Barrikadalar zamanı
Barrikadalar zamanı (lat. Barikāžu laiks) və ya sadəcə Barrikadalar (lat. Barikādes) 1991-ci ilin yanvar ayında əsasən Riqa şəhərində baş tutan 1990-cı ilin mayında Sovet Sosialist Respublikaları İttifaqı ilə ondan müstəqilliyini elan edən Latviya Respublikası arasında qarşıdurmaların seriyası. Hadisələrin adı yerli camaatın təxminən 13 və 27 yanvar arasında müdafiə barrikadaların quraşdırmağından gəlir.
== Arxa plan ==
1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bunnan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb.
1986-cı ildən başlayaraq, Latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Latviyadaki bu hadisələr həmçinin Üçüncü oyuanış (lat. Trešā Atmoda) kimi, Baltikyanı üç respublikasında ümumiyyətlə bir yerdə baş verilən bu cərəyan isə Nəğməli inqilab kimi tanınır.
Kütləvi etirazlar baş verirdi və 1990-cı ilin martın 18-də müstəqillik tərəfdarları olan Latviya Xalq Cəbhəsi, Yaşıl Partiya və Latviya Milli Müstəqillik Hərəkəti Latviya SSR Ali Sovetinə seçkilərini udub, sovetpərəst Bərabər Hüquqlar bloku isə müxalifət qalıb.