* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [yun.] Hava təzyiqini ölçmək, onun dəyişəcəyini qabaqcadan bilmək və dəniz səthinə nisbətən yerin səviyyəsini müəyyən etmək üçün cihaz. Ruzgarın pişəzvəqt dəyişilməsini bilməkdən ötrü bir alət ixtira ediblər ki, adına mizanülhava (barometr) deyirlər. H.Zərdabi. Qüdrət yan divardan asılmış barometrə tez-tez baxırdı. M.Hüseyn. // məc. Bir şeyin meyarı, göstəricisi mənasında.
Azərbaycan dilinin izahlı lüğəti / barometr1 BAROMETR, MİZANÜLHƏVA (arx.) Ruzgarın pişəzvəqt dəyişilməsini bilməkdən ötrü bir alət ixtira ediblər ki, adına mizanülhəva (barometr) deyirlər (H.Zərdabi); HAVAÖLÇƏN [Molla:] Bir hökmdarın ki, münəccimi naxırçı oldu, havaölçəni də qatırın quyruğu, elə belə sənin kimi cumculuq olar da... (M.N.lət.).
Azərbaycan dilinin sinonimlər lüğəti / barometr1 I сущ. барометр (прибор для измерения атмосферного давления). Civə barometri ртутный барометр II прил. барометрический. Barometrlə ölçmə барометрические измерения, barometr qradiyenti барометрический градиент
Azərbaycanca-rusca lüğət / barometr