Barto sözü azərbaycan dilində

Barto

Yazılış

  • Barto • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Almenno San Bartolomeo
Almenno San Bartolomeo(it. Almenno San Bartolomeo) — İtaliyada şəhər və kommuna. İtaliyanın Lombardiya regionunda yerləşir və Berqamo əyalətinin inzibati mərkəzinə tabedir. Əhalisi 2019-cu ilin məlumatlarına görə 6373 nəfər, əhalinin sıxlığı 611 nəfər/km²-dir. Ərzisi 10,42 km² ərazini tutur. Poçt kodu — 24030. Telefon kodu — 00035.
Bartolia
Tridax (lat. Tridax) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Bartolin vəziləri
Bartolin vəziləri (lat. glandula vestibularis major) uşaqlıq yolu dəhlizində yerləşən nisbətən iri cüt vəzilərdir.
Bartolina
Tridax (lat. Tridax) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Bartolome Esteban Murillo
Bartolome Esteban Murillo (isp. Bartolomé Esteban Murillo; dekabr 1617, Sevilya – 3 aprel 1682[…], Sevilya və ya Kadis, Əndəlüs) — məşhur İspaniya rəssamı, Seviliya məktəbinin banisi. == Həyatı == Bartolome Esteban Murillo ispan rəssamlarının parlaq şəxslərindən idi. 1660-cı ildə Seviliya Rəssamlıq Akademiyasının yaradıcılarından biri olmuşdu.
Bartolomeo Rastrelli
Françesko Bartolomeo Rastrelli (it. Francesco Bartolomeo Rastrelli; rus. Растрелли, Бартоломео Франческо; 1700[…], Paris – 29 aprel (10 may) 1771, Sankt-Peterburq) — Rusiya vətəndaşlığını qəbul etmiş italyan memarı. Françesko Sankt-Peterburq şəhərinə gələndən sonra burada erkən Barokko stilində məşhur incəsənət nümunələri yaratmışdır. Sankt-Peterburq şəhərində yerləşən Qış sarayı və Çarskoe selo (rus. Ца́рское Село) kompleksində yerləşən Böyük Yekaterina sarayı memarın ən məşhur işlərindən hesab olunur. == Həyatı == Françesko Bartolomeo Rastrelli 1700-cü ildə Fransanın paytaxtı Paris şəhərində memar ailəsində anadan olmuşdur. 1715-ci ildə atası və digər bir İtaliyalı memar olan Karlo Bartolomeo Rastrelli ilə birlikdə Rusiyaya gəlir. Gənc yaşlarında memarlığa böyük həvəs göstərən Françeskonun ən böyük arzusu İtaliya memarlıq incəsənəti ilə Moskva Barokko üslubunu birləşdirmək və bu iki memarlıq məktəbinin vəhdətindən yeni bir üslub formalaşdırmaq olur. Memarlıq fəaliyyətinin ilk illərində Sankt-Peterburq və ətraf ərazilərdə müxtəlif təyinatları binaların tikintisnə rəhbərlik etməyə başlayır, lakin Françeskoya özünü memar kimi təsdiq etməsi üçün ilk şansı 1721-ci ildə Boqdanın keçmiş qubernatoru Dmitri Kantemir üçün saray tikintisi üçün sifariş almaqla əldə edir.
Bartolomeo Şedoni
Bartolomeo Skedoni (it. Bartolomeo Schedoni; doğum 1578 - ölüm 1615) — Recco nel Emiliyadan olan italyan erkən barokko rəssamı. Skedoni adı ilə də tanınır.Skedoni Modenada anadan olub və sonra atası ilə Parmaya köçüb. O, 1598-ci ildən sonra Romada Federiko Zukarinin yanında Parma hersoqu Ranussi I Farnesenin himayədarlığı ilə dərslər keçib. Sonra Skedoni Parmaya geri dönüb. Barokko incəsənət tarixçisi Karlo Sezar Malvaziya onun Bolonyada Anibal Karraçinin yanında dərslər keçdiyini iddia edir. Skedoni qumarda böyük məğlubiyyətindən bir gecə sonra intihar edərək öldüyü ehtimal olunur. Onun rəsmləri Karavacconun işlərini bildiyini göstərir. Onun şah əsərləri Parma Milli Qalereyasında saxlanılır.
