Badku sözü azərbaycan dilində

Badku

Yazılış

  • Badku • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi
Hacı Əbdülkərim 1868-ci ildə Badikubənin Maştağa kəndində Hacı Əhməd bin Abbas bin Ağamirzə bin Şeyx İbrahim adlı bir şəxsin ailəsində dünyaya göz açmışdır. Onun əsil adı Ağamirzədir. Xorasana təhsil almağa gedərkən rus hökuməti sənəd vermədiyindən Əbdülkərim adlı bir şəxsin sənədləri ilə gedir və sonralar bu ad ilə də məşhur olur. Hacı Əbdülkərimin həyatı çox keşməkeşli olmuşdur. O, dünyaya gələndə birinin 27, digərinin isə 30 yaşı olan iki ögey qardaşı var idi. Kiçik yaşlarında onlardan olmazın əziyyətlər görmüşdü. Bunlardan başqa onun özündən 6 yaş böyük bir doğma qardaşı da var idi. 14 yaşında ikən atadan yetim qa-lan Ağamirzə doğma qardaşından da çox əziyyətlər görmüşdü. Qardaşı onun oxumağa olan böyük həvəsini nəzərə almadan maddi ehtiyaclarını aradan qaldırmaq üçün bağ-torpaq işlərilə məşğul olmağını tələb edərdi. Odur ki, Ağamirzə yaz aylarını işləyər, qışda hamı istirahət edəndə dərsə gedərdi.
Ayətullah Mirzə İbrahim Badkubeyi
Əxlaqlı, pəhrizkar fəqih və ədəbiyyatçı Ayətullah Mirzə İbranim Badkubeyi on üçünçü, əsrin axırlarında (hicri qəmri tarixi ilə) Bakıda anadan olmuşdur. İbtidai təhsilini öz şəhərinin almlərindən aldıqdan sonra dini təhsilini davam etdirmək üçün Nəçəfi-Əşrəf şəhərinə köçür. Uzun illər dərin İslam elmlərini və maarifini alimlərdən öyrənib, ictihad məqamına çatdıqdan sonra öz vətəninə Bakıya qayıdır və İslam elmlərinin tədrisi və şəriət əkamlarını bəyan etməklə xalqı düzgün yola istiqamətləndirir. Amma çox çəkmir ki, bolşeviklərin Azərbaycana hücumu alimin öz doğma vətənindən didərgin düşməsinə səbəb olur. Bir qrup alimlə birlikdə artıq bu şəhərdə yaşamağı məsləhət olmadığını hiss edən Badkubeyi İrana köçür və Təbrizdə sakin olur və orada ailə qurur. 1300-cü şəmsi ilində (1921) Marağa şəhərindən bir dəstə dindar və mömin tacir onun Marağaya gəlməsini xahiş edirlər. Alim bu xahişi qəbul etdikdən sonra şəhərin əhalisi onu təntənəli surətdə qarşılayır və ona ev verirlər. Alim yüksək səviyyədə təqva, gözəl əxlaq və yaxşı əməl sahibi olmuşdur. Marağa şəhərində yaşadığı illərdə həm mədrəsədə həm də öz evində İslam elmlərini orta və ali səviyyədə tədris etməklə məşğul olur. Şəhərin bütün camaatı, dövlətlilər, dindarlar və tacirlər ona dərin hörmət bəsləyir.
