Bakıda sözü azərbaycan dilində

Bakıda

Yazılış

  • Bakıda • 99.9721%
  • bakıda • 0.0222%
  • BAKIDA • 0.0047%
  • BakıDA • 0.0009%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakıda mədəniyyət
Bakı şəhərinin əsası V əsrdə qoyulmuşdur. Azərbaycanın paytaxtı olan bu şəhər müxtəlif dövrlərdə Şirvanşahlar dövləti, Bakı xanlığının və Rusiyanın Bakı quberniyasının mərkəzi olmuşdur. Bakıda dövrümüzə çatmış ən qədim tikili Qız qalasının təməl hissəsi hesab edilir. Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra şəhərin “Qala” adlandırılan qədim hissəsinin həyatında “kristallaşma” dövrü başlamışdır. XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir.
Bakıda Amerika Universiteti
Bakıda Amerika Universiteti (ing. American University in Baku) və ya qısaca BAU — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət göstərmiş, özündə təhsilin amerikan modelini təcəssüm etdirən ingilisdilli keçmiş qeyri-dövlət ali təhsil müəssisəsi və və elmi-texniki tədqiqatlar mərkəzi. == Tarixi == Universitet Azərbaycan Respublikasının dünya standartlarının tələblərinə uyğun ingilis dilli yüksək ixtisaslı mütəxəssislərə kəskin ehtiyacını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1995-ci il tarixli, 008 nömrəli Qərarı ilə yaradılmışdır. Həmin Qərara görə ABŞ ali məktəblərinin professor-müəllim heyəti cəlb edilməklə Universitetdə tədrisin ingilis dilində aparılması məqsədəuyğun hesab edilmişdir. Bundan başqa həmin Qərara əsasən aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulmuşdur: Universitetin binasının tikintisinin sponsorların vəsaiti hesabına maliyyələşdirilməsi; Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən Universitetin tikintisi və inkişafı layihəsinin həyata keçirilməsi ilə bağlı investisiyalar üçün müvafiq hesabın açılması; Universitetin tələbə şəhərciyinin tikintisi üçün Qanlıgölün qərb sahilində 30 hektar torpaq sahəsinin ayrılması məsələsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməsi; Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri Tbilisi prospekti, 9 nömrəli ünvanda yerləşən və tikintisi başa çatdırılmamış qastroenteroloji mərkəzin Universitetə şəhər kollecinin yerləşdirilməsi üçün icarəyə verilməsinin təmin edilməsi; Müdafiə Nazirliyi tərəfindən Bayılda yerləşən yataqxanasının Universitetə icarəyə verilməsi; Səhiyyə Nazirliyi tərəfindən Universitetin ABŞ-dən gələn müəllimlərinə tibb xidmətini təmin etməsi; Rabitə Nazirliyi tərəfindən Universitetdə hökumət rabitəsi telefonunun və lazımi miqdarda şəhər telefonlarının qoyulmasının təmin edilməsi; Təhsil Nazirliyi tərəfindən normal-tədris prosesinin təmin edilməsi məqsədilə, Bakı Politexnik Texnikumu binasının bir hissəsini Universitetə icarəyə verilməsi.19 avqust 2000-ci ildə fəaliyyəti dayandırılmışdır. == Kampusu == Universitetin tələbələri amerikan nümunəsi üzrə inşa edilmiş tələbə şəhərciyində — Kampusda yüksək səviyyəli ali təhsil almaq imkanına malik olmuşlar. Bu Kampus Amerika və Avropa universitetlərinin oxşar tələbə şəhərciklərinin yaxşı ənənələrini özündə birləşdirir. == Treninq Mərkəzi == Universitetin Treninq Mərkəzi 1998-ci ilin payızında — BAU-nun yerləşdiyi şəhərciyə (Kampusa) köçməsindən sonra fəaliyyətə başlamışdır. Mərkəzin fəaliyyətinin məqsədi universitet əməkdaşlarının potensialından və texniki imkanlarından istifadə etməklə Azərbaycan vətəndaşlarına müxtəlif sahələrdə biliklərini artırmaq və təkmilləşdirməkdə xidmətlər göstərməkdən ibarət olmuşdur.Treninq Mərkəzində aşağıdakı axşam dərsləri keçirilmişdir: İngilis dili; Kompüter kursları; Biznes kursları. == Məktəbi == 1998-ci il sentyabrın 1-dən Bakıda Amerika Universitetinin nəzdində xüsusi məktəb fəaliyyətə başlamışdır.