Bartolomeu Dias
Bartolomeu Diaş (port. Bartolomeu Dias; təq. 1450-ci illər, Alqarve, Portuqaliya krallığı – 29 may 1500, Ümid burnu) — Portuqaliyalı dənizçi və səyyahı. == Həyatı == Bartolomeu Diaşın həyatı haqqında ətraflı məlumat yoxdur. 1451-ci ildə anadan olduğu ehtimal olunur. Bəzi mənbələrdə tacir Joa Diaşın və səyyah Terra dos Quinersin nəslindəndir. Avropadan Hindistana gedən dəniz yolunun kəşf edilməsində Bartolomeu Diaşın böyük rolu olmuşdur. Öz şəxsi heyəti ilə birlikdə 1488-ci ildə Ümid burnuna qədər irəliləmiş, ancaq tropik qızdırmadan heyətin böyük bir qismi məhv olduğundan səfər yarımçıq dayandırılmışdır. == Hindistana gedən dəniz yolunun kəşf edilməsi == Bartolomeu Diaş 1486-cı ildə Portuqaliya kralı II Xuandan gizli bir tapşırıq alır. Bu tapşırığa əsasən o, Afrika qitəsinin ən uc nöqtəsinə qədər getməli, orada olan vəziyyəti öyrənməli və əgər mümkün olarsa, oradan da Hindistana gedən dəniz yolunu tapmalı idi.
Barton reaksiyası
Barton reaksiyası - fotokimya,nitrosoalkonallarda alkil nitritlərin yenidən təşkili ikincisinin oksimlərə və ya dimerlərə çevrilməsidir: burada R = H, Alk, Ar. Proses ümumiyyətlə təsirsiz bir p-həlledici və > 330 nm-də soyutma ilə həyata keçirilir. Alkil zənciri üçdən çox C atomunu və karbon atomundakı H atomunu əvəz edən reaksiyaya daxil olur. Sonuncunun H atomu yoxdursa, spirtlərin və karbonil birləşmələrin əmələ gəlməsi ilə nisbət pozğunluğu müşahidə olunur. Barton, reaksiya sərbəst radikal mexanizminə görə davam edir və H atomunun alkoksi radikalında (f-la I) keçid vəziyyətindən (II) keçərək H atomunun hüceyrədaxili miqrasiya mərhələsini əhatə edir; nitro mürəkkəb III okside izomerləşir: P-tion yalnız 6 üzvlü bir həlqənin meydana gəlməsinin mümkün olduğu hallarda problemsiz bir şəkildə davam edir. keçici vəziyyət. Başlanğıc nitritdəki karbon atomunun ikinci bir H atomu yoxdursa, nitroz birləşməsinin də dimeri yaranır. Bartonun reaksiyası steroid molekullarının qeyri-aktiv bölgələrinə funksiyanı təqdim etmək üçün geniş istifadə olunur., xüsusən 18 və 19 mövqelərindəki metil qruplarında, məsələn: Barton reaksiya məhsulları aralıq maddə olaraq istifadə olunur, politsikl sintezində. nitronlar, məsələn: Reaksiya 1960.-cı ildə D.Barton tərəfindən kəşf edilmişdir. == Mənbə == Г.О. Беккера, /Введение в фотохимию органических соединений,/.
