Batur sözü azərbaycan dilində

Batur

Yazılış

  • Batur • 88.7324%
  • batur • 8.4507%
  • BAtur • 2.8169%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Batur
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Dilmurat Batur
Dilmurat Batur (6 İyul 1989) hal-hazırda Çin İkinci Liqasında "Suju Donqvu" komandasına oynayan Uyğur - Çinli futbolçudur. == Klub karyerası == Dilmurat 2006 və 2009-cu illər arasında Çin İkinci Liqasında "Sincan Ticai" klubunda oynadı. 18 mart 2011-ci ildə komanda yoldaşı Abduvəli Ablet və Yəhya Ablikim ilə birlikdə Çin Super Liqasının tərəfdarı "Şencen Rubi"-yə 1-0 məğlub olaraq 60-cı dəqiqədə .Seyiçiro Makinin əvəzinə meydana çıxdı. Dilmurat 2011 mövsümündə normal bir əvəzedici oyunçu olaraq 17 liqada matç qazanaraq oynadı, bununla birlikdə, komanda liqanın son yerini tamamlayaraq ikinci sıraya düşdü. 2014-cü ilin yanvarında Omana köçdü və Əl-Oruba ilə altı aylıq müqavilə imzaladı. 4 fevral 2015-ci ildə Dilmurat Çin Birinci Liqasında "Kinqdao Conon"-a keçdi.
Osman Batur
Osman Batur (qaz. Оспан батыр (Оспан Исламұлы) və ya وسپان باتىر (çin.); bəzən Uthmān/Osman Bātūr, Osman Batir və ya Osman Batur adlandırılırdı İslambay oğlu; 1899, Göktoğay[d], Tzin sülaləsi – 29 aprel 1951, Urumçi) — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. == Həyatı == Osman Batur müstəqillik mücadiləsinə 1911-ci ildə 22 yaşında başlayıb. Əsl adı Osman İslamoğludur və Qazax türküdür. 1899-cu ildə Altayın Göktoğay bölgəsində dünyaya gəlib. Kiçikkən babasından dini təhsil alıb. Hələ 12 yaşında ikən at minməsi, silah tutmasıyla diqqətləri çəkib. O dönəmin qəhrəmanlarından olan Böke Batur onu dəstəsinə götürüb. II dünya müharibəsi dönəmində çinlilər Şərqi Türkistana təzyiqlərini artırıblar. Məscidlərə hücum edib, insanları haqsız yerə küçələrdə güllələyiblər.
Zuvka Batur
Zuvka Batur və ya Zavka Sabitoğlu (1869 – 1929) — Türkistanın müstəqilliyi üçün mübarizə aparmış olan milli müqavimət hərəkatının lideri. Çinlilərin Türkistandakı zülmlərinə qarşı müqavimət göstərən önəmli rəhbərlərdən biridir. == Həyatı == Tanınmış alim prof.dr. Abdülvəhab Qara Zuvka Baturun əsl adının ərəbcədəki Süha sözündən gəldiyini və bu sözün Türkistan türkcəsindəki şəkli olduğunu bildirir. "Batur" ona qəhrəman, cəsur mənasında yerli millətin verdiyi ünvandır. Zuvka Batur Sabitoğlu 1866-cı ildə indiki Şərqi Qazaxıstan oblastının Zaysan bölgəsinin Kendirlik kəndində anadan olmuşdur. Zuvkanın atası Sabit molla olmuşdur. Ulu əcdadı Nurməhəmməd Hafizdir. == Ədəbiyyat sahəsində == Zuvka Baur haqqında son illərdə Çində iki tarixi roman yazılmışdır. Onun biri Batırxan Kuşbeginin "Zuqa Batır" romanı, ikincisi 45 il həbsdə olmuş Kaçığumar Şabdanulının "Pana" romanıdır.
Batur Emin Akyel
Batur Emin Akyel- Türkiyəli yazar, rejissor və prodüsser. 30.09.1976-cı ildə Türkiyənin Dənizli şəhərində doğulub. === Həyatı === Batur Emin Akyel 30 sentyabr 1976-cı ildə Türkiyənin Dənizli şəhərində anadan olub. İbtidai, orta və lisey təhsilini Aydın vilayətinin Nazilli şəhərində alıb. 1999-cu ildə Ege Universitetində radio-televiziya və kino ixtisası üzrə təhsil alıb. Təhsil aldığı dövrdə İstanbula gələn Batur Emin Akyel başda Osman Sınav olmaqla bir çox yönətmənlərin yanında çalışaraq rejissor ixtisasına yiyələnib. O, peşəkar karyerasına 1996-cı ildə rejissor assisenti kimi başlayaraq, sonralar ikinci rejissor, ssenarist, redaktor, pradyüser kimi bir çox layihələrdə çalışıb. 2000-2013-cü illərdə Koliba Film şirkətində baş direktor olaraq çalışıb. Daha sonra o karyerasını özünün yaratdığı İqlim Film və CABIN Creative Agency-Events –də davam etdirmişdir. Kırşehir Ahi Evran Universiteti, Elazığdakı Fırat Universiteti, İstanbuldakı Özəl Üsküdar Universitetləri kimi ali təhsil ocaqlarında təcrübə- seminar proqramlarında iştirak edib.
Enes Batur: Real Qəhrəman (film, 2019)
