bakc sözü azərbaycan dilində

bakc

Yazılış

  • bakc • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakcell
Bakcell — GSM standartlı mobil rabitə operatoru, Azərbaycanda ilk mobil rabitə xidmətləri göstərən şirkət. "Bakcell" şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,6%-ni əhatə edir. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun investorlarından biri olan Bakcell 3 milyondan artıq abunəçini telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir. 4G şəbəkəsi sayəsində, bu gün Azərbaycanın əksər şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi mobil internet xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Bakı metrosunda 4G internet xidmətlərini göstərən ilk mobil operatordur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-ə daxildir. Qrupun əsas fəaliyyət istiqamətlərinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri daxildir. Qrup daxilində şirkətlərin əməliyyatları və göstərdiyi xidmətlər Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri əhatə edir. == Tarixi == "Bakcell" şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir. === Xronologiya === 1994 – şirkət təsis olunub və Analoq Tipli Sistem Operatoru (ETACS) kimi fəaliyyətə başlayıb.
Bakcell Arena
Neftçi Arena — Neftçi Bakı Peşəkar Futbol Klubunun stadionu. == Ümumi məlumat == AFFA tərəfindən inşa edilən "8-ci km stadionu" 2012-ci il sentyabrın 14-də rəsmi olaraq açılmışdır. Bu stadionda 17 yaşadək qızlar arasında dünya çempionatının bəzi oyunları keçirilmişdir. Dünya çempionatı bitdikdən sonra AFFA və Neftçi PFK-nın qarşılıqlı anlaşmasına əsasən stadion Neftçi PFK-ya verilmişdir. Neftçi PFK bu stadiondakı ilk oyununu ölkə çempionatının 2012–2013 mövsümünün 13-cü turunda Sumqayıt komandasına qarşı keçirmiş və böyük hesabla qalib gəlmişdir. (8–1)2013-cü ildə "8-ci km stadionu"-nun adı AFFA və Bakcell şirkəti arasında bağlanmış 10 illik müqaviləyə əsasən "Bakcell Arena" olmuşdur. "Bakcell Arena" adının açılışı ölkə çempionatının 2012–2013 mövsümünün 21-ci turunda baş tutmuş və ev sahibi olan Neftçi Bakı üçün düşərli olmuşdur. Həmin gün Neftçi Bakı klubu İnter Bakı klubunu 2 cavabsız qolla məğlub etmişdir.2023-cü ildə arenanın adı ilə bağlı müqavilə başa çatıb.4 avqust 2023-cü il tarixində stadionun Bakcell Arena adı dəyişdirilmiş və Neftçi Arena olmuşdur.

Oxşar sözlər

#bakc nədir? #bakc sözünün mənası #bakc nə deməkdir? #bakc sözünün izahı #bakc sözünün yazılışı #bakc necə yazılır? #bakc sözünün düzgün yazılışı #bakc leksik mənası #bakc sözünün sinonimi #bakc sözünün yaxın mənalı sözlər #bakc sözünün əks mənası #bakc sözünün etimologiyası #bakc sözünün orfoqrafiyası #bakc rusca #bakc inglisça #bakc fransızca #bakc sözünün istifadəsi #sözlük