balk sözü azərbaycan dilində

balk

Yazılış

  • balk • 50.0000%
  • Balk • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Balkan Kuboku
Balkan Kuboku — Balkan ölkələrindən Avropa kuboklarına qatılmayan klub komandaları arasında təşkil olunmuş turnir. == Tarixi == 1960-cı ildən başlayan bu turnir, Türkiyənin Fənərbaxça klubunun prezidenti Faruk İlqaz tərəfindən irəli sürülən təkliflə 1967-də Balkan İkinciləri Kuboku adı ilə təşkil olundu. 28 dəfə oynanılan bu turnir 1994-cü ildən etibarən keçirilmir.
Balkan Muharibəsi
Balkan müharibələri — Osmanlı Dövlətinin 4 balkan dövlətinə qarşı 1912-1913-cü illərdə apardığı muharibə (8 oktyabr 1912 - 29 sentyabr 1913). Muharibənin əsl səbəbi Bolqarıstanla Serbiyanın Balkanlarda artan fəaliyyəti olmuşdur. == Tarixi == 1911-ci ildə İtaliya Osmanlı imperiyasına müharibə elan etdi və tezliklə Tripolini və Dodekanis adalarını işğal etdi. Bununla osmanlılar sıxışdırıldı, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibədə öz qüvvələrini birləşdirdirdilər. Onlar Osmanlı ərazisindəki bəzi əraziləri işğal etməyə ümid edirdilər. Türkiyə tezliklə məğlub edildi, lakin Serbiyanın güzəştə getməsinə ümid bəsləyən bolqarlar Makedoniyanı ələ keçirməyə iddia etdilər. Beləliklə, birinci Balkan müharibəsindən sonra, 1913-cü ildə ikinci Balkan müharibəsi baş verdi. Bu müharibədə Serbiya, Yunanıstan, Rumıniya və Osmanlılar Bolqarıstanın üzərinə hücum edərək onu məğlub etdilər. Adriatik dənizi üzərində dağlıq ölkə olan Albaniya əsasən müsəlman əhalisinə malik olmaqla bərabər həm də Avropanın ən geridə qalmış regionu idi. Serblər hər iki Balkan müharibəsində onun bir hissəsini işğal etdilər, lakin yunanlar da onun digər hissəsinə iddia edirdilər.
Balkan Yarımadası
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Balkan dağları
Balkan dağları (bolq. Ста́ра планина́, serb. Стара планина / Stara planina) — Bolqarıstanın qərbindən şərqinə doğru uzanaraq ölkəni iki yerə bölən dağ. Dağın uzunluğu 600 km-dir. Balkan dağları Dəmirqapı boyunca Dunay çayının keçdiyi cənubi Karpat dağlarının təbii davamıdır. Bu dağlar "Balkan yarımadası" və "Balkanlar" coğrafi adlarının əsasını təşkil etmişdir. Bu dağ ölkəsinin ərazisi XX əsrin 70-ci illərinin sonlarından sovet və Bolqarıstan coğrafiyaşünasları tərəfindən etibarən tədqiq olunmağa başlanmışdır. Elmi işlər Stara Planina və Qafqazın ərazilərinin müqayisəli tədqiqatı proyektinin bir hissəsi idi və ona SSRİ EA Coğrafiya İnstitutunun direktoru İ. P. Gerasimov və Bolqarıstan EA Coğrafiya İnstitutunun direktoru J. S. Qlıbov rəhbərlik edirdi.Qədim dövrlərdə dağ silsiləsi Hem, Em (q.yun. Αἶμος, lat. Haemus, İordan buranı Hemus и Emus adlandırmışdır), bəzən Hemmimont (Haemimontium, İordanın əsərlərində Emimontium) deyilirdi.
Balkan dilləri
Balkan dilləri— Balkan dilləri beş ayrı qrupa ayrılmaqdadır. 1. Slavyan dillərini danışanlar, 2.Latın mənşəli dilləri danışanlar, 3.Rumca danışanlar, 4.Albanca danışanlar, 5.Türkcə danışanlar. == Slavyan dillərini danışanlar == 1. Slavyan dillərini danışanlar :Bu dil qrupu da üç əsas hissəyə ayrılır. Ən başda Serbiyada serbcə, Bosniya Herseqovinada boşnaq dilində, Monteneqroda monteneqro dilində və Xorvatiyada xorvat dilində təxminən 20 milyon insan tərəfindən danışılan serb və xorvat aksentləri gəlir. İkinci qrupa makedon dili və bolqar dilində danışanlar və ümumi olaraq 9 milyona yaxınlaşan köhnə Yuqoslaviya və Bolqarıstanda yaşayan slavyanlar təşkil edir. Üçüncü Slavyan qrupuna isə slovenlər və sayları az olan çexlərlə, slovaklar meydana gətirir. Bunların əksəriyyəti balkan yarımadasının şimalında yaşayırlar. === Latın mənşəli dilləri danışanlar === 2.
