Babuin sözü azərbaycan dilində

Babuin

Yazılış

  • Babuin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Babuin
Babuin (lat. Papio cynocephalus) — əntərkimilər fəsiləsinin pavianlar cinsinə aid məməli heyvan. Bədəninin uzunluğu 60–70 sm, quyruğunun uzunluğu 50 sm-ədək olur. Başı it başına oxşayır; burun dəlikləri üzünün qurtaracağında yerləşir, köpək dişləri güclü inkişaf etmişdir. Tükü açıq-sarı rəngdədir (sarı pavian adı da buradandır). Mərkəzi və Şərqi Afrikada yayılmışdır; bozqır və dağlıq yerlərdə məskunlaşır. Gündüzlər fəaldır, əsasən, yerüstü həyat keçirir. Bitki (meyvələr, soğanaqlar və s.) və heyvani (həşəratlar, xırda onurğalılar) yemlərlə qidalanır; bəzən k.t. bitkilərinə çox zərər vurur. Babuin qrup halında yaşayır; sürüyə yaşlı erkəklər başçılıq edir.

Oxşar sözlər

#babuin nədir? #babuin sözünün mənası #babuin nə deməkdir? #babuin sözünün izahı #babuin sözünün yazılışı #babuin necə yazılır? #babuin sözünün düzgün yazılışı #babuin leksik mənası #babuin sözünün sinonimi #babuin sözünün yaxın mənalı sözlər #babuin sözünün əks mənası #babuin sözünün etimologiyası #babuin sözünün orfoqrafiyası #babuin rusca #babuin inglisça #babuin fransızca #babuin sözünün istifadəsi #sözlük