Bela Bartok
Bela Bartok (mac. Bartók Béla Viktor János [ˈbɒrtoːk ˈbeːlɒ];25 mart 1881[…] – 26 sentyabr 1945[…], Nyu-York, Nyu-York ştatı) — Macarıstan bəstəkarı, folklorşünası. == Həyatı == Bu macar bəstəkarı 22 yaşındaykən 1848-1849 inqilabının lideri və Ferensin atası Layoş Koşutun həyatından bəhs edən simfonik şeirini yazıb. İlk ifası zamanı Avstriya milli marşının karikaturatik səsləndirilməsi qalmaqallara yol açsa da, çox bəyənilir. Peşə həyatının əvvəllərində fransız mühitinin təsiri altında qaldığı üçün ilk əsərlərində politonallığın bəzi ünsürləri görünür. Amma daha sonralar bu "vəsait"dən yararlanmayıb. Bunun əvəzinə Şərqi Avropa, ən çox da macar və rumın xalq üslublarını araşdırıb. Musiqisi hər nə qədər harmoniya baxımından gərgin və qarmaqarışıq olsa da, kökünü xalq musiqisinin modal silsiləsindən diqqətlə seçilmiş harmonik tonallıqdan götürüb. Bartokun musiqisi və şəxsiyyəti nasistlərlə ittifaqda olan macar hakimiyyətini və kilsəni qıcıqlandırıb və o, vətənə xəyanətdə ittiham edilib. Əksəriyyəti yəhudi olan bəzi önəmli bəstəkarların əsərlərinin nasistlər tərəfindən qadağan edilməsi səbəbindən o, Göbbelsə bir məktub yazaraq öz adının da həmin siyahıya salınmasını tələb edir və əsərlərinin Almaniya, eyni zamanda ona bağlı olan ölkələrdə səsləndirilməsinə izin vermədiyini bildirir.
Derek Barton
Derek Barton(ing. Sir Derek Harold Richard Barton; 8 avqust 1918, Qreyvsend, Kent — 16 mart 1998, Kollec-Steyşen, Texas) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1969). == Həyatı == İngilis kimyaçısı Derek Barton 1918-ci ilin avqustun 8-də Qreyvzenddə anadan olmuşdur. 1940-cı ildə Londonda Kral kimya kollecini bitirmişdir. Orada da işləmişdir, 1942-1945-ci illərdə hərbi idarələrdə, 1945-1946-cı illərdə və 1957-ci ildən Londonun Kral kollecində işləmişdir. 1946-1949-cu illərdə “Si-Ay” firmasının laboratoriyasında çalışır. 1950-1955-ci illərdə və 1957-1978-ci illərdə London universitetində dərs demişdir (1953-cü ildən professor). 1955-1957-ci illərdə Qlazqoda universitetdə işləmişdir. Derek Barton 1978-ci ildən Fransada Jif-sür İvetdə təbii maddələr institutunda direktor işləmişdir. Konformasiya analizinin yaradıcılarından biridir.
Feliks Mendelson Bartoldi
Yakob Lüdviq Feliks Mendelson Bartoldi (alm. Jakob Ludwig Felix Mendelssohn Bartholdy‎; 3 fevral 1809, Hamburq - 4 noyabr 1847, Leypsiq) — alman bəstəkarı. Dünyaca məşhur toy marşının müəllifi, pianoçu, dirijor. == Həyatı == 1809-cu ildə fevral ayının 3-də Hamburq şəhərində dünyaya göz açmışdır. Romantizm cərəyanının əsas yaradıcılarından sayılır. Uşaq yaşlarından İohan Sebastian Bax, Motsart və Handelin sənətinə böyük maraq göstərmiş, özünü həmin məktəbin davamçısı olaraq görmüşdür. Sənətə lap kiçik yaşlarından maraq göstərməsi, onu tezliklə yaradıcılığa sövq etmiş, ilk təcrübələrini yeniyetməlik dövründə sınamışdır. Əsas etibarı ilə, orkestr üçün musiqilər bəstələyirdi. Ən məşhur əsərləri Hark Herald Mələkləri oxuyur və Toy Marşıdır.
