Bavar sözü azərbaycan dilində

Bavar

Yazılış

  • Bavar • 86.2069%
  • bavar • 13.7931%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bavar 373
Bavar 373 (farsca: باور -۳۷۳, “inanmaq” deməkdir) — İranın 2016-cı ilin avqust ayında təqdim edilmiş uzun mənzilli yer-hava tipli mobil ballistik raket sistemidir. İran bunu S-300 raket sisteminə rəqib kimi tanıdır. İran Müdafiə Nazirliyi tərəfindən adları açıqlanmış yerli istehsalçılar və universitetlərlə əməkdaşlıq nəticəsində istehsal olunmuşdur. Sistem 22 avqust 2019-cu il tarixində İran Prezidenti Həsən Ruhaninin qatıldığı mərasimdə rəsmi olaraq açıqlandı və eyni gün arsenala qəbul edilmişdir. == Tarixi == Rusiya S-300 sistemlərinin İrana ixracına qadağa qoyduqdan sonra (2015-ci ildə qərar ləğv edilmişdir) İran oxşar sistem hazırlamağa qərar verdi: “S-300-ə bənzər uzun mənzilli hava hücumundan müdafiə raket sistemi qurmağı planlaşdırırıq. Allahın lütfü və mühəndislərimizin səyləri ilə özümüzü təmin etməyə nail olacağıq”Sonra sistemin adının Bavar 373 olacağı bilindi. Bavar “inanmaq” deməkdir və 373 Əbcəd hesabı ilə Məhəmməd peyğəmbərin adıdır. Xatəmül-Ənbiya bazasının komandiri Fərzad İsmaili İran mediasına bunları demişdir: Bu sistemin inkişafı S-300 müqaviləsinin ləğvi ortaya çıxması və İran heyətinin hələ də Rusiyada bu mövzuda təhsil aldığı dövrdə, ali lider Ayətullah Xameneinin birbaşa göstərişi ilə başlamışdır. Layihənin prototip dizayn mərhələsində olduğunu və S-300-ün zəif tərəflərindən təsirlənməyəcəyini söyləmişdir. Aşkarlama və radarlar sahəsində çox yaxşı bir nöqtəyə çatdıqlarını və müdafiə nazirliyinin hər biri fərqli bir mənzik və yüksəklik üçün iki və ya üç raket üzərində çalışdıqlarını söylədi.
Aconitum bavaricum
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonim == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Archaeopteryx bavarica
Arxeopteriks (lat. Archaeopteryx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin arxeopterikskimilər dəstəsinin arxeopterikslər fəsiləsinə aid heyvan cinsi. Paleontoloqlar Peruda pelagornithidae fəsiləsinə aid quşun qalıqlarını aşkar ediblər. Mütəxəssislər onun yaşinin 10 milyon il olduğunu müəyyənləşdiriblər. Qeyd edək ki, alimlərin arxeopteriks adlandırdığı ilk quş 150 mln il əvvələ aid edilir. Peru Təbiət Tarixi Muzeyinin əməkdaşı Mario Urbinin dediyinə görə, bu quşun qanadlarının açıq vəziyyətdə ölçüsü 6 metrə çatırmış. Əsasən okean balıqlarıyla qıdalanan bu canlı növü Yerdə 50 mln il əvvəl peyda olub və təqribən, 2,5 mln il əvvəl nəsli kəsilib. Onların məhvinə iqlim dəyişiklikləri səbəb olub: rütubətli və isti iqlimdə yaşamağa vərdiş etdikləri üçün quru və soyuq iqlimin gəlişi onların axırına çıxıb. Alimlər quşun anatomik quruluşunda bir neçə xüsusi əlamətin olduğunu deyirlər. Onun dimdiyinin uc hissəsində ovu yaxşı tutmağa kömək edən iti dişləri olub.
