badalaq sözü azərbaycan dilində

badalaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • badalaq • 87.9121%
  • Badalaq • 7.6923%
  • BADALAQ • 4.3956%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2003 •••••••••••••••• 0.39
2010 •••••••••••••••••• 0.45
2011 •••••••••••••• 0.34
2012 •••••••••••••••••••• 0.52
2013 •••••••••••• 0.29
2014 ••••••• 0.17
2015 ••••••• 0.17
2016 ••••••• 0.17

badalaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Sərbəst güləşmə zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma. □ Badalaq vurmaq – birini yıxmaq üçün ayağını onun ayağına dolaşdırmaq. Mən yoldaşımdan qabaq çəməndə bir lalə görmüşəm… Mən onu üzəndə dostum badalaq vurub məni üzüstə yıxır ki, laləni özü dərsin. M.Hüseyn. 2. məc. Hiylə, kələk, fənd, fırıldaq mənasında. Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə. N.Vəzirov. □ Badalaq qurmaq – hiylə qurmaq, kələk gəlmək, fırıldaq düzəltmək; ayağının altını qazımaq, ayağından çəkmək. [Aslan bəy:] Sən öləsən ağa Laçın bəy, sənin özünə də axırda bir badalaq qurmağım var. N.Vəzirov. [Namaz:] İndi sənin mənə badalaq qurmağının heç adı yoxdur. Ə.Haqverdiyev. Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi, Durmuşa badalaq qurmağa çalışırdı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / badalaq

badalaq sözünün etimologiyası

  • 1 Sözün əsli badaqlaq kimi olub, sonra 2-ci hecadan q səsi düşüb. Badğa, bağda (bağla) formaları da olub. Qədim mənası “ayaqla bağlamaq, ilişdirmək” kimi başa düşülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / badalaq

badalaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. BADALAQ (güləş zamanı ayağı-ayağa dolaşdırıb yıxmaq) Mən onu üzəndə dostum badalaq vurub meni üzü üstə yıxır ki, laləni özü dərsin (M.Hüseyn); PİŞLİNG (arx.) [Vəzir:] ..ayağa durub tutuşduq, qeyrət mənə əl verib, bir dəqiqə çekməyib Teymur ağanı çəkdim pişlingə, dəxi bilmirəm necə yerə vurmuşam... (M.F.Axundzadə). 2. badalaq bax hiylə

    Azərbaycan dilinin sinonimlər lüğəti / badalaq

badalaq sözünün antonimləri (əks mənalı sözlər)

badalaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BADALAQ I is. Sərbəst güləş zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma. Mən onu üzəndə dostum badalaq vurub məni üzü üstə yıxır ki, laləni özü dərsin (M.Hüseyn). BADALAQ II is. Hiylə, kələk, fənd mənasında. Mən az görməmişəm badalaqları... Min fırıldaq gələn o alçaqları (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti / badalaq

badalaq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. см. badaq 1 2. подвох (уловка, поступок с целью обмануть, подвести кого-л.) ◊ badalaq gəlmək kimə 1. подставлять, подставить ножку кому 2. устроить подвох

    Azərbaycanca-rusca lüğət / badalaq

badalaq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. backheel; trip; 2. məc. d.d. dirty trick; ~ vurmaq / ~ gəlmək 1) to trip smb. up; 2) məc. to deceive (d.), to swindle (d.); d.d. to play s.o. a dirty trick

    Azərbaycanca-ingiliscə lüğət / badalaq

badalaq sözünün fransız dilinə tərcüməsi

badalaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кӀвач галкӀурун (кьуршахар кьадамаз сад ярхарун патал); badalaq vurmaq кӀвач галкӀурун; 2. пер. гьилле, фенд; badalaq qurmaq гьилле туькӀуьрун, алцурарун; кӀвачикай ялун, садан кӀвачин кӀан эгъуьнун.

    Azərbaycanca-ləzgicə lüğəti / badalaq

"badalaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#badalaq nədir? #badalaq sözünün mənası #badalaq nə deməkdir? #badalaq sözünün izahı #badalaq sözünün yazılışı #badalaq necə yazılır? #badalaq sözünün düzgün yazılışı #badalaq leksik mənası #badalaq sözünün sinonimi #badalaq sözünün yaxın mənalı sözlər #badalaq sözünün əks mənası #badalaq sözünün etimologiyası #badalaq sözünün orfoqrafiyası #badalaq rusca #badalaq inglisça #badalaq fransızca #badalaq sözünün istifadəsi #sözlük