Balkan ittifaqı
Balkan İttifaqı — 1912-ci ildə Şərqi pravoslav krallıqlarına aid olan Yunanıstan, Bolqarıstan, Serbiya və Monteneqro dövlətlərinin həmin dövrdə Avropanın cənub-şərqinin çox hissəsinə nəzarət edən Osmanlı İmperiyasına qarşı yaratdığı dördtərəfli ittifaq idi.1900-cü illərin əvvəllərindən etibarən Makedoniyada partizan hərəkatının başlanması, ardınca Osmanlı ərazisində baş vermiş "Gənc türklər" inqilabı və Bosniya böhranı Balkanlardakı siyasi vəziyyəti bir xeyli gərginləşdirmişdi. 1911-ci ildə başlamış olan İtaliya-Osmanlı müharibəsi Osmanlı İmperiyasını zəiflətmiş, Balkan dövlətlərini isə daha da ruhlandırmışdır. 13 mart 1912-ci ildə Serbiya və Bolqarıstan krallıqları Rusiya imperiyasının təsiri altında Avstriya-Macarıstan əleyhinə birgə fəaliyyət göstərmək məqsədilə ittifaq müqaviləsi imzaladı. Həmin müqavilə əslində Avstriya-Macarıstana qarşı imzalansa da, onun gizli maddələrindən birində bu ittifaqın Osmanlı İmperiyası əleyhinə fəaliyyət göstərəcəyi də qeyd olunurdu. Bunun ardınca, Serbiya ilə Monteneqro və Bolqarıstanla Yunanıstan arasında da eyni ikitərəfli ittifaq müqavilələri imzalandı. Bu ittifaq 1912-ci ilin oktyabrında başlamış Birinci Balkan müharibəsində qələbə qazandı və demək olar ki, Osmanlı İmperiyasının Avropada sahib olduğu əraziləri tamamilə işğal etdi. Bu qələbəyə baxmayaraq, ittifaq üzvləri arasındakı fikir ayrılıqları davam edirdi. Nəticədə, 16 iyun 1913-cü ildə Bolqarıstanın keçmiş müttəfiqləri üzərinə hücuma keçməsi ilə birlikdə İkinci Balkan müharibəsi başlandı. == Arxa plan == 1856-cı ildə başa çatmış Krım müharibəsindən sonra Rusiya fikirləşirdi ki, digər böyük dövlətlər onun Aralıq dənizinə çıxış əldə etməsinə qarşı çıxmaz. Nəticədə, Rusiya İmperiyası Balkan yarımadasında yerləşən dost və müttəfiq dövlətlərlə birbaşa əlaqə yaratmaq məqsədilə işğalçı hərəkətlərə başladı.
Balkan küknarı
Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir. == Məlumat mənbələri: == Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5.
Balkan müharibələri
Balkan müharibələri — Osmanlı Dövlətinin 4 balkan dövlətinə qarşı 1912-1913-cü illərdə apardığı muharibə (8 oktyabr 1912 - 29 sentyabr 1913). Muharibənin əsl səbəbi Bolqarıstanla Serbiyanın Balkanlarda artan fəaliyyəti olmuşdur. == Tarixi == 1911-ci ildə İtaliya Osmanlı imperiyasına müharibə elan etdi və tezliklə Tripolini və Dodekanis adalarını işğal etdi. Bununla osmanlılar sıxışdırıldı, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibədə öz qüvvələrini birləşdirdirdilər. Onlar Osmanlı ərazisindəki bəzi əraziləri işğal etməyə ümid edirdilər. Türkiyə tezliklə məğlub edildi, lakin Serbiyanın güzəştə getməsinə ümid bəsləyən bolqarlar Makedoniyanı ələ keçirməyə iddia etdilər. Beləliklə, birinci Balkan müharibəsindən sonra, 1913-cü ildə ikinci Balkan müharibəsi baş verdi. Bu müharibədə Serbiya, Yunanıstan, Rumıniya və Osmanlılar Bolqarıstanın üzərinə hücum edərək onu məğlub etdilər. Adriatik dənizi üzərində dağlıq ölkə olan Albaniya əsasən müsəlman əhalisinə malik olmaqla bərabər həm də Avropanın ən geridə qalmış regionu idi. Serblər hər iki Balkan müharibəsində onun bir hissəsini işğal etdilər, lakin yunanlar da onun digər hissəsinə iddia edirdilər.
