badı sözü azərbaycan dilində

badı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • badı • 80.0000%
  • Badı • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Badımcan
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Badımcan dolması
Badımcan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == qoyun əti – 163 q, badımcan – 300 q, baş soğan – 20 q, ərinmiş yağ – 20 q, pomidor – 50 q, göyərti (reyhan, keşniş) – 15 q, darçın – 0,2 q, qatıq – 50 q, istiot −0,1 q, duz. == Hazırlanma qaydası == Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür.
Badımcan mürəbbəsi
Badımcan mürəbbəsi — çeşidlənmiş və doğranmış badımcanın şəkərlə qaynadılması ilə hazırlanan, gürcü mətbəxinə məxsus ekzotik şirniyyatdır. Badımcan mürəbbəsindən çay süfrəsində istifadə olunur. Tərkibi badımcan, şərbət, çay sodası, zəy, limon turşusundan ibarətdir. == Həmçinin bax == Mürəbbə == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Badımcan qəlyanaltısı
Badımcan qəlyanaltısı — badımcandan hazırlanmış salat, kürü, çığırtma və s. üçün ümumiləşdirici addır. Dünyada əsas tərkib hissəsi badımcan olan bir çox oxşar xörək növləri var. Badımcan salatları və badımcan kürüsünün mühüm fərqi yalnız onların tərkibinin müxtəlif olması ilə deyil, əsasən onların hazırlanma üsulu — texnologiyası ilə izah olunur. Badımcan sobada, qrildə bişirilə bilər, suda qaynadıla bilər, pörtlədilə və ya qızardıla bilər. Badımcanın doğranmasından da çox şey asılıdır — bəzi qəlyanaltılar üçün badımcan ətçəkən maşından keçirilir, bəzi qəlyanaltılar üçün üzun dilimlərə bölünür, bəziləri üçün isə xırda-xırda doğranır. == Badımcandan xörək növləri == Badımcan cığırtması, badımcan dolması, badımcan kababı, badımcan salatı və s. == Qalereya == == Həmçinin bax == Yunan qabağı (кабачок) kürüsü Salatların siyahısı == Xarici keçid == https://yemek.com/tarif/karniyarik/ == İstinadlar == Vikianbarda Badımcan xörəkləri ilə əlaqəli mediafayllar var.
Badımcan rəngi
Badımcan rəngi — Avropa badımcanlarının xarici qabığının rənginə bənzəyən qaranlıq bir bənövşəyi və ya qəhvəyi-bənövşəyi rəngdir. Badımcan rənginin digər adı aubergine-dir.İngilis dilində badımcanın bir rəng adı kimi ilk qeydə alınması 1915-ci ildə olmuşdur. 1998-ci ildə Crayola tərəfindən badımcan rəngi rəng qutusunda çəhrayı-bənövşəyi rəng kimi təqdim edilmişdir.Badımcanın müxtəlif növləri indiqodan ağa qədər dəyişə bilər. Çin badımcanları Avropa badımcanları ilə eyni şəklindədir, lakin rəngləri daha bənövşəyidir. Tay badımcanları kiçik, dəyirmi və rəngli meşə yaşıllıqlarıdır.
Badımcan turşusu
== Tərkibi == Xırda nazik badımcan - 3 kq Sarımsaq - 2 baş Keşniş Şüyüd Nanə Reyhan Tərxun Duz – zövqə görə Şərab sirkəsi == Badımcan üçün iç hazırlanması == Badımcan üçün iç belə hazırlanır:sarımsağın qabığı soyulur, dilimlənib duzlanır (1 kq sarımsağa 50 q duz götürülür) həvəngdəstədə döyülür və ya xırda-xırda doğranılır, buna xırda-xırda doğranılmış şirin və acı göy istiot, cəfəri, nanə qatılıb qarışdırılır və zövqə görə duzlanır. == Hazırlanma qaydası == Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərti ilə qarışdırıb, duz əlavə edin. Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. Yarım saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2-3 dəqiqə qaynadın. Badımcanlar nə bərk, nə də yumuşaq olmalıdırlar. Pörtülmüş badımcanlar aşsüzənə yığılır, üzərinə ağır əşya qoyulub 3 saat saxlanlır.
Badımcan çığırtması
