bakılılar sözü azərbaycan dilində

bakılılar

Yazılış

  • bakılılar • 66.9821%
  • Bakılılar • 32.8076%
  • BAKILILAR • 0.2103%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakılılar (film, 1938)
"Bakılılar" — tammetrajlı bədii filmi rejissor Viktor Turin tərəfindən 1938-ci ildə ekranlaşdırılmışdır. Azərfilmdə istehsal edilmişdir. Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Əsas rolları Rza Əfqanlı, Nikolay Şulgin, O. Kutıryeva, Boris Baykov, Vaso Qodziaşvili və V. Baqratuni ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Filmin süjet xətti fəhlə Cəfərin (Rza Əfqanlı) taleyi və onun tədriclə bolşeviklər sırasına keçməsi üzərində qurulmuşdur. Bu filmdə müəlliflərin əsas məqsədi müxtəlif xalqların beynəlmiləl həmrəyliyini təbliğ etməkdən ibarət olmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi — Vsevolod Pavlovski, Viktor Turin Rejissor — Viktor Turin Operator — Leonid Kosmatov, Dmitri Feldman Rəssam — Viktor Aden Bəstəkar — Nikolay Kryukov == Rollarda == Rza Əfqanlı — Cəfər Nikolay Şulgin — Mixaylov O. Kutıryeva — Lida Boris Baykov — Zaxarıç Vaso Qodziaşvili — Vaso V. Baqratuni — Ruben Əlisəttar Məlikov — Cəfərin dostu Ş. Babayev — Cəfərin dostu Andrey Kostriçkin — jandarm rotmistri K. Dobjinski — usta Mustafa Mərdanov — menşevik Vladimir Otradinski — menşevik == İstinadlar == == Mənbə == Бакинцы Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
Bakı və Bakılılar (kitab)
Bakı və Bakılılar - azərbaycanlı nasir, Xalq yazıçısı Qılman İlkinin müəllifi olduğu kitab. Müəllif bu kitabına görə "Humay" mili mükafatını qazanıb. == Məzmun == Azərbaycan xalq yazıçısı və Bakı tarixinin tədqiqatçısı Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında məlumatlar qeyd edilmişdir. Ensiklopedik səciyyəyə malik bu kitabda köhnə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır. Yazar Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hanbalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günə qədər şəhərin mənzərəsini ustalıqla təsvir edib. Kitabda həmçinin Sisianovun öldürülməsi, Bakıxanovlar sülaləsi, Bakı kəndləri, Nargin adasında olmuş əsirlər və H.Z.Tağıyevin mühakimə edilməsi barədə dəqiq məlumatlar qeyd edilib. Kitab nadir və əsasən ilk dəfə çap üzü görən fotoşəkillərlə zəngindir. == Nəşr == Kitab ilk dəfə 1998-ci ildə, 3-cü dəfə 2006-cı ildə Nurlar nəşriyyatında 384 səhifədə, Bakı Kitab Klubunda 4-cü dəfə 2015-ci ildə 5-ci dəfə isə 2018-ci ildə, hər 2 nəşr 24 səhifəsi fotolardan ibarət olmaqla 464 səhifədə nəşr edilib. Hər 2 nəşrin redaktoru yazıçının oğlu Ayaz Musayevdir. == Həmçinin bax == Şuşa və şuşalılar (kitab) == İstinadlar == == Xarici keçidlər == Qürur duyulacaq tariximiz Goodreads-də Bakı və Bakılılar "Bakı və bakılılar" ( (az.)).
Bakı və bakılılar (film, 1957)
Bakı və bakılılar filmi rejissor Lətif Səfərov tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. == Məzmun == Filmdə inqilabdan əvvəlki Bakı bugünkü, müasir Bakı ilə müqayisə edilərək, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. Kinolentdə Müsavat hökuməti, XI Qırmızı Ordu hissələrinin və onun rəhbərlərinin Bakıya gəlməsi, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının birinci ildönümünün bayram edilməsi öz əksini tapmışdır. Kadrlar bir-birini əvəz etdikcə ekranda Bakının 40 ildən sonrakı həyatı canlanır. Azərbaycanın paytaxtında yeni küçələr salınmış və binalar tikilmişdir. İnsan və onun əməyi filmdə əsas yer tutur, tanınmış neftçilərdən Yusif Kərimov və Fuad Səmədov, kimyaçılardan Yusif Məmmədəliyev və Xudu Məmmədov, həkim Mustafa Topçubaşov haqqında danışılır. Publisistik kino-hekayədə reportaj çəkilişlərdən istifadə edilmişdir. == Festival və mükafat == 1958-ci ildə Moskvada Sovet Filmlərinin Ümumittifaq Festivalında filmə III dərəcəli diplom verilmişdir.

"bakılılar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bakılılar nədir? #bakılılar sözünün mənası #bakılılar nə deməkdir? #bakılılar sözünün izahı #bakılılar sözünün yazılışı #bakılılar necə yazılır? #bakılılar sözünün düzgün yazılışı #bakılılar leksik mənası #bakılılar sözünün sinonimi #bakılılar sözünün yaxın mənalı sözlər #bakılılar sözünün əks mənası #bakılılar sözünün etimologiyası #bakılılar sözünün orfoqrafiyası #bakılılar rusca #bakılılar inglisça #bakılılar fransızca #bakılılar sözünün istifadəsi #sözlük