Balak sözü azərbaycan dilində

Balak

Yazılış

  • Balak • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Balak
Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.
109 saylı Balakən seçki dairəsi
Balaka (mahal)
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balaka dairəsi
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balakatay rayonu
Balakatay rayonu (başq. Балаҡатай районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yeni Balakatay kəndidir. Ufadan 278 km məsafədə yerləşir. == Coğrafi yerləşməsi == Rayon Başqırdıstanın şimal-şərq hissəsində yerləşir. Qərbdən və cənub-qərbdən Başqırdıstanın Məsetle və Kıyğı rayonları ilə, şərqdə Çelyabinsk vilayətinin Nyazepetrovski və Kusinski rayonları ilə, şimaldan Sverdlovsk vilayətinin Artinski şəhər rayonu ilə həmsərhəddir. Sahəsi 3037 km²-dir. Rayonun ərazisi Ufa ilə Aya çaylarının aşağı axınları arasında, dəniz səviyyəsindən 300–400 m yüksəklikdə yerləşir. Ərazisi çay vadiləri və yarğanlarla güclü şəkildə bölünür. Şərq hissəsi Uralın qərb yamacındakı inkişaf etmiş silsilələr sisteminə malikdir.
Balakeçiçay
Balakeçiçay-Gədəbəy rayonu ərazisində çay. == Ümumi məlumat == Çay öz başlanğıcını ərazidəki Bala Keçidərəsi adlı dərədən götürdüyü üçün həmin dərənin adı ilə adlandırılmışdır. Burada Böyük Keçidərəsi adlı dərənin olması ərazidə dağkeçisinin varlığından xəbər verir.
Balakişi Hüseynov
Balakişi Hüseynov (11 mart 1968, Dəmirçilər, Qubadlı rayonu – 24 yanvar 1994, Ağdam) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Balakişi Hüseynov 1968-ci il martın 11-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra, 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Qarabağ hadisələri başlanandan Əliyar Əliyevin taborunda kəşfiyyat işləri ilə məşğul idi. Cəsur döyüşçü olan Balakişi çox mühüm və çətin tapşırıqları yerinə yetirirdi. 1992-ci ildə Ermənistanın Qafan və Gorus istiqamətindən rayon mərkəzi tez-tez atəşə məruz qalırdı. Cəsur kəşfiyyatçıya bu atəş nöqtələrinin susdurulması əmri verilir. Gecə ilə üç nəfər köməkçisi ilə həmin nöqtələri müəyyən edirlər. Məharətlə düşmən arxasına keçərək həmin nöqtələri susdurur, xeyli hərbi sursat ələ keçirirlər. Onun bu xidməti yüksək qiymətləndirilərək bölük komandiri qoyulur.
Balakişi Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüsseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Balakişi Vəliyev
Balakişi Vəliyev (tam adı: Vəliyev Balakişi Əhməd oğlu; 7 noyabr 1927, Xoşkeşin, Naxçıvan MSSR – 12 iyul 2001, Bakı) — həkim, terapevt. Tibb elmlər doktoru, professor == Həyatı == Vəliyev Balakişi Əhməd oğlu 7 noyabr 1927-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. === Vəfatı === 12 iyul 2001-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1953-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 17 il Qazaxıstanın Çimkənd vilayətinin tibb müəssisələrində, Qazaxıstan Elmlər Akademiyası Mahal Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində assisent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1993-cü ildən II daxili xəstəliklər kafedrasının professoru idi. 1974–80-ci illərdə Bakının baş terapevti olmuşdur. Qurğuşunla zəhərlənmə xəstəliklərinin patogenezinə və müalicəsinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın,80-dək elmi işin, həmçinin metodik vəsiatlərin müəllifidir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Balakişi bəy Ərəblinski
Ərəblinski Balakişi bəy Əli bəy oğlu (30 avqust 1828 və ya 1828, Zaqatala rayonu – 1 yanvar 1902, Dərbənd, Dağıstan vilayəti) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant. == Həyatı == Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında Polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur. == Ailəsi == Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi: Fatma xanım və Həyat Abdullayevlər, qohumlarından Bəhruz Xalid oğlu Ərəblinski və ailəsi Bakıda yaşayırlar.
Balaklava
Balaklava — Sevastopol şəhərinə daxil olan rayon. == Tarixi == Vaxtilə müstəqil məntəqə olan Balaklava indi müasir Sevastopol şəhərinə daxil olan rayondur. (1957). Balaklava dərin və dar boğazı andıran buxta üzərində yerləşir. 1357-ci ildə Balaklavanı genuyalılar tutmuşsa da 1475-dən türklərin hakimiyyətində olmuşdur. Antik müəlliflər (Ptolomey, Strabon), Balaklavanı Simbolon adlandırmışdılar. Odur ki, Kırıma sahib olan çarizm Balaklava şəhərinin adını Çembalo qoymuşdur. Lakin şəhər öz adıyla yaşamaqda və Axtiyara (müasir Sevastopol) birləşməkdədir. Qədim türk dilində balik, baluk şəhər deməkdir.1. Baskakov bu qədim türk sözünün balık "şəhər", balıkçi "qubernator, vali" mənası daşıdığını göstərir.
Balaklava (baş geyimi)
Balaklava — sifətin bir qismini örtən baş geyimi. Geyinilmə tərzindən asılı olaraq yalnız gözlər, ağız və burun və ya sadəcə sifətin ön hissəsi görünür. Bu baş geyimi həmçinin yaxada və ya yalnız başın yuxarı hissəsində toplanmaqla da istifadə edilə bilər. Geyimin adı indiki Krımda Sevastopol şəhəri yaxınlığındakı Balaklava adlı ərazidə Krım müharibəsinin gedişində baş vermiş Balaklava döyüşündən götürülmüşdür. İngilis qoşunları isti saxlamaq üçün başlarına trikotaj başlıq keçirmişdilər. == Tarixi == Ənənəvi balaklavalar, əsasən, yundan toxunur. Müasir versiyaları, həmçinin, ipək, pambıq, polipropilen, neopren, nitron və ya flisdən hazırlanır. XIX əsrdə sözügedən tipdə baş geyimi həm də Ulan şapkası və ya Templiyer şapkası adı ilə də bilinirdi.1854-cü ildə Krım müharibəsinin gedişində Britaniya ordusunu kəskin soyuqlardan qorumaq üçün orduya əldə hazırlanmış balaklavalar göndərilmişdi. Ordu, onların öz ləvazimatları (isti geyim və ərzaq) vaxtında çatmadığına görə bu yardımı tələb edirdilər. Əldə toxumanın tarixi kitabında Riçard Rattın qeyd etdiyinə görə, "balaklava başlığı (dəbilqəsi)" ifadəsi müharibə zamanı işlənməmiş, əksinə daha sonralar - 1881-ci ildə meydana çıxmışdır.
Balaklava (dəqiqləşdirmə)
Balaklava — Sevastopol şəhərinə daxil olan rayon. Balaklava (baş geyimi) — sifətin bir qismini örtən baş geyimi. Balaklava döyüşü — 1854-cü ildə Krım müharibəsi zamanı Rusiya ilə müttəfiq qoşunlar arasında baş vermiş döyüş.
Balaklava döyüşü
Balaklava döyüşü — 1854-cü ildə Krım müharibəsi zamanı Rusiya ilə müttəfiq qoşunlar arasında baş vermiş döyüş.. === Döyüşdən öncə === Krım müharibəsi zamanı 1854-cü ilin payızında rus qoşunları ilə ingilis-fransız-türk qoşunları arasında Balaklava adlı yerdə döyüş qaçılmaz idi. İttifaq qoşunlarının əsas məqsədi Sevastopolu tutmaq idi. Ruslar isə Liprandinin komandanlığı ilə buna mane olmalı idi. === Döyüşün gedişi === Döyüş 25 oktyabr 1854-cü ildə olmuşdur. Döyüşün əvvəlində Rusiya imperiyasının süvariləri osmanlıları məğlub edib, limana gedən yolu açmışdı. Orada rus süvarilərinin qarşısını almaq üçün az sayda türk qoşunu və Britaniya Kral Donanmasına aid 93-cü piyada alayı saxlanmışdı. Onlar iki sütunlu xətt yaradıb, şiddətli süvari hücumunun qarşısını ala bilmişdilər. 93-cü alayın əsgərləri qırmızı rəngli hərbi forma geyindiklərindən bu çarpışma "İncə qırmızı xətt" adıyla anıldı. Geri çəkilməyə məcbur olan 3500 rus atlısı "Ağır süvari briqadası"na tərəf yönəldi.
Balakovo
Balakovo — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Balakuh
Balakürd
Balakürd — Azərbaycan Respublikasının Goranboy rayonunun Balakürd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Balakürd kəndi Qarabağ düzündədir. Etnotoponimdir. "Kiçik Kürd kəndi" deməkdir == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1874 nəfər əhali yaşayır.
Balakəhriz (Çaypara)
Balakəhriz (fars. بالاكهريز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (22 ailə).