Aşağı Bavariya
Aşağı Bavariya (alm. Niederbayern‎, ing. Lower Bavaria) — Bavariya vilayətinin şərqində yerləşən inzibati dairə. Landshut şəhəri Aşağı Bavariyanın inzibati mərkəzidir. Almaniyanın Müstəqil Bavariya Freistaat Bayern əyalətinin yeddi inzibati dairəsindən biridir. Aşağı Bavariya ölkənin şərqində yerləşir və şimalda Yuxarı Pfaltz, şimal-şərqdə Çex Respublikası ( Cənibi Çexiya Diyarı, Pızen Diyarı), cənub-şərqdə Yuxarı Avstriya (Innviertel, Mühlviertel ) və cənub-qərbdə Yuxarı Bavariya ilə həmsərhəddir. “Aşağı Bavariya” ifadəsi ilk dəfə 1255-ci ildə Bavariya dövlətinin bölünməsi ilə ortaya çıxmışdır. Aşağı Bavariya əvvəlcə daha böyük idi: O dövrdə Xiemgau və Bad Reixenhall bölgəsi də onun bir hissəsi idi. Aşağı Bavariyanın adı Dunay üzərindəki nisbi mövqeyindən (Yuxarı Bavariyadan aşağı) qaynaqlanır. == Coğrafiyası == Aşağı Bavariyanın inzibati dairəsi üç özünü müstəqil idarəetməyə malik olan şəhər və doqquz səhərətrafı regiondan ibarətdir: Müstəqil idarə olunan şəhərlər Landshut Passau Ştraubing Şəhərlərətrafi regionlar Region Deggendorf Region Dingolfing-Landau Region Frayung-Grafenau Region Kelhaym Region Landshut Region Passau Region Regen Region Rottal-Inn Region Ştraubing-Bogen == Əhalisi == === Aşağı Bavariyanın böyük şəhərləri === Bavariya Dövlət Statistika və Məlumat İşləmə İdarəsinin məlumatına görə 31 dekabr 2019-cu il tarixinə qədər Aşağı Bavariyanın ən böyük şəhərləri Şablon:EWD: == İqtisadiyyat == Bölgənin Ümumi Daxili Məhsulu (ÜDM) 2018-ci ildə Alman iqtisadi məhsulunun 1,4% -ni təşkil edən 48,5 milyard Avro idi.
Aşağı Bavariya hersoqluğu
Aşağı Bavariya hersoqluğu (alm. Teilherzogtum Niederbayern‎) 1255–1340-cı illərdə Müqəddəs Roma imperiyasında mövcud olmuş, Vittelsbax sülaləsi tərəfindən idarə edilən hersoqluq. 1253-cü ildə ataları II Ottonun ölümündən sonra qardaşlar XIII Henrix və II Lüdviq Bavariya və Reynland-Pfalz üzərində birlikdə hökmranlıq etdikdən sonra 28 mart 1255-ci ildə Bavariya bölünməsi müqaviləsi imzaladılar. Müqaviləyə əsasən Lüdviq Pfals kürfürstlüyü və Yuxarı Bavariya hersoqluğunu, Henrix isə paytaxtı Landsxut olmaqla Aşağı Bavariya hersoqu oldu. Hersoqluq sonradan müvəqqəti olaraq Henrixin davamçıları arasında bölündü, Zalsburq arxiyepiskopu isə müstəqillik qazandı. 1340-cı ildə hersoq İohannın ölümü ilə Müqəddəs Roma İmperatoru IV Lüdviq Aşağı Bavariyanı da miras aldı və beləliklə Bavariya hersoqluğunu yenidən birləşdirdi. Lüdviqin ölümündən sonra oğulları II Stefan, Vilhelm və I Albert arasında mübahisəyə səbəb olan hersoqluq üçün 1349-cu ildə Landsberqdə və 1353-cü ildə isə Regensburqda müqavilələr imzalanmışdı. Bu müqavilələr nəticəsində Aşağı və Yuxarı Bavariyalar Bavariya-Landsxut, Bavariya-Münhen, Bavariya-İnqolştadt, Bavariya-Ştraubinq kimi kiçik hissələrə parçalandı. Aşağı Bavariyanın əksər hissəsi Landsxut və Ştraubiqn payında idi. == Hersoqları == Bavariya hersoqları harada hökm sürdüklərindən asılı olmayaraq ümumiyyətlə nömrələnsələr də, Henrix adlı Aşağı Bavariya hersoqları üçün bir istisna var: onlar Aşağı Bavariyadakı sıralarına görə nömrələnirlər.