Bakıda qadın qiyamı
Bakıda qadın qiyamı və ya "Babiy bunt" — 1916-cı ilin fevral ayında qıtlığa və qiymət artımına qarşı baş verən qadın qiyamı.1916-cı ildə Bakıda ən vacib ərzaq mallarının qiymətləri xeyli bahalaşmışdı. Altı nəfər möhtəkir ət ticarəti məqsədilə sindikat yaratmışdı. Bu sindikat Türkmənistandan qoyun gətirib, bazarlarda baha qiymətə satırdı. Qıtlıq başlamış, bazarda qiymətlər 4–5 dəfə artmışdı. 1916-cı ildə çörəyin qiyməti 1914-cü ilə nisbətən 266 faiz artmışdı. Un, düyü, çörək, ət, toyuq, yumurta, göyərti və başqa ərzaq mallarının qiymətləri yüksək idi. Südün qiyməti 305 faiz, ətin qiyməti 327 faiz, düyünün qiyməti 355 faiz, ərinmiş yağın qiyməti isə 520 faiz artmışdı. Şəhərdə əhalinin yoxsul təbəqələri içərisində acından ölmə halları da çoxalmışdı. Buğda olmadığından şəhərdə dəyirmanların çoxu işləmirdi. Nəticə də 1916-cı ilin fevral ayının 14-də Bakıda aclıqdan təngə gələn qadınların güclü çıxışı – məşhur "Babiyi bunt"- qiyamı baş verdi.
Bakıda qəbiristanlıqların siyahısı
Bakıda qəbiristanlıqların siyahısı — Bakıda dəfn üçün ayrılmış xüsusi yerlər. Siyahıya Bakıda yerləşən və Bakı qəsəbəsi ərazisində olan qəbiristanlıqlar, eləcə də bir zamanlar şəhər və onun ətrafında yerləşən qəbiristanlıqlar daxildir. 2017-ci ilin IV rübündən etibarən Bakı şəhərinin əhalisinə mülki xidmətlərə baxan trestin nəzdində 32 qəbiristanlıq var. Onlardan ən böyüyü və ən qədimi Yasamal qəbiristanlığıdır. Bəzi qəbiristanlıqlar müxtəlif bələdiyyələrə tabedirlər. == Siyahı == Dağıdılmış qəbiristanlıqlar kursiv ilə yazılıb.
Bakıda Xocalı soyqırımı abidəsi
Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidədir. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.[1] Hər il soyqırımın il dönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir. == Tarixi == Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "...sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər."2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir.Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir ki, "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki, Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb. Hər iki heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub.
Bakıda kütləvi informasiya vasitələri
== Media == Azərbaycanda olan kütləvi informasiya vasitələrinin böyük qismi Bakı şəhərində cəmlənmişdir. == Telekanallar == Bakıda demək olar kı ölkənin ən iri milli telekanalları yayım aparır: AzTV (dövlət), Azad Azərbaycan (özəl), Ictimai TV (dövlət), Lider TV (özəl), Space TV (özəl), Xəzər TV (özəl), Mədəniyyət TV, İdman Azərbaycan TV. == Radio == İri şəhər radiostansiyalarından İctimai Radio, Radio Antenn, Burc FM, Lider FM Jazz və s göstərmək olar. Radiolar:ANS ÇM, Araz FM, ASAN Radio, Avto Radio (Azərbaycan), Azad Azərbaycan radiosu, Azərbaycan Dövlət Radiosu, Baku.fm, Buta FM, Bürc FM, Lider Jazz FM, Media FM. ANS ÇM Qafqaz və Mərkəzi Asiya redgionunda ilk FM-diapozonunda ilk müstəqil radio olmuşdure. == Mətbu orqanlar == Bakıda Azərbaycan (dövlət), "Zaman", "Exo" (gündəlik), "Baku Today", Yeni Müsavat, İki sahil və s. böyük tirajlı qəzetlər buraxılır.
