Baltazar sözü azərbaycan dilində

Baltazar

Yazılış

  • Baltazar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baltazar
Baltazar Alpbiy, Alpbəy (?-390) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Əsl adı Alp bəydir. Balamirin oğludur. Balamirdən sonra 378-ci ildə Alpbiy, Hun imperatoru olmuşdur. 378-ci ildə hunlar, Dunay çayını keçmişlər və Trakyaya qədər irəliləmişdilər. Hunlar, Trakyaya qədər irəliləmələrinə rəğmən Roma imperatorluğundan bir dirəniş görməmişdilər. Hunların basqısı altındaki barbar tayfalar, Roma imperatorluğunu zorlamağa başlamışdılar. Roma imperatoru I Thəodosiusun 17 dekabr 395-ci il tarixində ölməsi üzərinə hunlar təkrar hərəkətə keçmişdilər.
Baltazar Bekker
Baltazar Bekker (ing. Balthasar Bekker; 20 mart 1634[…] – 11 iyun 1698, Amsterdam, Hollandiya qraflığı) — Hollandiyanın naziri və fəlsəfi və teoloji əsərlərin müəllifi idi. Xurafatla mübarizə apararaq, o, erkən müasir Avropada cadugərliyin təqibinin sonunda əsas fiqur idi. Ən məşhur əsəri De Betoverde Vereld (1691) və ya The Enchanted World (1695). == Həyatı == Becker Metslawierdə (Dongeradeel) Bielefelddən olan bir Alman pastorunun ailəsində anadan olub. O, Qroningendə Jacob Althing və Franekerlə birlikdə təhsil almışdır. Yerli Latın məktəbinin rektoru olduqdan sonra o, 1657-ci ildə Osterlittendə (Littenseradiel) keşiş təyin edildi və bazar günü günortadan sonra təbliğ edən ilklərdən biri oldu. 1679-cu ildən Frieslanddan qovulduqdan sonra Amsterdamda işləyir. 1683-cü ildə İngiltərə və Fransaya səfər etdi. İki ay ərzində Bekker London, Kembric, Oksford, Paris və Levenə səfər edərək istehkam sənətinə böyük maraq göstərdi.
Baltazar Monkornet
Baltazar Monkornet (1600[…], Brüssel – 11 avqust 1668, Paris) — fransız qravürçü və tapisyer. == Həyatı və yaradıcılığı == 1600-cü ildə Ruanda doğulmuş və 1668-ci ildə Parisdə vəfat etmişdir.
Baltazar Qrasian
Baltazar Qrasian (isp. Baltasar Gracián y Morales; 8 yanvar 1601[…] – 6 dekabr 1658[…]) — İspaniya yazıçısı, filosofu. == Həyatı == İspaniyada barokkonun ən böyük nasirlərindən və nəzəriyyəçilərindən biri Baltasar Qrasian olmuşdur. O, 1601-ci ildə Belmontda həkim ailəsində doğulmuşdur. Uşaqlığı yoxsulluq içində keçmişdir. Qohumlarının köməyilə yezuit kollecində oxumuş, fəlsəfə və qrammatikanı öyrənmiş, Saraqossa universitetində isə ilahiyyat elmləri ilə tanış olmuşdur. 1627-ci ildə Kallatude şəhər kollecinə qayıdıb orada qrammatika və ritorika üzrə müəllim işləyir. 1636-cı ildə Ueska şəhərinə dəyişilən Qrasian burada ədəbiyyat və incəsənət həvəskarları mühitinə düşür, yazıçı kimi formalaşır. Zadəgan don Vinsensio Xuan da Lastanossanın ədəbi məclisləri, zəngin kitabxanası onun dünyəvi meyllərini gücləndirir. Yezuit ordeninin rəhbərliyi onun dünyəvi meyllərini, ədəbi fəaliyyətini xoşlamırlar.
Baltazar Karlos (Asturiya şahzadəsi)
