Balakişiyev sözü azərbaycan dilində

Balakişiyev

Yazılış

  • Balakişiyev • 98.9305%
  • BALAKİŞİYEV • 1.0695%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəxtiyar Balakişiyev
Bəxtiyar Balakişiyev — yazıçı,Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü,publisist.Azərbaycan Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü == Həyatı == Bəxtiyar Qaraca oğlu Balakişiyev 27 mart 1957-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində (Dağlıq Qarabağ) anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1979-82-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fükültəsində təhsilini davam etdirib. 1982-89-cu illərdə Dövlətnəşrkomda redaktor vəzifəsində çalışıb. 1989-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, şöbə müdiri və Baş redaktor vəzifələrində çalışıb. 2006-ci ilin sentyabrında müəyyən səbəblərdən televiziyadakı işindən ayrılıb və müxtəlif kanallarla (TRT, Xəzər və s.) əməkdaşlıq edib. 2010-2016-cı illərdə “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Qarabağ münaqişəsi ilə əlaqədar yaradılan İtki və Tələfatların Hesablanması üzrə İşçi Qrupunun üzvü kimi fəaliyyət göstərib. 2016-17-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də Mədəniyyət kanalının direktor müavini vəzifəsində işləyib. 2017-ci ilin sentyabrında müəyyən səbəblərdən televiziyadakı işindən ayrılaraq müstəqil fəaliyyətini davam etdirib.
Kamil Balakişiyev
Kamil Balakişiyev (20 sentyabr 1906, Bakı – 22 noyabr 1973, Bakı) — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim, Azərbaycanda elmi anatomiyanın banisi, uzun illər qayğıkeş pedaqoq, bacarıqlı təşkilatçı kimi insan anatomiyası kafedrasının müdiri vəzifəsində çalışmış əməkdar elm xadimi, tibb elmləri doktoru, professor. == Həyatı == Kamil Əbdülsalam oğlu Balakişiyev 1906-cı il sentyabr ayının 20-də Bakının Novxanı kəndində anadan olmuşdur. O, orta təhsilini ikinci dövlət kişi gimnaziyasında almış, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə ciddi maraq göstərdiyinə görə insan anatomiyası kafedrasına qəbul olunmuşdur. Onun fitri istedadı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və bir qədər sonra insan anatomiyası fənni üzrə sərbəst surətdə məşğələlər aparmasına icazə verilmişdir. Beşinci kurs tələbəsi olarkən K. Balakişiyev öz müəllimi A. Valenkaya ilə birlikdə rus dilində "Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik" adlı dərs vəsaiti yazmış və həmin vəsait 1926-cı ildə çap olunmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində isə o, Azərbaycan dilində latın qrafikası ilə silsilə dərslik və dərs vəsaitləri çap etdirərək ölkə anatomiyası tarixində yeni səhifə açmışdır. 1930-cu ildə 24 yaşında elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə K. Balakişiyev privat-dosent elmi adına layiq görülmüşdür. O, praktik məşğələlər aparmaqla yanaşı, tələbələrə həm rus, həm də Azərbaycan dilində normal anatomiya fənni üzrə mühazirələr oxumağa başlamışdır. Hələ tələbəlik illərindən ardıcıl olaraq elmi-tədqiqat işləri ilə məşğul olan alimə 1935-ci ildə dövri mətbuatda çap etdirdiyi sanballı elmi-tədqiqat işlərinin nəticələrinə görə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir.
Nadir Balakişiyev
Nadir Balakişiyev — Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi (1962-1971). == Həyatı == Balakişiyev Nadir Ağadayı oğlu 1930-cu il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi fərqlənmə ilə bitirib Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Birinci kursun axırlarında atasını itirən 19 yaşlı Nadir Balakişiyev ailəsinin bütün məsuliyyətini öz çiyinlərinə götürür və beləliklə o, hələ tələbəlik illərində əmək fəaliyyətinə başlayaraq mühəndis-energetik vəzifəsinə işə düzəlir. 1953-cü ildə institutu bitirən Nadir Balakişiyevə Dövlət Nəzarəti Nazirliyində işləmək məsləhət görülür. 1961-ci ilin yanvarında Azərbaycan KP MK-nın təşkilat işi şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir. 1962-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1971-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici turizm idarəsinin rəisi vəzifələrində çalşıb. 1978-1990-cı illərdə ixtisası üzrə, 1991-1997-ci illərdə isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru işləyib. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində iştirak edib.
Qara Balakişiyev
Qara Əmirxan oğlu Balakişiyev (11 iyul 1994, Əmiranlar, Xocavənd rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qara Balakişiyev 11 iyul 1994-cü ildə Xocavənd rayonunun Əmiranlar kəndində anadan olmuşdur. 2000–2011-ci illərdə Xocavənd rayon 4 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Qara Balakişiyev 2012–2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. === Aprel döyüşləri === 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Qara Balakişiyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə qarşı tərəfin müdafiə və hücum qüvvəsinin azaldılmasında fərqlənmişdir.
