazadə 20 yanvar 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Beyləqanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət qullluqçusu olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Yolçu Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Yolçu Babazadə 7 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Ülfət Babazadə
Ülfət Qabil oğlu Babazadə (28 fevral 2001; Lənkəran rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülfət Babazadə 2000-ci il fevralın 28-də Lənkəran rayonunun Daştatük kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Ülfət Babazadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülfət Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülfət Babazadə noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ələkbər Babazadə
Ələkbər Abbasəli oğlu Babazadə (1893-1943) — Dilimizin görkəmli tədqiqatçısı, dilçi, müəllim. == Həyatı == 1893-cü ildə Gəncədə anadan olub. İlk təhsilini 8 illik məktəbdə almışdır. 1943-cü ildə Bakıda vəfat edib. == Fəaliyyəti == 1912-1924-cü illərdə "Tovfiq" məktəbində və Gəncənin müxtəlif məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub. 1924-cü ildə Bakıya gəlir. Azərnəşrdə - Yeni Türk Əlifbası Mərkəzi Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayır. Məşhur çuvaş alim Nikolay İvanoviç Aşmarinlə tanışlığı həyatında mühüm hadisə oldu. Aşmarinin məsləhəti ilə Ə.Babazadə "Azərbaycan türklərinin xalq dialektləri lüğəti" üçün material toplamağa başlayır. 1929-1933-cü illərdə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin birinci dərəcəli elmi əməkdaşı kimi işə başlayır.
Xəzər Babazadə
Xəzər Babazadə (2005) — Azərbaycan şahmatçısı, beynəlxalq usta (2022-ci ildən etibarən). 2023-cü ilin mart ayının reytinqinə görə Azərbaycan şahmatçıları arasında 19-cu, dünya şahmatçıları arasında isə 853-cü və "Top 100 Juniors" reytinqində isə 66-cı yerdə qərarlaşıb. == Həyatı == Xəzər Babazadə 2005-ci il martın 12-də Bakıda anadan olub. O, 5 yaşından şahmat oynamağa başlayıb. Bakıda 269 nömrəli tam orta məktəbdə təhsil alıb. == Şahmat karyerası == === Yerli turnirlərdə === 2016-cı ilin mart ayında ilk dəfə şahmat üzrə Azərbaycan çempionatında iştirak etdi. 2018-ci ilin yanvar ayında şahmat üzrə Azərbaycan çempionatında 4,5/9 xalla turnirdə 8-ci pilləni tutdu.2019-cu ilin yanvar ayında şahmat üzrə Azərbaycan çempionatında 4,5/9 xal topladı. 2022-ci ilin fevral ayında Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatında 5/9 xal topladı. === Beynəlxalq turnirlərdə === 2015-ci ilin iyul ayında Gürcüstanın Poti şəhərində keçirilən 10-cu Poti Beynəlxalq Açıq Şahmat Festivalı "Nana Aleksandriya Kuboku - 2015" turnirində iştirak etdi.2017-ci ilin avqust ayında BƏƏ-nin paytaxtı Əbu Dabi şəhərində keçirilən 24-cü Abu Dabi Beynəlxalq Şahmat Festivalı - Yeniyetmələr Turnirinin qalibi oldu.2017-ci ilin avqusta ayında Bakıda keçirilən qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq yarışda 8,5/9 xalla turnirdə birinci yerə layiq görülüb.2018-ci ildə "Nakhchivan Open" turnirində iştirak etmişdir. 2018-ci ilin mart ayında Gürcüstanın Batumi şəhərində keçirilən Şahmat üzrə Avropa Fərdi Çempionatında iştirak etdi.2019-cu ilin sentyabr ayında baş tutan 2019 Baku Open turnirində 6,5/9 xalla yarışı 11-ci pillədə başa vurdu.2019-cu ildə Babazadə FİDE tərəfindən FIDE Master (FM) tituluna layiq görüldü.

Oxşar sözlər

#babaz nədir? #babaz sözünün mənası #babaz nə deməkdir? #babaz sözünün izahı #babaz sözünün yazılışı #babaz necə yazılır? #babaz sözünün düzgün yazılışı #babaz leksik mənası #babaz sözünün sinonimi #babaz sözünün yaxın mənalı sözlər #babaz sözünün əks mənası #babaz sözünün etimologiyası #babaz sözünün orfoqrafiyası #babaz rusca #babaz inglisça #babaz fransızca #babaz sözünün istifadəsi #sözlük