İnfant Baltazar Karlos (isp. Infante Baltasar Carlos) (17 oktyabr 1629, Madrid – 9 oktyabr 1646, Saraqosa) – İspaniya kralı IV Filippin ilk oğlu və ölümünədək İspaniya taxt-tacının (Kastiliya və Leon, Araqon, Siciliya və Navarra krallıqları da daxil olmaqla) varisi, İspan infantı. Atasının apardığı diplomatik danışıqların nəticəsi olaraq İngiltərə kralı I Karl və xalası Henretta Mariyanın qızı Mariya Stüartla evlənməsi təklif edilsə də, dini məzhəb fərqlilikləri səbəbilə bu evlilik təklifi qəbul edilmədi. Nəhayət, 1646-cı ildə Müqəddəs Roma imperatoru III Ferdinand və bibisi Mariya Annanın qızı Marianna ilə nişanlandı. Ancaq nişandan bir neçə ay sonra Karlos tutulduğu çiçək xəstəliyi səbəbilə 16 yaşında vəfat etdi. Qurulan diplomatik əlaqələrin qorunması və varissiz qalan atasının istəyilə 14 yaşlı nişanlısı bir neçə il sonra atası IV Filiplə evləndi. == Mənbə == Diego Velázquez (3 January 2016). Complete Works of Diego Velázquez (Delphi Classics). Delphi Classics. p.
Baltazar Kastilyonenin portreti (Rafael)
Baltazar Kastilyonenin portreti — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1514–1515-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Parisin Luvr muzeyində saxlanılmaqdadır.
Uğurlar, Baltazar (film, 1966)
Uğurlar, Baltazar (fr. Au hasard Balthazar) — Robert Bresson tərəfindən çəkilmiş, 1966-cı ildə işıq üzü görən fransız filmidir. Anne Vyazemskinin ilk aktyorluq işidir. Filmin premyerası 1966-cı ildə Venesiya Film Festivalında baş tutub. == Süjeti == Film “Qızıl eşşək” əsərinin süjetini yenidən təsvir edərək, ilk sahiblərinin — uşaqların Baltazar adlandırdığı uzunqulağın taleyindən bəhs edir. Film boyu uzunqulaq əldən-ələ keçərək sahiblərini dəyişir və hər kəs ona fərqli davranır - kimsə daha çox mehribanlıq (Anne Viazemskinin oynadığı Mari kimi), kimsə daha çox qəddarlıq göstərir. Baltazar və Mari tez-tez eyni insanlardan əziyyət çəkirlər. Heyvan taleyin bütün döngələrini həlimliklə, bir növ nəcib stoisizmlə qəbul edir. Süjet inkişaf etdikcə film bir ayəyə çevrilir və eşşək getdikcə daha çox müqəddəs görünür, Məsihin ardınca dünyanın əzablarını öz üzərinə götürən çoxsaylı Bresson fiqurlarına yaxınlaşır və hətta bu saleh insanları həlimlik və təvazökarlıqda üstələyir. Baltazarın ölümü "İvan İliçin ölümü" əsərinin ruhunda onun mənəvi çevrilməsi kimi göstərilir.
Amblyseiulella baltazarae
Amblyseiulella baltazarae (lat. Amblyseiulella baltazarae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiulella cinsinə aid heyvan növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2004 ••••••••••• 0.34
2007 •••••••••••••••••••• 0.63
2009 •••••• 0.16
2012 ••••••••••• 0.34
2013 ••••• 0.15

Oxşar sözlər

#baltazar nədir? #baltazar sözünün mənası #baltazar nə deməkdir? #baltazar sözünün izahı #baltazar sözünün yazılışı #baltazar necə yazılır? #baltazar sözünün düzgün yazılışı #baltazar leksik mənası #baltazar sözünün sinonimi #baltazar sözünün yaxın mənalı sözlər #baltazar sözünün əks mənası #baltazar sözünün etimologiyası #baltazar sözünün orfoqrafiyası #baltazar rusca #baltazar inglisça #baltazar fransızca #baltazar sözünün istifadəsi #sözlük