barionlar sözü azərbaycan dilində

barionlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • barionlar • 66.6667%
  • Barionlar • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Barionların siyahısı
Barion — bir kvark və bir antikvarkdan ibarət kompozit zərrəciklər olan mezonlardan fərqli olaraq üç kvarkdan ibarət kompozit zərrəcik. Barionlar və mezonlar yalnız kvarklardan və ya həm kvarkdan və antikvarklardan ibarət zərrəcikər olan hadronlardır. Barion termini yunanca "ağır" mənasını verən "βαρύς" (barys) sözündən götürülmüşdür, çünki onların adlandırıldığı zaman hesab olunurdu ki, barionlar maddə kimi təsnif edilən digər zərrəciklərdən daha böyük kütlələrə malik olmaqla xarakterizə olunur. Bir neçə il əvvələ qədər bəzi təcrübələrin pentakvarkların — dörd kvark və bir antikvarkdan ibarət barionların mövcudluğunu göstərdiyi hesab edilirdi. Bütövlükdə zərrəciklər fizikası icması onların mövcudluğunu 2006-cı ilə qədər mümkün hesab etmirdi. 2015-ci ilin 13 iyulunda "CERN"də LHCb əməkdaşlığı alt Lambda barionlarının (Λ0b) parçalanmasında pentakvark vəziyyətlərinə uyğun nəticələr əldə etdiyini bildirdi.Barionlar kvarklardan ibarət olduğundan güclü qarşılıqlı təsirdə iştirak edirlər. Leptonlar isə kvarklardan ibarət deyillər və buna görə də güclü qarşılıqlı təsirdə iştirak etmirlər. Ən çox məlum olan barionlar kainatdakı görünən maddənin kütləsinin çox hissəsini təşkil edən proton və neytronlardır, atomların digər əsas komponenti olan elektronlar isə leptonlardır. Hər bir barionun antibarion olaraq bilinən müvafiq antizərrəcikləri vardır, antibarionlarda kvarklar müvafiq antikvarkları ilə əvəz olunmuşdur. Məsələn, bir proton iki yuxarı kvark və bir aşağı kvarkdan, ona uyğun antizərrəcik olan antiproton isə iki yuxarı antikvark və bir aşağı antikvarkdan ibarətdir.

Oxşar sözlər

#barionlar nədir? #barionlar sözünün mənası #barionlar nə deməkdir? #barionlar sözünün izahı #barionlar sözünün yazılışı #barionlar necə yazılır? #barionlar sözünün düzgün yazılışı #barionlar leksik mənası #barionlar sözünün sinonimi #barionlar sözünün yaxın mənalı sözlər #barionlar sözünün əks mənası #barionlar sözünün etimologiyası #barionlar sözünün orfoqrafiyası #barionlar rusca #barionlar inglisça #barionlar fransızca #barionlar sözünün istifadəsi #sözlük