Bankın sözü azərbaycan dilində

Bankın

Yazılış

  • Bankın • 53.9084%
  • bankın • 46.0844%
  • BANKIN • 0.0072%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bankın əlaqəli şəxsləri
Mərkəzi Bankın müstəqilliyi
Mərkəzi Bankın müstəqilliyi (ing. central bank independence) — iqtisadi ədəbiyyatda mərkəzi bankın pul siyasətinin həyata keçirilməsində birbaşa siyasi və ya hökumət təsirindən azad olma dərəcəsini təsvir edən institusional xarakteristikası. İqtisadi ədəbiyyatda mərkəzi bankın müstəqilliyinin vahid tərifi yoxdur. Mərkəzi bankın pul siyasəti alətlərini müstəqil şəkildə tətbiq etmək qabiliyyəti kimi müəyyən edilir. Hökumətin mərkəzi bankın pul siyasətinə təsirini məhdudlaşdıran qaydaların xarakterik xüsusiyyəti kimi. Hökumətin məhdud təsir göstərə biləcəyi seçilməmiş məmurlara pul siyasəti üçün səlahiyyət və məsuliyyətin verilməsi kimi. İqtisadçı Vittorio Qrilli (2012–13-cü illərdə İtaliyanın İqtisadiyyat Naziri) həmmüəlliflərlə birlikdə 1991-ci ildə mərkəzi bankın siyasi müstəqilliyi (ing. political independence) və onun iqtisadi müstəqilliyi (ing. economic independence) konsepsiyalarını təklif etmişdir. Onlar öz orijinal işlərində siyasi müstəqilliyi mərkəzi bankın inflyasiya və ya iqtisadi fəallıq səviyyəsi kimi pul siyasətinin son məqsədini seçmək qabiliyyəti kimi müəyyən edirlər.
Mərkəzi bankın faiz dərəcəsi
Mərkəzi bankın faiz dərəcəsi (ing. bank rate) — ölkənin mərkəzi bankının kommersiya banklarına verdiyi faiz dərəcəsidir.
Dövlət bankının binası (Rostov-na-Donu)
Dövlət bankının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sokolov prospekti, ev 22a ünvanında yerləşən bina. Bina Marian Marianoviç Peretyatkoviçin layihəsi əsaaında 1913–15-ci illər ərzində inşa edilmişdir. İlk əvvəllər binada Rusiya imperiyasının dövlət bankı yerləşir. Hazırda isə binada Sentrbankın filialı yerləşir. Bina neoklassizm stilində inşa edilmişdir. Dövlət bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == XX əsrin əvvəllərində Dövlət bankının binaası Bolşoy Sadovnaya küçəsi, Srednı prospektində yerləşirdi. Bir müddət banka artıq bu bina dar gəlirdi. Bu səbəbdən onlar bina kirayələməyə məcbur qalmışdılar. Bundan sonra bank məsulları yeni binanın inşasını qərara alır.
Osmanlı Bankına hücum
Osmanlı Bakına hücum (ing. Ottoman Bank Takeover, erm. Բանկ Օտոմանի գրավում) 1896-cı ildə Daşnaksütun tərəfindən təşkil edilmiş, silahlı hücum. Hücum 26 avqust 1896-cı ildə saat 13:00 da baş vermişdir. Hücumun məqsədi, Avropa ölkələrinin və Rusiyanın diqqətini Osmanlı imperiyasında baş verən daxili qarşıdurmalara yönəltmək olmuşdur. Silahlı hücumu məşhur erməni terrorçusu Armen Qaro təşkil etmişdir. Armen Qaro bununla, maliyyə baxımdan yaxşı vəziyyətdə olan Osmanlı imperiyasını daxildən sarıtmaq istəyirdi. Silahlı hücumda Armen Qarodan başqa daha 25 terrorçu iştirak etmişdir. Əl bombaları, dinamit və tapançalarla silahlanan terrorçulardan 9 nəfəri, bankın mühafizə xidmətinin işçiləri tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında, hadisələrin təşkil edilməsində, böyük rolu olan Papken Siunidə vardı.
Osmanlı Bankına hücum (1896)
Osmanlı Bakına hücum (ing. Ottoman Bank Takeover, erm. Բանկ Օտոմանի գրավում) 1896-cı ildə Daşnaksütun tərəfindən təşkil edilmiş, silahlı hücum. Hücum 26 avqust 1896-cı ildə saat 13:00 da baş vermişdir. Hücumun məqsədi, Avropa ölkələrinin və Rusiyanın diqqətini Osmanlı imperiyasında baş verən daxili qarşıdurmalara yönəltmək olmuşdur. Silahlı hücumu məşhur erməni terrorçusu Armen Qaro təşkil etmişdir. Armen Qaro bununla, maliyyə baxımdan yaxşı vəziyyətdə olan Osmanlı imperiyasını daxildən sarıtmaq istəyirdi. Silahlı hücumda Armen Qarodan başqa daha 25 terrorçu iştirak etmişdir. Əl bombaları, dinamit və tapançalarla silahlanan terrorçulardan 9 nəfəri, bankın mühafizə xidmətinin işçiləri tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında, hadisələrin təşkil edilməsində, böyük rolu olan Papken Siunidə vardı.
Peterburq Şimal bankının binası
