Babu sözü azərbaycan dilində

Babu

Yazılış

  • Babu • 84.6154%
  • babu • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşağı Babunə (Çaroymaq)
Aşağı Babunə (fars. بابونه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
Babuin
Babuin (lat. Papio cynocephalus) — əntərkimilər fəsiləsinin pavianlar cinsinə aid məməli heyvan. Bədəninin uzunluğu 60–70 sm, quyruğunun uzunluğu 50 sm-ədək olur. Başı it başına oxşayır; burun dəlikləri üzünün qurtaracağında yerləşir, köpək dişləri güclü inkişaf etmişdir. Tükü açıq-sarı rəngdədir (sarı pavian adı da buradandır). Mərkəzi və Şərqi Afrikada yayılmışdır; bozqır və dağlıq yerlərdə məskunlaşır. Gündüzlər fəaldır, əsasən, yerüstü həyat keçirir. Bitki (meyvələr, soğanaqlar və s.) və heyvani (həşəratlar, xırda onurğalılar) yemlərlə qidalanır; bəzən k.t. bitkilərinə çox zərər vurur. Babuin qrup halında yaşayır; sürüyə yaşlı erkəklər başçılıq edir.
Babunə
Aşağı Babunə (Çaroymaq)
Babuqent
Babuqent (qaraç.-balk. Бабугент) — Kabarda-Balkariya Respublikasının Çerek rayonunda yerləşən kənd.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Babur-i Kürd
Babur-i Kürd (fars. بابوركرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur-i Kürd (Şot)
Babur-i Kürd (fars. بابوركرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur-i Əcəm
Babur-i Əcəm (fars. بابورعجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur-i Əcəm (Şot)
Babur-i Əcəm (fars. بابورعجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur adına Oş Dövlət Akademik Özbək Musiqi və Dram Teatrı
Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı (rus. Ошский Государственный академический узбекский музыкально-драматический театр имени Бабура) — Qırğızıstanda ən qədim peşəkar teatr, Mərkəzi Asiyada ikinci qədim teatr. == Teatr tarixi == 1914-cü ildə Rahmonberdi Madazimovun rəhbərliyi ilə Oş yerli məktəb müəllimi Baltyhodzha Sultanov ilə teatr dərnəyi yaradılmışdır. 1918-ci ildə Oş vilayətində Rahmonberdi Madazimov rəhbərliyi ilə digər maarif rəhbərləri və müəllimlər Ibrohim Musaboev, Beknazar Nəzərov, Zhurahon Zaynobiddinov, Nazirhan Kamolov, A.Saidov, A.Eshonhonov, Abdukodir Iskhokov, Isroiljon İsmoilov, Cəlil Sobitov tərəfindən Türküstan cəbhəsində İnqilab Əsgəri Şura konsert briqadası əsasında Qırğızıstanda ilk dəfə həvəskar teatr dərnəyi təsis edildi. Rahmonberdi Madazimov teatr qrupunun ilk bədii rəhbəri, Qırğızıstanda isə teatr hərəkatının ilk təsisçisi və təşkilatçısı idi. 1919-cu ildə teatr dərnəyi drama truppası yaradılmışdır. Bu teatr truppası yalnız teatr sənətinin inkişafına deyil, həm də Qırğızıstanın cənubunda peşəkar musiqi sənətinin inkişafına xidmət etmişdir. Teatr truppasının repertuarında istehsaldan əlavə çoxsaylı konsertlər olmuşdur, həmçinin peşəkar musiqiçilərin meydana gəlməsinə qatqı təmin tamaşaların musiqi müşayiəti xalq melodiyalarının emal ilə həyata keçirilir. Gələcəkdə bu teatr truppası Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının yaradılması üçün əsas oldu. Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı Daşkənddə Həmzə adına Özbəkistan milli akademik dram teatrından (1913–27 fevral 1914 ildə yaradılmışdır) sonra Mərkəzi Asiyada ən qədim teatr hesab edilir.