Bavaric
Bavaric — Baricah dəniz gəmilərinə görə Bavaric adlandırılan, Qucaratdan olan, Hindistan və Çinə səfər edən ərəb gəmilərini təqib edən Sind dəniz quldurları. == Haqqındɑ == VIII əsrin sonu və IX əsrin bir neçə onilliyi ərzində Oman sahilləri də Bavariclər tərəfindən hücumlara məruz qalırdı. Bu hücumların qarşısı İmam Həsən ibn Abdulla (809-823) tərəfindən dəf edilmişdi. Bir neçə il sonra isə İmam Muhənnə ibn Cəfər bu cür hücumların qarşısını almaq üçün 300 nəfərlik donanmaya malik olduğunu qeyd edir.X əsrin sonu XI əsrdə hind dəniz quldurları daha çox tanınmağa başladılar. Ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl–Farisi əl-İstəxri (850—934), X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi Qətər barədə Qətəriyyə formasında məlumat verir. Onun sözlərinə görə, Qətəriyyədə Sokotra və Qırmızı dənizə yaxın adaların sakinləri məskunlaşmışdı. Bu ərazi Bavaric adlanan hind dəniz quldurlarını tez-tez ziyarət etdiyi məntəqələrdən biri idi. Baricah dəniz gəmiləri cəmdə Bavaric mənasını ifadə edir. Bunu Sir Elliot da təsdiq edir. Onu da sözlərinə görə, Bavaic ərəb sözü olub, sözün kökü ərəb dilində Barica sözündəndir və böyük hərbi gəmi mənasını verir.Ensiklopediyaçı alim və mütəfəkkir Əl-Biruni yazır ki, Bavaricin əsası Kaç və Somnatda qoyulmuşdu.Samma sülaləsi dövründə İslamı qəbul ediblər.
Bavariya
Bavariya (alm. Bayern; Freistaat Bayern‎ - Müstəqil Bavariya Dövləti ) - Almaniyanın cənub-şərqində yerləşən və ərazisinə görə ölkənin ən böyük vilayəti. Vilayətin tərkibinə yeddi inzibati dairə - əyalət Yuxarı Bavariya, Aşağı Bavariya, Yuxarı Pfalts, Yuxarı Frankoniya, Mərkəzi Frankoniya, Aşağı Frankoniya və Şvabiya daxildir. Vilayətin paytaxtı Münhen şəhəridir. Əhalisi üç əsas etnik tərkibdən: bavarlar, frankonlar və şvablardan ibarətdir. "Müstəqil Bavariya Dövləti" tarixi termini göstərir ki, Bavariya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Almaniyadakı ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər. Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Almaniyada ən hündür zirvə olan Zugspitze (2 962 metr) dağının yerləşdiyi Alp dağları - Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır.
Bavariya-Landsxut hersoqluğu
Bavariya-Landsxut hersoqluğu (alm. Teilherzogtum Bayern-Landshut‎) — 1353–1503-cü illərdə Müqəddəs Roma İmperiyasında mövcud olmuş dövlət. == Tarixi == Hersoqluq bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümündən sonra yaradılmışdı. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən 1447-ci ildə bütün Bavariya-İnqolştadt hersoqluğu Bavariya-Landsxut ilə birləşdirildi. Bavariya-Landsxut o zamanlar Rattenberq və Kitzbüeldəki mədənlərinə görə Bavariyanın ən varlı hissəsi idi və ən müasir idarəetmə üsuluna sahib idi.
Bavariya-Münhen hersoqluğu
Bavariya-Münhen (alm. Bayern-München‎) 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi. == Tarixi == Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.
Bavariya-İnqolştadt hersoqluğu
Bavariya-İnqolştadt hersoqluğu (alm. Bayern-Ingolstadt‎) və ya Yuxarı Bavariya-İnqolştadt (alm. Oberbayern-Ingolstadt‎) 1392–1447-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkibində olan bir dövlət idi. == Tarixi == Hersoqluğun yaradılmasının kökləri bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümünəcən uzanır. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. Bavariya-İnqolştadtın ilk hersoqu II Stefanın oğlu III Stefan olmuşdur.