Peterburq Şimal bankının binası — 1903-1905-ci illərdə H.Z.Tağıyev küçəsində tikilmiş Peterburq Şimal bankının Bakı bölməsinin və sonradan Rusiya - Asiya bankının binası. XIX əsrdə Bakıda baş vermiş neft bumundan sonra şəhərdə bir çox bankların filialları və yeni banklar açılır. İlk açılan banklardan biri də Peterburq Şimal bankının filialı olub. 1903-1905-ci illərdə Peterburq Şimal bankının filialı üçün Qorçakovskaya 3 ünvanında tikilən binanın memarı məlum deyil. Binada hazırda Azərbaycan Beynəlxalq Bankının Mərkəz filialı yerləşir.
Rusiya Dövlət Bankının Bakı şöbəsi
Rusiya Dövlət Bankının Bakı şöbəsi — Rusiya Dövlət Bankının yerli qurumlarından biri. 1875-ci il iyulun 6-dan fəaliyyətə başlamışdı. Bankın sərəncamında xəzinədarlıq və kredit idarələri vardı. Rusiyada Fevral inqilabından (1917) sonrakı hərc-mərclik dövründə bank əməliyyatları dayandırılmışdı. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Cümhuriyyət Hökumətinin əsas vəzifələrindon biri bankın fəaliyyətinin bərpası oldu. Bu sahədə hökumətin ilk tədbiri bankın uçot əməliyyatlarının yenidən başlanması haqqında 1918-ci il 23 iyun tarixli qərarı idi. 1918-ci il dekabrın 24-də neft sənayesi müəssisələrinə borc vermək üçün maliyyə nazirliyinə 2 milyon rubl məbləğində kredit açılması barədə qərar qəbul edildi. Həmin borc veksellərlə (borc sənədi) təmin olunmalı, Dövlət bankının uçot (hesabaalma) komitəsi borc verilən sahibkarların borc-ödəmə qabiliyyətini aydınlaşdırmalı idi. 1919-cu il martın 17-də fəhlələrə əmək haqqı verməkdən ötrü neft sənayeçilərinə maliyyə yardımı ayrılmışdı. Maliyyə yardımının verilməsi əməliyyatını Bankın Bakı şöbəsi aparırdı.
Tiflis Kommersiya bankının binası
Tiflis Kommersiya bankının binası — Bakının Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən bina. Binada Tiflis Kommersiya Bankının Bakı filialı yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına əlavə edilmişdir. Tiflis Kommersiya bankının Bakı filialı 1886-cı ildə açıldı və yalnız 1905-ci ildə Tərlan Əliyarbəyov (o zamankı Milyutinskaya küçəsi) və Əbdülkərim Əlizadə (o zamankı Baryatinskaya küçəsi) küçələrinin kəsişməsində yerləşən öz binasına köçdü.
Voljsk-Kama bankının binası
Voljsk-Kama bankının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 55 ünvanında yerləşən bina. Bina Aleksadr Nikolayeviç Beketovun layihəsi əsaaında 1906–15-ci illər ərzində inşa edilmişdir. Binada sovet dönəmində pionerlər evi yerləşirdi. Bina modern stilində inşa edilmişdir. Voljsk-Kama bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Voljsk-Kama bankı XIX əsrin sonları Rusiya ərazisinə ən güçlü banklarından idi. Bank 1892-ci ildə Rostovda özünə filial açır. İlk əvvəllər bank özünə bina kirayələyir. 1897-ci ilə qədər bankın filialı Yaşenkonun gəlirli binasında yerləşirdi. Sonradan Qenç-Olquev binasına köçürülür.
Yaponiya Bankının Valyuta Muzeyi
Yaponiya Bankının Valyuta Muzeyi (貨幣博物館, Kahey Hakubutsukan) – Yaponiyanın Tokio şəhərində, Yaponiya bankının qabağında yerləşən muzey. Muzey Yaponiya tarixində istifadə olunmuş sikkə və əsginaslara həsr olunmuşdur. Yaponiya Bankının Valyuta Muzeyi 1985-ci ildə Yaponiya bankının 100 illiyi münasibətilə açılmışdır. Muzeyin məqsədi Yaponiya pullarını toplamaq, mühafizə etmək və nümayiş etdirməkdir. Muzey sərgisinin əsasının Senpeykan kolleksiyası təşkil edir. Bu kolleksiya XIX–XX əsrlərdə yaşamış numizmatik Tanaka Keybuna məxsusdur. O, Yaponiya və Çində istifadə olunmuş tarixi valyutaları toplamışdır. Kolleksiya Senpeykan muzeyində saxlanılmış olsa da, 1944-cü ildə Yaponiya bankına bağışlanılmışdır. Muzeydə Yaponiyanın ilk sikkələri olan fuhonsen sikkələrinin replikaları, Min sülaləsi dövrünə aid Çin sikkələri, vadokayçin sikkələri, qızıl külçələr, oban adlı qızıl sikkələr, Yaponiya bankı tərəfindən tədavülə buraxılmış ilk əsginas sərgilənir. Miyazaki prefekturasında kəşf edilmiş və kim tərəfindən basdırıldığı naməlum olan 7700 Çin sikkəsi muzeyin 60 santimetr hündürlüyündəki gil qabında saxlanılır.

"bankın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bankın nədir? #bankın sözünün mənası #bankın nə deməkdir? #bankın sözünün izahı #bankın sözünün yazılışı #bankın necə yazılır? #bankın sözünün düzgün yazılışı #bankın leksik mənası #bankın sözünün sinonimi #bankın sözünün yaxın mənalı sözlər #bankın sözünün əks mənası #bankın sözünün etimologiyası #bankın sözünün orfoqrafiyası #bankın rusca #bankın inglisça #bankın fransızca #bankın sözünün istifadəsi #sözlük