Bakıda neftçilərin tətili (1954)
Bakıda neftçilərin tətili — 16 iyul 1954-cü il tarixində öz həyat şəraitlərindən narazılıq edən və əsasən azərbaycanlılardan ibarət olan Bakı neftçiləri tərəfindən təşkil edilmiş və insan tələfatı ilə nəticələnmiş tətil.Milisin silahlı müdaxiləsi nəticəsində tətil iştirakçılarından təxminən 20 nəfər öldürülmüş, yüzlərlə insan həbs olunmuşdur. Həbs olunanlardan 300-ə yaxını sonradan SSRİ-nin müxtəlif bölgələrinə sürgün olunmuşdur. Sürgün olunanlar arasında tətil iştirakçılarının ailə üzvləri, qadınlar və uşaqlar da olmuşdur. == Reaksiya == Hadisə barədə məlumat 1954-cü ilin oktyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə ötürülüb və 2007-ci ildə məlumatın üzərindən məxfilik qrifi götürülüb. Hazırda həmin məlumatla MKİ-nin kitabxanasında kağız və elektron variantda tanış olmaq mümkündür.
Bakıda tikinti (film, 1946)
Bakıda tikinti – rejissor Niyazi Bədəlov tərəfindən 1946-cı ildə çəkilmiş sənədli film. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Məzmun == Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Filmin üzərində işləyən == Rejissoru Niyazi Bədəlovdur.
Bakıda yerləşən abidələrin siyahısı
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (1968), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs.
Bakıda "Mosfilm" günləri (film, 1981)
Bakıda "Mosfilm" günləri qısametrajlı sənədli filmi rejissor Rauf Nağıyev tərəfindən 1981-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanda keçirilən "Mosfilm" kinostudiyası günlərindən, Moskva kinematoqrafçılarının Azərbaycan tamaşaçıları ilə görüşlərindən və bu studiyada çəkilmiş filmlərin nümayişindən danışır. == Məzmun == Film Azərbaycanda keçirilən "Mosfilm" kinostudiyası günlərindən, Moskva kinematoqrafçılarının Azərbaycan tamaşaçıları ilə görüşlərindən və bu studiyada çəkilmiş filmlərin nümayişindən danışır.
Bakıda 106 saylı avtobusun partladılması
106 saylı avtobusun partladılması — 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması hadisəsi. == Haqqında == 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladıldı. Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. == Nəticə == İki uşaq anası olan bir qadın həlak olmuş, üç nəfər yaralanmışdır. == İstinadlar == == Ədəbiyyat == "Zaman Azərbaycan" qəzeti, 22 noyabr 2012-ci il. == Xarici keçidlər == Təmiz Söhbət - Ziya Yusifzadə (26.03.1999) — YouTube saytı.
Bakıda insan ovu (film, 1991)
Bakıda insan ovu qısametrajlı sənədli filmi rejissor Vaqif Azəryar tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrdən söhbət açır. == Məzmun == Film 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrdən söhbət açır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Vaqif Azəryar, Qulu Kəngərli Rejissor: Vaqif Azəryar Operator: Sədrəddin İsmayılov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bakıda küləklər əsir (film, 1974)
Bakıda küləklər əsir filmi rejissor Muxtar Dadaşov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Şahmar Ələkbərov, Həsən Məmmədov, Nikolay Fedortsev, Rza Təhmasib, Pavel Kadoçnikov, Aleksandr Afanasyev və Andrin İnqrid ifa edirlər. == Məzmun == Film İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, düşmən agenturasına, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunmuşdur. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır. == Film haqqında == Filmdəki hadisələr Bakıda, Şimali Qafqazda və Nalçikdə cərəyan edir. Filmdə kor Həsənzadə rolunu ifa edən qocaman rejissor Mikayıl Mikayılovun ömrünün son illərində həqiqətən gözləri tutulmuşdu. == Filmin heyəti == Ssenari müəllifləri: Muxtar Dadaşov,Yuri Dobroxotov,Vladimir Spitsin,Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Rollarda: Şahmar Ələkbərov - Azad Həsən Məmmədov (aktyor) - Tahir Cəliloviç Nikolay Fedortsev - Orlov Rza Təhmasib - Şahmar bəy Pavel Kadoçnikov - Kaştanov Aleksandr Afanasyev - Ştellinq Andrin İnqrid - Erika İsmayıl Osmanlı - Əlibala Xalidə Quliyeva - Solmaz Aleksandr Susnin - Starşina Muxtar Maniyev - Kərim Mikayıl Mikayılov (rejissor) - Həsənzadə Ceyhun Mirzəyev - əsgər Anatoli Falkoviç - Nikolayev Kamil Qubuşov - fəhlə;neftçi Süleyman Ələsgərov (aktyor) - Zabit Ağayev Bahadur Əliyev - Bahadur Filmi səsləndirənlər: Həsənağa Turabov - Orlov (Nikolay Fedortsev)(titrlərdə yoxdur) Yusif Vəliyev - həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev - Şahmar bəy (Rza Təhmasib)(titrlərdə yoxdur) Əliabbas Qədirov - Kaştanov (Pavel Kadoçnikov)(titrlərdə yoxdur) Həsən Əbluc - Ştellinq (Aleksandr Afanasyev)(titrlərdə yoxdur) Əminə Yusifqızı - Erika (Andrin İnqrid)(titrlərdə yoxdur) Xuraman Hacıyeva - Solmaz (Xalidə Quliyeva)(titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) - Həsənzadə (Mikayıl Mikayılov (rejissor))(titrlərdə yoxdur) Yaşar Nuri - əsgər (Ceyhun Mirzəyev)(titrlərdə yoxdur) Kamil Qubuşov - Nikolayev (Anatoli Falkoviç)(titrlərdə yoxdur) Bahadur Əliyev - Zabit Ağayev (Süleyman Ələsgərov (aktyor))(titrlərdə yoxdur) Ramiz Məlik - əsgər (titrlərdə yoxdur) == Film üzərində işləyənlər == Ssenari müəllifi: Muxtar Dadaşov, Yuri Dobroxotov, Vladimir Spitsin, Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə === Rollarda === Şahmar Ələkbərov — Azad Həsən Məmmədov — Tahir Cəliloviç Nikolay Fedortsev — Orlov Rza Təhmasib — Şahmar bəy Pavel Kadoçnikov — Kaştanov Aleksandr Afanasyev — Ştellinq Andrin İnqrid — Erika İsmayıl Osmanlı — Əlibala Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Solmaz Aleksandr Susnin — starşina Muxtar Maniyev — Kərim Mikayıl Mikayılov — Həsənzadə Ceyhun Mirzəyev — Əsgər Anatoli Falkoviç — Nikolayev Kamil Qubuşov — fəhlə; neftçi Süleyman Ələsgərov — Zabit Ağayev Bahadur Əliyev — Bahadur === Filmi səsləndirənlər === Həsənağa Turabov — Orlov (Nikolay Fedortsev) (titrlərdə yoxdur) Yusif Vəliyev — həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev — Şahmar bəy (Rza Təhmasib) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Həsənzadə (Mikayıl Mikayılov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Kaştanov (Pavel Kadoçnikov) (titrlərdə yoxdur) Həsən Əbluc — Ştellinq (Aleksandr Afanasyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Erika (Andrin İnqrid) (titrlərdə yoxdur) Xuraman Hacıyeva — Solmaz (Xalidə Quliyeva) (titrlərdə yoxdur) Yaşar Nuri — Əsgər (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Kamil Qubuşov — Nikolayev (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Bahadur Əliyev — Zabit Ağayev (Süleyman Ələsgərov) (titrlərdə yoxdur) Ramiz Məlikov — Əsgər (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Bakıda xarici diplomatik nümayəndəliklər (AXC)