Badkubə gimnaziyası
Badkubə gimnaziyası Başqa adı ilə Bakı Gimnaziyası. Bakıda olmuş gimnaziya. == Müəllimləri == Həsən bəy Zərdabi - Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869) Nəriman Nərimanov- Badkubə gimnaziyasının türk dili müəllimi 1899 == Gimnazyanın tarixi == Bizim Qafqazda, məsələn Badkubə gimnaziyasında ol qədər oxumaq istəyən var ki, keçən il 100 adamdan yer olmadığına ancaq 50 adam qəbul olub. Pəs nə ki, ruslar, hətta bizim Qafqazda olan millətlər oxumağın xeyrini bilib tamam məktəbxanalarımızı doldurubdurlar. İndi görək bizim məktəbxanalarda oxuyanlar kimdir? Badkubə quberniyasının sakinləri təxminən yüz min olsa, o cümlədən on mindən ziyadə erməni olmaz. Rus ki, onlardan da azdır. Bizim quberniyada bircə Badkubə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən 250 rus, 150 erməni və 100 müsəlmandır. 33 zikr olan müsəlmanlardan padşahlıq xərci ilə pansionda oxuyur, baqisi öz xərcləri ilə oxuyurlar. O cümlədən 30-can Badkubə əhlidir ki, əvvəlinci klasa giribdirlər, rus dili öyrənib sonra öz dadistədlərinə məşğul olsunlar.
Mirməhəmmədkərim Badkubeyi
Mir Məhəmməd Kərim ağa (1855, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.
Molla Sadıq Badkubey
Molla Sadıq Badkubeyi — XIX əsrin sonları XX əsrin əvvəllərində Bakının Mərdəkan kəndində yaşamış şəxs. Mərdəkanda daha çox Bakılı Molla Sadıq kimi tanınmışdır. Molla Sadıq Bəhai dinini qəbul etdiyi üçün təqib olunmuş və sonda Mərdəkanda yerləşən bağ evində öldürülmüşdür. == Həyatı == Molla Sadıq Bəhai dininin peyğəmbəri Bəhaullah və onun oğlu Əbdül-Bəha Abbas ilə görüşmüşdür. İnanclı ailədən gələn Molla Sadıq atasının istəyi ilə Rəşt şəhərinə dini təhsil almağa yollanır. Burada yeni bir dinin yaranması xəbərini eşidir və dini təhsilini yarımçıq qoyaraq Qəzvin şəhərinə gedir. Qəzvin şəhərində olarkən Bəhai dinini qəbul etmişdir. Molla Sadıq yeni dini qəbul etdikdən sonra Azərbaycana, Mərdəkana gələrək yeni dini təbliğ etməyə başlayır. Molla Sadığın yeni dini təlimi təbliğ etməsi Mərdəkanda böyük qəzəbə səbəb olur. Bakıda nüfuzlu din adamı kimi tanınan atası onu evdən qovur.
Molla Sadıq Badkubeyi
Molla Sadıq Badkubeyi — XIX əsrin sonları XX əsrin əvvəllərində Bakının Mərdəkan kəndində yaşamış şəxs. Mərdəkanda daha çox Bakılı Molla Sadıq kimi tanınmışdır. Molla Sadıq Bəhai dinini qəbul etdiyi üçün təqib olunmuş və sonda Mərdəkanda yerləşən bağ evində öldürülmüşdür. == Həyatı == Molla Sadıq Bəhai dininin peyğəmbəri Bəhaullah və onun oğlu Əbdül-Bəha Abbas ilə görüşmüşdür. İnanclı ailədən gələn Molla Sadıq atasının istəyi ilə Rəşt şəhərinə dini təhsil almağa yollanır. Burada yeni bir dinin yaranması xəbərini eşidir və dini təhsilini yarımçıq qoyaraq Qəzvin şəhərinə gedir. Qəzvin şəhərində olarkən Bəhai dinini qəbul etmişdir. Molla Sadıq yeni dini qəbul etdikdən sonra Azərbaycana, Mərdəkana gələrək yeni dini təbliğ etməyə başlayır. Molla Sadığın yeni dini təlimi təbliğ etməsi Mərdəkanda böyük qəzəbə səbəb olur. Bakıda nüfuzlu din adamı kimi tanınan atası onu evdən qovur.