Bavariya FK
Bayern Münhen — Almaniyanın ən nüfuzlu peşəkar futbol klubu. 2013-cü ildən bu yana 11-i ardıcıl olmaqla, 33 milli çempionluq və çoxsaylı Avropa mükafatları ilə yanaşı 20 ölkə kuboku da daxil olmaqla, Almaniya futbol tarixinin ən uğurlu klubudur. 2020-ci ildə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında Bayern Münhen bütün matçlarda qalib gələrək UEFA Çempionlar Liqasını qazanan ilk komanda olmuşdur. == Tarixi == == Avrokuboklarda iştirak == Hazırda Almaniyanın, o cümlədən dünyanın ən güclü klublarından biri sayılır. 2009/10 mövsümündə UEFA Çempionlar Liqasında final mərhələsinə yüksəlmiş, lakin finalda İtaliyanın İnter klubuna Militonun 2 qolu ilə 2-0 məğlub olmuş, kuboku qazana bilməmişlər. Bavariya 2011/2012 mövsümündə də UEFA Çempionlar Liqasında yarımfinalda Real Madridi məyus edərək, finala çıxıb. Bavariyanın finaldakı rəqibi Çelsi oldu. Lakin 1-1 bitən maçda penalti zərbələri ilə 4-3 uduzan Bavariya 5-ci dəfə bu kuboku qazana bilmədi.2012/2013 mövsümündə finalda Borussiya Dortmundu məğlub etdi və sevinən tərəf oldu.
Bavariya Krallığı
Bavariya Krallığı (alm. Königreich Bayern‎, bav. Kinereich Bayern) — Almaniyanın cənub-şərqində 1806-1918-ci illərdə mövcud olan dövlət. Vittelsbax sülaləsindən olan I Maksimilian 1806-cı ildə Bavariyanın ilk kralı oldu. Monarxiya, 1918-ci ildə krallıq dağılana qədər, Vittelsbax sülaləsi tərəfindən idarə edildi. Müasir Bavariyanın sərhədlərinin çoxu 1814-cü il Paris müqaviləsindən sonra qurulmuşdur. Buna əsasən, Bavariya Avstriya Tirol və Vorarlbergdən imtina etdi, lakin Aşaffenburq və Hessen-Darmştadt ərazisinin bir hissəsini aldı. 1871-ci ildə Bavariya Krallığı Prussiyadan sonra ikinci ən böyük muxtar dövlət qurumu olaraq vahid Alman İmperiyasının bir hissəsi oldu. Bavariya krallığının müasir varisi Almaniyada eyni adlı federal torpaqdır. == Tarixi == 1 yanvar 1806 cı ildə IV Maks Yozef I Maks kimi taxta çıxaraq Reyn ittifaqına daxil olur.
Bavariya bayrağı
Rəsmi olaraq iki Bavariya bayrağından biri — zolaqlı tip və romb tipli, hər ikisi ağ və mavi rəngdədir. Hər iki bayraq tarixən 1180–1918-ci illərdə Bavariya krallığını idarə edən Vittelsbax sülaləsi ilə əlaqəlidir. == Haqqında == Zolaqlı bayrağın həm üfüqi, həm də şaquli variantı və ya üzərində gerb olmayan ağ və mavi romblar Bavariyada alm. Staatsflagge‎ adlanan dövlətin rəsmi bayraqları hesab edilə bilər. Onlar mülki şəxslər və hökumət tərəfindən, o cümlədən dövlət avtomobillərində istifadə oluna bilər. Zolaqlı və romb tipli bayraqlar bərabər statusa malikdir və ofislər və ya istifadəçilər onlar arasında seçim etməkdə sərbəstdir. Gerb əlavə edilmiş variantlar qeyri-rəsmidir və mülki şəxslər tərəfindən bu simvollardan istifadə qəti şəkildə qeyri-qanunidir, lakin laqeyd yanaşılır. Gerbli bayraq əsasən romb tipli olur. Mavinin dəqiq tonu heç vaxt rəsmiləşdirilməyib, lakin ictimaiyyət tərəfindən istifadə edilən bayraqların əksəriyyəti təxminən RGB 0-204-255 kodlu tonlardadır; rəsmilər RGB 0-128-255-ə daha yaxın bir versiyanı istifadə edirlər. Rombların sayı ən azı 21 olmalıdır və yuxarı sol (natamam) tərəfdə olan romb mütləq ağ olmalıdır.Rombların dəqiq mənşəyi mübahisəlidir.