Babur İmperiyası
Böyük Moğol İmperiyası (fars. گورکانیان‬‎, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت‬, translit. Mughliyah Saltanat) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند‎, translit. Empīrāturī-ye Moġolī-ye Hend) — 1526–1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
Babur şah
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Baburlu
Baburlu - İrəvan xanlığının Talın mahalında kənd adı. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. Sonralar əhalinin bir hissəsi geri qayıtmışdır. 1914-1915-ci illərdə azərbaycanlılar qovulmuşdular. 1947-ci ildə kənd ermənicə Bartraşen adlandırılmışdır. Baburlu tayfasının adını əks etdirir.
Baburlu sülaləsi
Baburlu sülaləsi və ya Moğol xanədanı — Teymurlular xanədanının bir qoludur. Məhəmməd xan Şeybaninin 1507-ci ildə Teymurlu imperatorluğuna son qoymasından sonra Teymurilərin Hindistana çəkilməsi nətciəsində yaranan Baburlu imperiyasının hakim sülaləsidir. Əsası Baburlu imperiyasının qurucusu və ilk padşahı Padşah Babur şah tərəfindən qoyulmuşdur. Babur padşah ən məşhur türk xaqanlarından olan Əmir Teymur xanın nəticəsi idi. Sülalənin nümayəndələri 5 titul daşıyırdılar: padşah, şah, sultan, xan və xaqan. Sülalə türk idi, moğol (muğal) adı isə onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Sülalənin son padşahı II Bahadır şahdır. Baburlular digər türk dövlətləri olan Osmanlı və Səfəvi imperiyaları ilə dostluq əlaqələri qurmuşdur.
Baburlular
Böyük Moğol İmperiyası (fars. گورکانیان‬‎, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت‬, translit. Mughliyah Saltanat) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند‎, translit. Empīrāturī-ye Moġolī-ye Hend) — 1526–1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
Baburnamə
"Baburnamə" (fars. بابر نامہ‎; "Baburun kitabı" və ya "Baburun məktubu") — Moğol imperiyasının banisi və Əmir Teymurun nəticəsi Zəhirəddin Məhəmməd Baburun (1483-1530) yazdığı əsər. "Baburnamə" türk və İslam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir."Baburnamə"nin mənası "Baburun kitabı" deməkdir və əsər öz adını hər iki anlamda, həm "Babur haqqında yazılmış kitab", həm də "Baburun yazdığı kitab" kimi doğruldur. Türk və islam ədəbiyyatı tarixində memuar janrında yazılmış ilk əsər olan "Baburnamə" 1494-1529-cu illər ərzində Mərkəzi Asiya, Əfqanıstan və Hindistanda baş vermiş bütün mühüm hadisələri, müəllifin özünün, eləcə də dövrün ən ünlü siyasi xadimlərinin, elm və sənət adamlarının həyat və fəaliyyəti, əsil-nəsəbi, xarakteri, hətta zahiri görkəmi haqqında dəqiq və ətraflı məlumat verməklə region ölkələrinin tarixi, coğrafiyası, təbiəti, xalqları, etnoqrafiyası barədə ən zəruri bilikləri əhatə edir. Bu baxımdan "Baburnamə" təkcə ədəbi yox, həm də haqlı olaraq nüfuzlu elmi-tarixi mənbə kimi qiymətləndirilir. Baburnamə, müəllifin həyat və fəaliyyətinin mərhələlərinə müvafiq olaraq, üç hissədən ibarətdir: "Fərqanə" adlanan birinci hissə 10 iyun 1494-cü ildən 14 iyun 1504-cu ilə qədər; "Kabil" adlanan ikinci hissə 14 iyun 1504-cü ildən 12 dekabr 1520-ci ilə qədər; "Hindistan" adlanan üçüncü hissə isə 8 oktyabr 1526-cı ildən 5 sentyabr 1529-cu ilə qədər olan dövrləri əhatə edir.Baburun bu xatirələri necə və nə zaman yazdığı barədə dəqiq məlumat yoxdur. Məlum olan budur ki, memuarlar müəllifin illər uzunu müntəzəm olaraq yazdığı xüsusi gündəlik əsasında qələmə alınmışdır. "Baburnamə" 1589-cu ildə Baburun doğma çağatay dilindən fars dilinə tərcümə edilib.Avropa alimləri Baburun memuarı ilə XIX əsrin əvvəllərində tanış olublar. Bundan sonra 1826-cı ildə kitab çağatay dilindən ingilis dilinə, 1871-ci ildə isə əsər fransız dilinə tərcümə edilib.