Balkan sazişi
Balkan sazişi 1934-cü ilin 9 fevralında Afinada Türkiyə, Yunanıstan, Rumıniya, Yuqoslaviya arasında imzalanıb. 1933`dən sonra Almaniya da Nasist partiyası nın hakimiyyətə gəlməsi, İtaliya nın Ağ dəniz də və Balkanlar da ərazilərini genişləndirmək istəməsi və Avropa dövlətlərinin silahlanma yarışına girməsi sülh üçün təhlükə yaradırdı. Türkiyə təhlükəsizliyini qorumaq məqsədilə 1933-cü ildə bu 3 ölkə ilə ayrı ayrılıqda saziş bağlamışdı. Lakin 1934-cü ilin 9 fevralı İtaliya və Almaniya təhlükəsi qarşında qalan bu 4 Balkan dövləti Afina da saziş bağlayır. Bu sazişə görə Balkan ölkələri bir-birilərinin ərazi bütövlüyünə hörmət edəcəkdilər. İkinci dünya müharibəsi ndən sonra şərtlərin dəyişməsindən sonra bu saziş əhəmiyyətini itirir. == Mənbə == İsmail Soysal, Tarihçeleri ve Açıklamaları ile Birlikte Türkiye'nin Siyasal Andlaşmaları, I. Cilt (1920-1945), Basımevi, Ankara, 1989, s. 447-463.
Balkan sindromu (roman)
Balkan sindromu — Çingiz Abdullayev tərəfindən yazılmış roman.
Balkan türkləri
Balkan türkləri (türk. Balkanlar'daki Türkler) — İstanbul şəhəri (10 milyondan çox etnik Türkün yaşadığı) ilə Şərqi Frakiyaya sahib olan Türkiyənin özü xaricində Balkan yarımadasının müasir ölkələrindəki bütün ənənəvi türkdilli müsəlman qruplarının ümumiləşdirilmiş adı.Türkiyədən kənarda olan Balkan Türklərinin ümumi sayı 1,5 milyona yaxındır. Bunlar 1878–1912-ci illərdəki müharibələrdən sonra yeni müstəqil dövlətlərin tərkibinə keçmiş keçmiş Osmanlı İmperatorluğunun bölgələrindəki Türk və Türk əhalisinin qalıqlarıdır. Beləliklə, Balkan Türkləri diaspor deyil (məsələn, Almaniyadakı türklər kimi), əksinə, kompakt yaşayış yerlərində köklü mədəni, etnik təsisatlarına və tarixi yaddaşlarına sahib öz yuvaları olan bir Türk irrides qrupudur. Əksəriyyəti xristian dövlətlərin sərhədləri daxilində yaşayan bir əsrdən artıq bir müddətdə Balkan Türklərinin zehniyyəti, dili, mədəniyyəti və ənənələri ciddi dəyişikliklərə məruz qaldı.Ən ahəngdar olan bütün Balkan Türklərinin yarısından çoxunu təşkil edən Bolqarıstandakı olduqca böyük (0,7 milyon) Türk icmasıdır. Yunanistanın kiçik, lakin olduqca kompakt Türk topluluğu (0,1 milyon) olduqca sabit və yaxşı təşkil olunmuşdur. Kosovo, Şimali Makedoniya və Rumıniya türkləri daha çox dağılmışdır, baxmayaraq ki, bəzi yerlərdə kompakt türk icmaları qalır. == Tarixi == Balkan türklərinin etnogenezi gözə çarpan müxtəliflik ilə seçilir. Bu, erkən türk köçlərinin izlərini ehtiva edir (Kumanlar, Kumanlar və başqaları). Sonra, XIV–XV əsrlərdə, əsasən Osmanlı İmperiyası dövründə Osmanlı-Səlcuqlu əhalinin əsasını təşkil edən türkmən genləri olan Kiçik Asiyadan Yuryuk köçərilərinin sıx bir axını oldu.XV–XVIII əsrlərdə Balkan Türkləri, imperatorluqdakı hakim hərbi mövqeyi sayəsində ətrafdakı Balkan xalqlarının nümayəndələrini (Yunanlar, Bolqarlar, Macarlar, Yəhudilər, Qaraçılar və s.) əhatə edirdi.XIX–XX əsrlərdə Rusiya imperiyasının ilhaq etdiyi Şimali Qara dəniz bölgəsindən Balkanlara köçən həm türk (Krım tatarları, tuna tatarları) həm də qeyri-türk mənşəli (çərkəzlər) bir çox müsəlman mühacir oldu.