Bavariya dialekti
Bavariya dialekti və ya baeriş dili (Şablon:Dil-deBairisch, bav. Boarisch, qədim almanca. Bairisch) — alman dilinin dialektlərindən biri olan bavariyalıların dilidir. Bu dil, Böyük Karl tərəfindən Dunay çayına itələnmiş Bavariya qəbiləsinin nümayəndələrinin danışdığı dilə əsaslanır. Yüksək alman dilinin cənubi alman dilləri qrupuna aiddir.
Bavariya dialektində Vikipediya
Bavariya dialektində Vikipediya (Bavariya dialektində: Boarische Wikipedia) Vikipediyanın Bavariya dilindəki versiyasıdır. 16 oktyabr 2023 tarixinə görə, Bavariya dilindəki Vikipediyanın 26.993 məqaləsi, 68.226 istifadəçisi və 3 inzibatçısı mövcuddur.
Bavariya gerbi
Bavariya gerbi — tarixi və müasir Bavariya dövlətinin gerbi. Gerbin böyük və kiçik forması mövcuddur. Rəsmi olaraq 5 iyun 1950-ci ildə təsdiq edilmişdir. == Mənası == Müasir gerb 1945-ci ildə Eduard Ege tərəfindən dizayn edilmişdir. Gerbdə 4 rüb var: Qızıl şir — Yuxarı Pfalts zonasını təsvir edir. Frankoniya dırmığı — Yuxarı Frankoniya, Mərkəzi Frankoniya və Aşağı Frankoniya zonalarını simvolizə edir. Göy bəbir — Yuxarı Bavariya və Aşağı Bavariyanın simvoludur. Üç şir — tarixi Şvabiya bölgəsini təmsil edir. Kiçik qalxan (alm. Herzschild‎) — Bavariya dövlətini təmsil edir.
Bavariya kralı
Bavariya kralı — krallığın ləğv edildiyi 1805-ci ildən 1918-ci ilə qədər Bavariya Krallığı kimi tanınan regionda Bavariyanın irsi Vittelsbax sülaləsi hökmdarlarına məxsus bir titul idi. == Tarixi == Napoleon ilə Müqəddəs Roma İmperatoru II Frans arasında 26 dekabr 1805-ci ildə bağlanmış Pressburq müqaviləsinin şərtlərinə əsasən, Napoleona müttəfiq olan bir neçə hersoqluq krallıq statusuna yüksəlmişdi. Bunlardan ən güclülərindən biri Bavariya hersoqu IV Maksimilian İosif idi və bu müqavilədən sonra 1 yanvar 1806-cı ildə o, rəsmi olaraq Bavariya kralı I Maksimilian İosif titulunu aldı. O, Vittelsbax sülaləsinin Pfalz-Birkenfeld qolunun üzvü idi. Maksimilianın varisləri alman millətçiliyinə müqavimət göstərdilər və Bavariya rəhbərləri tədricən Almaniya ittifaqında Prussiya və ya Avstriya tərəfindən təhlükə hiss edən kiçik dövlətlərin himayədarına çevrildi. Dini əlaqələr və cənubi alman dili Avstriya-Prussiya müharibəsində məğlub olana qədər dövləti daha çox Avstriya ilə əlaqələndirdi. Kral II Lüdviq 22 avqust 1866-cı ildə Prussiya ilə ittifaq imzaladı və faktiki olaraq Bavariyanın müstəqilliyindən imtina etdi. 23 noyabr 1870-ci il tarixli müqavilə ilə Bavariya yeni Alman İmperiyasına birləşdirildi, lakin nisbətən böyük dərəcədə öz muxtariyyətini qorudu. Bavariya kralları titullarını qoruyub saxladılar, ayrıca diplomatik və hərbi korpuslar saxladılar. Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra 1918-ci ilin noyabrında Almaniya İmperiyası ləğv edildikdə, Bavariyanın sonuncu kralı III Lüdviq də taxtdan salındı.
Bavariya kremi
Bavariya kremi — un və qarğıdalı nişastası ilə birlikdə jelatindən və ya balıq yapışqanından istifadə olunmaqla və çox vaxt likör əlavə edilən desert. == Haqqında == Bavariya kremi xörəklər siyahısına daxildir, məşhur fransız aşpaz və kulinarı Mari Antuan Karem hazırlamışdır ki, buna görə də bəzən xörəyin yaradıcısının adı ilə adlanır. İlk dəfə Bavariyada ali mətbəxin bir hissəsi kimi meydana çıxmışdır. XIX əsrin sonlarında Amerikada geniş yayılmışdır. Bavariya kremi çox vaxt meyvə sousu, moruq və ya ərik püresi ilə bir yerdə, qaymaq və Ponçik üçün içlikdən istifadə olunmaqla təqdim edilir. == İstinadlar == == Həmçinin bax == Krem bryule Katalon kremi == Xarici keçidlər == Bayrisch Creme mit Kirschragout (PDF; 90 kB) www.swr.de.