Enes Batur: real qəhrəman — rejissoru Doğa Can Anafarta olan Türk komediya və macəra filmi. == Oyunçular == Enes Batur (Enes Batur) Ömer Başdoğan (Ömer) Altan Erkekli (Master) Damla Aslanalp (Işın) Kanbolat Görkem Arslan (Tan Veyder) Ebru Ojen Şahin (Ceyda) Selin Deveci (Blackear) Ramin Nezir (Blue Mask) Resul Doğan (Resul) Gökhan Güngör (Grubengas) Cansu Bulut (Yaube) Buket Dereoğlu (Alev Veyder) Rengin Samurçay (Şadiye) Seyithan Özdemir (Barut) Atilla Pekdemir (Atilla) Atakan Özyurt (Atakan) Bilal Hancı (Bilal) Fatih Yasin (Fatih) Halil Söyletmez (Halil) Ruhi Çenet (Ruhi) Şeyda Erdoğan (Şeyda) Burak Güngör (Burak) Buse Plan (Buse) Murat Sungurtekin (Enes Baturun əmisi) == Yayımlanması == 31 may 2019-da yayımlamaya girən film, ilk üç gündə 90.353 nəfər tərəfindən izləndi və 1 milyon 407 min lirə gəlir eldə etti. Yeddi həftə yayımda qalan film cəmi 7 milyon 354 min lirə gəlirə çatdı. == Həmçinin bax == • Enes Batur • Enes Batur: Xəyalmı Gerçəkmi?
Enes Batur: Xəyalmı Gerçəkmi? (film, 2018)
Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi. Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir. Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir. == Məzmun == Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır.
Enes Batur: Xəyal mı Gerçək mi? (film, 2018)
Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi. Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir. Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir. == Məzmun == Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır.
Baturalp Ünlü
Baturalp Ünlü ( türk. Baturalp Ünlü ; 9 iyul 2002-ci il) türk üzgüçüdür. Avropa çempionatının və Olimpiya Oyunlarının iştirakçısı. Sərbəst üzgüçülük üzrə ixtisaslaşmışdır. == Həyatı == Baturalp Ünlü 9 iyul 2002 -ci ildə anadan olmuşdur. 2008-ci ildən üzgüçülüklə məşğul olur. Böyük qardaşı Batuxan da bu idman növü ilə məşğul olur, bunun sayəsində Baturalp idmanla məşğul olmağa qərar verdi. === Karyera === Baturalp Ünlü 2017 -ci ildə 400 metr sərbəst üzgüçülükdə Türkiyə Qısa Kurs Çempionatında üçüncü oldu. Elə həmin il Mərakeşdəki Gimnaziyada səkkizinci oldu. Finlandiyada keçirilən Yeniyetmələr arasında Avropa Çempionatında iştirak etdiyi oyunların heç birində (200 və 400 metr sərbəst, 200 və 400 metrlik kompleks üzgüçülük) növbəti mərhələyə yüksələ bilmədi.
Roko Baturina
Roko Baturina (20 iyun 2000, Split) — Xorvatiya Birinci Futbol Liqası təmsilçilərindən olan Split klubunda hücumçu kimi çıxış edən peşəkar Xorvatiyalı futbolçudur. == Klub karyerası == === Split === Baturina Split akademiyası vasitəsilə inkişaf etmişdir. Baturina öz peşəkar karyerasında debütünü 15 aprel 2017-ci ildə Riyeka klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Pavlovskini əvəz etmişdir. Həmin görüşdə Split liqa görüşündə Riyekaya 2-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == 2017-ci ildə Baturina Xorvatiyanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Baturina İtaliya, Türkiyə və İspaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 26 May 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Xorvatiya Superkuboku görüşləri daxildir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.25 dəfə / 1 mln.
2004 ••••••••• 0.34
2010 •••••••••••••• 0.54
2012 ••••••••• 0.34
2013 ••••••• 0.29
2016 ••••••••• 0.35
2017 •••••••••••••••• 0.65
2018 ••••••••••• 0.45
2019 •••••••••••••••••••• 0.83

"batur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#batur nədir? #batur sözünün mənası #batur nə deməkdir? #batur sözünün izahı #batur sözünün yazılışı #batur necə yazılır? #batur sözünün düzgün yazılışı #batur leksik mənası #batur sözünün sinonimi #batur sözünün yaxın mənalı sözlər #batur sözünün əks mənası #batur sözünün etimologiyası #batur sözünün orfoqrafiyası #batur rusca #batur inglisça #batur fransızca #batur sözünün istifadəsi #sözlük