Balakəklik
Balakəklik (lat. Ammoperdix) — qırqovullar fəsiləsinə aid heyvan cinsi.. == Təsnifatı == Azərbaycanda Balakəklik cinsinə 1 növ daxildir: Səhra balakəkliyi (Ammoperdix griseugularis Brandt., 1843) == Həmçinin bax == Uzunquyruq sahilqartalı Ağquyruq sahilqartalıSəhra balakəkliyiBalıqcıl qaraquşLeşcil ağqartal == Xarici keçidlər == Male & Female See-see Partridges are Drinking Water == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Balakən
Balakən — Azərbaycanda şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. == Tarixi == Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. == Tarixi abidələri == Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Balakən-Katex ekogeokimyəvi landşaft rayonu
Balakən Katex ekogeokimyəvi landşaft rayonu - Bu ərazidə Böyük Qafqazın cənub yamacı ərazisi üçün səciyyəvi olan bütün duzlaşma tiplərinə,tipomorf makroionlara görə ayrılmış bütün geokimyəvi landşaft siniflərinə təsadüf edilir. == Ekoloji şəraiti == Rayon ərazisinin şimal hissəsində əsasən sulfatli maqneziumlu natriumlu,cənubunda isə sulfatlı natriumlu kalsiumlu və sulfatlı kalsiumlu natriumlu duzlar üstünlük təşkil edir.Ərazinin təbii sularının tərkibi Zaqatala,Qax və Qəbələ bölgələrinin təbii sularının ion tərkibi bir-birinə müəyyən qədər yaxındır.Balakən və Oğuzun təbii suları sulfatlı-natriumlu və kalsiumlu,Zaqatala Qax və Qəbələnin təbii suları kalsiumlu-hidrokarbonatlı və sulfatlıdır. == Ekoloji şəraitin ətraf mühitə təsiri == Ərazidə yayılmış geokimyəvi cəhətdən zəngin süxurların litoloji tərkibinin müxtəlifliyi geokimyəvi şəraitin rəngarəngliyinə səbəb olur.Lakin Katsdağ ,Kasmalo,Filizçay,Katex və s. sahələrdə faydalı qazıntı yataqlarının kəşfiyyatı ilə əlaqədar olaraq bu süxurların üzərinin açılması və səthə çıxarılması ilə ekoloji şərait daha da mürəkkəbləşir.Mühitdə misin çoxluğu heyvanlarda əmələ gələn bir sıra xəstəliklərdə (qara ciyərin atrofiyası və s.) özünü göstərir.Molibden artıqlığı isə heyvanlar arasında endemik molibden toksikozuna,insanlarda isə endemik molibden toksikozuna,insanlarda isə endemik podaqra xəstəliyinə səbəb olur.
Balakən (Salmas)
Balakən (fars. بالكان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 222 nəfər. yaşayır (32 ailə).
Balakən (dəqiqləşdirmə)
Balakən (gəmi-bərə) — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Balakən — Azərbaycanda şəhər. Balakən (Salmas) — İranda kənd.
Balakən (gəmi-bərə)
"Balakən" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Balakən" gəmi-bərəsi "Bərdə" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmiş və onunla yaxından tanış olaraq, istismara verilməsini bildirən düyməni basmışdır. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Balakən Aviasiya Mərkəzi
Balakən Aviasiya Mərkəzi Azərbaycanın Balakən rayonunun Tülü kəndində yerləşir və hazırda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdindədir. == Haqqında == Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub. Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Həmin vaxtlar Moskvadan gəlmiş nümayəndə heyəti müxtəlif rayonlarda baxış keçirəndən sonra məhz mülayim iqliminə, sakit, küləksiz havasına görə Balakəni seçiblər. Balakən Aviasiya İdman Klubu 2001-ci ildən Balakən Aviasiya Mərkəzi adlanıb və fəaliyyət istiqamətləri peşəkarlıqla qurulub. Mərkəzin iki YAK-52 və iki AN-2 təyyarəsi var.Əvvəllər burada həvəskar təyyarəçilər də hazırlanıb. Müqavilə əsasında 2 il müddətinə 14 nəfər həvəskar təyyarəçi peşəsinə yiyələnib. Güc nazirliklərindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən paraşütdən tullanma, ibtidai uçuşa hazırlıq kurslarını keçmək üçün müraciət edənlər çox olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 •••••••• 0.16
2013 •••••••••••••••••••• 0.44
2016 •••••••• 0.17

"balak" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#balak nədir? #balak sözünün mənası #balak nə deməkdir? #balak sözünün izahı #balak sözünün yazılışı #balak necə yazılır? #balak sözünün düzgün yazılışı #balak leksik mənası #balak sözünün sinonimi #balak sözünün yaxın mənalı sözlər #balak sözünün əks mənası #balak sözünün etimologiyası #balak sözünün orfoqrafiyası #balak rusca #balak inglisça #balak fransızca #balak sözünün istifadəsi #sözlük