basabas sözü azərbaycan dilində

basabas

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • basabas • 95.4315%
  • Basabas • 3.5533%
  • BASABAS • 1.0152%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

basabas sözünün leksik mənası və izahı

  • 1 is. Basırıq, qələbəlik, tünlük; sıxıntıda bir-birini yana basma, sıxma, sıxcalama. Axşam saat on birdə Məşədi Kazım ağa gəldi, basabasda başmağının bir tayı ilə bərabər börkünü itirmişdi. M.S.Ordubadi. Vaqonlarda basabas idi. Mir Cəlal. // Qarışıqlıq, nizamsızlıq, pozğunluq, hay-küy. Basabas düşdü. Basabas eləmək.

    Azərbaycan dilinin izahlı lüğəti / basabas

basabas sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 BASABAS Arıq kişi basabasda onun yanına keçə bilmirdi (H.Abbaszadə); BASIRIQ O, adamları itələyə-itələyə kassanın pəncərəsinə çatdı və növbəsiz bilet alıb basırıqdan tər içində çıxdı (H.Abbaszadə); QƏLƏBƏLİK Böyük qələbəlik içində Rüxsarə onların hər ikisini gözdən itirir (S.Rəhimov); TÜNLÜK “Vulka”nın kassası qarşısında tünlük idi (H.Abbaszadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / basabas

basabas sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BASABAS – SEYRƏKLİK Vaqonlarda basabas idi (Mir Cəlal); ...Göz işlədikcə uzanan bu düzənliklərdə ağacın azlığı, kölgəliyin seyrəkliyi Gülşəni yay kimi əyirdi (Ə.Vəliyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / basabas

basabas sözünün rus dilinə tərcüməsi

basabas sözünün inglis dilinə tərcüməsi

basabas sözünün fransız dilinə tərcüməsi

basabas sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. чӀикьичӀикь, басрух, къалабулух; сада-сад чуькьуьн; // гьарай-эвер, чалпачух, къайдасузвал, акахьай гьал.

    Azərbaycanca-ləzgicə lüğəti / basabas

"basabas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#basabas nədir? #basabas sözünün mənası #basabas nə deməkdir? #basabas sözünün izahı #basabas sözünün yazılışı #basabas necə yazılır? #basabas sözünün düzgün yazılışı #basabas leksik mənası #basabas sözünün sinonimi #basabas sözünün yaxın mənalı sözlər #basabas sözünün əks mənası #basabas sözünün etimologiyası #basabas sözünün orfoqrafiyası #basabas rusca #basabas inglisça #basabas fransızca #basabas sözünün istifadəsi #sözlük