Bavariya kürfürstlüyü
Bavariya kürfürstlüyü (alm. Kurfürstentum Bayern‎) və ya Bavariya elektoratlığı — Müqəddəs Roma imperiyasına bağlı feodal dövlətlərdən biri. == Haqqında == === Coğrafi mövqeyi === Bavariya kürfürstlüyü indiki Yuxarı və Aşağı Bavariya, eləcə də Yuxarı Pfalts bölgələrinin böyük bir hissəsini təşkil edirdi. 1779-cu ilədək hazırda Avstriyaya bağlı İnnfirtel şəhəri də məhz kürfürstlüyün tabeliyində idi. Ancaq həmin il bağlanan və Bavariya taxtı uğrunda gedən taxt mübarizəsini başa çatdıran Teşen sülhüylə, İnnfirtel və ətraf bölgələri Habsburqlara ilhaq edildi. Kürfürstlük idarəetmə baxımından 4 ayrı əyalətə ayrılmışdı: Münhen, Burqhausen, Landşut və Straubinq. === Tarixi === ==== Otuzillik müharibə ==== 1597-ci ildə Bavariya hersoqu olan I Maksimilyan iqtisadi həyatı məhv olmuş və iğtişaşlarla çalxalanan bir taxtı ələ almışdı. Ancaq səltənətinin ilk 10 ilində maliyyə və ədliyyə sistemini yenilədi. Bir neçə yeni bölgəni hakimiyyəti altına aldı və Otuzillik müharibədə söz sahibi olan komandirlərdən birinə çevrildi. 1632-ci ildə isveçlilərin ölkənin şimalını işğal etməsi və I Maksimilyanın bağlanan müvəqqəti atəşkəsi pozmasının ardından fransız və isveçlilərin bölgəyə hücum etməsi nəticəsində ölkə darmadağın oldu.
Bavariya varisliyi müharibəsi
Bavariya varisliyi müharibəsi (alm. Bayerischer Erbfolgekrieg‎; 3 iyul 1778 – 13 may 1779) — Avstriyanın Habsburq monarxiyası ilə Saksoniya və Prussiya ittifaqı arasında Vittelsbax sülaləsinin Bavariya qolunun yox olmasından sonra Bavariya Elektoratının varisliyi ilə bağlı mübahisə. Habsburqlar Bavariyanı əldə etməyə çalışırdılar, lakin ittifaq onlara qarşı çıxaraq Vittelsbaxların başqa bir qoluna üstünlük verdi. Hər iki tərəf böyük orduları toplasa da, müharibədə yeganə döyüş bir neçə xırda çəkişmə oldu. Bununla belə, minlərlə əsgər xəstəlik və aclıqdan öldü, Prussiya və Saksoniyada münaqişəyə Kartoffelkrieg (Kartof müharibəsi) adı verildi; Habsburg Avstriyada bəzən Zwetschgenrummel (Gavalı təlaşı) adlanırdı. 30 dekabr 1777-ci ildə Vittelsbaxın kiçik nəslinin sonuncusu Maksimilyan Jozef özündən sonra heç bir uşaq qoymadan çiçək xəstəliyindən öldü. Vittelsbax Evinin üst səviyyəli qolundan gələn IV Karl Teodor ən yaxın qohumluq iddiasına malik idi, lakin onun da onun yerini tutacaq qanuni övladı yox idi.
Bavariyalı Anna Mariya
Bavariyalı Anna Mariya (21 mart 1551 - 29 aprel 1608) — Avstriya hersoqinası. Bavariyalı Anna Mariya (8 dekabr 1574 - 8 mart 1616) — Avstriya hersoqu II Ferdinandın xanımı, Avstriya hersoqinası. Bavariyalı Mariya Anna Viktoriya (28 noyabr 1660 - 20 aprel 1690) — Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası.
