Balaqardaş sözü azərbaycan dilində

Balaqardaş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Balaqardaş • 99.3631%
  • balaqardaş • 0.6369%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Balaqardaş Vəliyev
Balaqardaş Fərhad oğlu Vəliyev(24 mart 2002, Kalinovka, Masallı rayonu – 1 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == 2020-ci ilin aprelində çağırışçı kimi «N» saylı hərbi hissəyə xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı döyüşüb. Balaqardaş Vəliyev 01.10.2020 tarixində Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşi açması nəticəsində həlak olmuşdur. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Balaqardaş Fərhad oğlu Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Mürşid Balaqardaş
Mürşid Balaqardaş (?-?) - istiqlal şairi. 1918-1920 illər milli istiqlal poeziyasının nümayəndəsi. == Yaradıçılığı == Əsərləri Azərbaycan, İstiqlal, Hürriyyət, Qurtuluş, Gənclər yurdu, Övraqi-nəfisə, Bəsirət kimi mətbuat orqanlarında çap edilmidir. Şairin silsilə Əsgər şerlərində (Əsgər hərbə gedərkən, Əsgər şərqisi, Ana deyir, Qarabağda həlak olmuş arkadaşının ruhuna ithaf, Bu günün gənclərinə və s.) vətənin fədakar oğullarına müraciət, azadlıq uğrunda mübarizəyə, milli istiqlalın qorunmasına çağırışı motivləri güclüdür. Ömrü boyu bu ideala sadiq qalan şair şerlərindən birində hərbə gedən əsgərin dilindən deyirdi: Şühədayi-Vətən şerində Mürşid dostu Məhəmməd Hadinin səsinə səs verir, vətən yolunda, Qarabağ müharibəsində şəhid olanların millətin qəlbində əbədiyyət qazandığını göstərir: Bir qaçqın cocuğun dilindən şerində şair erməni quldurlarının əzab-işgəncə verdiyi, yurd-yuvasız qoyduğu, körpə qəlbinə sağalmaz yaralar vurduğu balaca uşağın fəryadını, üsyanını dərin ürək yanğısı ilə qələmə almışdır. Yaradıcılığında Türk birliyinə, Azərbaycan türklərini milli dövlət ətrafında birləşməyə çağırış ruhlu şerlər də mühüm yer tutur. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Məhəmməd Hadi == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Mürşid Balaqardaş maddəsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.45 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2005 •••• 1.35
2008 0.24
2009 ••• 0.96
2010 0.27
2011 0.26
2012 ••••• 1.63
2013 •• 0.58
2015 0.34
2017 0.16
2018 ••• 0.90
2019 0.28

balaqardaş sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

balaca qardaş; kiçik qardaş.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#balaqardaş nədir? #balaqardaş sözünün mənası #balaqardaş nə deməkdir? #balaqardaş sözünün izahı #balaqardaş sözünün yazılışı #balaqardaş necə yazılır? #balaqardaş sözünün düzgün yazılışı #balaqardaş leksik mənası #balaqardaş sözünün sinonimi #balaqardaş sözünün yaxın mənalı sözlər #balaqardaş sözünün əks mənası #balaqardaş sözünün etimologiyası #balaqardaş sözünün orfoqrafiyası #balaqardaş rusca #balaqardaş inglisça #balaqardaş fransızca #balaqardaş sözünün istifadəsi #sözlük