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər — Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərin Azərbaycandakı diplomatik heyətləri. == Bakıda == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda xarici diplomatik nümayəndəliklər fəaliyyətə başladılar. Faəliyyət göstərən diplomatik nümayəndəliklər və nümayəndələrinin siyahısı: Böyük Britaniya Vitse konsul - Gevelke Yerləşdiyi ünvan - Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanası Belçika Konsul - Ayvazov Yerləşdiyi ünvan - Qorçakovskaya küçəsi 19 Yunanıstan Konsul-Kusis Yerləşdiyi ünvan - Qoqolevskaya və Molokanskaya küçələrinin tinində Gürcüstan Demokratik Respublikası Diplomatik nümayəndə - N.S.Alşibay Yerləşdiyi ünvan - Telefonnaya (indiki Yusif Məmmədəliyev) küçəsi Qrifonlu ev Ermənistan Diplomatik nümayəndə - Q.A.BekzadyanYerləşdiyi ünvan - 28 May küçəsi, 5 Danimarka Konsul - E.F.Biyerinq Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 32. Elektriçeskaya Sila şirkətinin binası İtaliya Konsul - L.Qrikurov Yerləşdiyi ünvan - Molokanskaya küçəsi, 35. Litva Konsul agent - V.İ.Miskeviç Yerləşdiyi ünvan - Pozenovskaya küçəsi, 15 İran Baş konsul - Səədül-Vəzir Yerləşdiyi ünvan - Qubernskaya küçəsi Polşa Konsul-agent - S.Rılski Yerləşdiyi ünvan - Politseyskaya küçəsi, 15 ABŞ Vitse-konsul - Randolf Yerləşdiyi ünvan - Krasnovodskaya küçəsi, 8 Ukrayna Vitse-konsul - Qolovan Yerləşdiyi ünvan - İstiqlaliyyət küçəsi, 8. Mirzəbəyov qardaşlarının evi Finlandiya Konsul-agent - Vegelius Yerləşdiyi ünvan - Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi Fransa Konsul-agent - Yemelyanov Yerləşdiyi ünvan - Vodovoznaya küçəsi İsveçrə Konsul - Klottyu Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 14 İsveç Konsul - R.K.Vanderpluq Yerləşdiyi ünvan - Qubernskaya küçəsi == Digər dövlətlər == Yaponiya hökuməti Azərbaycanla diplomatik münasibətlər yaratmağa hazır olduğunu bildirmiş, Antuan Delabus başda olmaqla Vatikan da öz nümayəndələrini Bakıya göndərmişdi. == Qeydlər == == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri == Ədəbiyyat == Aзepбaйджанская Pecnублика (1918-1920), Документы и материалы. 1918-1920 rr., Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Bakıda şərq xalqlarının I qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. == XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi == 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
Budyonnı Bakıda (1952)
Budyonnı Bakıda qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1952-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. == Məzmun == Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı, Sovet Ordusu süvari qoşunlarının komandanı və SSRİ Silahlı Qüvvələr Nazirliyi Ali Hərbi Şurasının üzvü S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. == Film haqqında == Film "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır.
Bakıda küləklər əsir
Bakıda küləklər əsir filmi rejissor Muxtar Dadaşov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Şahmar Ələkbərov, Həsən Məmmədov, Nikolay Fedortsev, Rza Təhmasib, Pavel Kadoçnikov, Aleksandr Afanasyev və Andrin İnqrid ifa edirlər. == Məzmun == Film İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, düşmən agenturasına, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunmuşdur. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır. == Film haqqında == Filmdəki hadisələr Bakıda, Şimali Qafqazda və Nalçikdə cərəyan edir. Filmdə kor Həsənzadə rolunu ifa edən qocaman rejissor Mikayıl Mikayılovun ömrünün son illərində həqiqətən gözləri tutulmuşdu. == Filmin heyəti == Ssenari müəllifləri: Muxtar Dadaşov,Yuri Dobroxotov,Vladimir Spitsin,Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Rollarda: Şahmar Ələkbərov - Azad Həsən Məmmədov (aktyor) - Tahir Cəliloviç Nikolay Fedortsev - Orlov Rza Təhmasib - Şahmar bəy Pavel Kadoçnikov - Kaştanov Aleksandr