Balkan vaşaqı
Balkan vaşaqı (lat. Lynx lynx balcanicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinin adi vaşaq növünə aid heyvan yarımnövü. Yoxa çıxma təhlükəsi ilə əlaqədar Qırmızı kitaba daxil edilmişdir. Onlara Şərqi Albaniya və Qərbi Makedoniya ərazilərində müşahidə etmək mümkündür. Üstəlik Kosovo və Monteneqro ərazilərində kiçik bir arela sahibdirlər. Balkan vaşaqları Makedoniyanın milli rəmzi hesab edilir. Vaşaq Makedon dinarının üzərində təsvir edilmişdir. Belə ehtimal edilir ki, Makedoniya ərazisində 35–40 baş Balkan vaşaqı vardır. Onlar əsasən Mavrovo Milli Parkı ərazisində cəmləşmişdir. Balkanların ən iri pişikləri hesab edilir.
Balkan vilayəti
Balkan (türkməncə: Balkan welaýaty) — Türkmənistan Respublikasında I dərəcəli inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Balkanabad şəhəridir.
Balkan yarımadası gölləri
Balkan yarımadası gölləri — Balkanlardakı göllər qismən tektonik və qismən də əhəng daşı aşınmasına bağlı olaraq yaranmışdır. Şimaldakı İşkodra gölü Balkanların ən böyük gölü olmaqla birlikdə Oxrid gölü də Balkanların ən dərin gölüdür. Prespa gölü isə Makedoniya Yunanıstan və Albaniya sərhədləri daxilindədir. Digər bir tərəfdən Balkanların şimal və şimal şərqində Kiçik Alp gölləri də mövcuddur. === Flora və faunası === Oxrid gölü dünyanın ən geniş bioloji müxtəlifliyə sahib göllərindən biri hesab olunur. Göldə vaxtilə böyük bir bataqlıq ərazisi var idi, lakin torpaqların şəhər və kənd təsərrüfatı torpaqlarına çevrilməsi səbəbindən çox hissəsi itirilib. Hazırda qalan bataqlıq Oxrid şəhəri yaxınlığındakı Studenchishte bataqlığıdır. Bataqlıq ərazi müxtəlif bitki və heyvan növləri üçün mühüm yaşayış yeridir. Göl mikroorqanizmlərdən tutmuş iri heyvanlara qədər dünyanın çox sayda endemik heyvan növlərinə ev sahibliyi edir. Beləki planariyalılar, süngərlər, molyuskalar, xərçəngkimilər və süngərlər arasında böyük endemizm müşahidə olunur.
Balkan yarımadasının iqlimi
Balkan yarımadası iqlimi— Balkan yarımadası tarixən dünyada insanın yaşaması üçün ideal iqlim şərtlərinə sahib olan coğrafi məkanlardan biri olmuşdur. Yarımadanın iqlim xüsusiyyətlərinə diqqət yetirəndə ; cənubdan şimala və dəniz sahilindən daxili hissələrə doğru dəyişdiyi görünməkdədir. Cənubda Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Burada qışlar mülayim və yağışlı keçərkən, yaylar isti və quraqdır. Afinada qar nadir hallarda görünür. Şimalda və daxili hissələrə doğru getdikcə iqlim sərtləşir. Dağlıq bölgələrdə sentyabr və oktyabr aylarında yağan qar iyun ayında hələdə yerdə qalır. Yunanıstanda çox vaxt yay fəsli isti, qış fəsli isə mülayim və sərin keçən Aralıq dənizi iqliminin təsiri altındadır. Sahildə və adalarda iqlim daha yumşaq olmasına baxmayaraq, dağlıq ərazilərdə və daxili hissələrdə iqlim daha sərt keçir. Yağışın miqdarı ümumilikdə aşağıdır.
