Bammat sözü azərbaycan dilində

Bammat

Yazılış

  • Bammat • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heydər Bammatov
Bammatov Heydər Nəcməddin oğlu (1 (13) noyabr 1889, Kafır-Kumuq[d], Temirxan-Şura dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 31 mart 1965, Paris, Fransa) — Şimali Qafqaz ictimai-siyasi hərəkatının liderlərindən biri, liberal-demokrat. == Həyatı == Fevral inqilabından (1917) sonra Dağıstan əhalisinin Temirxan-Şurada seçdiyi (1917, 9 mart) Müvəqqəti Vilayət İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1917-ci il sentyabrın 1-dəTemirxan-Şurada təşkil edilən Dağıstan Milli Müsəlman Komitəsinin tərkibinə daxil idi. Ümumrusiya Müəssislər məclisinə, III Ümumdağıstan qurultayında (1918, yanvar) Dağıstan İcraiyyə Komitəsinə üzv seçilmişdi. Müvəqqəti Dağlılar hökumətinin üzvü, Cənubi Qafqaz birliyi ilə danışıqlar aparmaq üçün Tiflisə göndərilən nümayəndə heyətinin sədri olmuşdur. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müsəlman fraksiyası ilə Şimali Qafqaz nümayəndə heyətinin birgə iclasında Azərbaycanla Şimali Qafqaz arasında münasibətləri tənzimləmək üçün yaradılan xüsusi komissiyanın dağlılar tərəfindən üzvlərindən biri də Bammat idi. Trabzon konfransında qeyri-rəsmi iştirak etmiş, Ə. M. Çermoyevlə birlikdə 1918-ci il mayın 11-də Qafqaz Dağlılar İttifaqı dövlətinin müstəqilliyini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Şimali Qafqaz nümayəndə heyəti Batum konfransında (1918) rəsmən iştirak etmiş, Bammat burada Almaniyanın Türkiyədəki səfiri Bensdorf, Batum konfransında alman diplomatik heyətinin rəhbəri fon Lossov, Türkiyə və Cənubi Qafqaz dövlətlərinin nümayəndələri ilə Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlar aparmışdır. 1918 il iyunun 8-də Şimali Qafqaz Respublikası Osmanlı dövləti ilə dostluq haqqında müqavilə imzalamış və ondan hərbi yardım təminatı almışdı. Bammat xarici işlər naziri kimi Avropaya getmiş, 1918 ilin dekabrında təşkil edilən yeni hökumətin tərkibində də xarici işlər naziri təyin olunmuşdu.

Oxşar sözlər

#bammat nədir? #bammat sözünün mənası #bammat nə deməkdir? #bammat sözünün izahı #bammat sözünün yazılışı #bammat necə yazılır? #bammat sözünün düzgün yazılışı #bammat leksik mənası #bammat sözünün sinonimi #bammat sözünün yaxın mənalı sözlər #bammat sözünün əks mənası #bammat sözünün etimologiyası #bammat sözünün orfoqrafiyası #bammat rusca #bammat inglisça #bammat fransızca #bammat sözünün istifadəsi #sözlük