Afanasyev - Ştellinq Andrin İnqrid - Erika İsmayıl Osmanlı - Əlibala Xalidə Quliyeva - Solmaz Aleksandr Susnin - Starşina Muxtar Maniyev - Kərim Mikayıl Mikayılov (rejissor) - Həsənzadə Ceyhun Mirzəyev - əsgər Anatoli Falkoviç - Nikolayev Kamil Qubuşov - fəhlə;neftçi Süleyman Ələsgərov (aktyor) - Zabit Ağayev Bahadur Əliyev - Bahadur Filmi səsləndirənlər: Həsənağa Turabov - Orlov (Nikolay Fedortsev)(titrlərdə yoxdur) Yusif Vəliyev - həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev - Şahmar bəy (Rza Təhmasib)(titrlərdə yoxdur) Əliabbas Qədirov - Kaştanov (Pavel Kadoçnikov)(titrlərdə yoxdur) Həsən Əbluc - Ştellinq (Aleksandr Afanasyev)(titrlərdə yoxdur) Əminə Yusifqızı - Erika (Andrin İnqrid)(titrlərdə yoxdur) Xuraman Hacıyeva - Solmaz (Xalidə Quliyeva)(titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) - Həsənzadə (Mikayıl Mikayılov (rejissor))(titrlərdə yoxdur) Yaşar Nuri - əsgər (Ceyhun Mirzəyev)(titrlərdə yoxdur) Kamil Qubuşov - Nikolayev (Anatoli Falkoviç)(titrlərdə yoxdur) Bahadur Əliyev - Zabit Ağayev (Süleyman Ələsgərov (aktyor))(titrlərdə yoxdur) Ramiz Məlik - əsgər (titrlərdə yoxdur) == Film üzərində işləyənlər == Ssenari müəllifi: Muxtar Dadaşov, Yuri Dobroxotov, Vladimir Spitsin, Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə === Rollarda === Şahmar Ələkbərov — Azad Həsən Məmmədov — Tahir Cəliloviç Nikolay Fedortsev — Orlov Rza Təhmasib — Şahmar bəy Pavel Kadoçnikov — Kaştanov Aleksandr Afanasyev — Ştellinq Andrin İnqrid — Erika İsmayıl Osmanlı — Əlibala Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Solmaz Aleksandr Susnin — starşina Muxtar Maniyev — Kərim Mikayıl Mikayılov — Həsənzadə Ceyhun Mirzəyev — Əsgər Anatoli Falkoviç — Nikolayev Kamil Qubuşov — fəhlə; neftçi Süleyman Ələsgərov — Zabit Ağayev Bahadur Əliyev — Bahadur === Filmi səsləndirənlər === Həsənağa Turabov — Orlov (Nikolay Fedortsev) (titrlərdə yoxdur) Yusif Vəliyev — həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev — Şahmar bəy (Rza Təhmasib) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Həsənzadə (Mikayıl Mikayılov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Kaştanov (Pavel Kadoçnikov) (titrlərdə yoxdur) Həsən Əbluc — Ştellinq (Aleksandr Afanasyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Erika (Andrin İnqrid) (titrlərdə yoxdur) Xuraman Hacıyeva — Solmaz (Xalidə Quliyeva) (titrlərdə yoxdur) Yaşar Nuri — Əsgər (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Kamil Qubuşov — Nikolayev (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Bahadur Əliyev — Zabit Ağayev (Süleyman Ələsgərov) (titrlərdə yoxdur) Ramiz Məlikov — Əsgər (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Bizim Bakıda (film, 1958)
Bizim Bakıda qısametrajlı sənədli filmi 1958-ci ildə Bakı kinostudiyasında istehsal edilmişdir. Film qədim və həmişəcavan Bakıya həsr olunmuşdur. == Məzmun == Film qədim və həmişəcavan Bakıya, onun qaynar həyatına, bu şəhəri daha da gözəlləşdirən və abadlaşdıran əmək adamlarına həsr olunmuşdur.
Budyonnı Bakıda (film, 1952)
Budyonnı Bakıda qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1952-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. == Məzmun == Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı, Sovet Ordusu süvari qoşunlarının komandanı və SSRİ Silahlı Qüvvələr Nazirliyi Ali Hərbi Şurasının üzvü S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. == Film haqqında == Film "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır.
