Batia sözü azərbaycan dilində

Batia

Yazılış

  • Batia • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Batial
== Batial çöküntülər == Dəniz və okeanların batial zonasında (sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülər. Batial çöküntülərin tərki­bində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%-ni örtür, əsasən materik yamaclarında yayılmışdır. Batial çöküntüləri - əksərən materik yamac hüdudunda, qismən isə şelfin daha dərin hissələrində, 200 m-dən 2000 m-ə qədər dərin­likdə toplanan dəniz çöküntüləri. == Batimetrik xəritə == Batimetrik xəritə-izabatın köməyi ilə tərtib edilən sualtı relyefi əks etdirir. Sualtı relyefin rəngləri dərinlik pillələri üzrə verilir. == Batimetriya == Batimetriya-(yun. bathus dərin+metreo - ölçürəm) - xüsusi cihazlarla (lota, exolota və digər dərinlik ölçənlərlə) dəniz və okeanlann dərinliyinin ölçülməsi. == Batimetrik vilayət == Batimetrik vilayət okean və ya dənizlərin dib hissəsi və ona qovuşan su qatları. Ayrı-ayrı batimetrik vilayət adətən (bəzən şərti olaraq) aşağıdakı dərinliklərlə səciyyələnirlər: şelf 0-200 m (500-600 m-ə qədər), qitə yamacı (batial vilayət) 200-500m-dən 2000-3000 m və daha artıq, hemipelagik 2000 m-dən 4000-5000 m qədər, abissal 4000-5000 m-dən 6000 m qədər, ultraabissal 6000m-dən dərin.
Batial zona
Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur. == Batial fauna == Batial fauna - 500-3000 m də­rin­likdə dibdə və ya dəniz və okeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstün­­lük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan Tellinidae və Nuculani­dae qabıqları və süngərlərdən Tetra­xonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylü­tiniv və sekresion foraminiferlər tapılır. == Həmçinin bax == Dəniz Okean Fauna == Mənbə == БСЭ. Статья "Батиаль". Автор О. К. Леонтьев. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.

"batia" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#batia nədir? #batia sözünün mənası #batia nə deməkdir? #batia sözünün izahı #batia sözünün yazılışı #batia necə yazılır? #batia sözünün düzgün yazılışı #batia leksik mənası #batia sözünün sinonimi #batia sözünün yaxın mənalı sözlər #batia sözünün əks mənası #batia sözünün etimologiyası #batia sözünün orfoqrafiyası #batia rusca #batia inglisça #batia fransızca #batia sözünün istifadəsi #sözlük