Yapon bananı
Yapon bananı, Basio bananı və ya lifli banan (lat. Senecio ladakhensis) — banankimilər fəsiləsinin banan cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Vətəni Çindir.
== Botaniki təsviri ==
Yapon bananının güclü kökümsovu vardır və burada su, qida maddələrinin ehtiyatı saxlanılır.Əsl gövdəsi torpağın üzərindən 5 sm çox olmayaraq qalxır."Gövdə" hesab edilən hissə yarpaqların bir-birinə möhkəm keçmiş saplaqlarıdır. Onların az miqdarda qara xalları vardır və nazik mum qatı ilə örtülmüşdür.Yalançı gövdənin hündürlüyü 2,5 m-ə çatır, yaşıl və ya sarı-yaşıl rəngli olur, əsasən solmuş yarpaqların bünövrələri ilə örtülmüşdür.Yarpaq aylarının uzunluğu 1,5 m, eni 55-60 sm-dir, yuxarı hissəsi yaşıl, alt tərəfi açıq rənglidir.Sentyabrda çiçəkləyir.Çiçək qrupu yalançı gövdənin mərkəzindən çıxır, ucunda erkək çiçəkləri, mərkəzində ikicinsli və bünövrəsində dişi çiçəkləri vardır. Arılarla tozlanır.Meyvələrin uzunluğu 25 sm-dək olur, yaşıl rəngli meyvələri yeməli deyil.Vegetativ üsulla-kökümsovun hissələri və kök zoğları ilə çoxaldılır.
== Ekologiyası ==
Bu bitki nəmişli, günəşli, küləkdən qorunan yerlərdə bitir.Qışda gövdəsi quru yarpaqlarla örtülür, bitkinin yuxarı hissəsi isə yarpaqlarla birgə məhv olur.
== Azərbaycanda yayılması ==
Abşeronda, Lənkəranda, Astarada həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.
== İstifadəsi ==
Qida əhəmiyyətlidir. Vətənində keyfiyyətinə görə lif alınır.Bu lifdən paltar tikilməsində, kitab cildini çəkməkdə və s.istifadə edilir.