Maksim Qorki Bakıda (1928)
== Məzmun == Filmdə görkəmli rus yazıçısı Maksim Qorkinin Bakıya ikinci səfərindən bəhs edilir. Burada onun Azərbaycan yazıçıları və zəhmətkeşləri ilə görüşü öz geniş əksini tapmışdır.
Mən Bakıda Yaşayıram (1986)
== Məzmun == Film Azərbaycanın paytaxtı Bakı haqqında lirik hekayədir. Kinolentdə Bakının keçmişindən, bu günündən, sakinlərindən, şəhərin qaynar həyatından, qayğılarından danışılır.
Todor Jivkov Bakıda (1973)
== Məzmun == Filmdə Bolqarıstan KP MK-nın I katibi Todor Jivkovun Bakıya səfərindən, onn respublika rəhbərləri və əhalisi ilə görüşlərindən bəhs olunur.
Klim Voroşilov Bakıda (film, 1936)
== Məzmun == Film sabiq SSRİ Xalq Müdafiə Komissarı Kliment Voroşilovun Bakıya səfərindən və onun hərbi hissələrdə əsgərlərlə görüşlərindən danışır.
L. İ. Brejnev Bakıda (1979)
== Məzmun == Tammetrajlı film respublikaya Lenin ordeni təqdim olunması münasibətilə Sov. İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnevin Bakıya gəlməsinə həsr olunmuşdur. == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Ssenari müəllifi İmran Qasımov və ssenari müəllifi və rejissor Muxtar Dadaşov filmə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: İmran Qasımov, Muxtar Dadaşov Operator: Vladimir Konyagin, Tofiq Sultanov, Faiq Qasımov Bəstəkar: Mobil Babayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Maksim Qorki Bakıda (film, 1928)
== Məzmun == Filmdə görkəmli rus yazıçısı Maksim Qorkinin Bakıya ikinci səfərindən bəhs edilir. Burada onun Azərbaycan yazıçıları və zəhmətkeşləri ilə görüşü öz geniş əksini tapmışdır.
"Yava"nın dostları Bakıda görüşürlər (film, 1980)
Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939)
Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1939-cu ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Filmdə Bakıda Beynəlxalq Gənclər gününün 25 illiyinin təntənə ilə bayram edilməsindən, bayram tədbirlərindən danışılır. == Məzmun == Filmdə Bakıda Beynəlxalq Gənclər gününün 25 illiyinin təntənə ilə bayram edilməsindən, bayram tədbirlərindən danışılır.
Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934)
Bakıda Oktyabrın 17-ci ildönümü qısametrajlı sənədli filmi rejissorlar Boris Pumpyanski və Vladimir Yeremeyev tərəfindən 1934-cü ildə çəkilmişdir. Azdövlətkinosənayedə istehsal edilmişdir. Kinoxronikanın xüsusi buraxılışı Bakıda Oktyabrın 17-ci ildönümünün bayram edilməsinə, kütləvi nümayişlərə və hərbi parada həsr olunmuşdur. == Məzmun == Kinoxronikanın xüsusi buraxılışı Bakıda Oktyabrın 17-ci ildönümünün bayram edilməsinə, kütləvi nümayişlərə və hərbi parada həsr olunmuşdur.
Bakıda Stalinin olduğu yerlər (film, 1949)
Bakıda Stalinin olduğu yerlər qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film tamaşaçıları Stalinin Bakıda inqilabi fəaliyyəti ilə bağlı olduğu yerlərlə tanış edir. == Məzmun == Film tamaşaçıları Stalinin Bakıda inqilabi fəaliyyəti ilə bağlı olduğu yerlərlə tanış edir. == Filmin üzərində işləyənlər == Rejissor: Mikayıl Mikayılov Operator: Mirzə Mustafayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bakıda tramvay yolunun salınması və yolun açılışı (film, 1924)
Bakıda tramvay yolunun salınması və yolun açılışı qısametrajlı sənədli filmi 1924-cü ildə AFKİdə istehsal edilmişdir. Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == Məzmun == Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 27.