Balkan şamı
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Balkanabad
Balkanabad — Türkmənistan Respublikasında etrap hüquqlu şəhər, Balkan vilayətinin inzibati mərkəzi. Aşqabaddan 600 km aralıda olan şəhərin əhalisi 120 min nəfərdir. Balkanabadın əsası 1933-cü ildə qoyulmuşdur.
Balkanika
Balkanika (serb. Балканика) – 1998-ci ildə Sanya İliç tərəfindən yaradılmış folk musiqi qrupu. Balkanika qrupu "Nova deca" mahnısı ilə Serbiyanı Portuqaliyanın Lissabon şəhərində keçiriləcək 2018 Avroviziya Mahnı Müsabiqəsi təmsil etmişdir.Qrupun rəhbəri Sanya İliçin söylədiyinə görə qrupun əsas məqsədi Serb orta əsrlər və Bizans musiqi ənənələrini qorumaq, canlandırmaq və modernləşdirməkdir.
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə — 1944-1957-ci illər arası sürgün edilmiş balkar xalqına həsr olunmuş abidə. Memorial abidənin açılışı 8 mart 2002-ci ildə Kabardino-Balkariya respublikasının Nalçik şəhərində Kanukoyeva küçəsində baş tutub. Abidənin ətrafında hər il matəm mitinqləri keçirilir. == Haqqında == Abidənin qoyulması ilə bağlı qərar 8 mart 1989-cu ildə balkar xalqının deportasiyasının 45-ci ildönümü münasibətilə qəbul olunub. Məhz bu tarixdə "Balkar xalqının soyqırım qurbanlarına" yazılmış simvolik daş gələcəkdə abidənin tikiləcəyi özülə qoyulmuşdur.Abidənin mmemarlıq xüsusiyyətləri orta asiya məqbərə tərzindədir. Abidənin divarında balkar xalqının sürgün edildiyi tarix - 8 mart 1944-cü il - 28 mart 1957-ci il qeyd olunub. Memorialın ekspozisiyasına yüzlərlə toplanmış sənədlər, şəxsi əşyalar daxildir. Ekspozisiya 2 mərtəbədə yerləşir eləcə də burada, müvəqqəti ekspozisiyalar üçün sərgi zalı, akt zalı, arxiv və işçi bölmələri mövcuddur.
Balkariya
Balkariya - Balkarların Mərkəzi Qafqaz dağları və vadilərində yaşadığı tarixi əyaələt və müasir dövrdə Rusiya Federasiyasının tərkibində olan Kabardin-Balkar Muxtar Respublikasının cənubi və qərbi hissələrini əhatə edən ərazidir. Şimali Qafqazın Terek çayının mənsəbinə aid olan Baksan, Malka, Çexem və Çerek çayları Balkariyadan keçir. Şimali Qafqazın bütün beşminlikləri (yüksəkliyi 5000 metrdən yüksək olan zirvələr) Balkariyada yerləşir. Bunlar sırası ilə Elbrus (balkarlar bu dağa Mingi-Tau deyirlər), Dıx-tau, Koşan-tau, Cəngi-tau və digər zirvələrdir. Qafqazın ən böyük buzlaqları Azau, Teraskol, İtkolŞ Çeget və 12 kilometr uzunluğunda olan Bezengi divarı (Qafqaz silsiləsinin ən yüksək hissəsi) də Balkariyada yerləşir. == Xarici keçidlər == Balkariya. Tarixi məqalə. Balkariya və Kabarda arasında olan torpaq mübahisələrinin tarixinə dair məqalə Arxivləşdirilib 2008-06-28 at the Wayback Machine Tarix.
