bankomat sözü azərbaycan dilində

bankomat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bankomat • 97.2870%
  • Bankomat • 2.7130%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bankomat
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.

bankomat sözünün leksik mənası və izahı

  • 1 Plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir

    Terminlər lüğəti / bankomat
  • 2 is. tex. Limit çərçivəsində kredit kart sahibinə nağd pullar verən avtomat aparat.

    Yeni sözlər və yeni mənalar lüğəti / bankomat

bankomat sözünün rus dilinə tərcüməsi

"bankomat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bankomat nədir? #bankomat sözünün mənası #bankomat nə deməkdir? #bankomat sözünün izahı #bankomat sözünün yazılışı #bankomat necə yazılır? #bankomat sözünün düzgün yazılışı #bankomat leksik mənası #bankomat sözünün sinonimi #bankomat sözünün yaxın mənalı sözlər #bankomat sözünün əks mənası #bankomat sözünün etimologiyası #bankomat sözünün orfoqrafiyası #bankomat rusca #bankomat inglisça #bankomat fransızca #bankomat sözünün istifadəsi #sözlük