bamiyə sözü azərbaycan dilində

bamiyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bamiyə • 86.3636%
  • Bamiyə • 9.0909%
  • BAMİYƏ • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bamiyə
Bamiyə (bitki)
Bamiyə (bitki)
Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır. Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali Amerika və Cənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir. == Etimologiyası == Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır.
Bamiyə (şirniyyat)
Tulumba və ya bamiyə (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyədə və Balkan ölkələrində aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu — 527q, şəkər tozu — 235q, yumurta — 1 əd., bitki yağı — 120q, çay sodası — 0,5q, duz — 5q. == Hazırlanma qaydası == Una çay sodası və qanar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2016 •••••••••••••••••••• 0.17

bamiyə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. bot. Meyvəsi konus şəklində olan və xörəyə işlədilən birillik lifli bitki. 2. Bu bitkinin meyvəsi. 3. Un, yağ, şəkər və s.-dən hazırlanan bamiyə şəklində şirni.

    Azərbaycan dilinin izahlı lüğəti / bamiyə

bamiyə sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BAMİYƏ I is. [ fars. ] bot. Meyvəsi konus şəklində olan və xörəyə işlədilən birillik lifli bitki. Doğra daha bamiyəni bozbaşa; Sonra toyuq köksü ilə get aşa; Qəlyanı çək, qəhvəni iç, çox yaşa! (A.Səhhət). BAMİYƏ II is. [ fars. ] Un, yağ, şəkər və s.-dən hazırlanan bamiyə şəklində şirni.

    Azərbaycan dilinin omonimlər lüğəti / bamiyə

bamiyə sözünün rus dilinə tərcüməsi

bamiyə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cənubi Azərbaycan) bibərə bənzər bitki adı. – Gedə, o bamiyələrə bir az su ver

Azərbaycan dilinin dialektoloji lüğəti.

"bamiyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bamiyə nədir? #bamiyə sözünün mənası #bamiyə nə deməkdir? #bamiyə sözünün izahı #bamiyə sözünün yazılışı #bamiyə necə yazılır? #bamiyə sözünün düzgün yazılışı #bamiyə leksik mənası #bamiyə sözünün sinonimi #bamiyə sözünün yaxın mənalı sözlər #bamiyə sözünün əks mənası #bamiyə sözünün etimologiyası #bamiyə sözünün orfoqrafiyası #bamiyə rusca #bamiyə inglisça #bamiyə fransızca #bamiyə sözünün istifadəsi #sözlük