Balkarlar
Balkarlar (Alanlar) — Şimali Qafqazda yaşayan və qumuqlar, qaraçaylılar ilə birlikdə türk xalqları ailəsinin qıpçaq qoluna aid xalq. Özlərini malkarlar adlandırılar. Balkarlar xüsusi ilə qaraçaylılara çox yaxındırlar. Bəzi araşdırıcılar qaraçaylılarla balkarları eyni xalq hesab edirlər. Belə ki yaylaq-qışlaq maldarlığı ilə məşğul olan bu xalqın bir hissəsi Şimali Qafqazın düzənliyində (qışlaqda) daim məskunlaşaraq qaraçay, dağlarda (yaylaqda) qalanlar isə balkar və yaxud malkar adlanmağa başlayıb. Bununla əlaqədar olaraq balkarlar özlərini davlular (dağlılar) da adlandırırlar. Dindarları müsəlman sünnülərdir. Kabarda-Balkar respublikasında ikinci böyük yerli xalqdırlar. Ümumi sayları 170 mindir. Əsas hissəsi, təxminən 110 mini, tarixi vətənləri olan Kabarda-Balkarda yaşayır.
Balkarların dirçəliş günü
Balkarların dirçəliş günü — Kabardino-Balkariyada rəsmi bayram kimi qeyd edilən və hər ilin 28 mart tarixində qeyd olunan bayram. 9 yanvar 1957-ci ildə balkarlar 13 illik sürgün həyatından sonra öz doğma vətənlərinə qayıtmaq hüququ əldə ediblər. Və bu hüququn əldə edildiyi gün 1994-cü ildən etibarən bayram kimi qeyd edilir. == Bayramın yaranma tarixçəsi == Bayram 1957-ci ildə balkarların milli muxtariyyəti olan Kabardino-Balkariya MSSR-nın yenidən bərpa edilməsi tarixində qeyd olunur. Bu tarixdə həm də onlar 14 illik sürgündən sonra öz doğma vətənlərinə qayıtma hüququnu əldə ediblər. Dövlətin bu hadisələrlə bağlı verdiyi qərarlar: 28 aprel 1956-cı il - SSRİ Ali Sovetinin bürosu tərəfindən İkinci Dünya Müharibəsi dövründə sürgün edilmiş Krım tatarları, balkarlar, SSRİ vətəndaşı olan türklər, kürdlər, hemşinlilər və onların ailələrinin üzərində olan məhdudiyyətlərin götürülməsi haqqında göstəriş verilir. 9 yanvar 1957-ci il - SSRİ Ali Sovetinin bürosu tərəfindən Kabardin MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında göstəriş verilir. 28 mart 1957-ci il - Kabardino-Balkariya MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında Kabardin MSSR-nın Ali Sovetinin qərarı verilib. 25 mart 1994-cü il - 25 mart 1994-cü ildə Kabardino-Balkariya MSSR-nın göstərişi ilə "Balkarların dirçəliş günü" qeyd edilməyə başlayıb. == Qeyd olunması == Adətə görə balkarların dirçəliş günündə Kabardino-Balkariyanın bir çox şəhər və kəndlərində mədəni və idman tədbirləri keçirilir.
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Balkon (tablo)
Balkon (fr. Le Balcon) — Eduard Mane tərəfindən 1868–1869-cu illərdə çəkilmiş rəsm əsəri.
Balkrişna Sama
Bala Krişna Sama (nep. बालकृष्ण सम; 8 Fevral 1903 - 20 İyun 1981) Nepallı dramaturq idi. O həmçinin də Nepalın Şekspiri idi. Nepal dilində, o “Natya Siromani” kimi tanınır. Dramaturq kimi ("natak-kar") o Nepalın böyük ədəbiyyatşünası idi. Onun Nepal ədəbiyatına olan qatqısı heçvaxt unudula bilməz. O General Samar Şumşer Jung Bahadur Rana və Kirtirajyalaksmi Rananın oğlu idi. == Həyatı == 1921-ci ildə Mandakini ilə evləndi. Sama, 1972-ci ildə Nepal Rajakiya Pragya Prathistan'dan Tribhuwan Puraskar ilə mükafatlandırıldı. Həmin il Tribhuvan Universitetindən Bishesh Upadhi, 1978-ci ildə Pragya Pratisthan'tan Prithvi Pragya Puraskar'ı qəbul etdi.

"balk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#balk nədir? #balk sözünün mənası #balk nə deməkdir? #balk sözünün izahı #balk sözünün yazılışı #balk necə yazılır? #balk sözünün düzgün yazılışı #balk leksik mənası #balk sözünün sinonimi #balk sözünün yaxın mənalı sözlər #balk sözünün əks mənası #balk sözünün etimologiyası #balk sözünün orfoqrafiyası #balk rusca #balk inglisça #balk fransızca #balk sözünün istifadəsi #sözlük