Məhəmməd Nəcəfi Badkubeyi
Ayətullah Seyid Məhəmməd Nəcəfi Badkubeyi — Azərbaycanlı İslam alimi. == Həyatı == Seyyid Hüseynin oğlu Ayətullah Seyyid Məhəmməd Nəcəfi Badkubeyi də din alimi idi. O, ibtidai təhsilini atasından və digər alimlərdən almışdı. Seyyid Məhəmməd 30 yaşında ikən əmisi (Seyyid Hüseyn Badkubeyinin qardaşı) ailəsi ilə birlikdə Bakıdan Nəcəfə, qardaşı ilə görüşməyə gəlir. O özü ilə iki qızını da gətirmişdi. Qızlardan birini Seyyid Məhəmmədə, o birini isə qardaşı Seyyid Həsənə nişanlayırlar. Əmisi öz arvadını və iki qızını Nəcəfdə qoyub Bakıya qayıdır. Seyyid Məhəmməd əmisi qızı ilə evlənir, qardaşı isə o biri bacı ilə ailə qurmağa razı olmur. Seyyid Məhəmmədin əmisi qızı ilə izdivacından bir neçə övladı doğulur, amma hamısı kiçik yaşında ikən tələf olur. Axırda uşaqların anası da xəstələnib dünyasını dəyişir.
Seyid Hüseyn Badkubeyi
Seyid Hüseyn Seyid Rza oğlu Badkubeyi (1878, Bakı – 1939, Nəcəf) — İslam alimi. == Həyatı == Azərbaycan İslam dünyasına yüzlərlə fəqih və alim təqdim etmiş bir məmləkətdir. Seyid Hüseyin Badkubeyi hicri-qəməri 1293-cü ildə Bakıətrafı kəndlərdən birində dünyaya göz açdı. Atası Seyid Rza dövrünün böyük şəxsiyyətlərindən hesab olunurdu. Seyid Rza ruhani sinfinə mənsub bir şəxs idi. Hüseyn Badkubeyi yeniyetməlik dövründə İslam elmlərini öz atasından öyrənməyə başladı. Atası vəfat edəndən sonra isə təhsilini davam etdirmək üçün Tehrana yollandı. Tehranda "Sədr" mədrəsəində məskunlaşdı. Yeddi il Tehranda yaşayan alim tanınmış filosof Mirza Haşim Əşkvəri və Əllamə Əliağa Zənuzi kimi böyük alimlərdən bəhrələndi. Hüseyn Badkubeyi erkən gənclik çağlarında İraqa yollanıb, Nəcəf şəhərində İslam elmlərini öyrənməyə başladı.
Şeyx Qəni Axund Badkubeyi
Ayətullah Şeyx Qəni Axund Badkubeyi (1881, Bakı – 1931, Bakı) — alim. == Həyatı == 1881-ci ildə Bakı şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Abdulla oğlunu bir ruhani kimi görmək istəyirdi. Elə bu məqsədlə onu mollaxanaya qoyur. Bir sıra elmlərdən xəbərdar olan Şeyx Qəni Içəri Şəhərdəki "Sınıqqala" adı ilə tanınan Məhəmməd məscidinin nəzdindəki Mirzə Həsib Qüdsinin mədrəsəsinə daxil olur. Dərin istedada və zəkaya maik olan Şeyx Qəni Axund ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, tarixi, astranomiyanı və s. elmləri öyrənir. Bir müddət doğma şəhərində təhsil alan şeyx Qəni Axund, Zöhrə adlı xanımla ailə həyatı qurur və İranın Qum şəhərinə getmək qərarına gəlir. Dörd ildən artıq Qum şəhərində təhsil alan Şeyx Qəni Axund oradan İraqın Kərbəla şəhərinə yollanır. Tələbəlik illərində Həcc ziyarətində olur.

"badku" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#badku nədir? #badku sözünün mənası #badku nə deməkdir? #badku sözünün izahı #badku sözünün yazılışı #badku necə yazılır? #badku sözünün düzgün yazılışı #badku leksik mənası #badku sözünün sinonimi #badku sözünün yaxın mənalı sözlər #badku sözünün əks mənası #badku sözünün etimologiyası #badku sözünün orfoqrafiyası #badku rusca #badku inglisça #badku fransızca #badku sözünün istifadəsi #sözlük