Françesko Bartolomeo Rastrelli
Françesko Bartolomeo Rastrelli (it. Francesco Bartolomeo Rastrelli; rus. Растрелли, Бартоломео Франческо; 1700[…], Paris – 29 aprel (10 may) 1771, Sankt-Peterburq) — Rusiya vətəndaşlığını qəbul etmiş italyan memarı. Françesko Sankt-Peterburq şəhərinə gələndən sonra burada erkən Barokko stilində məşhur incəsənət nümunələri yaratmışdır. Sankt-Peterburq şəhərində yerləşən Qış sarayı və Çarskoe selo (rus. Ца́рское Село) kompleksində yerləşən Böyük Yekaterina sarayı memarın ən məşhur işlərindən hesab olunur. == Həyatı == Françesko Bartolomeo Rastrelli 1700-cü ildə Fransanın paytaxtı Paris şəhərində memar ailəsində anadan olmuşdur. 1715-ci ildə atası və digər bir İtaliyalı memar olan Karlo Bartolomeo Rastrelli ilə birlikdə Rusiyaya gəlir. Gənc yaşlarında memarlığa böyük həvəs göstərən Françeskonun ən böyük arzusu İtaliya memarlıq incəsənəti ilə Moskva Barokko üslubunu birləşdirmək və bu iki memarlıq məktəbinin vəhdətindən yeni bir üslub formalaşdırmaq olur. Memarlıq fəaliyyətinin ilk illərində Sankt-Peterburq və ətraf ərazilərdə müxtəlif təyinatları binaların tikintisnə rəhbərlik etməyə başlayır, lakin Françeskoya özünü memar kimi təsdiq etməsi üçün ilk şansı 1721-ci ildə Boqdanın keçmiş qubernatoru Dmitri Kantemir üçün saray tikintisi üçün sifariş almaqla əldə edir.
Frederik Ogüst Bartoldi
Frederik Ogüst Bartoldi (fr. Frédéric Auguste Bartholdi; d. 2 avqust 1834, Kolmar – ö. 4 oktyabr 1904, Paris) — görkəmli fransız heykəltaraşı. Nyu-York limanında yerləşən "Azadlıq heykəli" və Belfor şəhərindəki "Belfort şiri" abidələrinin müəllifidir (Fransa–Prussiya müharibəsi zamanı Belfort şəhərini qəhrəmancasına müdafiə etmiş sakinlərin xatirəsinə ucaldılmışdır). == Bioqrafiya == Bartoldi 1834-cü ilin 2 avqustunda, Fransanın Elzas bölgəsinin Kolmar şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra ailəsi Paris şəhərinə köçmüş, lakin maliyyə vəziyyətinin yaxşı olması Kolmar şəhərindəki evdə də qalmağa imkan verirdi. Həmin ev 1922-ci ildən muzey kimi fəaliyyət göstərir. Parisdə o, Milli incəsənət məktəbində memarlıq ilə bərabər, rəssamlıq dərsləri almışdır. Misirə uzun səyahət etdikdən sonra, Kolmar şəhərində memarlıq karyerasına başladı.
Fritz Bartoloma
Fritz Bartoloma (alm. Fritz Bartholomae‎; d. 29 oktyabr 1886, Krefeld - ö. 12 sentyabr 1915) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır.Birinci dünya müharibəsində iştirak edərkən ölmüşdür.
Harri Hovard Barton Allan
Harri Hovard Barton Allan (ing. Harry Howard Barton Allan; 27 aprel 1882 – 29 oktyabr 1957, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Harri Hovard Barton Allan toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Flora of New Zealand, Volume 1 (1961). New Zealand Trees and Shrubs and How to Identify Them (1928). An Introduction to the Grasses of New Zealand (1936). A Handbook of the Naturalized Flora of New Zealand (1940).