Bavariyalı Anna Mariya (1551-1608)
Bavariyalı Anna Mariya (alm. Maria Anna von Bayern‎) (21 mart 1551, Münhen – 29 aprel 1608, Qras) — Avstriya hersoqinası. Atası Bavariya hersoqu V Albert, anası isə Müqəddəs Roma imperatoru I Ferdinandın qızı Avstriyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais] (in French). Vol. 4. Société des sciences, lettres et arts d'Agen. p.
Bavariyalı Anna Mariya (1574-1616)
Bavariyalı Anna Mariya (alm. Maria Anna von Bayern‎) (18 dekabr 1574, Münhen – 8 mart 1616, Qras) — Avstriya hersoqu II Ferdinandın (sonradan Müqəddəs Roma imperatoru) xanımı, Avstriya hersoqinası. Atası Bavariya hersoqu V Uilyam, anası isə Danimarka kralı II Xristianın nəvəsi Renatadır. == Mənbə == Constantin von Wurzbach: Habsburg, Maria Anna von Bayern in: Biographisches Lexikon des Kaiserthums Oesterreich, vol 7, ed L. C. Zamarski, Vienna 1861, p. 23 Richard Reifenscheid: Die Habsburger in Lebensbildern.
Bavariyalı Mariya Anna Viktoriya
Mariya Anna Viktoriya (fr. Marie Anne Victoire de Bavière) (28 noyabr 1660, Münhen, Bavariya kürfürstlüyü – 20 aprel 1690, Versal sarayı) – Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Bertière, Simone. (1998). Les Femmes du Roi-Soleil. Fallois.
Bavariyalı Qizela
Bavariyalı Qizela (mac. Bajor Gizella) və ya Müqəddəs Qizela (mac. Boldog Gizella; 980 və ya 985 – 7 may 1065 və ya 1033) — ilk Macarıstan kraliçası, I Stefanın həyat yoldaşı,Müqəddəs Roma imperatoru II Henrixin bacısı. Roma-Katolik kilsəsi tərəfindən beatifikasiya (şərəfləndirmə) olunmuşdur. == Həyatı == Qizela Bavariya hersoqu II Henrix ilə Burqundiyalı Qizelanın qızı idi. Qizela dindar bir insan kimi yetişdirilmişdi. 996-cı ildə I Stefan ilə ailə həyat quran Qizela Macarıstanın qərb siyasətində önəmli rol oynamışdır. Stefan və Qizelanın toyu Macarıstan tarixində dönüş nöqtəsi olmuşdur. Kraliça Qizela Macarıstanda xristian dinin və Qərb mədəniyyətinin yayılmasında da pay sahibi olmuşdur. 1038-ci ildə kral I Stefanın vəfat edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.27
2011 ••••••••••••••••••• 0.26
2012 ••••••••••••• 0.17
2013 ••••••••••• 0.15
2014 ••••••••••••• 0.17
2017 •••••••••••• 0.16
2018 •••••••••••• 0.15

bavar sözünün rus dilinə tərcüməsi

bavar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

bavar eləməx’: (Füzuli, Qarakilsə, Naxçıvan) 1. dözmək, davam gətirmək (Qarakilsə, Naxçıvan). – Qələm ağacı burda bavar eləməz; – Sən bı issiyə bavar eləməzsən (Naxçıvan); – O bırda bavar eləmədi (Qarakilsə) 2. inanmaq (Füzuli). – Mən sa: bavar elədim Bava öyü (Basarkeçər) – toy məclisində oğlanın sağdışı. – Həsən Kamilə bava öyüdü. – Böyün toy olanda bəyi dəlləyə aparıllar, orda dəlləx’ həm bəyin, həm də bava öyü olan oğlanın üz-başını qırxır, düzəldir

Azərbaycan dilinin dialektoloji lüğəti.

"bavar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bavar nədir? #bavar sözünün mənası #bavar nə deməkdir? #bavar sözünün izahı #bavar sözünün yazılışı #bavar necə yazılır? #bavar sözünün düzgün yazılışı #bavar leksik mənası #bavar sözünün sinonimi #bavar sözünün yaxın mənalı sözlər #bavar sözünün əks mənası #bavar sözünün etimologiyası #bavar sözünün orfoqrafiyası #bavar rusca #bavar inglisça #bavar fransızca #bavar sözünün istifadəsi #sözlük