== Ərzaqlar == Badımcan, Baş soğan, Kartof, Tomat pastası, Sarıkök, Duz, İstiot. == Hazırlanma qaydası == Badımcanı kubiklara kəsib, duzlayın və 0,5-1 saata saxlayın ki, badımcanın acılığı çıxsın. Badımcanı yuyun. Kartofu təmizləyib, kubiklara kəsin. Baş soğanı təmizləyib həlqəvi doğrayın və orta alovda qızardın. Soğan "ölən kimi" sarıkök, duz və istiotu əlavə edin (ölü soğan o deməkdir ki, yumşalsın və yarışəffaf olsun). Sonra kartofu əlavə edin, kütləni yaxşı qarışdırın, 5 dəqiqə qovurun, sonra badımcanları əlavə edin. Yaxşı qarışdırın, 3-4 qaşıq su əlavə edib qabaqla bağlayın. Bitki yağı lazım olsa əlavə edin. Badımcan sanki yağı "udur".
Badımcankimilər
Badımcançiçəklilər
Badımcançiçəklilər fəsiləsi
Badın-Jaran
Badın-Jaran (çin. 巴丹吉林沙漠) — Çinin Qansu, Ninsya-Xuey muxtar rayonu və Daxili Monqolustan Muxtar Rayonu ərazisində yerləşən səhra. Səhranın sahəsi 49 000 km² təşkil edir. Dünyanın ən hündür dyunları Badın-Jaran səhrasında yerləşir. Dyunların burada hündürlüyü 500 metrə çatır. Səhra ərazisində 100-dən çox göl vardır. Göllər əsasən dyunlar arasında yerləşir. Göllərin bir qismi şirinsulu bir qismi isə şordur. Göllər əsasən qrut suları ilə əlaqələnir. Monqol dilində "Sirli göl" anlamını daşıyır.
Badış Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Monquş Buyan-Badırqı
Monquş Buyan-Badlrqı (tıva Хүн Ноян Моңгуш Буян-Бадыргы Үгер-Даа; 25 aprel 1892 — 22 mart 1932) — Tıva ictimai və dövlət xadimi, Tıva dövlətçiliyinin qurucusu. Uzun müddət Tıvanın müstəqilliyi mübarizəsində iştirak etmişdir. Müstəqil siyasət yeritməsi SSRİ-nin xoşuna gəlməmişdir. 1929-cu ildə Moskvanın təlimatı ilə həbs olunmuş və 1932-ci ildə əks inqilabı fəaliyyətdə ittiham edilərək güllələnmişdir. == Həyatı == === Erkən illəri === Buyan-Badırqı 25 aprel 1892-ci ildə Ayanqati qəsəbəsində sürü qoruyucusu Nomçul Monquşun ailəsində anadan olub. Əmisi Xemçik Daa-kojuun noyonu Monquş Xaydıp tərəfindən oğulluğa götürülüb. Xaydıp Uqerda bəlkə də Tıvanın siyasi tarixindəki ən parlaq və ən güclü şəxsiyyətlərdən biri idi. Onunla görüşən avropalı və rusiyalı səyyahlar onun yüksək təhsilini, aristokratiyasını, idarəetmə qabiliyyətini təqdir edirdilər. Lakin Xaydıp görünür, şimal qonşusunun ərazisini və gücünü tamamilə aydın təsəvvür etmirdi. Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyətindən sonra Noyonun rus köçkünlərinə münasibəti kəskin şəkildə dəyişdi, əslində onların qovulması başlandı.
Qızardılmış badımcan
== Tərkibi: == 600 qr təzə badımcan, 100 qr yağ, duz və istiot zövqə görə. == Hazırlanma qaydası: == Qızartmaq üçün tünd bənövşəyi, demək olar ki, qara rəngli təzə badımcanlar seçilir. Badımcanlar yuyulur, saplaqları kəsilir və uzununa nazik qatlara doğranaraq duzlanır. 10 dəqiqədən sonra acı suyunun çıxması üçün sıxılır. Tavada yağ əridilir və badımcanın hər iki üzü qızardılır. Qızardılmış badımcan süfrəyə pomidorla birlikdə verilir.
Badıllı (Duzluca)
Badıllı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.

badı sözünün leksik mənası və izahı

badı sözünün rus dilinə tərcüməsi

badı sözünün ləzgi dilinə tərcüməsi

"badı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#badı nədir? #badı sözünün mənası #badı nə deməkdir? #badı sözünün izahı #badı sözünün yazılışı #badı necə yazılır? #badı sözünün düzgün yazılışı #badı leksik mənası #badı sözünün sinonimi #badı sözünün yaxın mənalı sözlər #badı sözünün əks mənası #badı sözünün etimologiyası #badı sözünün orfoqrafiyası #badı rusca #badı inglisça #badı fransızca #badı sözünün istifadəsi #sözlük