Bakıda xalq azadlığı bayramı (film, 1917)
Bakıda xalq azadlığı bayramı qısametrajlı sənədli filmi 1917-ci ildə çəkilmişdir. Kinosüjet əsasən 1917-ci il Fevral İnqilabının Bakıdakı əks-sədasına həsr olunmuşdur. == Məzmun == Kinosüjet əsasən 1917-ci il Fevral İnqilabının Bakıdakı əks-sədasına həsr olunmuşdur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14.
Bakıda şərq xalqlarının I qurultayı (film, 1920)
Bakıda şərq xalqlarının I qurultayı — qısametrajlı sənədli film. 1920-ci ildə Azərbaycan XMK-nın İncəsənət Şöbəsində istehsal edilmişdir. == Məzmun == Kinosüjet Azərbaycan sovetləşəndən sonra, 1-7 sentyabr 1920-ci ildə Bakıda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun iştirakı ilə keçirilən Şərq xalqlarının I qurultayının işindən bəhs edir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Bakıdakı ali təhsil müəssisələrinin siyahısı
Sovet dövründən bu yana şəhərdə bir çox ali təhsil müəssisəsi yerləşib. Bunlardan ilki isə 1919-cu ildə açılan Bakı Dövlət Universitetidir. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası da məhz Bakıda yerləşir.
Bakıdakı heykəllərin siyahısı
Bakıdakı şəhər heykəllərinin siyahısına Azərbaycanın paytaxtı Bakının küçələrində və ya meydanlarında, parklarında və ya xiyabanlarında yerləşən müstəqil heykəltaraşlıq əsərləri daxildir, bura həmçinin dağılmış heykəllər (kursiv xətlə yazılıb) də əlavə olunub. Siyahıya plastikdən hazırlanan və digər obyektlərin elementləri kimi düzəldilən əsərlər daxil edilməyib məsələn, fəvvarələri bəzəyən yada binalarda quraşdırılmış fiqurlar və ya kompozisiyalar. Siyahıya dekorativ park heykəlləri (sənət əsəri əhəmiyyətli olmayan heykəllər) və Bakı şəhər qəbiristanlıqlarında yerləşən qəbirüstü abidələr əlavə olunmayıb. Siyahıda həmçinin heykəltaraşlıq əsərləri sayılmayan müxtəlif xatirə tikililəri və ya abidələr yoxdur məsələn, xatirə daşları və ya işarələr, memarlıq abidələri, eləcə də postamentdə quraşdırılan müxtəlif texnika.
Bakıdakı məscidlərin siyahısı
Bakı şəhərində yerləşən bir çox məscidlərin siyahısı və qısa məlumatı təqdim olunur. == Siyahı == == Sökülən == Məhəmməd Peyğəmbər məscidi Hacı Cavad məscidi Hacı Əbdürrəhim bəy Qulubəyov məscidi Məscid (Neft Daşları)Nərimanov rayonu Cümə məscidi 20 aprel 2023-ci il tarixindən etibarən yenidən fəaliyyətə başladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 761.70 dəfə / 1 mln.
2002 •••• 483.09
2003 •••• 443.68
2004 •••• 400.21
2005 •••• 425.79
2006 •••• 447.10
2007 •••• 513.35
2008 ••••• 636.58
2009 ••••• 575.46
2010 •••••• 681.89
2011 ••••••• 893.17
2012 •••••••• 965.71
2013 •••••••• 1, 008.42
2014 ••••••• 906.96
2015 ••••••• 871.01
2016 ••••••• 878.46
2017 ••••••• 898.13
2018 ••••••• 834.83
2019 •••••••• 920.36
2020 •••• 411.88

"bakıda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bakıda nədir? #bakıda sözünün mənası #bakıda nə deməkdir? #bakıda sözünün izahı #bakıda sözünün yazılışı #bakıda necə yazılır? #bakıda sözünün düzgün yazılışı #bakıda leksik mənası #bakıda sözünün sinonimi #bakıda sözünün yaxın mənalı sözlər #bakıda sözünün əks mənası #bakıda sözünün etimologiyası #bakıda sözünün orfoqrafiyası #bakıda rusca #bakıda inglisça #bakıda fransızca #bakıda sözünün istifadəsi #sözlük