* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | •••••• | 1.01 |
2006 | ••••••• | 1.13 |
2007 | ••••••• | 1.06 |
2009 | ••• | 0.48 |
2010 | •••••• | 0.91 |
2011 | •••••• | 1.03 |
2012 | ••• | 0.34 |
2013 | •••• | 0.58 |
2014 | •••••••••••••••••••• | 3.43 |
2015 | •••• | 0.68 |
2016 | ••• | 0.35 |
2017 | ••••• | 0.81 |
2018 | •••••• | 0.90 |
2019 | •••• | 0.56 |
2020 | ••••• | 0.80 |
1 is. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (əsasən 20 girvənkə ağırlığında) olan köhnə çəki ölçüsü. [Hacı Kərim:] Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur. M.F.Axundzadə. Əhli-xibrə qoydular qan-tarə şahi çəkdilər; Əlli batman istixani gəldi, yüz batman əti. M.Möcüz. Qazanın hər biri sözsüz dörd-beş batman düyü çıxaran qazandı. M.S.Ordubadi. ◊ Ağır oturub, batman gəlmək – vüqarlı olmaq, ağır olmaq, ciddi olmaq. Ağır otur, batman gəl. (Ata. sözü). Özünü batman hesab eləmək – özü haqqında çox böyük fikirdə olmaq. [Ağa Kərim:] Rədd ol! Ədə Xalıq, … gəl buna göstər ki, çetvərdir, özünü batman hesab eləməsin. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti1 Təxminən, 20 kq (50 funt) ağırlıq vahididir. Güman edilir ki, man hissəsi azman sözündəki ilə eynidir. M.Kaşğaridə bu söz 180-300 kq çəki vahidi kimi qeydə alınıb. Görünür, batmaq feili ilə bağlıdır, “ağırlıq” mənasını əks etdirib (ağır şeylər tez batır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti1 BATMAN I is. köhn. 8 kiloqram ağırlığında çəki ölçüsü. Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur (M.F.Axundzadə). BATMAN II is. [ fr. ] Baletin xüsusi növü.
Azərbaycan dilinin omonimlər lüğəti1 батман (мера веса)
Azərbaycanca-rusca lüğət2 сущ. батман (старинная мера веса от 3 до 8 кг; употребляется в сочетании с числительными). Bir batman yağ батман масла ◊ batman gəlmək быть солидным; ağır otur batman gəl веди себя солидно, с достоинством
Azərbaycanca-rusca lüğət1 i. batman (a measure of weight egual to 5 kgs.) ◊ Ağır olur, batman gəl zərb.məs. ≅ Act Behave seriously, Behave tactfully
Azərbaycanca-ingiliscə lüğət1 сущ. батман (куьгьне заланвилин алцумаг; тахм. 20 гирванка); ** ağır oturub batman gəlmək залан ацукьна батман атун, залан хьун, такабурлу хьун; özünü batman hesab etmək вичи-вич батмандай кьун, вичин гьакъинда гзаф чӀехи фикирда хьун.
Azərbaycanca-ləzgicə lüğəti20 girvənkəyə ( 8 kq) yaxın çəki ölçüsü. (“Koroğlu” dastanının lüğəti) Oğlan dedi: – Bir çətvər nədi? Sənə ağzımda söz deyirəm. Bir batman çək! (“Koroğlunun Qars səfəri”) * Çoban əlinə keçən mıxı çomağın başına çalmışdı. Çomaq bir batman yarım ağırlığında olardı. (Paris nüsxəsi, 3-cü məclis) * Tuluğun dibində bir batman yarım – iki batman şərab qalmışdı. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikası