batareyası sözü azərbaycan dilində

batareyası

Yazılış

  • batareyası • 97.7099%
  • Batareyası • 2.2901%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bağdad Batareyası
Bağdad Batareyası — 1936-cı ildə arxeoloq Vilhelm Koniq tərəfindən Bağdad yaxınlığındakı bir Parfiya ərazisində kəşf edilmiş bir növ saxsıdır. Koniq saxsının içindəki mis silindr və bu silindrə sabitləşdirilmiş bir dəmir çubuq tapıntının qədim dönəmdə Voltaik bir batareya olduğunu isbat edir. Bu tapıntı Cenevrə və Xildesxaym kimi muzeylərin sərgisi nəticəsində gündəmə gəlmişdir. Məhz bu, elektrokimyəvi reaksiya olaraq bilinən hadisədir və günümüzdə istifadə edilən batareyaların işləmə mexanizmindən heç də fərqlənmir. Bağdad batareyasını əsas götürərək düzəldilən modellərdə aparılan sınaqlar zamanı 1.5–2 volt arasında enerji əldə edilmişdir. == Tapıntının təsviri == Bağdad batareyası adı ilə tanınan saxsı 14 sm uzunluğundadır. Vazoya oxşar formalı bu saxsının ən böyük radiusu 8 sm-dir. İçindəki altıbağlı mis silindrin uzunluğu 9 sm, radiusu isə 26 mm-dir. İçərisində asfaltabənzər bir maddə ilə sıxlaşdırılmış və olduqca çox paslamış bir dəmir çubuq vardır. Bu mis silindr su keçirməz deyil, içərisi turşu dolu olsa idi mis silindr də dolacaqdı.
Günəş batareyası
Günəş batareyası — Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-də və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200 saatdır. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Foto Vodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanmışdır. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər. Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində km2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-də 1500-2000 kVt.s, Rusiyada 800-1600 kVt.s, Fransada 1200-1400 kVt.s, Çində 1800-2000 kVt.s və Azərbaycanda 1500-2000 kVt.s təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayelərin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.
Nüvə batareyası
Nüvə batareyası (atom batareyası) – elektrik cərəyanı mənbəyi. Radioaktiv parçalanma nəticəsində ayrılan enerjini bilavasitə elektrik enerjisivə çevirir. Ən sadə nüvə batareyası radioaktiv şüalanma mənbəyindən və ondan dielektrik təbəqə ilə ayrılmış kollektordan (toplayıcıdan) ibarətdir. Parçalanma zamanı mənbə β {\displaystyle \beta } -şüalar buraxdığından müsbət, kollektor isə mənfi yukləndiyi üçün onların arasında potensiallar fərqi yaranır. Nüvə batareyalarından əsasən yığcam radio aparatlarında, qol saatlarında, ölçü cihazlarında və s. istifadə edilir.

"batareyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#batareyası nədir? #batareyası sözünün mənası #batareyası nə deməkdir? #batareyası sözünün izahı #batareyası sözünün yazılışı #batareyası necə yazılır? #batareyası sözünün düzgün yazılışı #batareyası leksik mənası #batareyası sözünün sinonimi #batareyası sözünün yaxın mənalı sözlər #batareyası sözünün əks mənası #batareyası sözünün etimologiyası #batareyası sözünün orfoqrafiyası #batareyası rusca #batareyası inglisça #batareyası fransızca #batareyası sözünün istifadəsi #sözlük