Klint Barton
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Lorenzo Bartolini
Lorenzo Bartolini (it. Lorenzo Bartolini; 7 yanvar 1777[…] – 20 yanvar 1850[…], Florensiya) — neoklassisizmi sentimental dindarlıq yükü və təbii incəliklərdən ilhamlanan italyan heykəltaraşdır. Florensiyalı çağdaşlarından fərqli olaraq Antonio Kanovadan yox İtalyan İntibah dövrü heykəllərindən ilhamlanmışdır. == Həyatı == Lorenzo Bartolini Toskana regionunun Prato şəhəri yaxınlığındakı Vernioda anadan olub. Florensiya Akademiyasında təhsilini başa vurduqdan sonra öz bacarığını inkişaf etdirmək və alebastır modelləşdirmədə nüfuzunu artırmaq məqsədilə 1797-ci ildə Parisə getdi. Parisdə o, Frederik Demaraisdən rəssamlıq daha sonra isə Fransua Frederik Lemotdan heykəltaraşlıq dərsləri almışdır. == Yaradıcılığı == Cleobis və Biton divar qabartması 1803-cü ildə Bartoliniyə Akademiyanın ikincisi mükafatını qazandırdı. Heykəltaraş kimi şöhrətinin artması ona bir çox nüfuzlu havadarlar qazandırdı. Battle of Austerlitz adlı divar qabartması Vendom Ərazisində sütunlarda qurulmuş qabartmalar arasındadır. O həmçinin opera bəstəkarları Etyen Mehul və Kerubini Luidjun büstlərinin yanında Vivan Denon üçün kiçik hissələrlə iş görmüşdür.
Mari Barton
Mary Barton — ingilis yazıçı Elizabet Qaskellin ilk romanı. == Haqqında == 1848-ci ildə nəşr olunub. Hekayə 1830-cu və 1840-cı illər əsnasında İngiltərənin Mançester şəhərində qurulur. Yazıçı o zaman İngiltərədə, Mançesterdə sənaye və çartizmin mərkəzi olan Mançester şəhərində yaşamışdır. O, fəhlələrin ağır həyatının şahidi olmuş, 1940-cı illərdəki aclıq zamanı işsizlərə kömək etmək üçün çox çalışmışdır. Bu romanında o, 1940-cı illərdə Mançester işçilərinin vəziyyətini təsvir etmişdir. Qaskell fəhlələrə yazıq adamlar kimi deyil, hörmətə layiq insanlar kimi davranırdı. İşçilər çətin şəraitdə yaşasalar da, həmişə cəsarətlərini, nikbinliklərini və insan ləyaqətlərini itirmirlər. Məqsədləri uğrunda mübarizə aparmağa, özlərini qurban verməyə həmişə hazırdılar. Onların birliyi ən çətin sınaqlarda möhkəmlənir.
Mars Di Bartolomeo
Mars Di Bartolomeo (d.
Tadeuş Bartosik
Tadeuş Bartosik (15 May 1925 – 16 Aprel 1985) — Polşalı aktyor. O, 1959-cu il ilə 1985-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
Tanrı inancı (Bartolini)
"Tanrı inancı" (it. La Fiducia in Dio) - neoklassik üslubda işləmiş italyan heykəltəraşı Lorenzo Bartolininin ən məşhur əsərlərindən biridir. Ağ mərmərdən yonulmuş əsərin üç əsas nüsxəsi vardır ki, onlar da Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, Sankt-Peterburqdakı Ermitajda və Milandakı Muzey Poldi-Pezzolidə saxlanılır. == Tarixi == Əsər Can Cakomonun anası Roza Trivulzio Poldi Pezzoli tərəfindən sifariş edilmişdir. 1833-cü ildə həyat yoldaşını itirdikdən sonra dul Roza Bartolinidən, onun inancını əks etdirən, ev üçün təsəlliverici bir heykəl işləməsini xahiş etmişdir. Bartolini tənha qadının hisslərini oturaraq əllərini dizlərinin üstündə birləşdirmiş çılpaq qadın fiqurunda təcəssüm etdirmişdir. Etik və dini dəyərlərin təsviri olan heykəlin hazırlanmasında sənətkarın nümayiş etdirdiyi nəfis mərmər işləmə bacarığı heykəlin böyük uğur qazanmasına səbəb olmuş və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Sifarişçiyə təslim edilməmişdən əvvəl heykəl Florensiya, Parma və 1837-ci ildə Milanda Brera Akademiyasında sərgilənmişdir. == Təsviri == Əsərdə diz çökərək oturmuş orta yaşlı çılpaq qadın təsvir edilmişdir. Orta çəkili bədən quruluşuna malik olan qadın əllərini dizinin üstündə birləşdirmişdir.