Rövşən Balakişiyev
Rövşən Balakişiyev (tam adı: Rövşən Misir oğlu Balakişiyev; 15 dekabr 1967, Muğanlı, Xocavənd rayonu, Azərbaycan SSR - 30 dekabr 1992, Qarabağ, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövşən Balakişiyev 15 dekabr 1967-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1973-cü ildə Muğanlı kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1985-ci ildə hərbi xidmətə yollanmışdır. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində xidmət edən Rövşən hərbi xidmət müddətində dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. 1988-ci ildə başlanan Qarabağ müharibəsinə qədər Rövşən xidmət etdiyi şəhərdə yaşamış, burada ailə həyatı qurmuşdu. Müharibə başlayanda Rövşən ölkəsinə qayıdır, müharibədə iştirak edir. O, Muğanlı kənd özünümüdafiə dəstəsinin üzvü olaraq Şişqaya, Gülmətəpə, Çirişli dağı istiqamətində gedən döyüşlərdə, Xocavəndin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 1992-ci ildə Muğanlı, Kuropatkino, Əmiranlar kəndinə düşmən hücum edir və müqavimətlərə baxmayaraq üç kəndi işğal edir. Azərbaycan Milli Ordusu yarandıqdan sonra kəndin özünümüdafiə dəstəsi Ağcabədi rayon 161 saylı hərbi hissənin batalyonlarından birinə çevrilir.
Xəyal Balakişiyev
Xəyal Müseyib oğlu Balakişiyev (17 oktyabr 1994; Bakı, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Balakişiyev 1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Yasamal rayonunda H. Aslanov adına 175 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Xəyal Balakişiyev 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Balakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Balakişiyev oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Balakişiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zamin Balakişiyev
Zamin Dadaş oğlu Balakişiyev (27 aprel 2001; Sabirabad rayonu, Azərbaycan — 7 mart 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamin Balakişiyev 2001-ci il aprelin 27-də Sabirabad rayonunun Qaralar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zamin Balakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamin Balakişiyev oktyabrın 8-də ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamin Balakişiyev "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Zamin Balakişiyev 2021-ci il martın 7-də müalicə aldığı tibb müəssisəsində şəhid olub. Zamin Balakişiyev martın 8-də Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zamin Balakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zamin Balakişiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İbrahim Balakişiyev
Balakişiyev İbrahim Əbdülsalam oğlu — "Səhiyyə əlaçısı” (1961), "Azərbaycan SSR Əməkdar həkimi” (1968). == Həyatı == İbrahim Balakişiyev 1916-cı il mayın 5-də Novxanıda anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Sentyabr ayına kimi poliklinikada həkim vəzifəsində çalışmış, oradan da Sovet Ordusu sıralarına getmişdir. 1941-1942-ci illərdə Pribaltika Səyyar Səhra hospitalı filialının rəisi vəzifəsində xidmət edib. Ərazi işğal olunduqdan sonra 1942-1943-cü illərdə Leninqrad vilayətində partizan briqadasının hospitalına rəhbərlik edib. Vilayət düşməndən azad olunandan sonra ona Leninqrad şəhəri Novoselsk rayon şəhiyə şöbəsinin müdiri vəzifəsi təklif edilib. Lakin o, faşist işğalçıları ilə mübarizə aparmağa üstünlük verib, döyüçən ordunun tərkibində müharibənin sonuna qədər Qatçinsk diviziyası 201-ci Tibbi Sanitar Batalyonunda hospital rotasının rəisi vəzifəsində xidmət edib. "Qırmzı Ulduz” və "Vətən müharibəsi” ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra N.Nərimanov adına ATİ-nun dəri-zöhrəvi xəstəliklər kafedrasında klinik ordinaturanı bitirib.
Dürdanə Balakişiyeva
Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru. == Həyatı == Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb. == Fəaliyyəti == Alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (ing.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.10 dəfə / 1 mln.
2003 •••••••• 2.76
2004 ••••••• 2.36
2005 •••• 1.35
2006 ••• 0.90
2007 ••••••••••• 4.02
2008 •••••••• 2.68
2009 •••••• 2.08
2010 ••••••••• 3.27
2011 •••••• 2.23
2012 •••• 1.20
2013 ••• 1.02
2014 ••••• 1.72
2015 ••• 0.85
2016 •••• 1.21
2017 ••• 0.98
2018 •••••••••••••••••••• 7.49
2019 ••• 1.11
2020 •• 0.66

Oxşar sözlər

#balakişiyev nədir? #balakişiyev sözünün mənası #balakişiyev nə deməkdir? #balakişiyev sözünün izahı #balakişiyev sözünün yazılışı #balakişiyev necə yazılır? #balakişiyev sözünün düzgün yazılışı #balakişiyev leksik mənası #balakişiyev sözünün sinonimi #balakişiyev sözünün yaxın mənalı sözlər #balakişiyev sözünün əks mənası #balakişiyev sözünün etimologiyası #balakişiyev sözünün orfoqrafiyası #balakişiyev rusca #balakişiyev inglisça #balakişiyev fransızca #balakişiyev sözünün istifadəsi #sözlük