Barsillər
Barsillər (qaraç.-balk. Bars El - Bars eli, Bars milleti, barsilli, barsille) — V əsrlə VIII əsr arasında yaşamış yarıköçəri Avrasiya tayfası olan bulqar boyu.
== Tarixi ==
IV əsrin 50-60-cı illərində hunlarla Qərbə köçməyərək Qafqazda qalan bulqarlara burcalılar deyilirdi. Onlar da öz növbəsində barsillərə, savirlərə və barıncalara bölünürdülər. Bəzi müəlliflər bars sözünün qədim türk dillərində "qaplan" mənasını verdiyini qeyd edirlər. Onların masqutlar (massagetlər) tərəfindən Qafqaza köçürülmüş şumer döyüşçülərinin törəmələri olduqları güman olunur. Yaşadıqları ərazilər isə Bersiliya adlanırdı. Cənubi Qafqazdan başqa, həm də Şimali Qafqazda məskunlaşan barsillər Sulak çayı ilə Terek çayının mənsəbindən İdil (Volqa) çayına qədər uzanan ərazilərdə yaşayırdılar. Şimali Qafqazda yaşayan barsillərin ən böyük şəhərləri Bulker şəhəri idi. Barsil başbuğu Mixtar titulunu daşıyırdı.