baldırğan sözü azərbaycan dilində

baldırğan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • baldırğan • 77.4194%
  • Baldırğan • 22.5806%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baldırğan
Baldırğan (lat. Heracleum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == 60-dan çox növü məlumdur. === Azərbaycanın dərman bitkiləri === Saqqalcıqlı baldırğan (Heracleum barbatum Ledeb.) İriçiçək baldırğan (Heracleum grandiflorum Stev.
Adi baldırğan
Adi baldırğan (lat. Heracleum sphondylium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. == Sinonimləri == Heracleum alpinum subsp. benearnense Rouy & E.G.Camus Heracleum alpinum subsp. pyrenaicum (Lam.) Rouy & E.G. Camus Heracleum alpinum var. pyrenaicum (Lam.) Pers. Heracleum austriacum var. elegans Crantz Heracleum ceretanum Sennen Heracleum granatense Boiss. Heracleum longifolium Jacq. Heracleum montanum Schleich.
Saqqalcıqlı baldırğan
Saqqalcıqlı baldırğan (lat. Heracleum barbatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
İriçiçək baldırğan
İriçiçək baldırğan (lat. Heracleum grandiflorum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Albov baldırğanı
Albov baldırğanı (lat. Heracleum albovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Yarpaqları yumurtavaidir, ikər-lələklidir, hər iki üzü bozumtul tükcüklüdür, kənarları sərt dişciklidir. Çətir şüaları 20-25 ədəddir, tükcüklüdür, müxtəlifdir. Çiçəkləri sarımtıl-ağ rəngdədir, az böyümüşdür. Meyvəsi ellipsvari, çılpaqdır, uzunluğu 6–7 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir.
Baldırğanlı
Baldırğanlı — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Mığıdərə inzibati ərazi vahidində olan kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndi XX əsrin əvvəllərində haqverdiuşağı nəsli Baldırğanlı adlanan sahədə salmışdır. Oykonim "baldırğan bitkisinin zəngin olduğu yer" deməkdir. 1918-ci ilədək Ermənistanda eyniadlı kənd olmuşdur. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 60 nəfər olmuşdur.
Baldırğanyarpaq simisifuqa
Sibir baldırğanı
Sibir baldırğanı (lat. Heracleum sibiricum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Sosnovski baldırğanı
Hündürlüyü 1-1,5 m-ə qədər, gövdəsi dərin şırımlı, pərdəyəoxşar tükcüklərlə örtülmüş olan ikiillik və ya çoxillik hündür iri ot bitkisidir. Aşağı yarpaqları iridir, saplaq üzərində üçər bölünmüş seqmentlərlədir, nadir hallarda lələkvari bölünmüş 2 cüt seqmentlərin; yan seqmentləri yumurtaşəkillidir, kənarları qeyri-bərabərdir, 3-5 bölümlü yumurtavari iti dişli paylara kəsilmişdir, son seqmentləri dəyirmidir, 3 müstəqil yumurtavari bölümlü kəsilmiş dişli payları vardır; yuxarı yarpaqları qını genişləndiyinə görə kiçilmişdir. Yarpaqlar üst tərəfdən çılpaq, alt tərəfdən az yumşaq tükcüklərlə örtülmüşdür. Çətiri çoxşüalıdır, iridir. Sarğı yarpaqları və qın xətvari-sapşəkillidir, çətircikdən qısadır. Çiçəkləri ağ rənglidir, çətirdəki kənar çiçəklər böyümüşdür. Əksinəyumurtaşəkilli və yaxud ellipsvari olub, uzunluğu (7) 10–13 mm, eni 6–9 mm, arxa hissədə seyrək uzun tüklü, kənarları adətən qısa tikanabənzər tüklərlə örtülmüşdür. İyul-Avqust Avqust-Sentyabr BQ (Quba), BQ şərq. BQ qərb. Orta və yuxarı meşə zolaqlarında.

baldırğan sözünün leksik mənası və izahı

  • 1 is. bot. İriyarpaqlı uzunboy zəhərli bir bitki. [Qəmər və Şamo] bir dəfə cır-cır bulağının kiçik şəlaləciyi altında baldırğandan dəyirman topu qayırıb işlətmiş( dilər). S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / baldırğan

baldırğan sözünün etimologiyası

  • 1 Yaylaqda bulaq başında bitən, özəyi yeyilən bitkidir. Güman edirəm ki, balıq, palçıq sözləri ilə kökdaş ola bilər, çünki yalnız sulu, bataqlıq yerdə əmələ gəlir. Suyu çox sevir, ona görə də ehtimal ki, sözün əsli palçıqyığan olub, sonra dəyişib (burada palçıq “su” mənasındadır). Lilpar sözü də var və “lildə bitən” deməkdir (lil sözü də “su” anlamını əks etdirir). Bəzən lilparı nilufər sözü­nün təhrifi hesab edirlər. Düz deyil, çünki lil bizim sözdür və иль şəklində rus dilinə də keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / baldırğan

baldırğan sözünün rus dilinə tərcüməsi

baldırğan sözünün ləzgi dilinə tərcüməsi

"baldırğan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#baldırğan nədir? #baldırğan sözünün mənası #baldırğan nə deməkdir? #baldırğan sözünün izahı #baldırğan sözünün yazılışı #baldırğan necə yazılır? #baldırğan sözünün düzgün yazılışı #baldırğan leksik mənası #baldırğan sözünün sinonimi #baldırğan sözünün yaxın mənalı sözlər #baldırğan sözünün əks mənası #baldırğan sözünün etimologiyası #baldırğan sözünün orfoqrafiyası #baldırğan rusca #baldırğan inglisça #baldırğan fransızca #baldırğan sözünün istifadəsi #sözlük