Babuvizm
Babuvizm — XVIII əsrdə Fransada "Bərabərlik Respublikası" - vahid mərkəzdən idarə edilən, vahid, ümummilli komunna uğrunda aparılan inqilabi hərəkat. Hərəkat özünün rəhbəri və daha ardıcıl nəzəriyyəçisi olan Qrakh Baböfün (1760-1797) adı ilə adlandırılmışdır.
Babuyan arxipelaqı
Babuyan arxipelaqı — Luzon boğazında, Luson adasındn şimalda yerləşən arxipelaq. Luson adasından Babuyan boğazı, Betan adalarından isə Balitanq boğazı ilə ayrılır. Arxipelaqın sahəsi 620 km²-dir. Babuyan axipelaqına daxil olan 5 iri ada: Babuyan adası (100 km²), Dalupuri (50 km²), Kalayan (196 km²), Kamiquin (166 km²), Fuqa adası (100 km²).6 kiçik ada: Barit (3,8 km²), Didikas (0,7 км²), İrao (0,2 km²), Pamoktan (0,3 km²), Panuitan (2,3 km²), Pinon (0,04 km²).İki qaya: Dilayaq (<0,3 km²), Mabaq (0,7 km²).İnzibati cəhətdən Kaqayan vilayətinə daxildir.
Babuşkin
Babuşkin — Rusiya Federasiyasında yerləşən şəhər. Buryatiya Respublikasının tərkibinə daxildir.
Babuşkin adası
Babuşkin adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Maksimmal hündürlüyü 40 metrdir. Şimal adasının qərb sahillərində yerləşən Çaev körfəzinin akvatoriyasına aiddir. 1930-cu ildə Otto Şmidt və Vladimir Vizenijn rəhbərliyi altında "Qeorqi Sedov" gəmisində təşkil olunmuş ekspedisiyada iştirak etmiş, sovet təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı Mixail Babuşkinin şərəfinə adlandırılmışdır.
Buranovskiye Babuşki
Buranovskiye Babuşki (rus. Бурановские бабушки / Buranov nənələri; udm. Брангуртысь песянайёс) — Rusiyanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən musiqi qrupu. Qrup müsabiqədə "Party for everybody" mahnısı ilə 2-ci yeri tutmuşdur.
Momo Babunqu
Momo Babunqu (12 aprel 1983) — Konqo DR-nı təmsil edən stolüstü tennisçi. == Karyerası == Momo Babunqu Konqo DR-nı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Olesya Babuşkina
Olesya Sergeyevna Babuşkina (d. 30 yanvar 1989) — Belarusu təmsil edən bədii gimnast. Olesya Babuşkina, Belarusu 2008 Pekin Olimpiadasında təmsil edib və bürünc medal qazanıb. == Karyerası == Olesya Babuşkina, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Kseniya Sankoviç və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Orta Babunə (Çaroymaq)
Orta Babunə (fars. بابونه وسطي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (13 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2010 •••••••••••• 0.09

"babu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#babu nədir? #babu sözünün mənası #babu nə deməkdir? #babu sözünün izahı #babu sözünün yazılışı #babu necə yazılır? #babu sözünün düzgün yazılışı #babu leksik mənası #babu sözünün sinonimi #babu sözünün yaxın mənalı sözlər #babu sözünün əks mənası #babu sözünün etimologiyası #babu sözünün orfoqrafiyası #babu rusca #babu inglisça #babu fransızca #babu sözünün istifadəsi #sözlük