Tomas Bartolin
Tomas Bartolin (Böyük) (dan. Thomas Bartholin den ældre; 20 oktyabr 1616, Kopenhagen — 4 dekabr 1680, Kopenhagen) — danimarkalı həkim-anatomu və riyaziyyatçı alimi. O, insanın limfa sisteminin kəşfindən sonra məşhurlaşmışdır. Donma zamanı keyləşmənin ilk elmi izahını Tomas Bartolin vermişdir.
Uilyam Barton
Vilyam Barton (ing. William Barton; 11 aprel 1754, ABŞ – 21 oktyabr 1817, Pensilvaniya) — amerikan botaniki, heraldikaçı. Çarls Tomsonla birlikdə ABŞ gerbinin dizayneri. == Həyatı == Vilyam Barton 11 aprel 1754-cü ildə Filadelfiyada anadan olmuşdur. ABŞ Konqresi onu 1782-ci ildə "Böyük Amerika Milli Möhürü"nə təklif verməsi üçün seçmişdir. Beləliklə o, 13 pilləli piramidanın üstündə göz parıldayan və çevrəsinə latınca "Annuit Coeptis" (azərb. "Tanrı Başlanğıcı Dəstəkləyər"‎) ilə "Novus Ordo Seclorum" (azərb. "Yeni Dünyəvi Nizam"‎) yazılmış emblemi hazırlayaraq təhvil vermişdir. 21 oktyabr 1817-ci ildə Lankasterdə vəfat etmişdir.
Vasili Bartold
Vasili Vladimiroviç Bartold (3 (15) noyabr 1869, Sankt-Peterburq – 19 avqust 1930[…], Leninqrad) — şərqşünas, türkoloq, tarixçi, akademik, rus şərqşünaslıq məktəbinin banilərindən biri. == Həyatı == Vasili Vladimiroviç Bartold 3 noyabr 1869-cu ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, Peterburq Universitetinin Şərq dilləri fakültəsinə daxil olmuş və 1891-ci ildə oranı bitirmişdir. Həmin ildə də elmi – pedaqoji fəaliyyətə başlamışdır. Vasili Vladimiroviç Bartold 1930-cu il avqust ayının 19-da Sankt-Peterburq şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Yaxın və Orta Şərq xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dininə aid 400-dən çox əsəri vardır. Bartold rus şərqşünaslıq məktəbinin banilərindəndir. 1899-1900-cü illərdə yaratdığı "Türküstan monqol istilası dövründə" əsərinə görə ona "Şərq tarixi üzrə "doktor" elmi dərəcəsi verildi. Bartold islam dini tarixinə dair əsərlərində ərəb və qərbi Avropa alimlərinin islam dininə münasibətlərinə tənqidi yanaşaraq, islam dini haqqında geniş material toplayıb, dinin yaranması və yayılması tarixi haqqında yeni görüşlərini ortaya qoymuşdur. Bartold qədim slavyanlardan yazan ərəb müəlliflərinin əsərləri üzərində yorulmadan və məhsuldar işləmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24
2009 •••••••••••••• 0.16
2012 •••••••• 0.09

"barto" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#barto nədir? #barto sözünün mənası #barto nə deməkdir? #barto sözünün izahı #barto sözünün yazılışı #barto necə yazılır? #barto sözünün düzgün yazılışı #barto leksik mənası #barto sözünün sinonimi #barto sözünün yaxın mənalı sözlər #barto sözünün əks mənası #barto sözünün etimologiyası #barto sözünün orfoqrafiyası #barto rusca #barto inglisça #barto fransızca #barto sözünün istifadəsi #sözlük